10338229_355789201236596_1156842667773387641_n

Çox vaxt ateistlər İslamın məcburiyyətlə və qılınc gücü ilə yayıldığını deyirlər. Məcburiyyətlə dini yaymaq nədir? Məsələn, qılınc ya da digər silahla kimisə kəlmeyi-şəhadət gətirməyə məcbur etmək. Həmin insan da ölüm qorxusundan İslamı  qəbul edir. İslam dini baxımından zorla iman etməyin heç bir mənası yoxdur. Çünki Quranda Bəqərə surəsi 256-ci ayədə Allah Təala (c.c) buyurur ki, “Dində məcburiyyət yoxdur”.  Tarixi faktlara baxaq.

1400 ilə yaxın müsəlmanların hakimiyyəti altında olan Misirdə hazırda təqribən 11-13 milyon arasında xristian əhali var (http://en.wikipedia.org/wiki/Christianity_in_Egypt). Əgər müsəlmanlar onlara qılınc gücünə, zorla İslamı qəbul etdirsə idilər, indiyədək Misirdə nəinki 11-13 milyon, heç bir nəfər də qeyri-müsəlman yaxud xristian qalmazdı.

Müsəlmanlar İspaniyanı  800 ilə yaxın (711-1492) idarə etdilər. Əgər ispanlara qarşı hər hansı qılınc gücünə məcburiyyət olmadan, hətta sadəcə iqtisadi sanksiyalar tətbiq edilsə idi, 800 il ərzində İspaniyada bir nəfər də olsun qeyri-müsəlman yaxud xristian qalmazdı. Hətta müsəlman İspaniyası bəzən müsəlmanlar, xristianlar və yəhudilər arasında dini və etnik dözümlülük və dinlərarası harmoniyanın qızıl dövrü kimi təsvir edilir.

Müsəlmanlar yüz illərlə Hindistanı idarə etdilər. Təkcə bir fakt kifayətdir ki, 2001-ci ilin statistikasına (http://en.wikipedia.org/wiki/Religion_in_India) görə Hindistanda əhalinin 80.5 faizi Hinduizm dininə inanır. Əgər İslam dini Hindistanda insanlara zorla, qılınc gücünə qəbul etdirilsə idi, orda nəinki 80.5 faiz, heç 1 faiz də hinduizm dininə sitayiş edən qalmazdı. Amma hazırda orada cəmi 13.4 faiz müsəlman, 80.5 faiz hinduist yaşayır.

Müsəlmanlar yüz illərlə Hindistanı idarə etdilər. Lakin 1947-ci ildə ərazi bölgüsü baş verəndə müsəmanlar dörddə bir ərazi (Pakistan) hissəsi aldılar, Hindistan isə dörddə üç ərazi hissəsi aldı. Niyə? Çünki müsəlmanlar məcburiyyət tətbiq etmədilər.

Hansı müsəlman qoşunları İndoneziyaya, Malaziyaya, Sinqapura, Nigeriyaya yaxud Şərqi Afrikaya gedib orada İslamı yaydılar?  Heç biri.

Ziyalılara, dindarlara, sıravi vətəndaşlara qarşı 70 il repressiv olan ve bir çox qanlı cinayetler, sürgünlər törədən kommunist-ateist Sovet sisteminin çöküşündən sonra Azərbaycan və Orta Asiya ölkələrinin türk xalqları yenidən öz istəkləri ilə İslama döndülər. Onları buna kim məcbur etdi?  Heç kəs.

Bu günün özündə Amerikada, İngiltərədə, bir çox Avropa və dünya ölkələrində qeyri-müsəlman cəmiyyətlərində böyümüş insanlar hər il öz istəkləri ilə İslamı qəbul edirlər. Onların arasında hətta xeyli sayda məşhur insanlar da var. Yoxsa bu insanlar da İslamı zorla, qılınc gücünə qəbul edirlər?

1925-ci ildə ədəbiyyat sahəsində Nobel mükafatı və 1938-ci ildə Oskar mükafatı almış dünyaca məşhur İrlandiya əsilli yazıçı Corc Bernard Şo belə demişdi: “Əgər önümüzdəki yüz ildə İngiltərə və Avropaya hakim olacaq bir din varsa, o da mütləq İslamdır.”

İslamı qəbul etmiş məşhur əcnəbilər (tam siyahı deyil) image