Bəzi ateistlərin iddia etdikləri kimi Quranın qədim yunan astronomiyası haqqında məlumatlara əsaslanması iddiası tamamilə yanlışdır. Çünki qədim yunan astronomiyasına görə göyün 9 təbəqəsi var idi. Halbuki Quranda ancaq 7 qat səmadan bəhs edilir. İslamda təfsir alimlərinin əksəriyyətinin fikri belədir ki, dünyanın üstündə bütün ulduzların var olduğu maddi aləmin hamısı bir səmadır. Bu, yeddi səmanın birincisidir. Bəzi İslam alimləri isə Quranda yeddi rəqəminin bir sıra ayələrdə məcazi anlamda çoxluq mənasında işləndiyini deyirlər.

Qədim yunan filosofları Ptolomey və Aristotelin geosentrik kainat nəzəriyyəsinə görə Yer kainatın mərkəzində yerləşirdi. Digər planetlər isə (Ay, Merkuri, Venera, Günəş, Mars, Yupiter, Saturn) isə Yerin ətrafında  dövr edirdilər. Daha sonra isə sonsuz sayda Ulduzlar yerləşirdi. Kainatın sonunda isə İlkin Səbəb sahəsi (Sphere of the Prime Mover) gəlirdi. Buradan aydın olur ki, göyün təbəqələrinin sayı 9 idi:

1-ci təbəqə Yer və Ay arasında

2-ci təbəqə Ay və Merkuri arasında

3-cü təbəqə  Merkuri və Venera arasında

4-cü təbəqə Venera və Günəş arasında

5-ci təbəqə Günəş və Mars arasında

6-cı təbəqə Mars və Yupiter arasında

7-ci təbəqə Yupiter və Saturn arasında

8-ci təbəqə Saturn və Ulduzlar

9-cu təbəqə Ulduzlar və İlkin Səbəb sahəsi

 

Mənbələr:

1. Elmalılı Hamdi Yazır, Hak Dini Kuran Dili, Bakara/29

2. Allah, yedi göğü ve yerden de onların benzerini yarattı… (Talak Suresi, 12) ayetindeki yedi gök ne demektir? http://www.sorularlaislamiyet.com/article/12611/allah-yedi-gogu-ve-yerden-de-onlarin-benzerini-yaratti-talak-suresi-12-ayetindeki-yedi-gok-ne-demektir.html

3. What Is Meant By ‘Seven Heavens’?

http://www.al-islam.org/philosophy-islamic-laws-ayatullah-al-uzma-shaykh-nasir-makarim-shirazi-ayatullah-jafar-subhani-35

4. The Universe of Aristotle and Ptolemy

http://csep10.phys.utk.edu/astr161/lect/retrograde/aristotle.html