Son vaxtlar bu iddia İslam düşmənləri tərəfindən tez –tez səslənir. Həmin islamafoblar iddia edirlər ki, guya ki, Hz. Peyğəmbər (s.a.v) öz “nəfsi istəyinə“ görə bu qədər qadınla evlənmişdi. (haşa)
Hz. Məhəmmədin (s.a.v) həyatını dürüst şəkildə oxuyanlar şübhəsiz anlarlar ki, Onun çox qadınlarla evlənmə səbəbi heç bir zaman dünya zövqü üçün olmamışdır. Məkkənin ən yaraşıqlı, ağıllı və güvənilən gənclərindən olan Hz. Peyğəmbər (s.a.v) istəsəydi, ilk evliliyini özündən gənc və çox gözəl olan bir xanımla qurardı. İlk olaraq onu qeyd etmək lazımdır ki, əgər Hz. Məhəmmədin (s.a.v), belə bir niyyəti olsaydı, peyğəmbərlik iddiasından əl çəkməsi üçün Məkkənin ən gözəl qadınlarını təklif edən müşriklərin təklifini dərhal qəbul edərdi. Lakin bunu etmədi.

Bu evliliklərin çoxu sosial reform, qəbilələrarası münaqişələrə son vermək və İslam dinini yaymaq məqsədi daşıyırdı. Məsələn, o vaxtı güclü bir qəbilə olan və müsəlmanlarla savaş halında olan Bəni Mustəlik qəbiləsindən Hz. Cuvəyriyyə (r.anha) ilə evliliyidir. Bu evlilikdən sonra müsəlmanlarla Bəni Mustəlik qəbiləsi arasında sülh bağlandı. Başqa bir digər misal isə Nəcid qəbiləsinin rəisinin qohumu Hz. Meymunə (r.anha) ilə olan evliliyidir. Bu qəbilə 70 hafizi şəhid eləmişdi.Bu evlilikdən sonra da müsəlmanlarla qəbiləsi Nəcid qəbiləsi arasında sülh bağlandı. Eləcədə digər bütün bu evliliklərdə Ümmü Həbibə, Safiyə, Ümmü Sələmə və s. bunun kimi Əbu Bəkr və Ömərin qızları Aişə və Həfsə ilə də evlilikləri səhabələr arasında əlaqələri gücləndirmək məqsədi daşıyırdı.

1. Peyğəmbər (s.a.v) ilk dəfə evləndiyində 25 yaşındaydı, və evləndiyi xanımı 40 yaşında idi. Evlilik təklifi də xanımından gəlmişdi. Peyğəmbərimiz (s.a.s) əmin (etibarlı, sadiq), dürüst olduğu üçün hz.Xədicə (r.a) ona evlənmək təklif etmiş və onlar arasında izdivac baş tutmuşdu. Və əgər Hz. Peyğəmbər (s.a.s) öz nəfsi istəklərinə görə evlənmişdisə, onda:

– O zaman niyə ilk evliliyini 25 yaşında ikən özündən 15 yaş böyük və 2 dəfə dul qalmış 40 yaşlı Hz. Xədicə (r.a) ilə evlənirdi?

Təxminən 15 il onunla evli qaldı və başqa heç kimlə evlənmədi. Üstəlik ilk xanımı Hz. Məhəmməd (s.a.s) ilə evlənmədən əvvəl 2 dəfə dul qalmışdı.
– Qadın düşkünü olan biri bir qadın ilə uzun zaman birlikdə qalarmı? Bu, qadın arxasında qaçan birinə bənzəmir, elə deyilmi?

Hz. peyğəmbər (s.a.s) Hz. Xədicə (r.anha) vəfat edənə kimi heç kimlə evlənməmiş və Hz. Xədicə (r.a) vəfat edəndə Hz Peyğəmbərin (s.a.s) 50 yaşı var idi. Və evliliklərinin çoxunuda məhz 53-56 yaş arası elədi. Hz Peyğəmbərin (s.a.s) öz nəfsi istəklərinə görə evlənmişdisə onda niyə bu yaşlı vaxtında evliliklər edirdi?
Hz peyğəmbərin (s.a.s) evləndiyi qadınların hamısı yaşlı dul (Aişə xaric) qadınlar idi. Evləndiyi qadınların cəmi 2-sinin yaşı 36-dan aşağı idi, qalanlarının yaşı 36-50 arasında idi. O zaman niyə yaşlı və dul qadınlarla evlənirdi? Daha gənc qadınlar ilə də evlənə bilərdi.
Hz peyğəmbərin (s.a.v) cəmi 7 uşağı olmuşdur. Bu yeddi uşağının altısı Həzrəti Xədicədən, yeddincisi Həzrəti Mâriyetü’l-Kıbtiyye (Ümmü İbrahim) (r.a)-dən idi. Hz. Fatimə (r.a) xaric uşaqlarının çoxu erkən yaşda vəfat edir. Digər qadınlardan uşağı yoxdur.

2. İkinci evliliyi Hz.Sevda ilə reallaşdı, rəvayətlərə görə onun yaşı 55-65 arasında idi. Hz. Sevda yaşlı bir qadın idi, qalacaq bir yeri də yox idi. Peyğəmbərimiz (s.a.s) evinə alıb onunla evləndi.

3. Hz. Xuzeymə ilə evləndiyində, Hz. Xuzeymə 60 yaşında idi. Əri şəhid edilmiş olan, tək başına və kimsəsiz qalan biri idi.

4. Hz. Aişə xaric evləndiyi xanımlarının hamısı dul qalmışdılar, xanımlarının əksəriyyətinin əvvəlki yoldaşları savaşda öldürülmüşdü. Xanımları da uşaqları ilə ortada qalmışdılar.

4.1 Xanımlarından yalnız ikisi xaric (Hz.Aişə və Hz. Zeynəb), hamısının yaşları 36-nı keçirdi.

– Qadınlara düşkün olan biri gənc və bakirə olan birini tələb etməzmi?

5. Hz.Məhəmmədin (s.a.s) evliliklərinin hamısı ya ictimai islahat, ya da siyasi bir məqsəd üçün edildi. Heç bir zaman özünü düşünmədi.

5.1 Bəziləri üçün təəccüblü olmaya bilər bu vəziyyət. Lakin özünüzə sualınız; siz edərdinizmi bütün bunları? Başqası üçün özünüzü belə bir şəkildə fəda edərdinizmi?!

6. Yuxarıda göstərilən nümunələr kimi: Hz. Səfiyə Yəhudi bir liderin qızı idi, evliliklərindən sonra Yəhudilər və Müsəlmanlar arasında sülh təmin edildi. Hz. Cüvəyriyə ilə evlilik ilə bir çox müsəlman əsirin sərbəst buraxılmasını təmin etmişdir.

– Günümüzdə bir insan küçədəki ac bir pişiyi evinə aldığında təriflənərkən, kimsəsiz və yaşlı bir qadını evinə alana, necə olur ki qadın düşkünü deyirsiniz?
Nəticə : İslamı təbliğ etməsin deyə Məkkənin varlı müşrikləri tərəfindən dəfələrlə peyğəmbərə (s.a.s) Məkkənin ən gözəl qadını ilə evlənmək təklif edildi, var-dövlət və vəzifə təklif edildi. Əgər peyğəmbər (s.a.s) bunlara düşkün olsa idi, dərhal bunları qəbul edərdi. Yoxsa ki, öz həyatını və yaxınlarını təhlükə altına qoyub illərlə əziyyət və təhqirlərə qatlaşmazdı. Hazır vəzifə, var-dövlət və gözəl xanımı qoyub sonu bilinməyən sıxıntı və işgəncəli həyatı kim seçər ki?
İslam düşmənlərinin iddia etdiyi kimi Hz Muhəmməd (s.a.v) öz nəfsi istəklərinə görə evlənmirdi.Bu evliliklərin çoxu sosial reform,qəbilələrarası münaqişələrə son vermək və İslam dinini yaymaq məqsədində idi. Mövzunu uzatmaq olar, lakin hər şey aydındır. Əslində öz mənfəəti üçün çalışan birini yox, özünü başqaları üçün fəda edən birini görürük…

Daha ətraflı məlumat üçün: http://www.islamustundur.com/konular/annelerimiz.html