Bağışlayıcı olan cəzalandırmaz?!

Ateist deyir ki:
Sual: “Həcc surəsinin, (İnkar edənlər üçün atəşdən bir paltar geydiriləcək və başlarına qaynar su töküləcək) mənasındakı 19. ayəsi ilə, Həşr surəsinin, (Allah rəhman rəhmdir [əsirgəyən, bağışlayandır]) mənasındakı 22. ayəsi ziddiyyətlidir. Bağışlayıcı olan Allah, inkarçıları heç cəzalandırarmı?”

CAVAB:
Ziddiyyət bunun harasındadır?
Bağışlayıcı olmaq, məzlumun haqqını zalımdan almamaqmıdır? Yaxud xainləri, caniları cəzasız buraxmaqdırmı? Günahkarları ədalətlə cəzalandırmaq, bağışlayıcı olmağa zidd olarmı? Dünyada günahkarları cəzalandırmayan bir nizam vardırmı? Cəzasız, hüquqsuz nizam olarmı?

Bu cəzalar, ölkənin kimində yüngül, kimində ağır olar. Məsələn bəzi Avropa ölkələrində namusla əlaqədar cinayətlər cəzası az, lakin pul ilə əlaqədar olan cinayətlər ağırdır. Bu da onların pula, namusdan çox əhəmiyyət verdiyini göstərməkdədir. Qatilə cəza verilmirsə və ya yüngül cəza verilirsə, insana dəyər verilmir deməkdir. Ölən insanın bir dəyəri olsaydı, əlbəttə qatilin layiq olduğu cəza verilərdi.

Qatillərin, canıların ölümlə cəzalandırılmalarına da ateist atəş püskürüb, (Qatillər öldürülsə, dünyada insan qalmaz) deyir. Biri, birini öldürüncə, özünün də şübhəsiz öldürüləcəyini bilsə, görəsən başqasını öldürə bilərmi? Buna baxmayaraq öldürən çıxsa da, çox az olar. . Cəza verilməzsə, qatillik o zaman daha çox artmazmı?

Bir cani, uşaq-muşaq demədən on adamı öldürür. Cəza olaraq bu da öldürülməli deyilincə, (İnsanlığa yaraşarmı) deyilir. Caninin on adamı öldürməsi insanlığa yaraşarmı? Qırğınlara son vermənin çarəsi, öldürənin cəzasız qalmamasıdır. Cəzaların yüngül olması, həbsə girincə bütün ehtiyacların qarşılanması cinayətlərə təşviq olmazmı?

Hər şeyi yoxdan yaradan Rəbbimizin, əmrini dinləməyənlərə cəza vermə səlahiyyəti yoxdurmu? Cəzanı günahkarların özümü təyin edər?

Qurani Kərimdə buyurulur ki:
(Rəbbin əlbəttə həm bağışlayan, həm də çox ağrılı əzab verəndir.) [Fussilət 43]