Ateistlər düşünürlər ki, dinlər müharibələrə səbəb olur. Dinlər olmasa idi, yer üzündə əmin-amanlıq olardı. Amma ateistlər yanılırlar.

Amerikalı tarixçilər Alan Akselrod və Çarlz Filips  tərəfindən hazırlanmış olan “Müharibələr  Ensiklopediyası” kitabında dünya tarixi boyunca baş vermiş əsas müharibələrin ətraflı siyahısı verilmişdir. Həmin siyahıya ümumi olaraq 1763 müharibə daxil edilmişdir. Maraqlıdır ki, bu müharibələrdən sadəcə 7 faizi (123 müharibə) dini müharibə kimi xarakterizə edilmişdir. Digər 93 faizi (1640 müharibə) isə qeyri-dini xarakterli (sekyular, dünyəvi) müharibələrdir. 1

Digər amerikalı professor Vilyam Kavano özünün “Dini Zorakılıq Mifi” (2009) adlı kitabında “dini müharibələr” terminini “Qərb dixotomiyası” adlandıraraq qeyd edir ki, dini müharibələr kimi xarakterizə olunan bütün müharibələr əslində sekyular (iqtisadi yaxud siyasi) şaxələnmələrə malikdirlər.2

 

Mənbələr

1. Axelrod, Alan & Phillips, Charles Encyclopedia of Wars, Facts on File, November 2004, ISBN 978-0-8160-2851-1. Deem, Richard. Are Most Wars the Result of Religious Belief?, March 28, 2008

2. The Myth of Religious Violence: Secular Ideology and the Roots of Modern Conflict, W. Cavanaugh, Oxford University Press, 2009. ISBN 978-0-19-538504-5