Öncəliklə onu nəzərə almalıyıq ki, Qurani – Kərimin hər ayəsində “Biz” ifadəsi işlənmir. Yerinə görə “Mən”, yerinə görə “Biz” ifadəsi işlənir. Aşağıda açıqlayacağımız məsələdən sonra aydın olacaq ki, Qurani-Kərim insan sözündən uzaq olacaq qədər incəliklə yazılmışdır.

Məsələn Allah-Təala (c.c) arada vasitə olmağını istəmədiyi ayələrdə “mən” ifadəsi işlənir.
Məs: “Mənə dua edin ki, duanıza cavab verim” (Mü’minûn, 23/60)
“Qullarım Məni səndən soruşduğu vaxt de ki, Mən onlara çox yaxınam. Mənə dua etdiyiniz zaman duasına cavab verərəm” (Bəqərə, 186)
“Mən cinləri və insanları ancaq Mənə ibadət etsinlər deyə yaratdım”. (Zariat, 56)
“Sizə verdiyim nemətləri xatırlayın”. (Bəqərə, 40)
Və bunu kimi bir çox ayələrdə Allah Təala (c.c) “Mən” ifadəsini işlədir. Yəni dua etdiyimiz zaman duaya cavab verən, insanları yaradan, nemət verən Allahdır. Bunları tək olan Allah Təala (c.c)edir. Əgər bu ayələrdə “Biz” işlənsə, Allahın təkliyi şüphə altına alınar.

Digər bir tərəfdən “Biz” ifadəsinin işləndiyi ayələr arada vasitənin olmasını bildirir. Quranın endirilməsi ilə bağlı “Şüphəsiz Quranı biz endirdik” kimi ayələrdə həmişə “Biz” ifadəsi işlədilir. Çünki Quranı Allah peyğəmbərə (s.a.v) vasitə ilə, yəni Cəbrail (a.s) vasitesile göndərmişdir.
“Buludlardan başınızın üzərinə kölgələr düzəltdik, nemətlər endirdik” (Bəqərə, 57). Ayəsində buludlardan kölgələri Allahın əmri ilə, ancaq vasitələrlə düzəldildiyi anlaşılır. Çünki bu cür ayələrdə də sadəcə “Mən” ifadəsi işlədilsə, ya təbiət hadisələrinin baş verməsinin tək səbəbi olar, ya da islam panteizm görüşündən fərqlənməz. Təbiət Allah olar və ya təbiət Allahın bir hissəsi olar. 1) Təbiətdə nöqsanlar olduğundan o Allahın hissəsi ola bilməz. Çünki Allah nöqsanlardan uzaqdır. 2) Külək kimi təbiət hadisələri tək səbəbdən yox, bizim bilib – bilmədiyimiz müxtəlif vasitələrin təsirindən dəyişdiyinə görə Allah burada biz ifadəsi işlədir. Bəzi hədisi-şəriflərdə Allahın məmurları (vasitəçiləri) kimi Mələklər, Günəş, Ay və s. verilir. “Nemətlər endirdik” ifadəsində də bir vasitənin olduğu anlaşılır. Ancaq neməti verəndə yox, neməti insanlara çatdıranda bir vasitə var. Ruzini Allah verir. Ancaq onu birbaşa, yox vasitələrlə verir.

Hər iki ifadənin işləndiyi (həm biz həm mən) Bəqərə surəsi 41 ci ayəni ələ alsaq daha yaxşı açıqlaya bilərik.

41. Sizidə olanın (Tövrat və incilin) təsdiqləyicisi olan nazil etdiyimizə (Qur’ana) iman gətirin və ona ilk kafirlər olmayın. Və Mənim ayələrimlə (onları təhrif etməklə, aradan aparmaqla və səhv yozmaqla) az bir dəyər əldə etməyin və yalnız Məndən qorxun!

Quranı endirdikdə “Biz”, ancaq ayələrin sahibi kimi “Mən” ifadəsi işlənilir.