Ateistin iddiası: ” İŞİD əsl İslam deyil deməyin! Quranda “müşrikləri öldürün! ” ayələri müsəlmanların qəddar və cinayətkar olduqlarının sübutudur! ”

Cavab: Ateistin deyib-deməməsindən asılı olmayaraq, hamı çox yaxşı dərk edir ki, İŞİD bir terorçu qrupudur və bir çox özünə tabe olmayan müsəlmanları belə qətl edir, əsrləri işgəncə verərək öldürür. İslam isə bunlardan əlavə heç bir müşriki “harada görsəniz öldürün” deyərək bizi DAİM vuruşmağa sövq etmir. Ayələrə bir-bir diqqət yetirək:

Birinci verilən ayəni ateistlər belə qeyd ediblər – “Onları (Məkkə müşriklərini) harada görsəniz öldürün” (Bəqərə – 191). Yaxşı bilirlər ki, heç kim Quranı açıb bu ayəyə baxmayacaq. Xeyr, biz müsəlman olaraq biz baxdıq! Ayənin tamamını qeyd etməyiblər. Bəqərə 191 ayəsi tam belədir :
“Onları (Məkkə müşriklərini) harada görsəniz öldürün. Sizi çıxartdıqları yerdən (Məkkədən) siz də onları çıxardın. Fitnə (müşriklərin fitnəsi) qətldən daha şiddətlidir. Onlar sizinlə Məscidülhəram yanında vuruşmayınca, siz də onlarla orada vuruşmayın! Əgər (orada) sizinlə vuruşsalar, siz də onları öldürün. Kafirlərin cəzası ancaq budur!”

Ayənin izahını yazmadan öncə sizə bir maraqlı məqamı da bildirmək istəyirəm ki, verilmiş 191-ci ayədən əvvəlki ayəni mütləq oxumaq lazımdır :
(Ey möminlər!) Sizinlə vuruşanlarla siz də Allah yolunda vuruşun, lakin həddən kənara çıxmayın. Allah həddi aşanları sevməz! (Bəqərə – 190)

“Həddən kənara çıxmayın, Allah həddi aşanları sevməz” – buna nə deyirsiniz? Məgər hədsiz dərəcədə müşrikləri öldürmək əmr olunmuşdu? Ədalətdən uzaq ateistlər ayəni bütöv verməməklə yanaşı, əvvəlki ayədəki bu incəliyi də qeyd etmirlər. İndi isə əlavə olaraq izaha baxaq :

“Əbu Cə’fer əl-Râzî, Rəbî’ îbn Ənəs vasitəsilə Əbu’l-Âliyə’dən nəql edir ki; o bu ayə haqqında belə demişdir: Mədinə’dəki sa­vaş barədə nazil olan ilk ayə budur. Bu ayə nazil olanda Rəsulullah -sallallahu aleyhi vəsəlləm – özü ilə vuruşanlarla vuruşur, vuruşmadan qaçanlardan isə uzaq dururdu. Nəhayət Bəraə (Tövbə) surəsi nazil oldu. Abdurrahmân İbn Zeyd İbn Əşləm de belə dedikten sonra, bu ayənin Tövbe suesindəki: «müşrikləri harada görsəniz, öldürün,» (Tövbə, 5) ayəsi tərəfindən nəsh edildiyini söyləyər.Bu mövzu üzərində düşünmək lazımdır.. Çünki Allah Təalanın «Sizinlərlə vuruşanlarla» əmri müsəlmanları mübarizə edənlərə qarşı tədbir və təşviq üçündür. Yəni onlar sizinlə necə vuruşurlarsa, siz də onlarla elə vuruşun. – buyrulmuşdur. Eyni ilə «Onlar sizinlə topluca vuruşduqları kimi siz də müşriklərlə topluca vuruşun» əmri kimi. Bu ayədə ise “müşrikləri harada görsəniz,öldürün, sizi çıxardıqları yerdən siz də onları çıxarın» buyrulur. Yəni necə ki, onların hədədi sizinlə vuruşmaqdır, sizin də hədəfiniz onlarla vuruşmaq olsun.Onlar sizi yerinizdən çıxardığı kimi, siz də onları ölkələrindən çıxarın.

« Lakin həddən kənara çıxmayın. Allah həddi aşanları sevməz!» Allah yolunda vuruşun, ancaq həddi aşmaqdan çəkinin. Hasan əl-Basrinin dediyi kimi; bu qadağanın içərisine işgəncə etmək, aşırı hərəkətlər, uşaqları, qadınlar və döyüşə qatılmayanları öldürmək, rahib və hahamları qətl etmək, gərəksiz yerə ağaclar yandırmaq, heyvanları öldürmək aiddir. Çünki İbn Abbâs. Ömer İbn Abdulazîz, Mukatil ibn Həyyan və digərləri belə təfsir etmişlər. Buna görə Müslim’in Sahih’ində Büreydə’dən nəql edilir ki, Rəsullullah (sallallahu aleyhi vəsəlləm) belə buyurmuşdur:

“Allah yolunda və Allah adına qaza (hərb) edin. Allah’a küfredənlərlə sa­vaşın. Qaza edin, ancaq aşırı getməyin, qadr etməyin, intiqam almayın, yeni doğulmuşları və məbəd mənsublannı öldürmeyin» Bunu İmam Əh­məd İbn Hənbəl də rəvayət edir. Abdullah İbn Abbâs deyir ki; Rəsulullah (sallallhu aleyhi vəsəlləm) əsgərlərini göndərdiyi zaman, belə buyurardı :Allah adına çıxın, Allah adına küfr edənlərlə vuruşun. Qadr etməyin, həddi aşmayın ve intiqama təşəbbüs etməyin. Uşaqları və məbəd mənsublarını öldürməyin.” [Ibn Kəsir təfsiri , Bəqərə 190-191 ayələri]

Ayələrin mənbələrdə izahları belədir və heç bir alim ateistlər kimi Quranı anlamır, çünki onlar haqq ilə batili ayırd edə bilirlər. Bundan başqa digər ayələrin də eyni mənalı olduğunu düşünərək təfsirlərini bura yerləşdirmirəm. İstəyən Təbəri təfsiri, İbn Kəsir təfsiri, o cümlədən başqa əsərləri internetdən yükləyərək (türkçə) bunları asanlıqla araşdıra bilər. İndi isə gəlin bu ayələrin nazil olduğu tarixi şəraiti təhlil edək.

“Rəsullullah(sallallahu aleyhi vəsəlləmə) əvvəlcə müşriklərlə savaşmaq üçün icazə verilməmişdir. Müşrikləri uca Allahın birliyini qəbul etməyə çağırmaq, üzləşəcəyi işgəncələrə dözmək, cahillərin qeyri-münasib davranışlara səbr edib fikir verməmək və bunlara göz yummaq vəzifəsi idi. Lakin bir çox müsəlmanın işgəncəyə məruz qalması – Sahabələrdən Həbbab bin Ərət, Bilal Həbəşi, Əmmar , Ümmü Ubeys, Lübeybə xatun, Nəhdiyə xatun və qızı, Amr bin Füxeyrəyə qarşı işgəncələr, Yasir bin Amr-ın öldürülməsi, Süheyb bin Sinanın (radiAllahu anhu) özündən gedənədək döyülməsi və Zinnirə Xatunu kor edilərək müşriklər tərəfindən “Lat və Uzza sənin gözünü kor etdi” deməsi kimi hadisələr təkcə Məkkə dövründə baş vermişdir. (İbni-Hişam ,I , 340-341; İbni-Əsir “əl-Kamil”, II, 67-69 ; “Üsdül-Ğabə, VII-123 , II-115 ; İbni-Sad , III, 249 ; Heysəmi, IX, 295: Vahidi, s. 288-289; Buxari “Təfsir” 19/3; Müslim, “Münafiqun”, 35-36; Tirmizi “Təfsir”, 19/3162….)
+Qeyd edilən müsəlmanlardan Allah razı olsun.

Bu qədər əzab, əziyyət və işgəncə halında belə vuruşmayan müsəlmanlar hicrətdən sonraki dövrdə müdafiə və sonra Allah yolunda cihad üçün vuruşmağa başladılar. Çünki, müsəlmanlara qarşı münasibət dəyişmir, onları harada görsələr əziyyət verir, malını əllərindən alır və əylənirdilər. Quranda isə deyilir :
“..Kim bir kimsəni öldürməmiş (bununla da özündən qisas alınmağa yer qoymamış) və yer üzündə fitnə-fəsad törətməmiş bir şəxsi öldürsə, o, bütün insanları öldürmüş kimi olur. Hər kəs belə bir kimsəni diriltsə(ölümdən qurtarsa) , o, bütün insanları diriltmiş kimi olur..” (Maidə 32)

Tarixi faktlara fikir verdikdə isə, Peyğəbərimiz (sallallahu aleyh vəsəlləm) 29 müharibə və 91 yürüş olmaqla həyatda keçirdiyi 120 hərbi hərəkatda Ərəbistanı ələ keçirdiyi halda bu döyüşlərdə düşmənlər 800-dən çox itki vermiş, müsəlmanlardan da 340-dan çox şəhid olmuşdur. 16 müharibədə faktiki olaraq döyüş olmamış, lakin məqsəd hasil olmuşdur.Əvvəlki paylaşımlarda dediyimiz kimi müsəlmanların məqsədi sərvət və qənimət yığmaq yox, fitnə aradan qalxanadək əmin-amanlıq yaratmaq olmuşdur ki, bu da müsəlmanları zalımların zülmündən, günahsız insanların qətlindən qorumuşdur. Müsəlmanlar isə yalnız “Tək Allaha inanmağa ” çağırdıqları üçün işgəncələrə məruz qalmışdılar. Yuxarıda dediyimiz “həddi aşmayın” əmri isə onları mərhəmətli və ədalətli olmağa çağırmışdır. İslam cizyə, fidyə kimi xərac ve vergilərlə qeyri-müsəlmanları qul olmaqdan qurtarmış, bəzi günahlar zamanı insanlara “qul azad edin” əmrini vermişdir. (mükatibə adında qul azad etmə müqaviləsi, cinayət zamanı qul azad etmə hökmü fiqh elmindən baxıla bilər)

Bunları nəzərə aldıqdan sonra hansı cürətlə İslamı insanlara bir terror dini kimi inandırmağa cəhd edilə bilər. Məgər İslam adına terror edənlərin sayı müsəlmanların 1-2 faizi belə olmazkən, biz geriyə qalan 98-99 faiz müsəlmanlardan xəbərdarıqmı? Yoxsa biz İslamı insanlara baxıb, onların qüsurlarına görə mi öyrənirik? Ya ateistəm deyib Quranı öz “ağıllarına” görə təfsir edənlərdən, ayələrdən cümlələri seçərək çıxaran cahillərdən?
“”Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun!”(Nəhl-16) . Allah müsəlmanları qorusun!