“Yeddi göy” ifadəsi Quranda bir çox ayələrdə təkrarlanır. (Bəqərə 29; İsra 44; Muminûn 86; Fussilət 12; Talaq 12; Mülk 3; Nuh 15; Nebe 12; Muminun 17).
Bəzi insanlar Qurani Kərimdə göyün 7 qatından bəhs edən bu ayələrdə söhbətin atmosfer təbəqələrindən getdiyini deyirlər. Halbuki ayələrin məzmununa bu cür səthi yanaşma doğru deyildir. Çünki 7 qat səma haqqında ayələrlə bağlı İslam alimləri və müfəssirlərin daha fərqli yanaşmaları var.
Lüğətdə “səma” sözünün əsli ərəbcə “səmav” kəliməsindən törəyib “hündürlük, yüksəklik” deməkdir.[4]
Hətta bəzi lüğət alimləri hər bir hündürlüyün onun aşağı hissəsinə nisbətən səma olduğunu və hər bir aşağı təbəqənin onun hündürlüyünə nisbətən yer olduğunu bildirmişdirlər.[5]
“Səma” sözü və bu əsilli kəlmələr Quranda üç yüz on dəfə istifadə edilmiş və iki mənada işlənmişdir:
A: Maddi səma
- Səma kəliməsinin yuxarı yön, yuxarı istiqamət mənasında işlənməsi: “Təmiz və bərəkətli ağac kimi, onun kökü yerdə sabit və möhkəm budaqları isə göyə ucalmışdır.” [6]
- Səma kəliməsinin yer kürəsi ətrafında olan atmosfer qatı mənasında işlənməsi: “Göydən bərəkətli suyu göndərdik.” [7]
- Səma kəliməsinin ulduzların və planetlərin var olduğu fəza, kosmos mənasında işlənməsi: “Səmada bürclər yaradan, orada bir çıraq (günəş) və nurlu ay vücuda gətirən (Allah) nə qədər (uca, nə qədər) uludur!” [8]
B: Səmanın mənəvi mənada işlənməsi:
Qurani- kərim bir çox yerlərdə səma kəlməsini mənəvi mənada işlətmişdir ki, bir çox mənalar daşıyır, o cümlədən:
- Səma kəliməsinin dünya işlərinin tədbir olunduğu məkan mənasında işlənməsi: “O, göydən yerə qədər olan bütün işləri idarə edir.”.[9]
- Səma kəliməsinin yüksək və uca bir varlıq, mövcudiyyət [10] mənasında işlənməsi: “Göydə də ruzinin (yağış, qar) və vəd olunduğunuz şey (mükafat, cəza) vardır! (Sizə vəd olunan mükafat, yaxud cəza Allah dərgahındakı lövhi-məhfuzda yazılmışdır).”[11]
Yeddi sözündən məqsəd nədir?
(Səbə)- yeddi sözü ərəb dilində iki cür istifadə olunur:
A: Yeddi müəyyən bir rəqəmdir ki, riyaziyyatda işlədilir.
B: Yeddi, yəni çoxluq əlaməti; çünki bəzi vaxtlar yeddi kəlməsini ərəblər kinayə üçün istifadə edir (və çoxluq mənasını) nəzərdə tutur.
“Yeddi səma”dan Quranın məqsədi: Təfsir alimləri “yeddi səma” kəlməsi barəsində bir neçə nəzəriyyə vermişlər.
A: Yeddi, həqiqi ədəd mənasında nəzərdə tutulur ki, bu cür təsəvvür olunur.
- Yeddi səmanın hər biri ulduz və planetlərlə dolu olub eynilə yer kürəsinin səması kimidir[12]. Yeddi oxşar dünyanın olması ehtimalı da vardır ki, bu günə kimi kəşf olmamışdır.
- Yeddi yaxınlıq və hüzur məqamı və mənəvi uca varlıq (yeddi səma).[13]
B: Yeddi, çoxluq mənasında istifadə olunmuşdur; bu zaman aşağıdakı ehtimallar təsəvvür olunur:
- Çoxlu göylər (kainat və planetlər) yaratdı. Bir çox yerlər (yerin oxşarı olan) yaratdı ki, onlar hamısı cazibə qüvvəsiylə bir-birinin ətrafında hərəkətdədirlər.
- Səmada olan bir çox cazibə qüvvəsindən ibarət olan təbəqələri yaratdı, və yaxud yer kürəsi tərkibində olan təbəqələri və iqlimləri yaratdı.
- Yüksək məqama sahib bir çox məqamları yaratdı.
Məsələn, ”yeddi göy” kəliməsinin izahını Elmalılı Hamdi Yazırın Quran təfsirindən oxuyaq: “Bu yeddi səmanın təfsir və izahında əsas iki düşüncə vardır. Birinci düşüncəyə görə Yerdən Veneraya qədər bir; Veneradan Merkuriyə qədər iki; Merkuridən Günəşə qədər üç; Günəşdən Marsa yaxud yenə Yerdən Marsa qədər dörd; Marsdan Yupiterə beş; Yupiterdən Saturna altı; Saturndan daha sonra isə yeddidir ki, sonradan kəşf edilmiş olan Uran və Neptun planetləri və gələcəkdə kəşf edilməsi mümkün olanlar da bu yeddinci hüdud içərisindədirlər…… Yeddi səma haqqında digər düşüncəyə görə isə dünyanın üstündə bütün ulduzların var olduğu maddi aləmin hamısı bir səmadır. Bu, yeddi səmanın birincisidir. Bunun xaricində bundan başqa altı səma da vardır. Bunlar ruhani və əqlə uyğun olaraq düşünüldükləri zaman fəzanın cisimlərə uyğunluğu kimi aralarında uyğunlaşma və uyğunluq anlayışı daha aydındır.. İslamda təfsir alimlərinin ən böyüklərinin qənaətləri budur. Sonra merac hadisələrində də səmaların belə ruhani mənalarına işarə olunmuşdur.” (Elmalılı Hamdi Yazır, Hak Dini Kuran Dili, Bakara/29)
Göründüyü kimi ”yeddi göy” ifadəsinin təfsirilə bağlı iki fərqli yanaşmadan bəhs edilir. Birinci yanaşmaya görə, göylərin hər birinin Günəş Sistemi və onun xaricindəki planetlər arasındakı məsafə olduğu deyilir. Daha mötəbər hesab olunan ikinci yanaşmaya əsasən isə bu göylərdən birincisinin bütün kainatı (planetləri, qalaktikaları) meydana gətirdiyi, digər altı göyün isə mənəvi aləmə aid olduğu bildirilir.
Bəzi İslam alimləri isə Quranda yeddi rəqəminin bir sıra ayələrdə məcazi anlamda çoxluq mənasında işləndiyini deyirlər. Məsələn, Loğman surəsi 27-ci ayədə deyilir: “Əgər yer üzündəki bütün ağaclar qələm, dərya da arxasından yeddi dərya qatılaraq (mürəkkəb) olsaydı, yenə də Allahın sözləri (yazmaqla) tükənməzdi. Həqiqətən, Allah yenilməz qüdrət, hikmət sahibidir!”
Göründüyü kimi bu ayədə keçən “yeddi dərya” kəliməsi məcazi olaraq sonsuzluğu ifadə edir və bununla da Allah Təala(c.c) bildirir ki, sonsuz sayda dəryalar mürəkkəb olsa idi, yenə də Allahın sözləri yazmaqla tükənməzdi. Yeddi, yetmiş, yeddi yüz kimi ifadələr Ərəb ədəbiyyatında çoxluğu (külliyyat) ifadə etdiyi üçün Quranda adı keçən “yeddi qat göy” kəliməsi çoxlu sayda təbəqələri əhatə etmiş ola bilər.
Ən doğrusunu isə yalnız Allah Təala (c.c) bilir.
Beləliklə, Quranda işarə olan yeddi səma barəsində kifayət qədər məlumatın əldə olmadığını nəzərə aldıqda və elmi cəhətdən göylərdə olan bir çox planetlər və varlıqların haqqında məlumatların olmaması üçün, dəqiq nəzər vermək olaz; odur ki, bütün nəzəriyyələr ehtimal olaraq verilir.[14] Bu nöqtəyə də diqqət etmək lazımdır ki, Quranın məqsədi, insanların hidayət olmasıdır. Lakin yeddi səma, günəş və yer kürəsinin hərəkəti və… kimi məsələlərə işarə etmək onların bir həqiqət olmasından əlavə İlahi qüdrətin nişanələrini və insanları Allahı tanımağa hazırlayır. Beləliklə Quranda bəzi elmi məsələlərin sabit olması üçün zaman və elmi təcrübəyə ehtiyacı vardır. Əgər elmin Quranda olan elmi məsələlər barəsində nəzəriyyəsi yoxdursa, Quranın elmi nəzəriyyəsinin batil olmasına dəlalət etmir.
Əlavə məlumat üçün aşağıdakı kitablara müraciət edin:
- Pəjuheş dər ecaze elmiye Quran, Məhəmməd əli Rzayi İsfəhani, cild 1, səh 134.
- Məarife Quran, Məhəmməd Təqi Misbah Yəzdi, səh 234.
- Təfsire nümunə, Nasir Məkarim Şirazi, cild 1, səh 165.[15]
[1] – Bəqərə surəsi, ayə 29; İsra surəsi, ayə 44; Möminun surəsi, ayə 86; Fussilət surəsi, ayə 12.
[2] – Mulk surəsi, ayə 3; Nuh surəsi, ayə 15.
[3] – Təlaq surəsi, ayə 12 “ اللَّهُ الَّذِي خَلَقَ سَبْعَ سَماواتٍ وَ مِنَ الْأَرْضِ مِثْلَهُنَّ يَتَنَزَّلُ الْأَمْرُ بَيْنَهُنَّ ” Allah o kəsdir ki, yeddi göyü yaratdı və yeri də onlar kimi, onun əmri onlar arasında həmişə nazil olur.
[4] – – Əl- təhqiq fi Kələmatil- Quranil- kərim, həsən Mustəfəvi, (intişarate vezarəte fərhəng və irşade İslami. Birinci çap, Tehran, 1371 şəmsi), cild 5, səh 254.
[5] – Müfrədat, Rağib İsfəhani, Əl- məktəbətul- Rəzəviyyə, Tehran, 1332 hicri şəmsi,
[6] – İbrahim surəsi, ayə 24.
[7] – Qaf surəsi, ayə 9.
[8] – Furqan surəsi, ayə 61.
«تبارك الذي جعل في السماء بروجاً و جعل فيها سراجاً و قمرا منيراً»
[9] – Səcdə surəsi, ayə 5.
«يدبّر الامر من السماء الي الارض»
[10] – Bax: Məarife Quran, Ustad Misbah Yəzdi, (Dər- rahe həqq nəşriyyatı), Qum, 1367 hicri şəmsi), səh 236; Bax: Pəjuheş dər icaze elmiye Quran, Doktor Məhəmməd Əli Rzayi İsfahani, Mubin nəşriyyatı, Rəşt, birinci çap, 1380, cild 1, səh 134.
[11] – Zariyat surəsi, ayə 22.
«و في السماء رزقكم و ما توعدون»
[12] – Əl- təhqiq fi kələmatil- Quranil- kərim, həmin, cild 1, səh 165; Mufrədate Rağib, ərz kəlməsi.
[13] – Bax: Əl- mizan, Əllamə Təbatəbai, İsra nəşriyyatı, Qum, cild 16, səh 247 və cild 19, səh 327.
[14] – Bax: Təfsiri Cövhəri, Təntavi Cöhhəri, Darul- fekr, cild 1, səh 46, bax: Pəjuheş dər ecaze Quran, Doktor Məhəmməd Əli Rzayi İsfəhani, həmin, cild 1, səh 126- 142.
[15] – Bax: Sayt, Payeqahe mərkəze fərhəng və məarife Quran.
Digər mənbələr:
1. Elmalılı Hamdi Yazır, Hak Dini Kuran Dili, Bakara/29
2. Kur’an’daki yedi göğün manası nedir? http://www.islamquest.net/tr/archive/question/fa1851
3. Allah, yedi göğü ve yerden de onların benzerini yarattı… (Talak Suresi, 12) ayetindeki yedi gök ne demektir? http://www.sorularlaislamiyet.com/article/12611/allah-yedi-gogu-ve-yerden-de-onlarin-benzerini-yaratti-talak-suresi-12-ayetindeki-yedi-gok-ne-demektir.html
4. What Is Meant By ‘Seven Heavens’?