1. Quran elmi bir kitab deyil, müqəddəs bir kitabdır. Bu səbəbdən quruluşu etibarilə Qurana baxaraq bir elmi kəşf etmək onsuz da mümkün deyildir. (Quran araşdırmanı, öyrənməyi təşviq edər, lakin o ayrı bir mövzudur.)

2. Quran yalnız nəticəni birbaşa ortaya qoyar, lakin bu nəticəyə necə çatacağını göstərməz. Məsələn kainatın genişləndiyini araşdırmaq üçün nə lazımdır? Alimlər, bir teleskop, kosmologiya elmi ilə bağlı məlumatlar, düsturlar və s. və s. … Bu Quranda keçməz.  Quranda yalnız birbaşa nəticə göstərilir: “Biz göyü qüdrətimizlə (qüdrət əlimizlə) yaratdıq və Biz onu genişləndirməkdəyik.” (Zariyat, 47)

3. Yaxşı, bu gerçək Qurandakı möcüzələri əsassız edərmi? Əlbəttə ki, XEYR. Bunu bir nümunə ilə izah edək: Mən sizə deyirəm ki, “Bakıda X küçəsi Nömrə 1-də bir xəzinə gizlədilib”. Lakin sizə yolu təsvir etmirəm (xəritəyə də sahib deyilsiniz).

3.1 Siz necə tapacaqsınız oranı? Daha sonra biri bu xəzinəni tapsa, siz onsuz da harda olduğundan xəbərdar olduğunuzu bildirdiniz. Bu adam da “xeyr, bilə bilməzsən, yoxsa sən tapardın” desə bu məqbul bir cavab olarmı? Bu cavab ilə, bu adamın xəzinənin harada olduğundan xəbərdar olmadığını isbat edərmi? Əlbəttə ki, xeyr, ateistlərin işlədikləri böyük səhv də eynilə belədir.

3.2 Quranda da vəziyyət belədir, xəzinənin yeri bildirilir, lakin yol təsvir edilmir.