Nəml Surəsinin 18-ci ayəsindəki qarışqaların danışmasını nağıl sayan insanlar var. Çünki aparılan ən son elmi araşdırmalardan xəbərləri yoxdur.

Nəml Surəsinin 18-ci ayəsində deyilir: “Nəhayət, onlar (Taifdəki, yaxud Şamdakı) qarışqa vadisinə gəlib çatdıqda bir qarışqa (qarışqaların padşahı) dedi: “Ey qarışqalar! Yuvalarınıza girin ki, Süleyman və ordusu özləri də bilmədən sizi (ayaqları altında) basıb əzməsinlər!”

Göründüyü kimi hələ 1400 il əvvəl Qurani Kərimdə qarışqaların bir-birilərini təhlükədən xəbərdar etmək üçün öz aralarında danışdıqlarından söhbət açılır. Hansı ki, elm adamları qarışqaların öz aralarında səsli ünsiyyət qurması və bir-birilərini təhlükədən xəbərdar etməsi bacarıqlarını son dövrlərdə kəşf ediblər.

Bəli, alimlər tərəfindən aparılan elmi araşdırmalar nəticəsində qarışqaların müxtəlif səslər çıxardaraq bir-birləri ilə danışdıqları və ünsiyyət qurduqları təsbit edilmişdir.

Qarışqaların çıxardıqları səslər haqqında Britaniyalı və İspaniyalı alimlərin birgə apardıqları elmi-tədqiqat işində iştirak edən Oksford universitetinin professoru Ceremi Tomas bunları deyir: “İlk dəfə olaraq bizim araşdırmamız göstərir ki, qarışqa koloniyasının fərqli üzvləri müxtəlif səslər çıxardırlar və həmin səslər qarışqalarda müxtəlif davranışlara səbəb olur.”  (http://www.dailymail.co.uk/sciencetech/article-1137267/Getting-chest-Study-reveals-ants-talk-other.html)

Digər araşdırmada isə qeyd edilir ki, “Myrmica növündən olan qarışqalarının çıxardıqları səslərin son qeydə almaları aşkar etmişdir ki, kraliça qarışqa işçi qarışqalara nisbətən daha fərqli səslər çıxardır.” (http://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC2889977/)

Araşdırmalar göstərir ki, qarışqalar qarınlarının iki  hissəsini bir-birinə sürtərək səs çıxardırlar. Onlar bu cür komunikasiyadan bitkinin üzərində ən yaxşı yarpaqların olduğu yerlərdə və təhlükə anında  istifadə edirlər. (http://www.bbc.co.uk/programmes/p016xzpv)

Digər qaynaqlar:

  1. http://en.wikipedia.org/wiki/Ant#cite_note-70
  2. http://www.ncbi.nlm.nih.gov/pubmed/19197065