Nisa surəsi 34-cü ayənin əvvəli belə başlayır:

“Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər (onların hamisidirlər). Bu, Allahın onlardan birini digərinə üstün etməsi və (kişilərin) öz mallarından (qadınlar üçün) sərf etməsinə görədir….”.

İslamofoblar bu ayənin ilk cümləsindəki mənanı qəsdən təhrif edərək sanki Quranın qadına “kölə kimi baxdığını” deyirlər. Əvvəlcə qeyd edək ki, ayədə keçən “kişinin qadın üzərində ixtiyar sahibi olması” fikri qadının kölə olması mənasına gəlmir. Necə ki,

  • Hər bir dövlətin başında səlahiyyətli rəhbər durur və xalqı idarə edir.
  • Hər bir qrup və ya ittifaqda aparıcı bir lider olur və tabeçiliyində olan insanları yönləndirir.
  • Hər bir müəssisədə rəis olur və ixtiyarında olan işçiləri idarə edir
  • Hər bir təhsil ocağında bir direktor olur və oradakı tələbələri idarə edir və sairə.

Amma bu o demək deyildir ki, bir rəhbər, başçı tərəfindən idarə olunan, yönləndirilən həmin xalq, işçilər yaxud tələblər kölədirlər. Eynilə ailə də kiçik bir dövlət, müəssisə yaxud təhsil ocağıdır. Ailədəki rəhbər funksiyası ümumilikdə kişinin üzərinə düşür. Kişinin qadın üzərində ixtiyar sahibi olması odur ki,
1. Kişi öz ailəsinə layiqli rəhbər və hərtərəfli dəstək olmağı bacarmalıdır
2. Kişi öz ailəsini maddi cəhətdən təmin etməlidir,
3. Ailəsini qorumalı və himayə etməlidir,
4. Qazandıqları mallarından ailəsi yolunda xərcləməlidir və s.

Göründüyü kimi kişinin ixtiyar sahibi olması əslində qadına qarşı haqsızlıq yaratmır, əksinə kişinin üzərinə bir çox mükəlləfiyyətlər qoyur. Bu, əslində kişinin öz ailəsi qarşısında bir sıra vəzifələr və məsuliyyət daşıdığını bildirir.

Quranın Elmalili Hamdi Yazır təfsirində belə izah olunur:  KAVVAM; “kâim”in mübalağası olup den alınmıştır. Bir kadının işine bakan ve korunmasına önem veren ve işlerini idare edene “Kayyimü’l-mer’eti” ve daha kuvvetli olarak “Kavvâmü’l-mer’eti” denilir. Bu deyim, erkeğin kadına hakimiyyetini ve fakat rastgele değil “Milletin efendisi, onlara hizmet edendir.” mânâsı üzere hizmetçilikle karışık bir hakimiyetini ifade eder. Bundan dolayı bir taraftan erkeğin üstünlüğünü anlatırken diğer taraftan da kadının değer ve üstünlüğünü bildirir. Ve bu ayırım içinde eşitlik iddiasını kaldırarak karşılıklı olarak farklı bir eşitlik metoduyla öyle bir birlik sağlar ki, bu durum sultan ile ümmet arasındaki karşılıklı haklara benzeyecek ve bu şekilde aile terbiyesi, toplum terbiyesi ve siyasi terbiyenin bir başlangıcı olacaktır. Bunun için Kadı Beydâvî un tefsirinde der ki, “Valiler, halkı idare ettikleri gibi onlar da kadınları öyle idare ederler.” (Kuran tefsiri, Nisa suresi 34-cü ayet, Elmalili Hamdi Yazır)

Abdullah bin Ömərin (r.a) rəvayət etdiyi hədisdə Peyğəmbər (sallallahu aleyhi va səlləm) demişdir: «Hər biriniz qəyyumsunuz və hər biriniz tabeçiliyinzdə olanlar haqqında sorğu-sual olunacaqsınız.» (əl-Buxari, 893).

Peyğəmbərimiz (s.a.s) buyurur:

“Kişi ailədə idarəedicidir və idarəetməyə cavabdehdir. Qadın da ərinin evində idarəedicidir və əlinin altında olanlara cavabdehdir” (Buxari, Cum’a 11; Müslim, İmâret 20).

“Sizin ən xeyirliniz qadınlarına qarşı ən xeyirli olanlarınızdır” (Müslim, Radâ 62; Tirmizî, Radâ 11).

“Möminlərin iman baxımından ən kamil olanı əxlaqı gözəl və ailəsinə nəzakətli davranandır” (Nesâî, Işretu’n-Nisâ, 229; Tirmizî, İman hadis no: 2612).

Hz.Peyğəmbər (s.a.v.) xanımlarına əziyyət edən zalım kişiləri pis adamlar olaraq adlandırmışdır: “Qadınlara ancaq kərîm olanlar ikram edərlər (dəyərli olanlar dəyər verərlər); onlara pislik edənlər isə leîm (pis) kişilərdir.” (İbn Mâce, Edeb 3; Ebû Dâvud, Edeb 6, Rikak 22, İ’tisâm 3; Müslim, Akdiye 11).

Vida xütbəsində peyğəmbərimiz (s.a.s): “Qadınların haqqlarını yerinə yetirməklə bağlı Allahdan qorxunuz! Çünki siz onları Allâhın bir əmânəti olaraq aldınız.”  buyurmuşdur. (Ebû Dâvud, Menâsik, 56; İbn Mâce, menâsik, 84; Dârimî, menâsik, 34, Akseki, Ahmet Hamdi, Yeni Hutbelerim, Ankara, 781-782, Acluni, Keşfu’l-Hafa, Beyrut, 1351, I.36).

Rəsulullah (sallallahu aleyhi və səlləm) buyurdu: “Kişi zövcəsinə baxdığı zaman və zövcəsidə ona məhəbbətlə baxdığı zaman Uca Allah onlara rəhmlə baxar. Kişi zövcəsinin əllərini tutan zaman isə onların günahları barmaqları arasından tökülər.”  (“Səhih əl Cəmi əs Sağir” 1977)

Həzrəti Ömər (r.a) deyir:  “Biz İslamdan əvvəl qadınları adam yerinə qoymazdıq. İslam gəlincə onlara həm ayətlərdə, həm də hədislərdə yer verdi, kişilər kimi haqqları anlatıldı. Ondan sonra biz qadınların da kişilər kimi haqqları olduğunu düşünür bir vəziyyətə gəldik!” (Buhari, Müslim).