CAVAB:  İslama görə Nuh tufanı müəyyən bir bölgə üçündür, yəni tufan bütün dünyanı vurmamışdır və dünyadakı bütün heyvanlar gəmiyə yüklənməmişdir.

Qurandan bunun sübutu:

1) Heç bir ayədə tufanın bütün dünyanı vurduğu yazılmayıb.

2) Hz. Nuh bütün dünyaya yox, yalnız müəyyən bir coğrafi bölgeye yaxud qövmə (tayfaya) göndərilmişdir.

  • ”Biz Nuhu öz tayfasına (peyğəmbər) göndərdik.” (Ənkəbut Surəsi 14)
  • “Biz Nuhu öz tayfasına (peyğəmbər) göndərdik. O dedi: “Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur. Mən (müsibəti) böyük günün (qiyamət gününün) sizə üz verəcək əzabından qorxuram!”(Ə’raf surəsi, 59)
  • “Həqiqətən, Biz Nuhu öz tayfasına peyğəmbər göndərdik. Nuh dedi: “Mən sizi (Allahın əzabı ilə) açıq-aşkar qorxudan bir peyğəmbərəm!” (Hud surəsi, 25)

3) Öz tayfası bütün insanoğlu ola bilməz.Çünki Quranda Hz. Nuh həmişə ”ey qövmüm” ( ya kavmi) deyə xitab edir. Quranda ”ey insanlar” (Ya eyyuhennasu) ifadəsi də mövcuddur və dəfələrlə təkrarlanmaqdadır. Əgər bütün insanlar olsaydı burada da ”ey insanlar” ifadəsindən istifadə olunardı.

4) Öz qövmü (tayfası) xaricindəki digər insanları tufan vura bilməz.Çünki Allah (c.c) Quranda xəbərdar edici bir peyğəmbər göndərmədən heç bir qövmü həlak etməyəcəyini söyləyir.
”Biz heç bir məmləkəti ora peyğəmbər göndərmədən məhv etmədik! (Peyğəmbərləri) öyüd-nəsihət vermək üçün (göndərdik). Biz zalım deyilik!” (Şuəra Surəsi 208-209)

5.) Tufan müəyyən bir bölgədə olduğu üçün sadəcə o bölgədəki heyvanlardan iki cüt gəmiyə yüklənir və bu da əlbəttə ki mümkündür.

Nəticə: Bu nağıl olmadığı üçün İNANIRIQ..!