Rum surəsi 1-5-ci ayələr nə deyir?
Rumların ən aşağı (və ya ən yaxın) bir yerdə (fi ednal ard) məğlub olduğu, fəqət bir neçə il içində qalib gələcəkləri xəbər verilir. 17-ci ayə istisna (yaxud daxil) olmaqla bu surənin bütövlükdə Məkkədə endirildiyi deyilir. Beləliklə, bu ayələrin hicrətdən (622-ci ildən) əvvəl endirildiyi məlumdur. Həqiqətən də, Quranda xəbər verildiyi kimi bir neçə il sonra rumlar (bizanslılar) farslar (sasanilər) üzərində qələbə çaldılar. Quranda illər əvvəl xəbər verilmiş bu tarixi gerçəyi faktlar əsasında araşdıraq.

Tarixi məlumatlar nə deyir?
Burada iki universitetin internet səhifələrini qaynaq olaraq verəcəyik. Beləcə, etibarlı mənbələrlə məsələni ələ almış olacağıq və istəyən hər kəs mənbələri gözdən keçirə biləcək.

610-cu ildə Bizans imperatoru İrakli (610-641) taxta çıxmışdır. Hökmdarlığının əvvəlində farslarla döyüşmüşdür (613-628). Farslar 613-cü ildə Suriyaya girmiş və 614-cü ildə Qüdsü işğal etmişdir. Daha sonra 616-cı ildə Misiri də ələ keçirmişlər.
Bizansın əks hücumu isə 622-ci ildə olmuş və farsları məğlubiyyətə uğratmışlar. Farslar vəziyyəti dəyişməyə çalışsalar da, 627-ci ildə Ninova döyüşündə (Battle of Nineveh) İrakli zəfər əldə etmiş və fars kralı II Xosrov (Chosroes II) hakimiyyətdən devrilmişdir (628). Bu kral (II Xosrov) peyğambərimizin (s.a.v) İslama dəvət məktubunu hörmətsizliklə cırıb atan kraldır.
II Xosrovun ardından taxta keçən oğlu II Qubad (Kavadh II) Bizanslıların lehinə sülh müqaviləsi imzalamışdır (628). Beləcə, İrakli fars kralının qəyyumu (guardian) vəziyyətinə gəlmişdir.

Fərqli bir mənbədən xronologiyaya təkrar baxaq:
-Heraclius/İrakli (610-641)
-613 Persians capture Damascus and Antioch (Farslar Şam və Antakyanı ələ keçirir.)
-614 Persian Sack of Jerusalem (Farslar Qüdsü işğal edir.)
-618-19 * Persian Conquest of Egypt (Farslar Misiri tuturlar.)
-622 * Heraclius launches counteroffensive vs. Persia (İrakli farslara qarşı əks-hücuma başlayır.)
-627 * Battle of Nineveh: Destruction of Persian army (Ninova Döyüşü; fars ordusunun məğlubiyyətə uğraması.)
-628 * Overthrow of Chosroes II, Heraclius imposes peace on Persia (II Xosrovun devrilməsi. İraklinin farslara sülhü qəbul etdirməsi.)

Qaynaqlar: 

1. Ohio State University:
http://ehistory.osu.edu/world/PeopleView.cfm?PID=391http://ehistory.osu.edu/world/articles/ArticleView.cfm?AID=60
2. Tulane University:http://www.tulane.edu/~august/H303/chronologies/Byzantine_Dark_Age.htm
3. http://en.wikipedia.org/wiki/Heraclius#Byzantine-Sassanid_War_of_602.E2.80.93628
4.http://az.wikipedia.org/wiki/II_Xosrov#Devirilm.C9.99si_v.C9.99_.C3.B6l.C3.BCm.C3.BC

Rum surəsindəki digər bir möcüzə haqqında aşağıdakı videoda izləyə bilərsiniz: