Özlərini türkçü, bozqurd, pantürkist və s. adlandıran bəzi azərbaycanlı ateistlər bəzən sual verirlər ki, “ərəblərin Azərbaycanda nə işi var idi?” 

O zaman sual olunur ki, bəs onda sizin Qafqazda və Kiçik Asiyada nə işiniz var? Ulu babalarınız hardan gəliblərsə, siz də qayıdın ora.

Tarixi qaynaqları oxuduqda məlum olur ki, əslində türklər Qafqaz və Kiçik Asiyanın (Anadolu yarımadası) yerli xalqları olmayıblar. Onlar bu regiona Orta və Şimali Asiyadan sonradan gəliblər.

Dr. Yecihe Hatiboğlu qeyd edir ki, “Türk tarixi e.ə. 3500-cü illərdə yaşamış olan şumerlərin tarixiylə başladılmalıdır. Şimali Asiyada yaşayan Subarlar (Sabirlər, Subirlər) adı altında yaşayan türk tayfaları dondurucu, soyuq, buz və yaşama çətinlikləri səbəbindən Sibirdən müxtəlif yollarla, xüsusilə Xəzər gölü və Şimali İran üzərindən, isti ölkələrə, Cənubi Mesopatomiyaya köç etmişlər, burada Ur və Uruk şəhərlərinin əsasını qoymuşlar. Dil və ləhcə xüsusiyyətləri nəzərə alınarsa, şumerlərin  bugünkü ən yaxın təmsilçiləri Suvar, Yakut, Karagas, Çuvaş türkləridir.”1

Azərbaycan Tarixi kitabında göstərilir ki, “III-IV əsrlərdə erkən türkdilli tayfalar Albaniyaya (indiki Qafqaz regionu) daxil olmağa başladılar. Sonralar bu tayfalar başqa türkdilli tayfalarla birlikdə ölkə sakinlərinin dil görkəminin dəyişməsində həlledici rol oynadılar.”2 

Kiçik Asiyanın (Anadolu) etnik-dil görkəmi son 4-5 min il ərzində ən azı 3 dəfə dəyişmişdir. Kiçik Asiyanın əhalisi orta əsrlərdən etibarən artıq yeni, türklərin gətirdiyi dildə danışmağa başladı.3

Mənbələr

1. Türk tarixinin başlanğıcı. Prof. Dr. Yecihe Hatiboğlu
2. Azərbaycan Tarixi. Ən qədimdən – b.e. III əsri. Azərbaycan Milli elmlər Akademiyası,  səh 287

3. Azərbaycan Tarixi. Ən qədimdən – b.e. III əsri. Azərbaycan Milli elmlər Akademiyası,  səh 144