Ateist sual verir: Əgər Allah mərhəmətlidirsə, onda niyə zalım insanları yaradır?

Dindar: Allah Təala (c.c) zalım insanlar yaratmaz. Necə ki, sən ateist olmağı özün azad şəkildə seçmisən (Allah səni buna məcbur etməyib), eləcə də insanlar zalım yaxud yaxşı olmağı özləri seçirlər. Allah Təala (c.c) insanı zalım yox, məsum və günahsız körpə şəklində yaradar. Sən heç yeni doğulmuş zalım bir körpə gördünmü? Əlbəttə ki, yox. Dinindən, dilindən, irqindən və s. asılı olmayaraq bütün insanlar doğularkən günahsız, saf və məsum olurlar. Zaman keçdikcə insan böyüyür və böyüdükcə insanı zalım edən Allah yox, yaşadığı mühit, ətrafındakı insanlar, dostları və başqa səbəblər olur. Allah Təala (c.c) Quranda insanlara zülm etməyi yox, əksinə yaxşılıq edib, pis əməllərdən uzaq durmağı buyurur:

‘Həqiqətən, Allah (Qur’anda insanlara) ədalətli olmağı, yaxşılıq etməyi, qohumlara (haqqını) verməyi (kasıb qohum-əqrabaya şəriətin vacib bildiyi tərzdə əl tutmağı) buyurar, zina etməyi, pis işlər görməyi və zülm etməyi isə qadağan edir. (Allah) sizə düşünüb ibrət alasınız deyə, belə öyüd-nəsihət verir!’ (Nəhl, 90)