Adətən, ateistlər İslamı və müsəlmanları terrorizmdə ittiham edirlər. Misal kimi bəzi terrorçu təşkilatları göstərirlər. Lakin gündəlik medyanı izlədikdə məlum olur ki, əslində Taliban, Əl-qaidə, Boko haram, İŞİD kimi terrorçu təşkilatlarınəlindən ən çox əziyyət çəkən və öldürülən elə Əfqanıstanda, Pakistanda, İraqda, Suriyada, Nigeriyada yaşayan yerli müsəlman əhalidir, ateistlər deyil. 

Məsələn, BBC-nin məlumatına görə son günlərdə Nigeriyada Boko haram tərəfindən oğurlanan 276 qız tələbənin arasında xeyli sayda müsəlman qızlar da var. Bu ilin aprel ayında isə Boko haram təşkilatı Yobe məscidinə hücum edərək 20-ə yaxın müsəlmanı öldürmüşdü (http://dailypost.ng/2014/04/06/20-feared-killed-boko-haram-attacks-mosque-yobe/). 
Bundan başqa Boko haram təşkilatı 2013-cü ilin avqustunda Nigeriyanın şimal-şərqində məscidə hücum edərək 44 nəfər müsəlmanı öldürmüşdü. (http://www.bbc.com/news/world-africa-23676872).

Eyni sözləri İraq və Suriyada hakimiyyət uğrunda gedən siyasi müharibədə yüzlərlə günahsız müsəlmanları qətlə yetirən İŞİD yaxud Bəşər Əsədin tərəfdarları haqqında da demək olar. 
Quranda buyrulur: “Heç bir mö’minə başqa bir mö’mini öldürmək yaraşmaz.” (Nisa, 92). 
İndi necə demək olar ki, hər gün günahsız müsəlmanları qətl edən bu terrorçu təşkilatlar müsəlman təşkilatıdır?

Ümumiyyətlə, İslamda terror anlayışı yoxdur. Belə terrorçu təşkilatlar sadəcə öz siyasi məqsədləri üçün din adından istifadə edirlər. Digər tərəfdən, məsələn, Əl-qaidəni yaradan Amerikanın özü olub. Bu təşkilat Sovet İttifaqına qarşı Amerikanın bir projesi olub və Amerika dövləti tərəfindən maliyyələşdirilib.