İslam düşmənləri tərəfindən mənası tez-tez təhrif edilən bir hədis belədir:

“Cabir b. Abdullah, Rəsulullah(səv), itlərin öldürülməsini əmr etdi. (Biz də itləri öldürdük) hətta çöldən gələn bir qadının itini belə öldürmüşdük. Daha sonra itlərin öldürülməsini qadağan etdi və, “Xalis (düz) qara olanını, iki nöqtəli olanını öldürün. Çünki o, şeytandır” buyurdu demişdir.” (Səhihi Müslim Müxtəsəri, 1,1572)

“Rəsulullah(səv), itlərin öldürülməsini əmr etdi. Daha sonra, ‘Xalqın (bütün) itlərlə bir çətinlikləri yoxdur’ buyurdu və daha sonra ov iti ilə çoban itinə icazə verdi” demişdir. (Səhihi Müslim Müxtəsəri, I, 1573)

Əl-Kəlb əl-Akur – vəhşi it deməkdir. Bütün rəvayətlərdə it üçün bu xüsusiyyət istifadə edilmişdir. Bu da öldürmə əmrinin normal itlər haqqında olmadığı, itin it olduğu üçün belə bir cəzaya hədəf olmadığını göstərməkdədir. Hədis alimləri və fiqhçilər bu hədislərə əsaslanaraq hər itin öldürülə bilməyəcəyini, ancaq zərəri toxunacaq itlərin və canlıların öldürülə biləcəyinin fətvasını veriblər.

İmam Nəvəvi, bu hədisi açıqlayarkən, bu görüşlərə yer verər: “Alimlərin böyük əksəriyyətinə görə, hədisdə keçən “əl-Kəlb əl-Akur” (vəhşi it) kəliməsi, bütün yırtıcı heyvanlar üçün etibarlıdır. Çünki itin xüsusiyyəti olaraq keçən “əl-akur” sözü, vəhşi, yırtıcı mənasını verir. Buna görə, hədisdə keçən “vəhşi it” termini, aslan, qaplan, qurd kimi yırtıcı heyvanların hamısı üçün keçərlidir. (bax. Nəvəvi, Şərhi Müslim, əlaqədar hədisin şərhi).

İmam Malikə görə hədisdə sözü gedən “vəhşi it”dən məqsəd; aslan, kaftar, qurd kimi insanlara hücum edən, parçalayan hər cür vəhşi heyvanlardır. (İbn Kudamə, əl-şerhu’l-Kebir, əl-Mektebetu’ş-Şamilə, III/302). Əslində qurd kimi insana hücum edən, əziyyət verən bütün heyvanlar “vəhşi it” mənasındadır və öldürülmələri caizdir. Lakin əziyyət etməyənləri öldürmək caiz deyil. (İbn Kudamə, a. g. e – bərabər-Şamıla- IV/14).

Məşhur İslam alimlərindən İbnu Abdilbər’ə görə zərər vermədikcə heç bir köpək öldürülməz. Çünki peyğəmbər (s.a.v) canlıları silaha hədəf almağı yasaq etmişdir. Üstəlik həm köpəyə, həm də başqa canlılara su vermənin savab olduğuna dair hədis vardır. Həmin hədisdə deyilir:

Hz.Əbu Hureyrə (r.a) nəql edir ki, Hz.Peyğəmbər (s.a.v) belə buyurdu:

“Bir adam yolda gedərkən çox susadı. Bu vaxt bir quyuya rast gəldi. İçinə girib su içdi. Çölə çıxanda susuzluqdan ləhləyib toprağı yeyən bir köpək gördü. Adam öz-özünə: ‘Bu köpək də mənim kimi susamışdır’ deyib təkrar quyuya endi, ayaqqabısını su ilə doldurub ağzıyla tutaraq çölə çıxdı və köpəyə su verdi. Allah onun bu davranışından məmnun qaldı və onu əfv etdi.”

Hz. Peyğəmbər (asm)‘ın yanında olanlardan bəziləri: Ey Allah’ın rəsulu! Yəni heyvanlara etdiyimiz yaxşılıqlar üçün də bizə bir mükafat varmı?” deyə soruşdular.

Allah Rəsulu: “Bəli! Hər yaş ciyər (sahibi olan canlılara edilən yaxşılıqlar) üçün bir mükafat vardır.” buyurdu. (Buhârî,Şirb, 9, Vudu, 33; Müslim, selam, 153; Ebu Dâvud, cihad, 47).

Digər bir rəvayətdə isə peyğəmbərimiz (s.a.v) belə buyurmuşdur: “Pis yolda olan bir qadın, isti bir gündə, bir quyunun ətrafında dolaşan bir köpək gördü. Köpək susuzluqdan dilini çıxarıb ləhliyirdi. Qadın ayaqqabısını çıxarıb onunla köpəyə su verdi. Bu səbəbdən bağışlandı.”(Müslim, Tövbə, 155).

Bu hədislərdən də açıq şəkildə göründüyü kimi İslam’da Allah’ın yaratdığı bütün canlılara qarşı mərhəmət hissi əsasdır.

Beləliklə, rəvayətlərdən anlaşıldığı kimi öldürmə əmri bildiyimiz adi köpəklərlə əlaqəli deyildir. Bu əmr yırtıcı heyvanlara aiddir.