İddia: Ənfal surəsinin 1-ci ayəsində döyüş qənimətləri Peyğəmbərə və Allaha aiddir deyilir. Allah (c.c) qənimətləri nə edəcək? Peyğəmbər özünə fayda təmin etmək üçün bunu uydurmuşdur.

Cavab: Qənimətlərin hamısı, yoxsa 1/5 -i? Ənfal 1-də “qənimətlər Allahın və peyğəmbərindir” deyilərkən, Ənfal 41-də “qənimətlərin beşdə biri Allahın və peyğəmbərindir” deyilir. 1) Bu iki vəziyyət ziddiyyətdirmi? 2) Niyə qənimətlər peyğəmbərin?

Ənfal surəsinin ilk ayəsində “Kulil enfâlu lillâhi ver rəsul” ifadəsi vardır. Ayə cümlə olaraq: “Ənfal (qənimətləri) soruşanlara cavab olaraq de ki: Onlar Allah və peyğəmbərədir” deyilməkdədir. Yəni, ətrafdakı insanlar qənimətlərin necə olacağını peyğəmbərə soruşmaqdadır. Quran da buna cavab olaraq: “onlar Allaha və peyğəmbərə” deməkdədir.

Burada “qənimətlər Allaha məxsusdur və peyğəmbərindir” deyilməməkdədir. Allahadır deyilməkdədir. Bunun mənası da “qənimətlərin necə bölüşdürüləcəyi hökmü Allaha və Onun Elçisinə aiddir” cümləsi olmalıdır. Allah (c.c) və peyğəmbər iki ayrı hökm qaynağı deyil, onsuz da “rəsul” demək elçi deməkdir.

“Allah və rəsulunun əmri” demək: Allahın (c.c) əmr edib rəsulunun gətirdiyi əmr deməkdir. Allah (c.c) ilə elçisi ortaq bir qərar almamaqdadır. Çünki belə olsaydı “Allah və Məhəmməd” deyərdi. Ancaq “Məhəmməd”-in buradakı funksiyası “rəsul” olması, yəni mesaj gətirmə xüsusiyyətidir. Qısacası “Qəniməti soruşurlar, onların HÖKMÜ Allah və rəsulunadır”. Yoxsa “qənimətin özü” deyildir.

Digər ayələrdə (41-ci ayə) də qənimətin özü nəzərdə tutularaq  1/5-i Allahındır deyilmişdir. Burada Allah (c.c) və Rəsulu bir müəssisə və dövlət hökmündədir. Çünki, qənimət üçün “hökm” tamamilə dövlətin [Allah (c.c) və Rəsulu]; miqdarın da beşdə biri dövlətindir. Qalanı digərlərinin olar. Bu beşdə bir də peyğəmbərə, yaxınlarına, yetimlərə və möhtaclara paylanacaqdır. Yəni, qərar orqanı olan Rəsul (dövlət kimi) bunları Allah (c.c) adına [buna görə Allah (c.c) və Rəsul deyilir] qənimətdəki hökmdə tək hakimdir. Payda beşdə bir hakimdir. Qalanı digər haqq sahiblərinə verilir.

Qənimətdən peyğəmbər də bir az götürər, çünki o da insandır. Onun da pula ehtiyacı var. Ancaq, yenə də yetim və möhtaclardan birinci dərəcə məsul şəxs də özüdür. Çünki, digər müsəlmanlara nümunə olması lazımdır.