Quranı, peyğəmbərin (s.a.v) yazdığını əgər fərz edəsi olsaq, onda:

– Nə üçün, “yaxında Məkkə fəth olunacaq” deyə ayə endirib, fəth edə bilməmə ehtimalına qarşı iddiasını riskə atır?

– Nə üçün, “Rumlar Farslara qarşı güc toplayıb onları məğlub edəcək, 3-9 il arasında” deyə, Rumların məğlub olduğunu bilə-bilə belə bir ayə endirib, 3-9 il arasında məğlub olma ehtimalı qarşısında iddiasını riskə atır?

– Nə üçün, dövrünün şairlərinə baş qaldırıb “bənzərini əsla gətirə bilməyəcəksiniz” deyib iddiasını riskə atır? Özü bir şair olmamasına rəğmən və bəlkə bənzərlərini gətirə biləcəkləri ehtimalına rəğmən.

– Sizcə Quranı Peyğəmbər öz əlləriylə yazsaydı,  ən çətin və ən məşəqqətli namaz olan, gecənin bir yarısı oyanıb min bir zəhmətə girərək qılınan TƏHƏCCÜD NAMAZını ömürünün sonuna qədər özünə “FƏRZ” edər idimi?
– Belə çətin bir hökmü, yuxusuz qalaraq özünə əziyyət etmək üçün Qurana yazar idimi?
“Gecənin bir qisimində də oyanaraq sənə məxsus çox bir ibadət olmaq üzrə təhəccüd namazı qıl ki, Rəbbin səni Məqam-ı Mahmuda çatdırsın. “(İSRA 79)

Hz. Aişə radıyallahu anhâ deyir:  “Rəsulullah (aleyhissalâtu vesselâm) gecə (təhəccüd) namazını heç tərk etməzdi. Hətta xəstələnəcək və ya ağırlıq hiss edəcək olsa oturaraq qılardı.”  (Ebu Dâvud, Salât 307).

– Nə üçün, hələ Quran yeni endirildiyi vaxtda Əbu Ləhəbin iman etməyəcəyinə dair ayə yazdırıb, onun yalandan da olsa iman etdim deməsi ehtimalını gözə alaraq iddiasını riskə atır?

– Nə üçün, özünə əziyyət və sui-qəsdlərin çox olduğu Məkkə dövründə, “Səni düşmənlərindən qoruyacağıq” deyə ayə endirib sonra da “Rəbbim məni qoruyacaq, məni qorumanıza ehtiyac yoxdur” deyib, sui-qəsdlərin baş vermə ehtimalına qarşı iddiasını riskə atır?

– Nə üçün, “Allahın nurunu, İslamı tamamlayacağına” dair ayə yazdırıb, Quran ayələrinin hələ bitmədən, önündəki bir çox döyüşü də gözə alaraq, vəfat edə bilmə ehtimalına qarşı iddiasını riskə atır? Və üstəlik döyüşlərdə ən ön sırada döyüşür və düşmənə döyüşdə ən çox yaxınlaşan adam olub özünü və iddiasını riskə atır? Quran ayələri bitmədən vəfat etsəydi, iddiasının batil olacağını insanların anlaya bilmə ehtimalına qarşı …

Bu “NƏ ÜÇÜN” lər çoxdur. Bu qədər “NƏ ÜÇÜN” ün nəticəsində mübarizəsinin heç bir səhv olmadan davam etməsi, ayələrin bir-bir çıxması təsadüfdürmü? Peyğəmbər öz nəfsindən Quranı yazdırdığı üçün bu qədər riskli ayə yazdırmışdır, yoxsa Allah (c.c) Quranı yazdırdığı üçün bu qədər möcüzəvi xəbəri heç çəkinmədən Qurana qoymuşdur?!

Əgər Quranı peyğəmbərin yazdığını fərz edərsək, bəs onda sadəcə bir bəşər olan Hz. Məhəmməd (s.a.v):

————————-ASTRONOMİYA————————–

Necə planetlərin orbitləri olduğunu bilə bilər? (Zəriyət 7; Ənbiya 33)

Necə bütün göy cisimlərinin harmoniya içində hərəkət etdiyini öyrənə bilər? (Mülk 3)

Necə Big Bang-ın ilk saniyələrində başlayan ayrılmağı bilə bilər? (Ənbiya 30)

Necə kainatın genişləndiyini bilə bilər? (Zariyat 47)

Necə kainatın yoxdan var olduğunu bilə bilər? (Ənam 101)

Necə kainatın sonunun olduğunu bilə bilər? [Big Crunch] (Ənbiya 104)

Necə dünyamızı qoruyan atmosferi və elektromaqnit sahələr olduğunu bilə bilər? (Ənbiya 32)…

————————–GEOLOGİYA————————-

Necə dağların bu qədər sabit və zəlzələni əngəlləyici olduğunu bilə bilər? (Ənbiya 31; Nəbə 6-7)

Necə yağışın mərhələlərini bilə bilər? (Rum 48)

Necə dənizlərin dərinliklərindəki daxili dalğaları bilə bilər? (Nur 40)

Necə dağların əslində hərəkət etdiyini öyrənə bilər? (Nəml 88)…

————————-BİOLOGİYA————————-

Necə insanın palçıqdan meydana gəldiyini bilə bilər? (İnsan toxumalarının 95%-i palçıqdakı elementlərdən ibarətdir) (Saffat 11)

Necə insan orqanlarının inkişaf sırasını öyrənə bilər? (Muminun 78; Nəhl 78; Ənam 46; İnsan 2)

Necə balın qida dəyəri ən yüksək qidalar arasında olduğunu bilə bilər? (Nəhl 68-69)

Necə qida dövrünü bilə bilər? (Ənam 95)

Necə yuxudaykən əslində qulaqlarımızın duyduklarımızı şüuraltında saxladığını bilə bilər? (Kəhf 11)

Necə barmaq izlərinin bu qədər kompleks olduğunu vurğulaya bilər? (Qiyamət 4)…

————————-TARİX————————-

Necə Bizansın Farslarla döyüşünün nəticəsini öyrənə bilər? (Rum 1-4)

Necə Məkkənin fəth olunacağını bilə bilər? (Fəth 27)

Necə fironun ən yaxın adamı və sağ qolu olan Haman-ı bilə bilər? (Qasas 38)

Necə Hz.Musa zamanında hökmdara “firon”, Hz. Yusuf zamnındakı hökmdara da sultan, kral deyildiyini bilə bilər? (Yusuf 50)

Necə həlak edilmiş İrəm şəhərini və nəhəng sütunlarını bilə bilər? (Fəcr 6-8)

—————FİZİKA və RİYAZİYYAT—————–

Necə insanların həyatını ən çox asanlaşdıran elementin (dəmirin) əslində kometlərdən gəldiyini bilə bilər? (Hədid 25)

Necə zamanın əslində nisbi olduğunu bilə bilər? (Səcdə 5; Məaric 4)

Necə Qurandakı riyazi nizamı quran zəkaya sahib ola bilər və niyə (bunu bilirsə) yaşadığı müddət ərzində bunu xalqa açıqlamaz? [Quranda əksər sözlərin (məs, cənnət 77, cəhənnəm 77 ) ona zidd mənalı sözlərlə eyni sayda, ya da 2 dəfə çox keçməsi]

Necə yalnız yaşıl ağacdan yandırarsınız deyərək oksigeni təsvir edə bilər? (Yalnız xlorofil olan bitkilər oksigen istehsal edir və xlorofil yaşıl rəngdədir) (Ya sin 80)…

Ərəbistan Çölünün ortasında birdən birə biri insanların uydurma ilahlara sitayiş etməsinə görə narahat olacaq. Daha sonra “beynində bir Tanrı yaradıb”, bu Tanrının ona bir sıra sözlər söylədiyini bildirəcək. Üstəlik bu İlah heç bir şeyə bənzəməyən (Yaratdığı növdə olmayan), doğmamış, doğulmamış bir İlah olacaq (İxlas Surəsi)(Halbuki Tanrının dağların başında yaşayan, göydə uçan maddi bir şey olduğunu da söyləyə bilərdi.)

Kainatın yaradıldığını, hər şeyin tək bir nöqtədən bitişik ikən ortaya çıxarıldığını (Ənbiya Surəsi) və yaradılan bu kainatın genişləndiyini (Zariyat Surəsi) söyləyəcək. (Halbuki hər şey yaradılmış, amma təklik yox da deyə bilərdi, ya da kainat get-gedə kiçilməkdədir tərzində olan, elmə zidd olan ayə də ola bilərdi.)

Tanrını Ontoloji olaraq Din anlayışının mərkəzinə qoyaraq, boş yerə var olmadığımızı, varlığın sirrinin axirət və hesab günü olduğunu, bütün insanlığa o dövrün ədəbiyyatda inkişaf etmiş cəmiyyətinə bu Quranın bir bənzərini gətirin, əgər haqlısınızsa deyəcək və meydan oxuyaraq “qumar oynayacaq”.

Dünyanın həmişə olmadığını, başlanğıcının olduğunu söyləyəcək, dağdan, daşdan, milçəkdən mükəmməl nümunələr verib, insanlara bunların yaradıldığını çatdıracaq, günəş üçün “baxın necə də dönür ətrafımızda” deməyəcək, o günəşin özünə xas bir orbiti olduğunu söyləyəcək (Loğman Surəsi 29). Günəş və ulduzlara “çıraq” mənasına gələn istilik və işıq qaynağı sifətlərini (xüsusiyyətlərini) verərkən, Ay üçün sadəcə “nur” deyəcək (Nuh 16, Mülk 5).(Halbuki ay üçün də eyni xüsusiyyəti istifadə etsə, bütün mənzərə pozulacaqdı).

Sonra Ayın orbitini əyri bir xurma budağına bənzədəcək (Yasin 39). Daha sonra bəzi bitkilərin cinsiyyət sahibi olduqlarını bildirəcək (Yasin 36). Bitkilərdə tozlaşmanı bilirmiş kimi küləklərə “dölləyici” deyəcək (Hicr 22).
.
Bir-biriylə uyğun olan və yanlış olduğu əsrlər sonra belə sübut edilə bilinməyəcək bir kitab yazacaq. Bu kitabda insanı, insandan daha yaxşı tanıyan birinin təsbitləri yer alacaq. İnsanların axtardığı ən böyük suallara cavab verəcək, var olma amaclarının nə olduğunu izah edəcək. Və eniş sırasına görə sondan 3-cü surə olan Maidə surəsindəki “dini artıq tamamladım, üzərinizdəki nemətimi tamamladım” ayəsini yazana qədər ölməyəcək, o qədər müharibədən və bəlkə də bir o qədər sui-qəsd cəhdindən uğurla sağ çıxacaq. Böyük bir “qumar oynayıb” Bizans ilə farslar arasındakı müharibənin nəticəsini doğru söyləyəcək və səbəbsiz və məqsədsiz uydurduğu bütün yalanları tək və mənasız ehtimala buraxacaq.

Belə bir şey olmadığı onsuz da bəlli. İndiki vaxtda insanlardakı inkar inadı elə bir səviyyəyə gəldi ki, “Baxın, Quranda bir səhv tapdıq” deyib, “Baxın bu möcüzə yalan” deyib saytlar açan, öncədən mühakimə yürüdərək sadəcə bir şeylər demək üçün bir şeylər deyən qərəzli çoxlu insanlar törədi. Milyonlarla insan 2+2=3 desə də, bu 2+2-nin 4 olduğu gerçəyini əsla dəyişdirməyəcək…