İddia:
Kəhf surəsinin 50-ci ayəsində iblisin (şeytanın) cin olduğunu yazılıb, halbuki Bəqərə surəsinin 34-cü ayəsində iblisin bir mələk olduğu aydın olur. Bu bir ziddiyyətdir.

Cavab :
Bəhs edilən ayə: ”O zaman Biz mələklərə: Adəmə səcdə edin, demişdik. İblisdən başqa hamısı səcdə etdilər. O üz çevirdi və böyüklük göstərdi , beləcə kafirlərdən oldu.” (Bəqərə 34)

Bu ayənin ərəbcəsində iblisin bir mələk olduğu başa düşülmür! Bəqərə surəsinin 34-cü ayəsi tərcümədə səhv başa düşüldüyü üçün ayələrdə ziddiyyət olduğu sanılır. Bu ayədə ərəbcədə ”Tağlib sənəti” deyə bilinən bir qrammatika qaydası mövcuddur. Tağlib sənətinə görə əksəriyyətə xitab edilir. Məsələn bir sinifdə yüz şagird varsa və bu yüz şagirdin arasında yalnız bir dənə qız varsa və müəllim bütün oğlanlar ayağa qalsın desə, ərəb dilindəki bu qaydaya görə o yeganə qızı ayrı göstərməyə ehtiyac qalmır. Yəni, bütün oğlanlar dediyi zaman avtomatik olaraq o bir qızı da əhatə edir. (Təbii ki, bu tərsi üçün də etibarlıdır. Bir dənə oğlan olsaydı da vəziyyət eyni olardı)

Eyni şəkildə ayədə iblisi ayrı göstərməyə ehtiyac yoxdur. Bu səbəbdən bu ayədə iblisin mələk olduğu anlaşılmır. Kəhf surəsinin 50-ci ayəsində iblisin açıq şəkildə cin olduğu yazılır.

Nəticə : İblis bir cindir və ayələrdə heç bir ziddiyyət yoxdur.