5

Ateistlər iddia edirlər ki, guya əksər elm adamları ateistdirlər. Halbuki Yaradana inanmayan və 1900-2000-ci illər arası Nobel mükafatı almış elm adamlarının nisbəti yalnız 10.5%-dir. Sitat: “Atheists, agnostics and freethinkers comprise 10.5% of total Nobel Prize Winners” (100 Years of Nobel Prizes, s.57)

Fizika üzrə Nobel mükafatı sahibi arasından yalnız 7-si bir yaradıcıya inanmır(dı). (4,7%)
Kimya üzrə Nobel mükafatı sahibi arasından yalnız 9-u bir yaradıcıya inanmır(dı). (7,0%)
Tibb/Fizioloji üzrə Nobel mükafatı sahibi arasından yalnız 15-i bir yaradıcıya inanmır(dı) (9,0%).(100 Years of Nobel Prizes, s. 59)

Statistikadan da göründüyü kimi Nobel mükafatı alan alimlərin içində ateistlərin faiz nisbəti çox-çox aşağıdır. Elmdə irəliləyişin qabaqcılları yaradılışı müdafiə edən elm adamlarıdır. Ateistlər özlərini yenilik, dəyişiklik, irəliləyiş kimi anlayışlarla tanıtmağa çalışsalar da, tarix həmişə elm, irəliləyiş və inkişafın əsl qabaqcıllarının yaradılışı müdafiə edən elm adamları olduğunu göstərmişdir.

Elmi inkişafın hər anında imanlı elm adamlarının imzası var. Astronomiyada iz qoyan Leonardo da Vinçi, Kopernik, Kepler, Qaliley (Leonardo da Vinci, Kopernik, Keppler, Galilei) paleontologiyanın banisi Kuvier (Cuvier), botanika və zoologiyanın əsasını qoyan Linney (Linnaeus), yerin cazibə qüvvəsini müəyyən edən Nyuton (Newton), qalaktikaları və kainatın genişlənməsini kəşf edən Edvin Habl (Edwin Hubble) və daha bir çox elm adamı Allah’ın varlığına, kainatı və canlıları Onun yaratdığına inanan alimlər idi.

İngilis fiziki, riyaziyyatçı, astronom, ixtiraçı, fəlsəfəçi və kimyaçı Ser İsaak Nyuton: “Digər sübutları kənara qoysaq beş barmaq belə mənim Allahın varlığına inanmağım üçün yetərlidir.”   (Mənbə: Human Nature: An Interdisciplinary Biosocial Perspective, Vol. 1, Issues 7-12 (1978), p. 47)

XX əsrin ən böyük alimlərindən biri kimi qəbul edilən Albert Eynşteyn (Albert Einstein) belə demişdir: “Dərin imana malik olmayan heç bir elm adamı təsəvvür edə bilmirəm. Bu, belə də ifadə edilə bilər: dinsiz bir elmə inanmaq mümkün deyil”. (Science, Philosophy, And Religion: A Symposium, 1941, CH.13.)

Müasir fizikanın əsasını qoyan alman fiziki Maks Plank (Max Planck) isə belə deyir: “Hansı sahədə olursa olsun, elmlə ciddi şəkildə məşğul olan hər kəs elm məbədinin qapısındakı bu yazını oxuyacaqdır: iman elm adamının əl çəkməyəcəyi xüsusiyyətdir”.( J.De Vries, Essential of Physical Science, Wm.B.Eerdmans Pub.Co., Grand Rapids, SD 1958, səh. 15.)

“Dində inanmaq istəyənlər üçün kifayət qədər işıq, inanmaq istəməyənlər üçünsə onları kor etməyə yetəcək qədər qaranlıq vardır. Mənə filosofların deyil, peyğəmbərlərin xəbər verdiyi Allah gərəkdir.” (Blez Paskal – fransız riyaziyyatçı, fizikaçı, və teoloq.Dini: Roma-Katolik kilsəsi)

İsaak Nyuton: “Ateizm – boş bir şeydir. Günəş sisteminə baxanda Yeri Günəşdən kifayət qədər istilik və işıq almaq üçün lazımi aralı məsafədə görürəm. Bu, təsadüf nəticəsi deyil.” (Mənbə: John Hudson Tiner, Isaac Newton: Inventor, Scientist, and Teacher. Mott Media, 1975).

Big-Bang üzrə böyük mütəxəssislərdən olan, məşhur İngilis astrofiziki, illər boyu Kainatı Allahın yaratdığını inkar etmiş, ən son kitabında “Allaha ehtiyac yoxdur” demiş ateist Stefen Hokinq (Stephen Hawking):  “Düşünürəm ki, kainatın yaranması elmin gerçəkliyinə əsaslanır. Amma bu, elmin qanunlarını yaradan bir Allahın olmadığı mənasına gəlmir.”

20-ci əsrin ən tanınmış fiziklərindən olan və 1923-cü ildə “Elementar elektrik yükünün və fotoelektrik effektinin müəyyən edilməsi istiqamətindəki işlərə görə” fizika üzrə Nobel mükafatı laureatı Robert Endryus Milikan (Robert Andrews Millikan): «Hər bir düşünən insan Allaha inanır. Təəssüf ki, bir çox alimlər təkamül fikrini sübut etmək istəyirlər, amma əslində bunu heç bir alim edə bilməz.».  Mənbə: Millikan, R., Robert Millikan’s address to the American Chemical Society Meeting, The Commentator, June 1937..

Lazer şüası ilə atomların soyudulması və tutulması metodlarının hazırlanmasına görə fizika üzrə Nobel mükafatı laureatı Uilyam Filips deyir:  “Tanrıya niyə inanıram? Bir fizik olaraq mən təbiətə xüsusi bir perspektivdən baxıram. Düzənli və gözəl bir kainat görürəm, hansı ki, az qala bütün qeyri-adi hadisələrini bir neçə sadə riyazi tənliklə başa düşmək olur. Elə bir kainat görürəm ki, azacıq fərqli yaradılmış olsaydı heç vaxt ulduz və planetlərin yaranmasına rəvac verməz, bircə bakteriya və insanların da olmasına izin verməzdi” (The Jonh Templeton Foundation’s “Big Questions” project. Conversation, May 15, 2008. Wohlstetter Conference Center, Washington.)

“Yaradan və Kainat” kitabının müəllifi, məşhur amerikalı astrofizik Hyu Ross deyir: “Əgər zaman və maddə partlayışla birlikdə meydana gəlibsə, onda kainatı meydana gətirən səbəb kainatdakı zaman və məkandan tamamilə müstəqil olmalıdır. Bu bizə Yaradanın kainatdakı bütün ölçülərin fövqündə (xaricində) olduğunu gostərir.” (Mənbə: Hugh Ross, The Creator and Cosmos, Colorado, 1995, p.67)

İngilis nəzəri fizik, uzun müddət Kembric Universitetində çalışmış professor John Polkinghorne deyir: “Heç kim bir kvark (maddənin əsası olduğu fərz edilən və qismən elektrik yüklü olan üç növ zərrədən biri) görməmişdir və mənə görə bundan sonra da bunu bacara bilən olmayacaq. Proton və neytronların içərisində bir-birlərinə elə böyük bir güclə bağlıdırlar ki, heç kim onları bir-birindən ayıra bilməz. Yaxşı, elə isə niyə bu görünməz kvarklara inanaq? Çünki kvarkların varlığını təsirləri vasitəsiylə bilirik. Eyni şey, görünməz olan Allah üçün də etibarlıdır. Onun varlığı bizim təcrübələrimizi və biliyimizi mənalı edər: Fiziki dünyanın nemətləri və nizamı, gerçəkliyin çox ölçülü quruluşu, az qala bütün insanların ortaq cəhəti olan dua və ümid … Məncə hər iki vəziyyətdə də prosesin işləyişi eynidir. Elmdən dinə yönəldiyim zaman intellektual dünyamda bir dəyişmə yaşamaq məcburiyyətində qalmadım. Həqiqəti axtarış yolunda elm və din intellektual iki qardaşdan başqa bir şey deyil.” (John Polkinghorne, Quark, Chaos and Christianity, 98-100)

Aşağıdakı videoda əvvəl ateist olub sonradan xristianlığı qəbul etmiş və özünü ciddi xristian adlandıran məşhur amerikalı həkim-genetik Francis Collins Yaradan ilə bağlı maraqlı fikirlər deyir. O, ateizmi qeyri-məntiqi yanaşma adlandırır. Daha sonra alim Big bang-ın baş verməsi, kainatdakı həssas əyarların mövcudluğu kimi bir sıra elmi faktların əslində Allah’ın varlığına işarət edən dəlillər olduğunu qeyd edir. Qeyd edək ki, Francis Collins “İnsan Genomu Layihəsi”ne rəhbərlik edib və ABŞ-da Milli Sağlamlıq İnstitunun rəhbəridir: