Ateistlərlə Müsəlmanlar Arasındakı İfadələrin Mahiyyəti Belədir:
İslamın təmiz divarına ateistlər tərəfindən palçıq atılar. Bundan sonra “Divarın əslini ortaya çıxaraq” deyə Müsəlmanlar palçıqları silməyə, təmizləməyə başlar. Onsuz da divarın əsli təmizdir, ancaq palçıqları təmizləmək üçün göstərilən əməyə görə “divarınız təmiz olsaydı palçıqları təmizləməyə çalışmazdınız” deyərlər, ki palçıq divarın özündə deyil çöldən (özlərindən) gəlmişdir. Göstərilən bu əməyi öz davalarına dəlil zənn edərlər. Palçığı ayırd etmə işi bitdikdən sonra divar ortaya çıxar. Bu dəfə də palçığı ayırd etmə işində göstərilən əməyə görə, “Divara bu halı müsəlmanların verdiyini iddia edərlər” Halbuki divarın özü odur. Müsəlmanlar yeni bir divar inşa etməmişdir. Hal-hazırki divarı ortaya çıxarmışdır. Olan isə atılan palçıqdan qalan iz üzündən, İslamı bilməyənlərə olar. Onların ürəklərinə işləyən izlər divardan alacağı feyzə mane olar.

DÜSTUR:
1. Ortaya bir təhrif qoy. 2. Sonra bilməyən müsəlmanı inandır. 3. Onun ürəyinə vəsvəsə və ürək döyüntüsü ver. 4. Sonra müsəlman araşdırsın, təhrif getsin. 5. Müsəlmanın o anlıq vəsvəsəsi getsin. 6. Müsəlmanın həyatında bunlar təkrar etsin. 7. Hər səfərində eyni hadisə təkrarlansın. 8. Müsəlman bu qədər də ola bilərmi ki “Görəsən” desin. 9. Bunlar təkrarlana-təkrarlana ağıllarda sual işarələri qalsın. 10. Ən sonunda palçıq ayırd etmə işini divar hörmə işi zənn etsin və dindən çıxsın.

Unutmayaq ki, ateistlərin işi daha asandır. Yıxmaq asandır. Təmir etmək çətindir. Qəlbi yıxmaq üçün bilik səviyyəsini yıxdınmı, duyğu səviyyəsi də özbaşına yıxılar. Adamın əlindən həyəcanı götürərsən. Ancaq Müsəlmanların işi çətindir. Düzəltmək üçün, bilik səviyyəsini həll etdinmi iş bitməz. Həmçinin məşğul olman üçün lazım olan sahə duyğu səviyyəsidir. Yalnız bir palçıqlı məlumatla, məlumat və duyğunu yuya bilərsən. Ancaq dağıtmadan sonra məlumatın əslini verdiyində məlumat canlana bilər, ancaq yıxılan duyğu asanlıqla canlanmaz. Buna görə ateist yalanlarına məruz qalanlar asanlıqla dinə isinə bilməz. Və buna görə bir ağılsızın atdığı bir daş qırx adamı məşğul edər. Ona görə niyyəti öyrənmək olmayan və müzakirəsində, danışmasında səmimi olmayan İslam əleyhdarlarıyla İslami məsələlər üzərində danışaraq söz savaşına və sonsuz müzakirələrə girmək dini baxımdan caiz deyil.

Ateizmin elmi yox, psixoloji faktor olduğu haqqında Sir Fred Hoyle belə deyir:

“Əslində, həyatın üstün ağıl sahibi bir varlıq tərəfindən meydana gətirildiyi o qədər açıqdır ki. İnsan bu həqiqətin niyə hamı tərəfindən qəbul edilmədiyini düşünür. Bunun (Allahın var olmasının inkar edilməsi) səbəbi elmi deyil, psixolojidir.”

(Prof. Sir Fred Hoyle Chandra Wickramasinghe, Evolution from Space, s.13).