Ateistlərin səsləndirdikləri növbəti məntiqsiz suallardan biri belədir:

“Allah bizi yaradırkən niyə bizdən yaradılıb, yaradılmamız barədə soruşmadı? Bəlkə mən imtahanı bacara bilməməkdən qorxduğum üçün ondan bu həyat borcunu almaq istəməyəcəkdim? Məsələn: Biz birindən borc tələb edəndə o da verər, amma biz Allahdan tələb etmədiyimiz halda o verdi”

Cavab:

Bu sual özü-özlüyündə fəlsəfi olaraq bir paradoksdur.

a) Bu sual ontoloji baxımdan səhvdir. Çünki sual sahibi Allah-insan münasibətini “insan-insan” münasibəti üzərindən mühakimə edir. Halbuki borcluluq münasibəti “insan-insan” baxış bucağından baxaraq dəyərləndirilə bilməz. Çünki Allah (c.c) ilə insan varlıq baxımdan çox fərqli müstəvilərdədir. Allah (c.c) yaradan, insan isə yaradılandır. Allah Təala cümlə kainatın və varlığın ilkin yaradılış səbəbi, insan isə nəticəsidir. Demək ki, Allah və insan haqqında ateistlərin bu cür yanaşma tərzi qərəzli bir mühakimədir.

b)
1. Əgər sən bu sualı soruşa bilirsənsə deməli bu sualı müstəqil iradən ilə soruşursan. Biz birindən borcu nə ilə tələb edərik? Söz, dil, səs, danışma bacarığı və s. və bütün bunların ardında gizlənən vasitə nədir? Yəni bu sualı vermək üçün sənin bir müstəqil iradəyə ehtiyacın var. O iradə olmasa bu sualı verə bilməzdin.Bu sualı vermək üçün istifadə etdiyin müstəqil iradəni belə sənə verən Allahdı. O zaman etirazının tutarlı olması üçün Allahın əmanət olaraq vermədiyi bir vasitə tapıb onunla bu sualı verin.
İradəni belə səni xəlq edən Rəbbinə borclusan ey insan!
O iradə sənə verilmədən əvvəl hansı iradəylə tələb etməyi düşünürdün?
Bu etirazı etmək üçün istifadə etdiyin bütün vasitələr Ona aid. Ona etirazda haqlı olmaq üçün, Onun əmanət etdiyi vasitələr xaricində istifadə edəcəyin vasitələr tap, onları istifadə et ki, haqqlı olasan. Yoxsa bu məntiqli olarmı?

2. Tutaq ki, İradə verildikdən sonra bu sualı verdik: O zaman burdada bir paradoks yaranır:
Əgər Allahın sənə nəyi verəcəyi barədə müstəqil iradənlə sual verirsən. O zaman niyə sənə bu sualı vermək üçün istifadə etdiyin müstəqil “iradə”-nin sənə verilib-verilməyəcəyi barədə sual vermirsən? Onu niyə bu suala daxil etmirsən?

3. “Bəlkə mən imtahanı bacara bilməməkdən qorxduğum üçün ondan borc almaq istəməyəcəkdim. Bu anda fikrimiz soruşulmadan biz istəmədən borclu vəziyyətinə salındıq”.

Bu iki cümlə içərisində olan tam yeddi dənə söz bu sualı bünövrəsindən əsassız hala gətirir.

O sözlər bunlardı: “mən”, “almaq”, “istəyəcəkdim”, “bizim”, “fikrimiz”, “biz, “istəmədən”…

Məsələn “mən” deyirsən? Mən ilə nəzərdə tutduğun öz varlığını hansı dəlilə söykəyərək “borc” xaricində tutursan? Bu mənliyi sənə verən Allah deyilmi?

Məsələn “almaq” və “istəməkdən” danışırsan. Yaxşı amma istəmə bacarığının özü borc deyilmi?

“Fikrimiz” deyirsən. O var etmədən əvvəl sən yox idin ki, bir fikirin olsun. Bəs niyə görə “fikrimiz” deyərkən, onu niyə borc xaricində tutursan?
Bu səbəbdən “fikrimiz” deyərkən, gördüyün kimi ey insan, hələ varlığının əvvəlinə belə fikirlə çatmaqda acizliklər içindəsən və bu çox təbiidir.

Qısaca olaraq desək bu sual fəlsəfi olaraq yanlış olub, paradokslarla dolu olan bir sualdır və Allaha iman etməyən birinin bunu soruşmağa haqqı yoxdur