Ateistlərin növbəti yalan iddialarından biri guya Amerikalı alimlərin demək olar ki, 95 faizinin ateist olmasıdır. Lakin aparılmış sorğu bunun əksini deyir. Belə ki, Vaşinqtonda yerləşən Amerikanın Pew Research Center elmi-tədqiqat və araşdırmalar mərkəzinin 2009-cu ilin may və iyun aylarında Elmin Tərəqqisi üçün Amerika Asossasiyasının (American Association for the Advancement of Science) üzvləri olan alimlər arasında apardığı sorğunun nəticələrinə əsasən ümumilikdə alimlərin əksəriyyəti (51 faiz) Allahın yaxud fövqəltəbii ilahi gücün olduğunu qəbul edirlər.  Alimlərin 41 faizi isə Yaradana inanmadığını, 7 faizi isə bu haqda heç nə bilmədiyini deyir.

Sorğunun nəticələrinə əsasən

  • alimlərin 48 faizi müxtəlif dinlərə inanır,
  • alimlərin 35 faizi aqnostikdir yaxud heç bir dinlə əlaqəsi yoxdur,
  • alimlərin 17 faizi isə ateistdir.

Maraqlıdır ki, biologiya və tibb sahəsində çalışan alimlərin 51 faizi, kimya sahəsində çalışanların 55 faizi, geo-elmlər sahəsində çalışanların 50 faizi, fizika və astronomiya üzrə alimlərin isə  43 faizi İlahi varlığın yaxud hansısa bir formada fövqəltəbii gücün olduğunu qəbul edirlər.

Elmi tədqiqat sahələri üzrə alimlərin kateqoriyaları aşağıdakı kimidir:

– İlahi varlığın yaxud hansısa bir formada fövqəltəbii gücün olduğunu qəbul edənlər: biologiya və tibb sahəsi (51 %),  kimya sahəsi (55  %),  geo-elmlər sahəsi (50%), fizika və astronomiya (43 %)

– Atesitlər: biologiya və tibb sahəsi (41 %),  kimya sahəsi (39 %),  geo-elmlər sahəsi (47 %), fizika və astronomiya (46 %)

– Aqnostiklər (neytral mövqe): biologiya və tibb sahəsi (7 %),  kimya sahəsi (7 %),  geo-elmlər sahəsi (3 %), fizika və astronomiya (11 %).

 http://www.pewforum.org/2009/11/05/scientists-and-belief/