Problemin detalı:

Zuxruf surəsi 12-ci ayə: “Və O Allah ki, ciftlər xəlq etdi, səyyar olduğunuz gəmiləri və heyvanları yaratdı.”

Zariyat surəsi 49-cu ayə: “Biz hər şeydən cüt-cüt yaratdıq. Bəlkə, bir düşünüb ibrət alasınız!”

Yasin surəsi 36-cə ayə: “Yerin bitirdiklərindən, insanların özlərindən və bilmədiklərindən bütün cütləri yaradan (Allah) pakdır, müqəddəsdir.”

Ateistlərin iddiası: Yuxarıda qeyd olunan ayələr elmi olaraq səhvdir. Bu ayələrdə canlıların erkək-dişi olaraq cütlər halında yaradıldığı deyilir. Lakin bakteriyalar, viruslar, New Mexico qamçıquyruq kərtənkələsi (aspidoscelis uniparens)  erkək-dişi cütlər olmadan cinsiyyətsiz yolla çoxalırlar. Bu ayəyə görə cinsiyyətsiz çoxalan canlılar necə olacaq? Bu ayə elmə zidd deyilmi?

CAVAB: Bu ayələrdə heç bir elmi bir səhv yoxdur. Bəziləri bu ayələrin mənasını bilərək təhrif etməkdədirlər, bəziləri isə həqiqətən də ayələrin məğzinə diqqətli baxmadıqları üçün Quranda səhv olduğunu hesab edirlər. Digər tərəfdən ateistlərin səhvi cüt deyilincə yalnız cinsiyyət mənasında erkək və dişi anlamasından qaynaqlanır. Halbuki, cütlük məfhumu yalnız canlılarla əlaqədar bir anlayış deyil və qeyd edilən ayələrdə bütün canlıların erkək-dişi olaraq cüt yaradılması və ya bütün canlıların ancaq cinsiyyətli yolla çoxalması deyə bir iddia qəti şəkildə ortaya sürülmür.

Sualla bağlı əvvəla onu deyək ki, bakteriyalar təkcə cinsiyyətsiz yox, həm də cinsiyyətli yolla (erkək-dişi cütlər olaraq) törəyə bilirlər. Bakteriyalar yaşadıqları mühitdə kifayət qədər su və qida maddəsinə sahib olduqları və istiliyin əlverişli olduğu hallarda sürətlə bölünərək çoxalırlar. Bu cür törəmə şəklinə cinsiyyətsiz artım deyilir. Bakteriyaların bölünməsi mitoz bölünməyə bənzəsə də ancaq nüvə membranı (nuclear membrane) və müəyyən bir xromosom sayı olmadığı üçün tam bir mitoz deyildir. Buna amitoz bölünmə deyilir.

Cinsiyyətli yolla artımda isə eyni növə aid iki bakteriya yan-yana gələrək aralarında keçici sitoplazmik körpü formalaşdırır. Bu körpü vasitəsilə DNA molekulu, tamamən və ya qismən bir bakteriyadan digər bakteriyaya ötürülür. Bu gen ötürülməsi (transfer) hadisəsinə “konjuqasyon” deyilir. Konjuqasyon hadisəsi ilə yeni xüsusiyyətlərə sahib və mühit şərtlərinə uyğunlaşmış dayanıqlı bakteriyalar törəyir. Cinsiyyətli törəmədə gen transferi edən bakteriya erkək, geni qəbul edən bakteriya isə dişi fərd hesab edilir. Proses tamamlandığı zaman bakteriyalar arasında qurulmuş olan sitoplazmik körpü əriyir.

Viruslara gəldikdə isə virusların özlərinin canlı olub-olmaması mübahisəlidir. Viruslar bölünərək törəməzlər. Onlar canlı hüceyrəsinin DNA’sını istifadə edərək öz-özünü kopyalayaraq artarlar. Viruslar ancaq canlı bir hüceyrənin zülallarını istifadə edərək çoxala bilərlər. Bundan əlavə, viruslar DNA və ya RNA’dan birinə sahib olsalar da, canlı hüceyrələrdə olduğu kimi bunların ikisi birdən yoxdur. Viruslar və canlı hüceyrələr, DNA və ya RNA, və proteinlər kimi ortaq strukturlara sahibdirlər. Lakin biyokimyaçı Wendel Stanley’nin izahına görə viruslar biolojik molekullardan “bəsit” törəmələrdir. Organik moleküllerin kendi kendilerine yapısallaşma özeliklerinin bir sonucudurlar ve dolayısıyla canlı sayılmazlar. François Jacob da virüsler hakkında “bir kültür ortamına yerleştirildiklerinde virüslerin bir metabolik faaliyeti yoktur, enerjiyi ne üretebilirler ne de kullanabilirler, ne büyür ne çoğalabilirler, canlıların bu ortak özelliklerinden hiçbiri yoktur onlarda” der. (François Jacob, Qu’est-ce que la vie ? in La Vie, Université de tous les savoirs, Editions Odile Jacob, 2002.) 

New Mexico qamçıquyruq kərtənkələsi (aspidoscelis uniparens) isə partenogenez yolla çoxalan canlıdır. Partenogenez çoxalma zamanı yeni orqanizm erkək fərd tərəfindən mayalandırılmamış yumurta hüceyrədən inkişaf edir. Burada maraqlı cəhət odur ki, New Mexico qamçıquyruq kərtənkələləri sadəcə dişi fərdlərdən ibarət olmaqlarına baxmayaraq artım zamanı kərtənkələlərdən biri sanki erkək rolunu oynamağa başlayır və yumurtlamaq üzrə olan dişinin üzərinə çıxır. Bu vəziyyət yüksələn hormon səziyyələrinə bağlıdır və bu cür cinsəl davranışların varlığı məhsuldarlığı artırır.

All desert grassland whiptail lizards are female. Their reproduction process does not need male fertilization, although researchers observed pseudo-copulation that promotes fertilization during ovulation. This process involves the alternation between male-typical and female-typical sexual behaviors, driven by progesterone, in both lizards; corresponding to the state of their partner. (Crews, David (1987). “Courtship in unisexual lizards: A model for brain evolution”. Scientific American. 257: 116–121.)

Bu məlumatları incələdikdən sonra bir daha yuxarıda qeyd edilən ayələrə qayıdaq. Həmin ayələrin ərəbcədən sözbəsöz tərcüməsi belədir:

43 – Zuxruf/12-

1.- və əlləzî : və o ki, o …dır
2.- xaləqa : yaratdı
3.- əl əzvəcə : ciftlər, cütlər
4.- küllə-ha : onun hamısı
5.- və cealə : və qıldı, etdi
6.- ləküm : sizin üçün
7.- min əl fülki : gəmilərdən
8.- və əl ən’âmi : və heyvanlar
9.- mâ : şey(lər)
10.- tərkəbünə : minirsiniz

 

51 – Zariyat/49-

1.- və : və
2.- min kulli şəy’in : hər şeydən
3.- xaləqnə : biz yaratdıq
4.- zəvcəyni : ikili, cüt-cüt
5.- lə alləkum : bəlkə
6.- təzəkkərun : düşünüb ibrət alasınız.

Ayələrdəki detallara diqqət etmək çox əhəmiyyətlidir. Məsələn, Zariyat 49-cu ayədə deyilir: “Və min kulli şey’in xaləqnə zəvcəyni lə’alləkum təzəkkərun”. Öncə qeyd edək ki, burada “cüt, ikili” mənasında işlənmiş kəlimənin orijinalı ərəbcə mətndə “zəvcəyni”-dir. “Zəvc” kəliməsi Quranda tək (zəvc), cüt (zəvcəyn) və cəm (əzvac) formalarında çox istifadə edilən sözlərdən biridir. Ərəbcədə hər bir söz kökündən dəyişilərək müxtəlif mənalara, cəmə çevrilir, amma kök hərfləri eyni olur. “Zəvc” sözü “əzvac” sözünün təkidir. Burada da hər iki söz “z-v-c” kök hərflərindən əmələ gəlir. Lakin “əzvac” kəliməsi cəmdə, “zəvc” isə təkdədir. Hər iki söz “cüt” mənasına gəlir. Amma işlənmə yerinə görə fərqlənirlər. “Zəvc” kəliməsi tək formada işləndikdə cütlüyü əmələ gətirən iki elementdən yalnız birini ifadə edir, lakin məna baxımından cütlüyün hər iki elementini əhatə edə biləcək bir xüsusiyyətə sahibdir. “Zəvcan” yaxud “zəvcəyn” şəklində istifadə edildikdə isə cütlüyü əmələ gətirən elementlərdən hər ikisini də ehtiva edir. Zəvc kəliməsi Quranda 81 yerdə keçir. Bu kəlimə 5 yerdə fel formasında, 17 yerdə zəvc (tək), 7 yerdə zəvcan və zəvcəyn (cüt), 52 yerdə isə əzvac (cəm) formalarında isim olaraq keçir. (Muhammed Fuad Abdü’l-Baki, el-Mucemu’l-Müfehres Li Eljiizi’l-Kur’an, İstanbul 1984, s.332-334.)

“Zəvc” kəliməsinin ərəb dilində aşağıdakı bir çox fərqli mənalarda işlənə bilər:

1- Ər-arvad;

2-Cüt, qoşa;

3- Cins, növ, çeşid;

4- Sinif, qrup, topluluq;

5- Bənzəri.

Beləliklə, “zəvc” kəliməsi bəzi ayələrdə cinsiyyət (erkək-dişi) mənasında işlənə bildiyi kimi digər ayələrdə fərqli mənalar (sinif, qrup, növ, çeşid, cüt) ifadə edə bilir. Zatən bir çox Quran təfsirlərində də buna işarə olunur. Müfəssirlər də  “hər şeydən cüt-cüt yaratma”nın mənasını açıqlayarkən daha çox “gecə-gündüz, erkək-dişi, yer-göy, insan-cin, iman-küfr, ay-günəş” kimi əks örnəklər üzərində durmuşlar.(Təbəri, XXVII/8-9, Əlmalılı Təfsiri, VI/4543-4544 ).

Tanınmış İslam alimi və Quran müfəssiri Təbəri bu ayəni “Cənâb-ı Allahın hər yaratdığının yanında məqsəd və funksiya etibariylə ondan daha fərqli bir ikincisini yaratması” şəklində anlamanın uyğun olacağı qənaətindədir. Yenə Təbərinin izahına görə burada əsas məqsəd Uca Allahın yaratma sifətinə diqqəti çəkməkdir. Onun yaratmasını -məsələn atəşin yandırma xassəsi kimi – tək nəticəli olaraq anlamamaq gərəkdir, O dilədiyi hər şeyi dilədiyi biçimdə yaratma gücünə sahibdir (Təbəri, XXVII/8-9).

İmamı Kurtubi həzrətləri buyurur ki:
“Hər şeyi cüt yaratdıq demək, hər şeyi iki cür və bir-birindən fərqli iki növ halında yaratdıq deməkdir. Kişilə dişi, yer üzüylə səma, günəşlə ay, gecəylə gündüz, işıqlıqla qaranlıq, düzlükle dağlıq, cinlərlə insanlar, xeyirlə şər, sabahla axşam kimi fərqli şeylər deməkdir.” (Camiul Əhkam)

“Kişilə dişi, yerlə göy, günəşlə ay, dənizlə quru, Yazla qış, həyatla ölüm, tatlıyla turş, işıqlıqla qaranlıq kimi şeylər deməkdir.” (Celaleyn, Medarik)

Göründüyü kimi, burada bildirilən, yalnız cinsiyyət baxımından cüt olmaq deyil. Soyuqla isti, gecəylə gündüz, pislə yaxşı, doğruyla səhv, haramla halal, çirkinlə gözəl, cinlərlə insanlar, tək hüceyrəliylə çox hüceyrəli kimi, bir-birinin əksi və ya fərqli cinsdə olan hər şey nəzərdə tutulmuşdur.

Zəvc kəliməsi Quranda cinsiyyət (ər-arvad, erkək-dişi) mənasında istifadə edildiyi bəzi ayələr bunlardır: Bəqərə-25, 35, 234, 240; Ali İmran-15; Nisa- 1,12, 20, 57; Ənam, 139; Əraf -189; Tövbə-24; Ra’d-23, 38; Nəhl – 72; Taha-117; Ənbiya-90; Nur-6; Furqan-74; Şuara-166; Rum-21; Ahzab-4, 6, 28, 37, 50, 52, 53, 59; Yasin-56; Zümər-6; Mü’min-8; Şura-11l; Mümtəhinə-11; Təğabün-14; Təhrim-1,3, 5; Məaric-30.

Zəvc kəliməsinin qarışıq mənada (erkək-dişi və ya başqa əksliklər) keçdiyi ayələr isə aşağıdakılardır: Hud-40; Rad-3; Mü’minun-27; Fatır-11; Yasin-36; Zuhruf-12; Zariyat-49; Nəcm-45; Qiyamət-39; Nəbə-8. Bunlardan dörd yerdə (Fatır, Yasin, Zuhruf və Nəbə surələrində) əzvac (cəm), digərlərində isə zəvcəyn (cüt) şəklindədir.

M. Hamdi Yazır öz təfsirində “zəvcəyn” kəliməsini belə açıqlayır:

“Zevceyn; yani iki zevc, erkek ve dişi gibi zevc ve zevceden mürekkeb bir çift eş demektir. Bunun bir de ‘isneyn’ diye iki ile tavsıf olunması, tekid veya ikişer manasma tevzi’ için oldugu söyleniyorsa da bunun bir taksim olması daha zahirdir · ”
Şöyle ki her meyvenin çiçeğinde hayvanatın erkek ve dişisi mesabesinde bir çift eş
vardır ki o meyve bunların izdivac ve telkıhinden hasıl olur. Netekim ( ve erselna erriyaha levagıha ) buyurulmuştur. Sonra bu zevceyn de iki kısımdır. Bir kısmı ayrı ayrı
menşelerde mesela incirin erkeği başka ağaçta, dişisi başka ağaçta çıkar. Bir kısmı da
hem uzvi tezkir hemde uzvi tenisi haiz olan hunsa halinde aynı menşede çıkar ki ekser
çiçekler böyledir. İşte zevceyn tabirile her meyvede çiftleşen alelıtlak erkek ile dişi, isneyn, tavsıfıle de bunların hunsası ve gayri hunsası anlatılmıştır .. ” (Yazır, M. Hamdi, a.g.e., IV. 2956.)

Zəvc kəliməsi 6 yerdə cins, növ və çeşid mənasında işlənir: Taha-53; Hac-5; Şuara-7; Loğman-10; Qaf-7; Rəhman-52.

Zəvc kəliməsi Quranda 3 yerdə (Hicr-88; Taha-131 və Vakıa-7 ayələrində) sinif, qrup, topluluq mənalarını daşıyır.

Qeyd etdiyimiz kimi “zəvc” kəliməsi cüt mənasını verdiyi kimi növ və sinif mənasına da gəlir. Allahın aləmi bütün növ və siniflərlə yaratdığını ifadə edər. Bu ayə, cüt anlayışının insanlar kimi bitkilərdə də erkək və dişi ünsürlər ilə mövcud olduğunu, hətta insanların müxtəlif dövrlərdə bilmədikləri bir çox şeylərdə də cüt ünsürün olduğunu ifadə edər: elektrikdə müsbət və mənfi yük, cisimlər arasında itələmə və cazibə qüvvəti, maddənin təməli olan atomlarda müsbət və mənfi elektronlar, bu ayənin möcüzəvi olaraq xəbər verdiyi şeylər arasındadır. Bütün bunlardan məqsəd də, hər şeyi cüt yaradan, bu qədər müxtəlifliyi ilə kainatı yaradan Allahın tək olub tay və ortaqdan münəzzəh (qüsursuz, təmiz, pak) olduğunu vurğulamaqdır.

Həqiqətən də, bu gün, maddənin cütlər halında yaradıldığı bilinir. Bir toz zərrəsindən ulduzlara qədər bildiyimiz nə varsa, hamısının özül daşlarını təşkil edən atom parçacıqları və onlardan daha aşağı səviyyədəki parçacıqlar, yaradılarkən daim antimaddələriylə birlikdə cüt olaraq yaradılarlar.

Bildiyimiz kimi hər maddə molekullardan təşkil olunub. Molekul – maddənin kimyəvi xassələrini özündə saxlayan kiçik hissəcik olub, iki və daha çox atomdan ibarət mürəkkəb əlaqəli sistemdir.

Atom – nüvədən və onun ətrafında hərəkət edən mənfi (-) yüklü elektronlardan ibarətdir. Atomun nüvəsi isə öz növbəsində müsbət (+) yüklü protonlardan və neytronlardan ibarətdir. Neytron elektrik yükü daşımır.

Standart Modelə görə məlum olan bütün zərrəciklərin eyni kütlədə, amma tərs elektrik yükü daşıyan bir əksi vardır (ayna görüntüsü kimi). Bunlara anti maddə deyirik. Maddəylə anti maddə, yəni bir zərrəciklə öz anti zərrəciyi toqquşduqda bir-birlərini yox edərək (annihilyasiya) enerji yaradırlar. Məsələn:
mənfi (-) yüklü elektronun anti maddə qarşılığı, + yüklü pozitron;
müsbət (+) yüklü protonun anti maddə qarşılığı, – yüklü anti proton vs.

10653762_1460755837534096_795378480435614293_n