Müsəlman alim və səyyahlarının dünya coğrafi biliklərin yayılmasında rolu böyük olmuşdur. Onlardan bəziləri haqqında məlumat verək.

Ərəb coğrafiyaşünası, tarixçisi və səyyahı olan Əl-Məsudi (896-956-cı illər) apardığı irimiqyaslı tarixi və coğrafi müşahidələrinə görə ”Ərəb Heredotu” adına layiq görülmüş, Misir, Suriya, İran, Xəzər və Qafqaz sahillərinə səyahəti zamanı topladığı məlumatlara 30 cildli kitabda qələmə almışdır. 

Əslən özbək olan Əbu Rəhman Əl-Biruni (973-1048) astronomik və geodezik hesablamalar əsasında Yerin radiusu və diametrini müəyyən etmiş, Yerin Günəş ətrafında fırlanması fikrini irəli sürmüşdür.Onun ”Qədim xalqların xronologiyası” kitabında isə müxtəlif xalqlar tərəfindən istifadə edilən təqvimlər barədə söhbət açılmışdır. Digər əsəri olan ”Məsudi Kitabı”-da triqonometrik üsul əsasında coğrafi uzunluğun hesablanmasını aparmışdır.

Məhəmməd Peyğəmbərin (s.a.v) şəcərəsindən olan Əl-İdrisi (1100-1165 illər) 15 il vaxt sərf edərək diametri 2 metr və çəkisi 135 kq olan gümüş disk üzərində dünyanın tamamlanmış xəritəsini hazırlaya bilmişdir. Əl-İdrisi 70 ölkəyə aid xəritə tərtib etmiş, əhalinin məskunlaşdığı əraziləri 7 qurşağa bölmüşdür.