Bir çox insanın ancaq ağladıqda axan duzlu su hesab etdiyi göz yaşı, əslində, çox xüsusi mayedir. Başlıca funksiyası gözü mikroblardan qorumaqdır. Tərkibindəki lizozim fermenti bir çox bakteriya növünü parçalayır və mikrobları öldürür. Lizozim sayəsində göz infeksiyalardan qorunur. Bu maddə binaları mikroblardan təmizləmək üçün istifadə edilən güclü dezinfeksiya edici maddələrdən daha təsirlidir.

Bəs bu qədər güclü dezinfeksiya edici maddə necə olur ki, göz kimi həssas orqana heç zərər vermir və əksinə, onu mükəmməl qoruyur? Bu, Allahın üstün yaratma sənətidir. Göz yaşı gözün kimyəvi quruluşuna ən uyğun şəkildə yaradılıb. Yaradılışdakı möhtəşəm uyğunluq eyni şəkildə göz və göz yaşına da aiddir.