Məşhur Britaniyalı riyaziyyatçı alim, Oksford Universitetinin professoru, filosof John Lennox deyir:

“Mənim kimi, Allaha inanan elm adamları bəzən Boşluqların Tanrısına (God of the gaps) inanmaqla günahlandırılır; Yəni. kainatda açıqlaya bilmədiyimiz hadisələr olduqda, bunu Allahın işi olaraq açıqladığımızı iddia edərlər. Bu boşluqlara bir azdan toxunacağam, amma Allahın varlığının əsl dəlilləri; anlamadığımız şeylər deyil, anladığımız şeylərdədir.

Sadəcə elmlə məşğul ola bilməmiz belə, kainatı yaradan üstün ağıl sahibi bir varlıq olduğunun açıq-aşkar dəlillərindən biridir. Və sonra açıq-aşkar gördüyümüz şeylər, sadəcə göylər belə Allahın şanını elan etməyə kifayətdir. Bunu tarixdə ən bacarıqlı elm adamlarından biri olan Isaac Newton ilə ən yaxşı şəkildə açıqlayarıq. Newton yerin cazibə qanununu kəşf etdiyi zaman “İndi planetlərin necə hərəkət etdiyini anlayıram, buna görə Allaha ehtiyacım yox” demədi, tam əksinə kainatı daha yaxşı anladıqca, o, kainatı o qədər ağıllıca dizayn edən Yaradıcıya daha çox ibadət etdi və heyranlıq duydu. Bu səbəblə Newton, Boşluqların Tanrısına, yəni açıqlaya bilmədiyi üçün Allaha inanmadı; tam əksinə, açıqlaya bildiyi üçün Allaha inandı. Və bizə kainatı açıqlayan bu açıqlamaların möhtəşəmliyi və riyazi düsturlar üzərində qurulmuş olması onsuz da Allahın varlığının dəlilidir.

Planetlərin ellipslər şəklində hərəkət etdiyini ilk dəfə önə sürən adam Kepler idi və Allahın, kainatdakı hər şeyin necə çalışdığını gözlər önünə sərib bunları riyaziyyat ilə açıqlaya bilməmizə imkan verməsinə duyduğu heyranlığı dilə gətirdi. Bütün bu insanların Allaha ibadətləri, inancları və heyranlıqları kainatı anlaya bilmədikcə deyil, anladıqca artdı.

Bu boşluqlara gəlincə, iki növ boşluq vardır və bunların fərqini qeyd etmək lazımdır; Elmin hələ açıqlaya bilmədiyi şeylərə pis boşluqlar deyilir və bunları açıqlamaq üçün elmin daha çox inkişafı lazımdır; Amma, bir də elm tərəfindən genişlədilən və ya artırılan boşluqlar və məlumatlar vardır. Bunların biri də kitabımda bəhs etdiyim kimi, həyatın mənşəyi ilə əlaqədardır.

1953-ci ildə Miller və Urey etdikləri təcrübə ilə həyatın elementləri olan proteinlərdəki amin turşularını kəşf etdilər və bu, həmin dövrdə həyatın sirrinin kəşfi olaraq tərifləndi və Nobel mükafatı aldılar. Onun üzərindən 50 ildən çox bir müddət keçdi, amma hazırda daha böyük problemlərlə qarşılaşırıq, çünki o dövrdə DNT kodunun rəqəmsal quruluşu bilinmirdi. Məhz bu, elm tərəfindən ortaya çıxarılan bir boşluqdur və işlər daha çox kompleksləşər (mürəkkəbləşər).

Ümumiləşdirərək desək, mənim inandığım Allah, Boşluqların Tanrısı deyil, yəni mənim Allaha iman etmə səbəbim; kainatda hələ elmi olaraq açıqlaya bilmədiyim şeyləri açıqlamaq üçün və o boşluğu doldurmaq üçün deyildir. Elm Allahın varlığına dair açıq-aşkar dəlillər təqdim edir və məni Allaha inanmağa yönəldən isə elmi olaraq anlaya bilmədiyim şeylər deyil, elmi olaraq anlaya bildiyim şeylərdir.”  

[Oxford Universiteti, Riyaziyyatçı və Elm fəlsəfəçisi, Professor John Lennox]