Ateistlərin bir iddiası da Quranda qarışqaların danışması haqqındakı ayə ilə bağlıdır. Nəml Surəsinin 18-ci ayəsindəki qarışqaların danışmasını nağıl sayan bir çox ateist var. Çünki bu insanların aparılan ən son elmi araşdırmalardan xəbərləri yoxdur.

Nəml Surəsinin 18-ci ayəsində deyilir: “Nəhayət, onlar (Taifdəki, yaxud Şamdakı) qarışqa vadisinə gəlib çatdıqda bir qarışqa (qarışqaların padşahı) dedi: “Ey qarışqalar! Yuvalarınıza girin ki, Süleyman və ordusu özləri də bilmədən sizi (ayaqları altında) basıb əzməsinlər!”

Göründüyü kimi hələ 1400 il əvvəl Qurani Kərimdə qarışqaların bir-birilərini təhlükədən xəbərdar etmək üçün öz aralarında ünsiyyət qurmaqlarından söhbət açılır. Hansı ki, əcnəbi elm adamları qarışqaların öz aralarında səsli ünsiyyət qurması və bir-birilərini təhlükədən xəbərdar etməsi bacarıqlarını son dövrlərdə kəşf ediblər.

Halbuki əvvəllər qarışqalar arasında bu cür səsli ünsiyyətin mövcudluğu insanlara məlum deyildi. Çünki qarışqaların ünsiyyət vaxtı çıxardıqları səsləri adi qulaqla eşitmək mümkün deyil. Bunu ancaq müasir texnoloji vasitələrin köməyilə eşitmək olur. Yəni Quran nazil olarkən belə texnoloji cihaz və avadanlıqlar hələ kəşf edilməmişdi. Bu fakt isə bir daha Quranın insan yox, ilahi kəlimə olduğu həqiqətini ortaya qoyur.

Bəli, alimlər tərəfindən aparılan elmi araşdırmalar nəticəsində qarışqaların özlərinə xas tərzdə müxtəlif səslər çıxardaraq bir-birləri ilə danışdıqları və ünsiyyət qurduqları təsbit edilmişdir.

Qarışqaların çıxardıqları səslər haqqında Britaniyalı və İspaniyalı alimlərin birgə apardıqları elmi-tədqiqat işində iştirak edən Oksford universitetinin professoru Ceremi Tomas bunları deyir: “İlk dəfə olaraq bizim araşdırmamız göstərir ki, qarışqa koloniyasının fərqli üzvləri müxtəlif səslər çıxardırlar və həmin səslər qarışqalarda müxtəlif davranışlara səbəb olur.”  (http://www.dailymail.co.uk/sciencetech/article-1137267/Getting-chest-Study-reveals-ants-talk-other.html)

Digər araşdırmada isə qeyd edilir ki, “Myrmica növündən olan qarışqalarının çıxardıqları səslərin son qeydə almaları aşkar etmişdir ki, kraliça qarışqa işçi qarışqalara nisbətən daha fərqli səslər çıxardır.” (http://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC2889977/)

Araşdırmalar göstərir ki, qarışqalar qarınlarının iki  hissəsini bir-birinə sürtərək səs çıxardırlar. Onlar bu cür komunikasiyadan bitkinin üzərində ən yaxşı yarpaqların olduğu yerlərdə və təhlükə anında  istifadə edirlər. (http://www.bbc.co.uk/programmes/p016xzpv)

Digər qaynaqlar:

  1. http://en.wikipedia.org/wiki/Ant#cite_note-70
  2. http://www.ncbi.nlm.nih.gov/pubmed/19197065
Advertisements