Hədis inkarçıları deyirlər ki, “Əlimizdə Quran olduğu halda heç bir hədisə və alimlərin fətvalarına ehtiyac yoxdur”.

Bu yanlış iddianın cavabını Quran verir:

Söylə: “Allaha və Peyğəmbərə (Onun Peyğəmbərinə) itaət edin! Əgər üz döndərərsinizsə, şübhəsiz ki, Allah da kafirləri (haqdan üz çevirənləri) sevməz!” (Ali İmran, 32)

“Allaha və peyğəmbərə itaət edin ki, bəlkə, bağışlanmış olasınız!” ( Ali İmran, 132)

“Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar (əmr) sahiblərinə itaət edin! Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərə həvalə edin! Bu daha xeyirli və nəticə e’tibarilə daha yaxşıdır.” (Nisa, 59)

“Peyğəmbərə itaət edən kimsə, şübhəsiz ki, Allaha itaət etmiş olur. Kim üz döndərsə (qoy döndərsin)! Biz ki səni onların üzərində gözətçi olaraq göndərməmişik.” (Nisa, 80)

“Peyğəmbər sizə nə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin. Allahdan qorxun. Həqiqətən, Allahın cəzası çox şiddətlidir.” (Həşr, 7)