Hər bir bitki və heyvan hüceyrəsində genetik kodlar məlumat paketləri deyə biləcəyimiz xromosomlar şəklində paketlənir. Canlının bütün xüsusiyyətləri bu kodlarla hər bir hüceyrənin içində saxlanır. Cinsi çoxalmada dişi və kişidən gələn hüceyrələr birləşib balanı meydana gətirir. Əgər döllənən çoxalma hüceyrələri də digər hüceyrələr kimi eyni xromosomlara sahib olsaydı, hər bala ana və atasının iki qatı qədər xromosom sahibi olardı. Halbuki ana və ata balanın genetik quruluşunda bərabər miqdarda iştirak edir. Məsələn, normal bir insan hüceyrəsində 46 xromosom var. Ancaq, anadan gələn yumurta hüceyrəsi 23 xromosom və atadan gələn sperma hüceyrəsi də 23 xromosom ehtiva edir. Cinsi yolla çoxalan milyonlarla bitki və heyvanlarda eyni sistem işləyir.

Bildiyin kimi, kişi bədəni yetkinlikdən yaşlılığa qədər davam edən müddətdə sperma hüceyrəsi istehsal edir. Qadın bədəni isə, daha embrion halındaykən təxminən iki milyon potensial yumurtaları istehsal edib yarı inkişaf etmiş şəkildə saxlayır. Sperma hüceyrəsi 23 xromosomdan ibarətdir. Ancaq, saxlanılan dişi yumurtası 46 xromosom ehtiva edir. Yetkinlikdən sonra saxlanılan yumurtalardan biri yetkin hala gəlib ifraz olunur. İfraz olunan yumurta maraqlı bir şəkildə dərhal ikiyə bölünür, ancaq normal hüceyrə bölünməsinin əksinə olaraq, hər bir hüceyrəyə yalnız 23 xromosom köçürür. Daha da maraqlısı, bu bölünmədən iki hüceyrəyə bərabər miqdarda xromosom düşdüyü halda, sitoplazma və orqanelləri, çoxu yalnız irəlidə yetkinləşib döllənməyə hazır hala gələcək hüceyrəyə gedir. [1]

Bir digər maraqlı məqam odur ki, dişi yumurtası yalnız öz növünün spermasını qəbul edir. Başqa canlıların sperması ilə əsla döllənmir. Çünki hər bir dişi yumurtasında kimyəvi kilidlər var. Sperma isə kimyəvi açar daşıyıcısıdır. Əgər açar kilidə uyarsa, yəni eyni növün spermi isə, dişi yumurtasının qapısı açılıb döllənmə reallaşır.

Sperma yumurtaya uyğun dizayn olunarkən, eyni zamanda, yumurta da həyata toxum olmağa hazır vəziyyətə gətirilir. Qadının xəbəri yox ikən yumurtalıqlarda əmələ gələn yumurta əvvəlcə qarın boşluğuna buraxılır, dərhal sonra da ana bətnində uşaqlıq boruları ilə tutulur. Daha sonra yumurta hüceyrə uşaqlıq yolunun daxili səthindəki tüklərin hərəkəti ilə irəliləyir. Yumurta hüceyrənin ölçüsü bir duz dənəciyinin yarısına bərabərdir.

Yumurta hüceyrə ilə sperma uşaqlıq yolunda görüşürlər. Burada yumurta xüsusi maye ifraz etməyə başlayır. Bu maye vasitəsilə spermalar yumurtanın yerini tapırlar. Bu cəhətə diqqət edək, yumurta xüsusi maye ifraz etməyə başlayır deyərkən insandan və ya şüurlu varlıqdan danışmırıq. Bu kiçik zülal yığınının öz-özünə belə bir şeyə qərar verməsi, habelə, spermanı cəlb edən kimyəvi birləşmə hazırlayıb ifraz etməsi təsadüflə açıqlana bilməz. Ortada açıq-aşkar yaradılış var.

Allah Təala (c.c) orqanizmin çoxalma sistemini xüsusilə yumurta ilə spermanı görüşdürəcək şəkildə yaratmışdır. Qadın çoxalma sistemini spermalara, spermaları da qadın orqanizminə uyğun yaratmışdır.

Heç bir riyaziyyat təhsili almamış ağılsız hüceyrələr necə olmuş da artma hüceyrələri üçün normal xromosom sayının yarısını hesaplaya bilmişlər? Həm niyə hər biri fədakarlıq edib genetik kodlarının yalnız yarısını balaya köçürməyə razı olmuş? Ayrıca, necə olmuş ki, kişi və dişi heyvan və bitki hüceyrələri bir-birləriylə xəbərləşib eyni rəqəmdə razılaşmışlar ? Həm necə olmuş da cinsi yolla çoxalan hər canlı növü özlərinə məxsus kimyəvi açarlar inkişaf etdirmiş ?

İngiliscədə cib telefonuna “cell phone” deyirlər. Sözbəsöz tərcümədə “hüceyrə telefonu” mənasına gəlir. Bəlkə də hüceyrələrdə görünməz cib telefonları var. Kişi və dişi organizmalardaki hüceyrələr bir-birləriylə xəbərləşib xromosom sayında razılaşmışlar.

Ana və atadan gələn xromosomlar ana bətnində yeni mayalanmış yumurta hüceyrə formasındadır. Bu hüceyrə sürətlə bölünməyə başlayır və hüceyrələr bölündükcə  müxtəlifləşir, yəni müxtəlif funksiyalar qazanır və orqanizmin hansı hissəsində olmalıdırlarsa, o hissəyə gedirlər. Bir-birinin eyni olan hüceyrələrdən ibarət ət yığını olmaq əvəzinə bir qismi, məsələn, göz hüceyrəsi məhz lazımi yerə, bir qismi isə ürəyi təşkil edərək döş qəfəsindəki yerinə gedir və ya dəri hüceyrəsi olub bütün bədəni örtür. Hüceyrələrin proqramlanmış şəkildə müxtəlif zülallar hasil edib fərqli orqanlara çevrilməsinə tibbi dildə “müxtəlifləşmə” və ya “morfogenez” deyilir. Hüceyrələr bu bölünmə mərhələsində çox dəqiqliklə və müştərək işləyirlər. Bəs bu qədər mükəmməl nizam və mütəşəkkillik necə baş verir? İsrailli biofizik dr. Li Spetner də buradakı möcüzəvi yaradılışa belə diqqət çəkir:

“İnkişaf proqramı necə işləyir? Necə olur ki, bu qədər mükəmməldir? Gördüyümüz kimi, inkişaf iki yerə bölünən bircə hüceyrədən başlayır. İkisi daha sonra dörd yerə bölünür və beləcə davam edir. Bir mərhələdən sonra hüceyrələr müxtəlifləşir, daha doğrusu, xassələrini dəyişdirirlər. Nəticədə, hüceyrələrin bir qismi bir toxuma və ya orqana, digər hüceyrələr isə başqa orqanlara çevrilir. Bu hər dəfə, demək olar ki, eyni qüsursuzluqla baş verir. Bu, necə olur?” (Lee M. Spetner, Not By Chance, Shattering The Modern Theory of Evolution, The Judaica Press İnc., 1997, səh. 234)

Bu sualların cavabı çox açıqdır: canlılar qüsursuz şəkildə yaradılıblar və yaradılışlarındakı sənət və elm hər şeyin Rəbbi olan uca Allah’a aiddir. Bir ayədə belə xəbər verilir: ”O, göyləri və yeri haqq-ədalətlə xəlq etdi, sizə surət verdi, surətlərinizi də gözəl yaratdı. Axır dönüş də Onun hüzurunadır!” (Təğabun surəsi, 3)

Həm də xromosom sayı bir çox canlı növündə tamamilə fərqlidir. Məsələn, meyvə milçəklərində 8, soxulcanlarda 36, pişiklərdə 38, siçanlarda 42, dovşanlarda 44, şimpanzenin 48, kəpənəklərdə 380 xromosom var. Buğdada 42 və siqaret tütünündə 48 xromosom varkən, bəzi bitkilərdə xromosom sayı mini keçir. Meyvə milçəklərinin işi asan ola bilər. Bölmə əməliyyatını nisbətən asan edə bilərlər. Yüzlərlə və ya minlərlə xromosomu olan bitki və heyvan hüceyrələrinin işi çox daha çətindir. Daha yaxşı dərəcədə riyaziyyat bilmələri lazımdır.

Darvinist elmin cavabını verə bilmədiyi min bir sual var. Neo-darwinçilərin qabaqcıl adlarından John Maynard Smith, metobolizma, çoxalma sistemi, genetik kodlar, hüceyrələr, ökaryotik hüceyrələr, cinsiyyət, çox hüceyrəli orqanizmlər , heyvan birlikləri və dilin inkişafının radikal dəyişmələr olduğunu qəbul edir [2]. Təkamül nəzəriyyəsi , bütün canlıların bir zamanlar bir-birindən törədiyini iddia edir. Halbuki hazırda mövcud olan canlılardan bilirik ki, iki növdən başqa bir növ meydana gəlməsi istisnadır. Qatır nümunəsində olduğu kimi, yeni bir növ meydana gəldiyində, ümumiyyətlə sonsuz olur. Yəni şoxalma ilə nəslini davam etdirə bilmir. Çünki xromosom ədədləri fərqli olur. Qatır nümunəsində, 32 cüt xromosom atdan və 31 cüt xromosom eşşəkdən gəlir. Cəmdə, 63 xromosom olur. Xromosom sayı tək sayı olunca nəsilin davamı mümkün olmur.

Elmin hələ sirrini həll edə bilmədiyi cinsi çoxalma sisteminin xariquladə fəaliyyəti belə tək başına hədsiz elm, qüdrət və hikmət sahibi Allahı bilmək üçün kafi ola bilər.

Mənbələr:

  1. Gerald L. Schroeder , A.g.e. , s. 74.
  2. John Maynard Smith , The Major TRANSITIONS in Evolution and The Origins of Life , Oxford University Press 1998.
  3. Why Mouse Matters

http://www.genome.gov/10001345

  1. Initial sequencing and comparative analysis of the mouse genome

http://www.nature.com/nature/journal/v420/n6915/full/nature01262.html

  1. Genome

https://www.broadinstitute.org/education/glossary/genome

  1. Gene

http://www.phoenix5.org/glossary/gene.html