Bir kitab var: Onu oxuyanların hər birinin üzərində fərqli təsiri olur: birinə şəfa olur, birinə məlhəm. Birinin üsyanına vəsilə, birinin inkarına səbəb, birinə də HİDAYƏT olur.

Bir kitab var: “OXU!” deyə başlayır. Biri oxuyur – içində təzad axtarmaq üçün. Biri oxuyur – bəlağəti xoşuna gəldiyi üçün. Biri də oxuyur HİDAYƏTƏ varmaq üçün.

Bir kitab var: Oxunmaq üçün. Oxunub anlamaq üçün. Anlayıb yaşamaq üçün. Yaşayıb şahid/şəhid olmaq üçün.

Bir kitab var: Onu Ömər oxuyur həzrət olur, xəlifə olur, şəhid olur… Onu Vəlid bin Muğirə oxuyur kafirlərə prototip olur, adını tarixə kafir örnəyi olaraq yazdırır.

Bir kitab var: “Oxunmazsa, sadəcə Mushaf olar, oxunarsa Quran olar, anlaşılarsa bəyan olar, yaşanarsa insan olar.”

Bir kitab var: Oxunmasın deyə uğrunda 14 əsrdir ki, insanlar qətl edilir, öldürülür, asılır…
Bir kitab var: Uğrunda 14 əsrdir ölənlər var. Nə ondan əvvəl, nə də ondan sonra heç bir kitab uğrunda bu qədər şəhid olmayıb.

Bir kitab var: Kitabların ANAsı. Dünyanı axirətə bağlayan göbək bağı. Allahın insanlığa mesajı.

Bir kitab var: SEVGİ dastanı. Böyük sevgilərin böyük etirafı. “ALLAH onları sevər, onlar da ALLAHI.”

Bir kitab var: Müəllifi Allah, katibi Rəsulullah, müxatabı İnsan.

Sən ey dost!
Sən bu kitabı oxudunmu?
Oxudunsa kim oldun?
Və ya nə oldun?

O kitab da elə demirmi: Biz insanı “əhsəni təqvim” [gözəl şəkildə] üzrə yaratdıq, “sonra o əfsəli səfil oldu.“ [Tin surəsi 4,5]

Əgər oxuyub Ömər oldunsa, şahidliyin mübarək, qaziliyin mübarək, şəhadətin mübarək!
Əgər oxuyub Vəlid b. Muğirə oldunsa, o zaman “Müzzəmmil” və “Müddəssir” surələrini bir də oxu… Yox, bu bəd xəbəri sənə mən vermək istəmirəm. Qoy, müəllif ÖZÜ söyləsin.

O kitabı bir də oxu!
…Amma anlamaq üçün, inanmaq üçün, yaşamaq üçün oxu. Bu mənim sənə dost tövsiyəmdir. Necə olsa “insanlıqda yoldaşıq.” Amma mən, səninlə “dində qardaş” olmaq istəyirəm.
Səni bu dinə və bu kitaba dəvət etmək mənim fərz ibadətimdir. Sənin bu dini seçməyin sənin fərz ibadətindir. Bizim bir-birimizə “yaxşılığı əmr edib pislikdən çəkindirməyimiz” bizim fərz ibadətimizdir. Gəl birlikdə – sənli‐mənli, bizli‐sizli fərzlərimizi əda edək. Bir-birimizə haqqı və səbri tövsiyə edək. Birlikdə dünyamızı və axirətimizi nurlandıraq, aydınladaq…

Bir kitab var: İçində insanlığa mesaj daşıyır…

Bir kitab var: İnsan üçün göydən yerə nazil olub…

Bir kitab var: Bizi bizə tanıdır…

Bir kitab var: Oxunmaq üçün yazılıb…

Bir kitab var: Cənnət tablosunu gözlər önünə sərir…

Bir kitab var: Cəhənnəmdən çəkindirir, qoruyur, uzaqlaşdırır…

Bir kitab var: Allah Orada insanla danışır…

Bir kitab var: …

RÜZGAR KESKİN