İslam dininin ərəblərə və dünyaya verdiyi töhfələr haqqında qısa məlumat

İslamdan əvvəlki cahiliyyə dönəmində ərəblər iki qismə ayrılırdı: bədəvi (köçəri) və hadari (oturaq) ərəblər. Çöldə yaşayan qəbilələr arasında otlaqlar və su qaynaqları üzündən davamlı savaşlar olurdu. Qan davaları və cinayətlər əksik olmazdı. Nadir hallarda da olsa haram aylarda da savaş olurdu. Sosial həyatda qadına dəyər verilməzdi. Oğlan uşaqları ilə fəxr edirdilər. Kişilərə miras verildiyi halda qadınların miras hüququ yox idi. Bəzi qəbilələr qız uşaqlarını uğursuz qəbul edər və diri-diri basdırardılar. İslam dini gəldikdən sonra bu cür vəhşi adətlər qadağan olundu və ərəb cəmiyyəti hər tərəfli inkişaf edib çiçəkləndi.

Ərəblərin Avropaya gətirdiyi  rəqəmlərin ənənəvi dəsti: 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9; hazırda bir çox ölkələrdə istifadə edilir. Proqramlaşdırma dilləri üçün önəmli olan alqoritm 783– 850-ci illərdə Xarəzmdə (indiki Özbəkistanda şəhər) yaşamış IX əsrin məşhur özbək riyaziyyatçısı Məhəmməd İbn Musa əl-Xarəzminin (yəni Xarəzmli Musa oğlu Məhəmməd) adının latın hərflərilə olan “alqoritmi” yazılışıyla bağlıdır. Əl-Xarəzminin yazdığı traktatın XII əsrdə latın dilinə tərcümə olunması sayəsində avropalılar mövqeli say sistemi ilə tanış olmuş, onluq say sistemini və onun hesab qaydalarını alqoritm adlandırmışlar.1  Xarəzmi cəbr sahəsində ilk əsəri olan “Kitabül Müxtəsər fi Hesabil Cəbri Müqabələ”nin (“Cəbr və Müqayisə Hesabları”) müəllifidir. Əsər bu cümlə ilə başlayır: «Rəbbimiz və qoruyucumuz olan Allaha həmd və səna olsun». Orijinalı Oksford Universitetində saxlanılan bu kitabda dünyada ilk dəfə olaraq onluq say sistemini açıqlamış və üstəlik ilk dəfə olaraq, tənlik qurma üsulu ilə məsələni həll etmə yollarını göstərmişdir. Bundan başqa, sözügedən kitabında daha əvvəl məlum olmayan bir çox yeni terminlər istifadə edilmişdir: kvadratın kök dərəcəsi, tək, tək say kimi.

Qeyd. Ümumiyyətlə, alqoritm-verilmiş məsələnin həlli üçün lazım olan əməliyyatları müəyyən edən və onların hansı ardıcıllıqla yerinə yetirilməsini göstərən formal yazılışdır. Məsələnin maşında həlli üçün tərtib edilən alqoritm bir çox şərtləri ödəməlidir. Müxtəlif tipli məsələləri həll edərkən əsasən üç tipli alqoritmlərdən istifadə olunur: xətti (düz), budaqlanan və dövri. Komputerdə məsələ həll edərkən əvvəlcə yerinə yetiriləcək əməliyyatların alqoritmi tərtib edilir, daha sonra bu əməliyyatlar hər hansı proqramlaşdırma dilində əmrlər şəklində yazılır. Tərtib olunmuş proqram xüsusi əlavələr (translyator proqramlar) vasitəsilə yerinə yetirilir və ya maşın koduna çevrilir.
Bleəliklə, proqramın tərtibində ilk mərhələ alqoritmin yazılmasıdır. Əgər alqoritm olmasa idi, hər hansı proqramın tərtib edilməsi mümkün olmazdı.

 

Bundan əlavə İslam mədəniyyətinin elm sahəsində dünyaya verdiyi töhfələrdən sadəcə bəziləri:

Andromeda qalaktikası İslam İntibah dövrünün alimi, astronom və riyaziyyatçı dindar Abd-al-Rahman Al Sufi tərəfindən 964-cü ildə kəşf edilmişdir.

Atomun daxilində böyük enerji ehtiyatı olduğunu, atomun parçalanmasının mümkünlüyünü və bu zaman Bağdadı alt-üst edə biləcək bir gücə malik olduğunu ilk dəfə söyləyən “kimyanın atası” ləqəbli Cabir ibn Həyyan (bununla da atom bombası fikrinin banisi) olmuşdur. Cabir əsrlərlə bundan əvvəl qurduğu xüsusi laboratoriyada apardığı tədqiqatlar nəticəsində bir çox kimyəvi turşuları kəşf etmişdir.

12 əsrin əvvəlində ilk kağız fabrikini təsis edən Abbasi vəziri (nazir) İbn Fəzl olmuşdur.

Daha çox ədəbiyyat və kəlam sahəsində tanınan Cahiz, eyni zamanda zoologiya və antropologiyanın da əsasını qoyanlardan sayılır.

Cəbr elminin təməlini qoymuş Xarəzmi ilk dəfə sıfır işarəsindən istifadə etmişdir. O, “əl-Cəbr vəl-Müqabilə” adlı ilk cəbr kitabını yazmışdır. (Kitabın adındakı “Əl-Cəbr” sözü qərblilər tərəfində təhrif olunaraq “Alqebra” şəklinə düşmüşdür.)

Mədd-Cəzir hadisəsini ilk dəfə kəşf edən, Avropalıların Albumasar adı ilə tanıdığı məşhur astronom Əbu Mə’şər. (Cəfər ibn Məhəmməd əl-Bəlxidir).

Qərbdə Alxindus və Alxandrinus adı ilə məşhur olan ilk İslam filosofu əl-Kindi.

Abbasi xəlifəsi Harun ər-Rəşid tərəfindən Frenk İmparatoru “Şarlman”a hədiyyə olaraq 12 qapaqlı bir saatın göndərilməsi. (Həmin saat qərb aləmində saatların əsasını qoydu)

Astronom Məhəmməd ibn Musa.

Abbasi xəlifələrindən “Mə’mun” dövründə Mosul vilayətində Musa qardaşlar elmi təcrübə ilə dünyanın kürəvi olduğunu sübut etmiş və onun çevrəsinin uzunluğunun 39 milyon 759 min 600 metr olduğunu göstərmişlər.

Differensial hesab Nyutondan əvvəl böyük İslam riyaziyyatçısı və mexanikaçısı Sabit ibn Qürra tərəfindən kəşf edilmişdir. Həndəsi cəbrdən də ilk dəfə istifadə edən şəxs Dekart (1596-1650) deyil, Sabit ibn Qürra olmuşdur. (O, müsəlmanların Evklidi hesab edilir.)

Həkimliyi qədər böyük kimyagər olmuş filosof  Ər-Razi sulfit turşusunu, saf spirti kəşf etmişdir.

Günəş ilini bugünkü nəticələrə tam uyğun şəkildə (cəmi 24 saniyə xəta ilə) hesablayan, dünyanın ən məşhur 20 astronomundan biri qəbul edilən, hazırladığı “Sabi cədvəlləri” adlı astronomik cədvəllər Kopernik (1473-1543) dövrünə qədər Avropada əsas mənbə hesab edilən, öz dövrünün ən böyük astronomiyaçı və  riyaziyyatçısı Əl-Bəttani olmuşdur. (Latınlar tərəfindən ona Albategnius, Albatenius deyilir.)

Şərq və qərblilər tərəfindən tanınan İslam tibb elmində İbn Sinadan sonra ikinci loğman sayılan Zəkəriyyə ər-Razi çiçək və qızdırma xəstəliklərini kəşf etmiş və bu mövzuda ilk dəfə əsər yazmışdır. (O, Latınlar tərəfindən Rhazes adı ilə çağrılır)

Dünyada məşhur ilk islam riyaziyyatçısı və cəbr elminin də atası Musa Havarizmi

Rayt qardaşlarından 1000 il əvvəl (880-ci il) ilk uçan cihazı kəşf edib, uçmağı gerçəkləşdirən; mexanika, ədəbiyyat, astronomiya və musiqi sahələrində tanınmış Əndəluslu böyük islam alimi İbn Firnas. O, quş tükü və qumaş parçadan istifadə etməklə hazırladığı təyyarədə uzun müddət havada qaldı və süzərək yerə endi. (Qərbdə isə yalnız 1903-cü ildə Orvilla Rayt qardaşları təyyarədə ilk uçuşu həyata keçirdilər).

Astronomiya sahəsindəki əsərləri Avropada 700 il ərzində dərs vəsaiti kimi tədris edilmiş Fərqani, eyni zamanda günəşdəki ləkələri də kəşf etmiş və Ekliptika müstəvisi meylinin əyrilərinin qiymətini düzgün hesablamış ilk alimdir.  

Cəbr elmində kvadrat tənliklərin bütün nümunələrinin həlli təməlini qoyan İslam alimlərindən İbn Türk. (Əbülfəz Əbdülhəmid İbn Vasidir).

Əhməd ibn Musa “Qəribə sistemlər” adlı əsərində 1000-ə qədər avtomatik nəzarət sistemli cihazın planını vermişdir.

Tangens, kotengens, kosinus anlayışını triqonometriyaya və ümumiyyyətlə elmə  gətirən riyaziyyatçı Əbül-Vəfa olmuşdur.

Əndəlusda (İspaniya) kağız fabrikininin qurulması.

Optika elminin qurucusu, fotoapparatın kəşfinə səbəb olan əsasların banisi böyük fizik İbn Heysəm. “Görüntülər” kitabı ilə R. Bekon (1214-1294), Keplar (1571-1630) və Leonardo da Vinçi (1452-1519) kimi alimlərin fəaliyyətinə təkan verdi. Bu kitab 600 il elm aləmində əsas əsər sayıldı. İşığın sferik güzgülərdə əks olunması mexanizmi də onun adı ilə “Əl-Xazin problemi” (İbn Heysəmin Avropadakı adı) adlandırılır.

9 əsr əvvəl ilk torna dəzgahını İbn Kərakə qurmuşdur.

Böyük Türk-İslam filosofofu və elm adamı olan Fərabi səsin ilk dəfə fiziki izahını vermişdir. (O, Latınlar tərəfindən Alpharabius adı ilə tanınır.)

Avropaya riyaziyyatı öyrədən Misirli İslam alimi Əbu Kamil. ( O, Riyaziyyatçılar arasında İbn Əsləm əl-Hasibi adı ilə çağrılır)

Əsərləri Avropa universitetlərində 600 il əsas kitab olaraq oxudulan dahi  həkim, filosof, fizikaçı, astronom və geologiyanın qurucusu olan İbn Sina. (qərblilər tərəfindən Avisenna adı ilə məşhur olmuşdur).

            İbn Nədim, “əl-Fihrist = Elmlərin kataloqu” adlı əsərini nəşr etdirmişdir.

1000 il əvvəl kanser (xərçəng) əməliyyatı aparan müsəlman cərrah və günümüz üçün də öz aktuallığını qoruyub-saxlayan ilk müfəssəl tibb ensiklopediyasını (Kitabül-məliki) tərtib edən Əli ibn Abbas olmuşdur.

Yer planetinin həm öz oxu ətrafında fırlandığı, həm də Günəşin ətrafında dolandığını ilk dəfə sübuta yetirən, yer kürəsi səthinin sahəsini hesablayan və  elmin müxtəlif sahələrində əsərlər yazan böyük dahi Biruni (Əbu Reyhan Məhəmməd ibn Əhməd əl-Biruni) olmuşdur. Yenə O, 18 növ maddənin xüsusi çəkisini hesablamış, suyun qatılığını tapmışdır. Biruni indiki Amerikanın yerində torpaq olduğunu Avropadan əsrlərlə öncə xəbər vermişdir.

Qərb dünyasına müalicə üsullarını öyrədən İslam alimi Əli ibn Rizvan ibn Əli ibn Cafər əl-Misri.

1000 il əvvəl miniatürlü coğrafiya kitabı yazan İlk müsəlman coğrafiya alimi İstəxri. (Əbu İshaq İbrahim ibn Muhamməd əl Farisi əl-İstəxridir).

Müxtəlif elm sahələrinə aid 52 kitabdan ibarət bir ensiklopediya yazmış böyük alim İxvanüs-Səfa.

İlk dəfə göz xəstəlikləri haqqında kitab yazan müsəlman tibb alimi, orta əsrin ən məşhur göz  həkimlərindən olan Əli ibn İsa. (İslam dünyasında “Kəhhal”, Avropada isə “Holy Jezu” adı ilə məşhur olmuşdur).

İlk dəfə katarakt əməliyyatını gerçəkləşdirən, XI  əsrin ən tanınmış və orijinal göz həkimlərindən biri sayılan Əmmar

            Qalileydən əvvəl saatın sarğacını ilk kəşf edən, dəyərli müsəlman riyaziyyatçı, astronomiyaçı olan və Triqonometriyadakı dəyişən formulları kəşf edən İbn Yunus.  (Elm dünyasında İbn Yunus, Avropada isə Aben Jonis adı ilə tanınır.

Qədim Yunanlar hesab edirdilər ki, gözlər işıq buraxır və onun sayəsində görürük. Əslində isə bilirik ki, işıq gözə daxil olur. İşığın gözə daxil olduğunu ilk kəşf edən 10-cu əsrdə yaşamış İslam İntibah Dövrünün alimi, riyaziyyatçı, astronom və fizik İbn əl-Haytəm idi. Bununla da o, görmə haqqında Platon və Evklid nəzəriyyələrinin doğru olmadığını praktik cəhətdən sübut edərək, görmə haqqında ilk doğru nəzəriyyənin banisi olmuşdur. Alim fizika elmini fəlsəfi cərəyandan çıxararaq təcrübi elmə daxil etmiş, “optikanın atası” kimi məhşur olmuşdur. O kamera-obskuranı icad etmişdir və bu icadın adı ərəbcə “QAMARA” idi (mənası “qranlıq və ya təcrid olunmuş otaq”). Bunula da müasir foto-kameraların yaradılmasında həlledici rol oynamışdır. İbn Əl-Haytəmin optika haqqında yazdığı “Kitab əl-Mənazir” kitabı XII əsrdə “Opticae thesaurus“ (Optika gövhəri) adı altında latın dilinə tərcümə edilmişdir və bu kitab Qərbdə optikanın inkşafında mühüm rol oynamışdır. Bəli, islam aləminin elmə əhəmiyyət verdiyi şanlı zamanları da olub. O vaxt Nobel mükafatı olsaydı yəqin əksər Nobelçilər müsəlman alimləri olacaqdır.

Müəllif Sigrid Hunke ömrünü İslam mədəniyyətini araşdırmağa həsr etmiş bir insandır. Hunke qərbin İslami elmə olan kompleksini bu sözləriylə açıqlayır:
“Qərbin saysız dəyərlər borclandığı İslam mədəniyyətindən söz açaraq həqiqətin ortaya çıxarılma zamanının gəldiyinə inanırıq. Qərb tarix, elm, fikir, sənət əsərlərində Yunan və Roma dövrləri uzun-uzun izah edilərkən sonrakı min il sanki heç yaşanmamış kimi dərhal yeni çağa keçərlər. Müsəlmanların tam yeddi yüz il boyunca mədəniyyət işığını daşıdıqlarını, yunanlardan iki qat daha çox insanlığı işıqlandırmış olduqlarını ağızlarına belə almazlar. Qərblilərə görə Müsəlmanların rolları yalnız ilk çağ yunan elm xəzinələrini qərbə köçürməkdən ibarətdir. Buradakı əsl məqsəd İslam mədəniyyətinin Avropaya müəllimlik edən böyük müvəffəqiyyətlərini unutdurmaq və onları təhqir etməkdir.” (Sigrid Hunke, “Avropanın Üzərinə Doğan İslam Günəşi” kitabı, səh 14)

Robert Briffault İnsanlığın Gelişimi (The Making of Humanity) adlı kitabında şunları yazmıştır: “Günümüz biliminin Arap bilimine olan borcu şaşırtıcı keşifler ya da devrim mahiyetindeki teorilerden ibaret değildir; bilim Arap kültürüne bundan çok daha fazlasını; varlığını borçludur. Antik çağlarda dünya, bizim gördüğümüz şekliyle, bilim öncesi bir konumdaydı. Yunanlıların astronomi ve matematiği hiçbir zaman tam olarak Yunan kültürünün iklimine alışmamış ithal bilim dallarıydı. Yunanlılar sistemleştirdi, genelleştirdi ve teori haline getirdiler ancak sabırlı araştırma yolları, pozitif bilgilerin birikimi, bilim metotlarının protokolleri, detaylı ve uzun gözlemler, deneysel sorgulama gibi kavramlar Yunan mizacına tamamen yabancı kavramlardı.[…] Yeni bir sorgulama ruhunun, yeni araştırma metodlarının, deney, gözlem, ölçüm metodlarının, matematiğin Yunanlılar tarafından bilinmeyen bir biçimde gelişmesinin bir sonucu olarak Avrupa’da bizim bilim dediğimiz şey ortaya çıkmıştır. Bu ruh ve bu metodlar Batı Dünyası’na Araplar tarafından sokulmuştur.”

Mənbələr

1. İslam tarihi, dərslik, 2010. Ekrem ÖZBAY, Eyüp KOÇ və s., səh 22

2. İslam Mədəniyyəti. Bakı 2003. A.Heydəroğlu

3. Robert Briffault (1928). The Making of Humanity, p. 191. G. Allen & Unwin Ltd