İDDİA: Məhəmməd peyğəmbər Quranda İsanın anası Məryəm və Harunun bacısı Məryəmi qarışdırır. Halbuki Harun və İsanın arasında yüzlərlə il fərq var. Yəni, Quranda böyük bir tarix səhvi var.

CAVAB: Həmin ayə Məryəm surəsinin 28-ci ayəsidir. O ayədə belə yazılır:
“Ey Harunun bacısı! Atan pis kişi, anan da zinakar deyildi!”.

Burada bir qarışdırma filan yoxdur. Ərəb və İbranicə kimi sami dillərində ”bacı” və ”oğul” kimi ifadələr yalnız öz bacı və öz oğul üçün deyil, eyni soydan gələn digər kəslər üçün də istifadə edilir. Hz.Məryəm Hz.Harun peyğəmbərin nəslindən gəldiyi üçün Quranda ”Ey Harunun bacısı” deyə xitab edilir. Belə xitab edilərək Hz.Məryəmin onun soyundan gəldiyi xüsusilə vurğulanır. Bu tərz xitab Hz.Məryəmin birbaşa olaraq Hz.Harunun öz bacısı olduğu mənasını vermir. Quranın nazil olduğu cəmiyyətdə klassik ərəbcədə danışılırdı və klassik ərəbcədə bu kimi ifadələr çox normal idi.

”Ey Harunun bacısı” ifadəsi Hz.Məryəmin qövmündəki yəhudilər tərəfindən deyilmişdir. Hz.Məryəmi qınayan, yəhudilər “Ey Harunun bacısı” şəklində İbranicə xitab etmişdilər. Allah (c.c) Quranda bu ifadəni ərəbcə olaraq köçürmüşdür.

Ayənin kəlimə məalına baxaq:

19 – MERYEM/28-
1.- yâ : ey
2.- uhte hârûne : Harun’un bacısı
3.- mâ kâne : olmadı, deyildi
4.- ebû-ki : sənin atan
5.- imrae : bir adam
6.- sev’in : pis
7.- ve mâ kânet : və deyildi
8.- ummu-ki : sənin anan
9.- begıyyen : azğın, iffətsiz

Bu ayədə keçən “uhte” sözünün İbranicəsinin qarşılığı və istifadə şəkli mənaca qardaş, soy, nəsəb, xalq, qövm anlayışlarını ifadə etməkdədir.

Ərəbcə söz olaraq “Uht” sözünün mənaları:
1 – Qan bağı olaraq öz və ya ögey qardaşlıq
2 – Soy, Qövm ya da Din və İnanc qardaşlığı
3 – Bənzər, Bərabər, Eyni

İbranicədə “Uht” sözü “אחיות-ahot” sözü olaraq keçir və bu söz “qardaş-bacı-soy-nəsəb-qövm-xalq” mənasındadır. Hətta insanoğlu üçün istifadə ”Adəmoğlu” ifadəsi belə sami dillərindən gəlmə bir ifadədir. Adəmoğlu dediyimizdə əlbəttə Adəmin öz oğlu olduğumuzu nəzərdə tutmuruq.

Bunun bir təhrif etmə olmadığının isbatı Əraf surəsinin 38-ci ayəsidir. O ayəyə baxa bilərsiniz. O ayədə eyni ”Uthe” sözü keçir və o ayədə bunun ”yoldaş” mənasında istifadə edildiyini görə bilərsiniz. Bunun sami dillərində işlədilən bir ifadə şəkli olduğunu İncil və Tövratda da görə bilərsiniz. Məsələn İncilin bir ayəsində ”Davudun oğlu İsa” deyir, halbuki başqa ayədə ”İbrahimin oğlu İsa” deyir. Davudun oğlu dedikdə, əlbəttə ki, Davudun öz oğlu nəzərdə tutulmur. Hz.İsanın Hz.Davudun soyundan gəldiyi nəzərdə tutulur. Sami dillərini bilənlər bunu yaxşı bilirlər.
Onsuz da öz bacısından bəhs edilməsi məntiqli də deyil. Əgər Quranı Peyğəmbərimiz (s.a.s) yazmış olsaydı, niyə Hz.Məryəmə Hz. Harunun bacısı üzərindən xitab etmiş olsun ki?
Çünki öz bacısı peyğəmbər filan deyildi, bu səbəbdən bacısının (cəmiyyətdə) heç bir əhəmiyyəti yox idi. Əhəmiyyətli olmadığı üçün də onun üzərindən xitab edilməsi məntiqli deyil.
Məsələn, prezidentin kimsənin bilmədiyi ”Məmməd” adında bir qardaşı olsa, prezidentə ”Məmmədin qardaşı İlham Əliyev” deyə xitab etməyin bir mənası varmı?
Yəni bu iddia doğru olmamasıyla birlikdə məntiqli də deyil!
Bunun xaricində İncil əsas götürülərək edilən fərqli tarix səhvi iddiaları vardır. İncilin dəyişdirildiyi üçün bunların heç birinə etibar edilə bilməz. Bunu da ifadə etmiş olaq.