“Mən filankəsi təsadüfən gördüm, onunla təsadüfən rastlaşdım”, “təsadüfən əlimdən düşdü”, “dünya təsadüflərlə doludur” kimi cümlələr sanki nitqimizin və söhbətlərimizin ayrılmaz hissəsinə çevrilib. Fərqinə varmadan bu ifadədən yerli-yersiz istifadə edirik. Ancaq onun həqiqi mənasını bir çox hallarda anlamırıq.

Təsadüf nədir? Bir hadisənin təsadüfən baş verməsi yaxud təsadüfi proseslər dedikdə əslində nə nəzərdə tutulur?

Təsadüf – hadisələrin məqsədsiz və səbəbsiz şəkildə cərəyan etdiyini təsvir etmək üçün işlədilən anlayışdır. Əgər ortada hər hansı bir səbəb və məqsəd varsa, onda təsadüfə yer yoxdur. “Təsadüf” sözünün mənası “özü-özünə meydana gələn, hansısa bir səbəbdən asılı olmayan” deməkdir. Yəni təsadüfi adlandırdığımız bir olay guya hansısa səbəbdən baş vermir, özü-özünün səbəbi kimi meydana çıxır. Beləliklə, təsadüf dedikdə bir şeyin səbəbsiz meydana gəlməsini başa düşürük. Bəs səbəb nədir? Aristotelə görə səbəb dörtdür: 1) Maddi səbəb; 2) Formalaşdıran səbəb; 3)Aktiv səbəb; 4) Məqsəd (bir şeyin qarşısına sırf bir məqsəd qoyaraq hərəkəti). Qeyd olunan ilk 3 səbəbsiz bir şey və ya hadisə meydana gələ bilməz. Bunu heç bir materialist belə qəbul etmir. Elmdə bu müzakirə absurddur. Təsadüfün digər mənası da hadisənin məqsədsiz yaranmasıdır. Bu mənada kainatda təsadüf varmı? Təsadüf mütləqdir yoxsa nisbi? Filosof Mürtəza Mütəhhəri bu məsələyə belə şərh verir: “Hər bir səbəb hətta şüursuz olsa belə, bir hədəfə doğru hərəkət edir. Əgər hər biri bir hədəfə doğru hərəkət edən iki səbəblər silsiləsi olsa, mümkündür ki, onlar müəyyən bir nöqtədə bir-biri ilə kəsişsin və bu zaman bir hadisə baş versin. Bu hadisəyə təsadüf deyirik. Məsələn, bir nəfər harasa getmək üçün yolu keçmək istəyir və bu zaman bir avtomobil də harasa getmək üçün hərəkət edir; Bir birlərinə diqqət etmirlər, təsadüfən müəyyən anda, yolun müəyyən nöqtəsinə çatırlar və qəza baş verir. Kainatda da bu cür təsadüf mövcuddur. Bu mənada təsadüfün baş verməsi şüphəsizdir. Geniş və əhatəli baxışa görə isə aləmdə təsadüf yoxdur. Avtomobil qəzasını təsadüf hesab edirik. Qəza sürücünün və yolu keçənin hədəfi baxımından təsadüfdür. Yəni heç birinin hədəfində bu qəza yox idi, amma aləmin ümumi nizamı baxımından bunlar təsadüf deyil. Əgər insan daha dəqiq düşünsə, görər ki, aləmin ümumi nizamı nəzərindən bu qəza da hədəfin və planın bir hissəsini təşkil edir. Bu hadisəni “Təsadüf” bilmək bizim məlumatsızlığımızdan irəli gəlir. Bir şeyi bilmədikdə deyirik ki, təsadüfdür. Belə bir misal çəkək: A adlı bir insan su üçün quyu qazır və buradan xəzinə tapır. Bu halda onun “Mən su üçün quyu qazırdım, təsadüfən xəzinə tapdım” deməsi düzgündür. Ancaq başqa birisi məsələn B adlı başqa bir insan orda həmin yerdə qızıl olduğunu bilir. Və bilir ki, kimsə oranı qazsa xəzinəni tapar. Bu halda B nin nöqteyi-nəzərindən baxdıqda bu hadisənin baş verməsi təsadüf deyil. Ancaq A adlı insanın nöqteyi-nəzərindən bu təsadüfdür” Filosofun yuxarıda çəkdiyi avtomobil qəzası məsələsinə də diqqət etsək, bu qəza sürücü və piyadanın nöqteyi-nəzərindən təsadüfdür. Ancaq hər şeyi bilən Allah üçün təsadüf deyildir. Çünki o bilir ki, piyada məhz bu vaxt, burdan, bu sürətlə keçsə, digər avtomobil onu vuracaq. Deməli biz ümumi mənada qəbul etməliyik ki, təsadüf mütləq yox, nisbidir. Biz hadisələrə bizim elmimiz və məlumatsızlığımız üzündən təsadüf deyirik. Bu tarixdən də məlumdur. 4-5 əsr bundan əvvəl Aristotelin materialist nəzəriyyəsinin təsiri altında olan Avropada elmdə “təsadüf” ifadəsi hadisənin daha böyük hissəsini əhatə edirdi. Buna misal o dövrdə abiyogenez üçün “sübutları” göstərə bilərik. Bu gün elmdə təsadüf ifadəsi hadisənin çox kiçik hissəsini əhatə etdiyi halda, 4-5 əsr əvvəl abiyogenezə sübut üçün Nil çayı daşan zaman və ya taxıl anbarında “birdən-birə” meydana gələn siçovulu sübut göstərirdilər. “Taxıldan, çirkabdan təsadüfən siçovul meydana gəldi.” Buna səbəb elm hadisəni öyrənərkən o hadisəni tamamilə araşdıra bilməməsinə görədir. Kainatın inkişafını öyrənərkən yaranan boşuqlara “təsadüf” ifadəsindən istifadə olunur. Sadəcə son 4-5 əsri araşdırsaz təsadüf ifadəsinin nə qədər kiçildiyini görəcəksiniz. Son nəticə olaraq bizə məlum olur ki, təsadüf kainatda mütləq yox nisbidir.

Kainatda nəhəng bir sistemin fəaliyyətdə olduğunu bilirik. Onu da bilirik ki, bu sistemdə kiçik bir dəyişiklik bütövlükdə sistemin dağılmasına səbəb ola bilər. Ayı Yerin ətrafında, Yeri Günəş sistemində saxlayan da, planetlər arasındakı tarazlığı qoruyan da məhz bu sistemdir. Bu sistem sayəsində biz nə soyuqdan donuruq, nə də istidən bişirik. Qısacası, kainatdakı hadisələrin hamısı müəyyən bir nizam-intizam əsasında baş verir. Yəni burada təsadüflərə qətiyyən yer yoxdur.
“Mən onunla təsadüfən rastlaşdım” cümləsinə baxaq. Məsələn, fərz edək ki, sən çörək almaq üçün mağazaya gedirsən. Orada uzun müddət görmədiyin bir tanışınla rastlaşırsan. Söhbət zamanı məlum olur ki, o, xəstəxanaya gedirmiş və xəstəxana da sənin gedəcəyin mağazanın yaxınlığında yerləşir. İndi məsələni bir qədər də incələyək. Sənin çörək almağın zərurətdir. Əgər almasan, ac qalacaqsan. Tanışının da xəstəxanaya getməsi zərurətdir. Getməsə, ağrıları artacaq. Yəni ortada zərurətlər var və bu zərurətlər səbəblərin meydana çıxması üçün zəmin hazırlayır. Zərurətlərdən isə təsadüflər doğa bilməz.
Belə bir fikir də səsləndirilə bilər ki, niyə məhz o xəstəxana və ya mağaza seçilib? Təbii ki, sənin o mağazanı, tanışının isə o xəstəxananı seçməyini zəruri edən səbəblər var. Ola bilər ki, mağaza sənin evinin yaxınlığındadır və ya o mağaza daha ucuzdur. Həmin xəstəxanada isə təcrübəli həkim və ya xidmətlərin qiyməti sərfəli ola bilər. Bunlar hamısı əslində seçimləri zəruri edən səbəblərdir.
Buna bənzər nümunələri artırmaq da mümkündür. Ola bilər ki, hansısa olayı zəruri edən səbəb(lər)i ilk baxışdan görməyək və ya anlamayaq. Ancaq bu, o demək deyil ki, həmin səbəblər yoxdur. Bizim bilmədiyimiz və ya görmədiyimiz o qədər səbəblər var ki!
Kainatda təsadüflərə yer yoxdur. Hər şey (bizim bildiyimiz və ya bilmədiyimiz, gördüyümüz və ya görmədiyimiz, duyduğumuz və ya duymadığımız) plan daxilində baş verir.
İslamda belə bir gerçək var: Allahın (c.c.) icazəsi olmadan bir yarpaq belə budağından qopmaz. Bu gerçəyi anlamayanlar küləyin “təsadüfən” əsdiyini, o yarpağın da “təsadüfən” düşdüyünü zənn edirlər. Halbuki kainat yaradılmazdan əvvəl hansı yarpağın hansı budaqda cücərəcəyi, nə zaman yerə düşəcəyi bəlli idi. Bu dərəcədə planlaşdırılmış bir olaya təsadüf adını vermək nə qədər də ədalətsizlikdir?
Baxmaq fərqlidir, görmək fərqli. Görə bilməyənlər hadisələri “təsadüflərə” bağlayırlar. Olayın dərinliyinə baxmaq şərtdir. Zahiri əlamətlərə görə qiymət vermək insanları bir çox hallarda aldadır və yanlış nəticələrin çıxmasına səbəb olur.
Bir məsələni də xüsusilə vurğulamaq lazımdır. Bəzən “təsadüf” sözünü ona görə işlədirik ki, hadisələrin əsl mahiyyətini əks etdirən kəlməni bilmirik. “Təvafüq” kəlməsi əslində belə məqamlarda tam yerinə düşür. Bu, “nizamlanmış şəkildə bir-birinə rast gəlmək” mənasına gəlir. Qısacası, həyatda təsadüflər yox, təvafüqlər var.

Bütün hadisələrin səbəbi yaxud səbəbləri vardır. Məsələn, istifadə etdiyimiz adi bir qələmdən tutumuş ən yüksək texnologiyaya sahib əşyalara, fotoaparatlara, telefonlara, avtomobillərə, təyyarələrə və s. qədər hamısının bir səbəbi, bir məqsədi vardır. İnsanlar düzəltdikləri bütün bu əşyaları hansısa bir səbəbə və məqsədə bağlı olaraq edərlər, yoxsa ki, kor-koranə, öz-özünə və təsadüfi olaraq etməzlər. Məsələn, fotoaparatı təşkil edən hissələr yaxud onları təşkil edən şüursuz və cansız molekullar milyard illər ərzində heç vaxt öz-özünə, kortəbii şəkildə birləşib, məqsədli şəkildə qərar verib, plan cızıb, dizayn edib hətta adi bir aşağı texnologiyalı fotoaparatı belə istehsal edə bilməzlər. Buna inanan adamın ancaq və ancaq əqli problemi ola bilər. Əgər həmin cansız və şüursuz molekullar adi bir cansız fotoaparatı düzəltmə qüdrətinə sahib deyllərsə, bəs onda canlı və şüurlu varlıq olan insanı yaxud onun yüksək texnologiyalı gözünü necə istehsal etməyi bacardıalr? Əslində əksəriyyət ateistlər də bu həqiqəti çox gözəl bilirlər, amma təkəbbürləri üzündən bunu etiraf etmək istəmirlər. Ona görə də “uydurma təsadüf nəzəriyyələrini” elm adı altında insanlara sırımağa çalışırlar.

Təsadüf nədir?
Təsadüf – ateistik təkamül fərziyyəsini izah etməyə çalışarkən ateistlərin sığındığı son pənah yeridir.
Təsadüf – ateistlərin elm adı altında manipulyasiya etdikləri “elmi faktdır.”
Təsadüf deyə bir şey əslinde yoxdur. Çünki təsadüfü qəbul etmək eyni zamanda bütün səbəbləri inkar etməkdir.
Təsadüfü qəbul etmək hadisə və proseslərin səbəbsiz, məqsədsiz və kor-təbii olaraq baş verdiyinə inanmaqdır. Eynilə ateistlərin cansız maddələrin təsadüfən, öz-özünə canlanması fərziyyəsinə (abiogenez) inandıqları kimi. Yaxud bütün kainatın Yaradan olmadan təsadüfən, məqsədsiz şəkildə, kor-təbii olaraq bir nöqtənin partlamasından (Big bang) əmələ gəldiyinə inanmaqdır.
Lakin bildiyimiz kimi kainatda baş veren bütün hadisələr müəyyən səbəb-nəticə əlaqələrinə sahibdirlər.
Bizə bəzən təsadüf kimi görünən hadisə və proseslər adətən silsile səbəblər zəncirinə malik olurlar. Sebebler zencirinin sonundan evveline doğru hereket etsek, zencirin ilk halqasında ən başlanğıc (ilkin) sebeble qarşılaşacağıq. Demek ki, bütün sebeblerin kəsişdiyi ilkin sebeb tesadüf anlayışını tamamən aradan qaldıracaq.
Məsələn, bəzi ateistlər təsadüf anlayışını müdafie etmek üçün deyirler ki, “senin Azərbaycanda anadan olmağın bir tesadüfdür”. Tipik dar ölçülü ateist zehniyyeti.
Halbuki, bunu deyen şexs düşünmür ki, bir insanın Azerbaycanda doğulmağı tesadüfe yox, səbəblər zəncirinə (ana-atasının milli mənsubiyyəti, daha uzağa getsək ulu babasının Azərbaycanda məskunlaşma məqsəd və səbəbləri və s.) bağlıdır.

Təsadüfən nəyinsə sadədən mürəkkəbə doğru yarana yaxud təkamül edə biləcəyinin mümkün olmamasını ən sadə və hər kəs üçün başa düşülən bir misalla izah etməyə çalışaq.
Hamının bildiyi adi bir çörəyi bişirmək üçün bəzi təbii inqrediyentlər tələb olunur: buğda, su, yağ, yumurta, istilik.
Bu maddələrin hamısı təbiətdə mövcuddur.
Lakin çöreyin meydana çıxması üçün tekce bunların mövcudluğu bes elemir.Çünki arada bir çox prosesler ardıcıl şekilde ve merhele-merhele deqiq icra olunmalıdır.
Buğda yığılmalı, qurudulmalı, temizlenmeli, üyüdülmeli, elenmeli, un halında geldikden sonra müeyyen nisbetde suyla qarışdırılmalı, …… ve s. prosesler merhelelerle deqiq şekilde heyata keçirilmelidir.
Çöreyin bişirilmesi üçün teleb olunan bütün lazımi maddeleri yan-yana düzüb getsek ve milyon iller sonra qayıtsaq, hemin yerde hazır bişmiş çörek tapa bilerikmi? Elbette ki, yox.
Sual olunur ki, hetta cansız madde ve besit quruluşa sahib olan çörek bele milyon iller erzinde merhelelerle sadeden mürekkebe doğru tesadüfen tekamül keçirib öz-özüne yarana bilmirse, bes onda qat-qat daha mürekkeb ve kompleks quruluşa malik olan bir hüceyre yaxud diger canlı varlıqlarda bu tekamül kor-tebii formada nece baş vere bilerdi?

Bir şeyin barəsində heç bir təsəvvür olmadan, əvvəlcədən planlaşdırılmadan, gözlənilmədən və heç bir kənar təsir olmadan meydana çıxmasına təsadüfən əmələ gəlmə deyilir.

Bu tərifdən anladığımız kimi, varlığın təsadüf nəticəsində meydana çıx- masını qəbul etmək, bəri başdan qanun-qaydanın, plan-proqramın, nizam- intizamın varlığını rədd etmək deməkdir. Çünki bu iki məfhum bir-birinə tam ziddir; əgər qanun və qanunauyğunluq vardırsa, təsadüf yoxdur, yox, əgər təsadüf vardırsa, o zaman da qanun, nizam-intizam, plan-proqram yoxdur.

Halbuki, hər birimiz kainatda riyazi, kimyəvi, fiziki, bioloji və bir sıra başqa qanunların var olduğunu nəinki bilirik, hətta onları orta məktəbdən başlayaraq sistemli şəkildə öyrənirik. Bu qanunları kəşf edənlərin adlarını bilirik, bu qanunlara adlar veririk və s. İndi ki, qanun, qayda, nizam, intizam vardır, demək təsadüf yoxdur.

Təsadüflər bəzən real, doğru görünərək adamı aldada bilər. Məsələn, birisi lövhədə yazılmış “Ana” sözünü göstərib iddia edər ki, onu heç kəs yazmayıb, hərflər təsadüfən ard-arda düzülmış və bu sözü əmələ gətirmişlər.

Bəlkə bu sözü deyənə inanan tapılar, lakin bu dəfə həmin adam “Anam gəldi” cümləsini göstərib yenə də “Bu cümlə təsadüfən, hərflərin ard-arda düzülməsi nəticəsində əmələ gəlmişdir”,-desə, ya o adamı dəli zənn edər, ya da sizi ələ saldığını düşünərək əsəbiləşərsiniz. Bir də qarşımızdakı bu kitabı, yaxud hər hansı başqa hekayə, roman, şer kitabını təsəvvür edin. Kim hərflərin, sözlərin təsadüf nəticəsində birləşməsi ilə kitabın meydana gəldiyini ağlına gətirər?

Çünki hekayənin, povestin, romanın, poemanın, kitabın öz-özünə əmələ gəlməsi üçün gərək ya onu təşkil edən hərflərin şüuru, ağlı, üstəlik də güclü iste’dad və qabiliyyəti olsun ki, onlar bir-birləri ilə sözləşib, razılığa gəlib bir mə’na ifadə edəcək şəkildə birləşsinlər, süjet qursunlar. Yaxud da kağız özü ağıllı və iste’dadlı olmalıdır ki, hərfləri bu cür, mə’na ifadə edəcək şəklində öz izərində düzsün, sonra da onları bitmiş bir fikir ifadə edən cümlələr şəklinə sal- sın, daha sonra isə onları bir süjet xətti üzrə sıralasın.

İndi düşünün! Əgər bir söz belə təsadüfən, öz-özünə yazıla bilmirsə, o zaman hər zərrəsi pozulmaz, minlərlə ayrı-ayrı qanunlardan, nizam və intizamdan xəbər verən bu kainatın, ondakı milyonlarla canlı-cansız varlıqların təsadüfən əmələ gəlməsindən danışmaq nə qədər məntiqli olar?

Bəlkə inadcıl oxucu, yaxud ağlı gözlərinə enmiş maddəçi yuxarıdakı məntiqlə razılaşmadı. Elə isə, nəzərlərimizi bizi əhatə edən aləmə çevirək və məktəbdə öyrəndiyimiz, həyatda rast gəldiyimiz ən sadə həqiqətlərə baxaq.


VARLIĞI TƏŞKİL EDƏN “KƏRPİCLƏR”.

Kainatda – yerdə və göydə nə vardırsa, hamısı molekullar, atomlar adlanan çox kiçik zərrəciklərdən əmələ gəlmişlər. Əgər siz Mendeleyevin Elementlərin dövri cədvəlinə baxsanız, orada kainatda mövcud olan bütün elementlərin sırasını görəcəksiniz. Kainatda oksigen, hidrogen, azot, karbon, fosfor, kalsium, dəmir, civə və s. kimi bizə tanış olan kimyəvi elementlər mövcuddur və onların hər birinin özünəməxsus quruluşu vardır.

Qarşınızdakı kitabda sözlər, cümlələr, mətnlər cəmi 32 hərfin bir-birlərinə müxtəlif şəkildə birləşməsindən əmələ gəldikləri kimi, kainatda mövcud olan hər şey bu elementlərin, onları təşkil edən molekulların bir-birlərinə müxtəlif şəkildə birləşməsi nəticəsində əmələ gəlmişlər. Onlara elmi ədəbiyyatda varlığı əmələ gətirən kərpiclər də deyirlər. Məsələn, bizim ən yaxından tanıdığımız və hər gün işlətdiyimiz su və xörək duzunu götürək. Su iki hdrogen və bir oksigen atomlarının birləşməsindən əmələ gəlmişdir. Kimyaçılar onun quruluşunu (H2O) şəklində göstərirlər. Xörək duzu isə 1 natrium və 1 xlor atomlarının (ionlarının) birləşməsindən əmələ gəlmişdir. Onun kimyəvi formulu (NaCl) şəklində ifadə edilir.


“KƏRPİCLƏRİN” YERİNİ DƏYİŞMƏK MÜMKÜNDÜRMÜ?

Bilirik ki, maddələri təşkil edən molekulların tərkibi o qədər sərt və ciddi quruluşa malikdir ki, onların tərkibinə azacıq müdaxilə edilərsə, həmin maddə dönüb başqa şeyə çevrilər. Məsələn, suyun quruluşuna azacıq müdaxilə edib daha bir Oksigen atomu da əlavə edilsə, o, şəfalı su olmaqdan çıxıb zəhərə – Hidrogen Peroksidə (H2O2) çevrilər. Bu maddə qadınlara yaxşı tanışdır, onlar saçlarıni boyamaq üçün “Pereks” dedikləri bu maddədən istifadə edirlər. Amma indiyədək heç belə bir təsadüfə rast gəlinməyib ki, şəfalı su təsadüfən dönüb “Pereks” – hidrogen peroksid olsun və insanı zəhərləsin.


İNSANI TƏŞKİL EDƏN “KƏRPİCLƏR” – HÜCEYRƏLƏR.

Bir də canlı aləmə baxaq. Ondakı ən mükəmməl varlıq insandır. Bütün canlılar kimi insan da ən kiçicik canlı hissəciklərin–hüceyrələrin birləşməsindən ibarətdir. Bizim əllərimiz, ayaqlarımız, dərimiz, gözlərimiz, qulaqlarımız, beynimiz, ürəyimiz, bağırsaqlarımız, ciyərlərimiz, qan damarlarımız, sümüklərimiz gözlə görünməyən canlı kərpiclərdən“ – hüceyrələrin birləşmələrindən ibarətdir. Protein birləşməsindən ibarət bu hüceyrələr də kainatdakı materiallardan -oksigendən, karbondan, azotdan, fosfordan, kalsiumdan, dəmirdən və s. ibarətdir.

İnsan orqanizmində orta hesabla 60 trilyon hüceyrə, hər hüceyrədə isə 1 milyona yaxın protein vardır.Hər proteində orta hesabla 8 min amin turşusu birləşməsi vardır.Hər belə amin turşusu birləşməsinin də 5 elementdən ibarət olduğunu nəzərə alsaq, bir protein 40 min müxtəlif atomların birləşməsindən ibarətdir.Bu atomlar o qədər kiçik zərrəciklərdən ibarətdir ki, onlardan 10 milyonunu bir-birinin yanına düzsən, uzunluqları 1 mm belə olmaz. Belə mürəkkəb bir quruluşa malik canlı varlığın təsadüfən, yaxud öz-özünə meydana çıxmasını ehtimal etmək olarmı? Bu sualın cavabını riyaziyyatçılar verirlər.


ELM TƏSADÜFÜ RƏDD EDİR

Təsəvvür edək ki, binanı təşkil edən daşlar 1 rəqəmindən başlayaraq 1,2,3,4,5,6,7 və s. ardıcıllıqla nömrələnmiş və bu ardıcıllıqla hörülmüşlər. Bu binada daşların belə ardıcıllıqla hörüldüyünü görən hər hansı bir şəxs heç düşünərmi ki, daşlar binaya təsadüfən, yaxud öz-özünə ədədlərin sırası qanununa görə hörülmüşdür?

Əvvəla, heç kəs yuxarıdakı iddiaları qəbul etməz, digər tərəfdən, riyazi hesablamalar belə bu cür fikri qətiyyətlə rədd edir. Onlar varlığın təsadüfən əmələ gəlməsini yoxlamaq üçün çox sadə bir eksperimentə müraciət etmiş və bu nəticəni almışlar: taxtadan, yaxud dəmirdən düzəldilmiş 1-dən 10-dək rəqəmləri nərdin zəri kimi qarışdırıb yerə atmaqla nə zamansa onların 1-dən 10-dək (1,2,3,4,5,6,7,8,9,10 şəklində) ardıcıl şəkildə yerə düşüb düzülməsi ehtimalını hesablamışlar. Bilirsiniz, ortaya necə bir hesab çıxmışdır? Mə’lum olmuşdur ki, belə bir ardıcıllığın təsadüfən gerçəkləşməsi e’timalı 1/10 milyarda bərabərdir, yəni bu hərəkəti 10 milyard dəfə təkrar etsən, bəlkə 1 dəfə istədiyin nəticəni ala bilərsən. Əgər bu rəqəmlərə daha ikisini -11 və 12-ni də əlavə etsək, bu dəfə 1-dən 12-dək rəqəmlərin ard-arda düzülmə ehtimalı daha 10 dəfə artaraq 1/100 milyard, 24-dək artırsaq, həmin ehtimal 1/100 milyard x 100 milyard qədər olacaqdır ki, belə bir ehtimalın həyata keçməsini gözləmək qətiyyən ağla sığan iş deyildir.

İndi özünüz düşünün: əgər 10 rəqəmin kortəbii olaraq, təsadüfən ardarda sıra ilə düzülməsi mümkün deyildirsə, o zaman bu rəqəmlərlə müqayisədə çox mürəkkəb olan yüzlərlə mikrovahiddən ibarət ən sadə canlı orqanizmin-proteinin təsadüfən əmələ gəlməsindən danışmaq olarmı? Həmin qaydada hesablamalara görə bir protein molekulunun təsadüfən əmələ gələ bilməsi üçün 1/10^160 ehtimal lazımdır. Bu ehtimalın həyata keçməsi üçün isə 1 bölünsün 10 rəqəminin arxasına 160 sıfır qoyduqdan sonra alınan rəqəm qədər il lazımdır ki, tək bir proteinin yaranmasına ümid bəslənə bilsin.

Məşhur Avropa alimləri, fizik və bioloq Frank Allon, isveçrəli alim Çarlz Guye, kimyaçı professor İohan Adolf Büxler və yüzlərlə başqaları belə bir fərziyyəni ağlasığmaz, elmsizlik kimi dəyərləndirmişlər.


ATOMLARI HƏRƏKƏT ETDİRƏN QÜVVƏ NƏDİR?

Müasir mikroskoplarla canlıların ən kiçik parçası və canlı orqanizminin bir zərrəsi olan hüceyrəni tədqiq edərkən heyrətamizliklərlə qarşılaşırıq. İlk nəzərimizə çarpan fərq insan vücudunu təşkil edən hüceyrələrlə heyvanların və bitkilərin hüceyrələrini təşkil edən maddənin quruluşu olacaqdır. Məsələn, insan bədənindəki bir hüceyrənin hemoglobilininin sayi 69 mindirsə, heyvan hüceyrəsindeki hemoqlobinin sayi 40.mindir. Bu say heç bir zaman dəyişməz. Bunların düzülüşü isə qarşı-qarşıya, zəncirvarı və bir-birinə uyğundur.Bu zəncirin halqalarının hər hansı birinə müdaxilə edildiyi an, zəncir pozulacaq və canlı həyatdan məhrum olacaqdır.

Hər hüceyrənin içindəki kimyəvi maddələr fərqli miqdarda və fərqli çeşiddədir. Birində dəmir, o birində fosfor, başqa birisində isə magnezium olmaqla yanaşı onların miqdarları da fərqlıdır. Bu dəyişməzlik, qanunauyğunluq və nizam bizə: “Zərrələri hərəkət etdirən, atomlara yol göstərən, bunları şəkilləndirib, nizama salaraq insanı, heyvanı, bitkini və bütün əşyanı özünəməxsus xüsusiyyətlərlə ayrı-ayrı yaradıb yaşadan Allahdır,” deyir.

Bu həqiqətlə rastlaşan Hegel və Buxner kimi Qərbin bəzi kimya alimləri inadlarından dönməyib bu dəfə “Protoplazma nəzəriyyəsi” adlanan bir fikir irəli sürdülər. Onlar bu qənaətə gəlmişdilər: “Madam, yer üzündəki atomlar insanı var etməyə, yaratmağa qadir deyildir, o zaman ilk canlı da başqa bir planetdə meydana gəlmiş, sonra kosmik fırtınalar nəticəsində həyat rüşeyimləri halındakı protoplazmalar dünyamıza enmiş və həyata mənşə olmuşlar. Sonra sitoplazma, sonra hüceyrə, daha sonra canlılar meydana gəlmişdir.” Bu fikirlə ilk tanış olan kimi ağla bu sual gəlir: elədirsə, onda o biri planet və ondakı həyat rüşeyimi haradan meydana gəlmişdir?


AMERİKA ASTRONAVTININ QEYDLƏRİ

Amerika astronavtı Con Qlin yazırdı: “Kosmik” Tədqiqatlar İnstitutunda işlədiyim vaxtlar idi. Bir gün əlimə balaca bir kitab keçdi. Kitab fəza və fəzanın ölçüləri haqqında idi. Kitabda fəzanın möhtəşəmliyindən bəhs edən iki abzas diqqətimi cəlb etdi. Burada deyilənləri başa düşmək üçün əvvəlcə işıq ilinin nə demək olduğunu bilmək lazım gəlirdi. Yəqin siz də yaxşı bilirsiniz ki, işıq saniyədə 300 min kilometr məsafə qət edir. Bu isə bir saniyədə yer ətrafını yeddi dəfə fırlanmaq deməkdir. Bu hesabla bir işıq zərrəciyinin bir ildə qət etdiyi məsafə təqribən 9,5 milyon kilometrin milyon mislinə bərabərdir. Bizim yaşadığımız qalaktikanın diametri isə təqribən 30.000 işıq ilidir. Qalaktikamızın öz oxu ətrafında fırlanma sürəti isə daha böyükdür – 200 milyon işıq ili. İndi Günəş sisteminin nə böyüklükdə olduğunu özünüz düşünün. Üstəlik, məsələ təkcə ulduz və planetlər arasındakı məsafə ilə bitmir və kainatda bizim qalaktikamızdan başqa milyonlarla başqa qalaktikalar da vardır. Digər tərəfdən, təkcə teleskopla gördüklərimizə baxıb kainatın ölçüsünü hesablamaq istəsək, ən azı 2 milyard işıq ili kimi bir rəqəmlə qarşılaşacağıq. İndi isə bizə məlum olan ən kiçik zərrəciklərdən birinin, yəni atomun quruluşuna nəzər salaq. Görürük ki, atomların da quruluşu Günəş sistemininki ilə eynidir. Kainatda hansı qanunlar işləyirsə, insanın var olmasında da eyni qanunlar işləyir. Bütün bunlar isə onu göstərir ki, insanı təşkil edən atomlar da Günəş sistemi kimi eyni Qüdrətin əsəridir. Digər tərəfdən, fəzada bu qədər cismin özbaşına, həm də heç bir səbəbsiz-filansız hərəkət etməsinə inanmaq qeyri mümkündür və mən buna inanmıram da… Çünki qarşımızda möhtəşəm bir nizam var. İstər kainatın böyüklüyü, istərsə də bu möhtəşəm nizam mənə Allahın varlığından xəbər verir. Bir sözlə, ağıl sahibi olan bir adamın bu Böyük Qüdrətin varlığını inkar edəcəyini heç cür ağlıma gətirə bilmirəm. İndi də yuxarıdakı sürətlərlə bizim peykimizin, yəni Merkurinin sürətini müəyyən edək. Merkuri planetinin öz orbitinə daxil olması üçün saatda min km. sürət lazımdır. Yerin sürəti ilə (160 min km/saat) bu, böyük sürətdir. Lakin bütün hallarda fəzadakı sürətlərlə, yəni bizim ulduz adlandırdığımız o nəhəng peyklərin sürəti ilə müqayisədə çox astadır.İndi özünüz düşünün, bütün bunlara təsadüf demək nə qədər doğrudur? Üstəlik, mən kosmosda gördüklərimdən sonra təsadüf sözünü dilimə gətirməkdən utanıram.”