Fizikaçı Lawrence Kraussa görə ola bilər. Lawrence Krauss ”Heçlikdən Kainat” adlı kitabında kainatın yoxluqdan özbaşına çıxa bildiyini və bu səbəbdən ”niyə heç bir şey deyil də bir şeylər var?” sualına cavab verdiyini iddia edir. Heçlikdən kainat yarana biləcəyini söyləyən sənədli filmlər də vardır. İstər bu kitablar olsun, istərsə də sənədli filmlər ateistlər tərəfindən sanki ”bax Allaha filan ehtiyac yoxdur, kainat özbaşına meydana gələ bilər” deyə önə sürülməkdədir. Yaxşı, xalqımızın aldadıldığını bilməyə haqqı yoxdurmu?

Gəlin bu əsassız iddiaları birlikdə dəyərləndirək . Heçlikdən (yoxluq) kainat iddiaları tamamilə təhrif etmədir və bu iddiaların əsası yoxdur. Əvvəlcə ”yoxluq ” deyə bir şey belə təsbit edilə bilməmişdir. Yoxluq belə yoxkən, necə olur da yoxluqdan kainat çıxa bilir deyə soruşaraq başlaya bilərik.

Kraussun yoxluq ilə nəzərdə tutduğu ”kvant vakuum” deyə adlandırdığımız ”boş” havadır. Krauss burda əslində var olan bir şeyə yoxluq deyərək “Fallacy of Equivocation” deyə adlandırılan bir məntiq xətasına imza atır. Yoxluğun və ya heçliyin mənası sabit olmasına baxmayaraq yeni bir heçlik tərifi çıxararaq özünü haqlı çıxarmağa çalışır.

Kraussun nəzərdə tutduğu şey həm fəlsəfi baxımdan həm də elmi baxımdan yoxluq deyil. Fəlsəfi baxımdan yoxluq heç bir şeyin olmaması , bir başqa deyişlə ”varlığın yoxluğudur”. Aristo yoxluğun tərifini bu şəkildə etmişdir: ”Yoxluq qayaların xəyal etdiyi şeydir” .

Elmi baxımdan bir şeyin yoxluq ola bilməsi üçün həmin şeyin heç bir xüsusiyyəti olmamalıdır. Halbuki Kraussun yoxluq deyə iddia etdiyi kvant vakumun bir çox təcrübi / yanlışlanabilir xüsusiyyətləri vardır. Kvant vakumun enerjisi vardır, dalğalanmaları vardır, ölçə biləcəyimiz xüsusiyyətləri vardır. Vəziyyət belə ikən necə bu şeyə yoxluq deyə bilərik ki?

Bunun nə qədər məntiqsiz bir fikir olduğunu başqa bir nümunə üzərindən göstərə bilərik. Bildiyiniz kimi buz və su tamamilə eyni maddədir. Buz suyun donmuş halıdır. Buzu əritdikdə su əldə edirik. İndi biz əridilmiş buzdan çıxan su üçün ”bu su yoxdan meydana gəldi” desək bu axmaqlıq olmazmı ? Kraussun da etdiyi eynilə budur.

Kraussun bu ifadələri akademik çevrələrdə də çox tənqid almışdır. Başda Alexander Vilenkin olmaq üzrə bir çox kozmolog/fizikaçı Kraussun heçlik deyə tanıtdığı şeyin heçlik olmadığını söyləmişlər . İstəyənlər bunu Vilenkinin öz dilindən dinləyə bilər : http://www.youtube.com/watch?v=A7I3uM-kMPI (İngiliscədir)

İndi işin daha da dəhşətli qisminə keçək. Yoxluqdan kainat meydana gəlməsini keçin, kvant vakuumda kainat meydana gəlməsi düşüncəsi də elmi olaraq sübut edilmiş bir nəzəriyyə deyil. Kvant vakuumda kainatın meydana çıxması son dərəcə spekulyativ bir nəzəriyyədir və heç bir dəlili yoxdur. Bunu dünyanın öndən gələn kozmologlarından biri olan Corc Ellisin dilindən dinləyə bilərsiniz : http://www.youtube.com/watch?v=tq8-eLGpEHc ( 43:13 . -48:00 . Dəqiqə arası )

Krauss haqlı olsaydı belə problem yenə həll oluna bilməzdi, çünki bu dəfə ”kvant vakuumda kainatı çıxardan qanunlar haradan gəlir?” sualı doğardı və ”niyə heç bir şey deyil də bir şeylər vardır ?” sualı yenə cavabsız qalardı.

İşin ironik qismi , müqəddəs mətnlərdə keçən keçmiş qövmlərə verilən möcüzələrə gülənlər, heçlikdən yaranan bir kainata inanırlar.

Ateistlər Qurani Kərimə inanmırlar.  Ancaq məsələnin gülməli tərəfi odur ki, “heçlikdən yaranmış kainat” fikrini dəstəkləməklə əslində ateistlər özləri də bilmədən Qurandakı ayələri qismən təsdiqləmiş olurlar. Quranda “heçlikdən yaradılma” haqqında deyilir:

            “Biz hər hansı bir şeyi (yaratmaq) istədikdə ona sözümüz: “Ol!” deməkdir. O da dərhal olar.” (Nəhl, 40).

            “Allaha (özü üçün) övlad götürmək yaraşmaz. O, pakdır, müqəddəsdir. O, hər hansı bir şeyi yaratmaq istədikdə ona yalnız: “Ol!” deyər, o da dərhal olar. “(Məryəm, 35).

            “Bir şeyi (yaratmaq) istədiyi zaman (Allahın) buyurduğu ona ancaq: “Ol!” deməkdir. O da dərhal olar.” (Yasin, 82).

            “Dirildən də, öldürən də Odur. O, bir işi qərara aldıqda (bir şeyi yaratmaq istədikdə) ona ancaq: “Ol!” – deyər, o da dərhal olar.” (Mömin, 68)

Bəli, ayələrdə deyildiyi kimi “heçlikdən kainatın” sonsuz elm və qüdrət sahibi olan Allah Təala (c.c) tərəfindən yaradılması mümkündür.

Amma kainatın heçlikdən öz-özünə, təsadüfən var olması mümkün deyil və qeyri-məntiqidir. Bir az məntiqlə düşünsək və özümüzə sual versək: 
            Səbəbsiz olaraq öz-özünə heç nədən nəysə yarana bilərmi?
            Səbəblərlə dolu olan kainatımız səbəbsiz olaraq heçlikdən öz-özünə var ola bilərmi?
            Hətta nəhəng kainat bir yana dursun, səbəbsiz olaraq adi bir hüceyrə təsadüfən yarana bilərmi?

Hüceyrənin təsadüfən yaranması haqqında məşhur ingilis riyaziyyatçı və astronomu, “Big Bang” termininin müəllifi, professor Ser Fred Hoyle kor təsadüflərin canlıları yarada bilməsini mümkünsüz hesab etmiş və ateistlərin, materialistlərin, təkamülçülərin bu batil inancı barədə belə bir bənzətmə söyləmişdir:  “Təsadüfən bir hüceyrənin meydana gəlməsi ilə metal yığınını sovuran qasırğanın təsadüfən “Boeing-747” təyyarəsini meydana gətirməsi arasında heç bir fərq yoxdur.” Mənbə: “Nature” jurnalı, “Hoyle on Evolution,” № 294, 12 noyabr 1981, səhifə 105.