Ateistin iddiası (!) : Həcc 65 ayəsində “Göyü də Öz izni olmadan yerə düşməsin deyə O tutub saxlayar. ” deyilir. Necə yəni? Allah göyü tutub? Yerə düşməsin deyə?

 
Cavab: Məsələni aydınlaşdırmadan öncə demək istəyirəm ki,indiyə qədər elə bir müsəlman tanımıram ki, bu kimi ayələrə şübhə ilə yanaşsın və mənasını anlamasın. Burada qəsd olunan məna Allahın insanlara yaşayış üçün yararlı bir şərait yaratması və onlara sonsuz rəhmətidir. Ayəni təhsilatlı şəkildə elmi və dini dəlillərlə nəzərdən keçirək:

“Məgər Allahın quruda olanları və Öz əmri ilə dənizdə üzən gəmiləri sizə ram etdiyini görmürsənmi? Göyü də Öz izni olmadan yerə düşməsin deyə O tutub saxlayar. Həqiqətən, Allah insanlara Şəfqətlidir, Mərhəmətlidir. ” (Həcc 65)

Yəni, Allah göyü və içində mövcud olan planet və ulduzları cazibə qüvvəsi hesabına hər birinə bir orbit təxsis edərək iradə və istəyi ilə qorumaqdadır. Ayəyə istinadən :

““Günəş də özü üçün müəyyən olunmuş yerdə axıb gedir. Bu, yenilməz qüvvət sahibi olan, bilən Allah’ın təqdiridir” (Yasir 38) , “Gecəni və gündüzü də, Günəşi və Ayı da yaradan Odur. Onların hər biri öz orbitində üzür” (Ənbiya 33)” 

İstəsəydi göyə icazə verər və o da yerə düşərək insanları həlak edərdi. Burada göy ilə yerin bir-birinə keçərək məhvi nəzərdə tutulur ki, bu da yaradılışın həssas nizam üzərində qurulduğuna bir dəlildir. Məsələn , Vaşinqton Universitetindən prof. Piter D. Uord deyir: “Bu gün müşahidə olunan bütün yupiterlər pisdir. Yeganə yaxşı Yupiter bizimkidir və belə olmalıdır, əks təqdirdə, ya qaranlıq kosmosa, ya da Günəşinizə doğru sovrulardınız”. (Peter D. Ward and Donald Brownlee, “Rare Earth: Why Complex Life is Uncommon in the Universe”) . 

Qaranlıq kosmosa və ya Günəşə doğru sovrulmaq məhz yer ilə göy cisimlərinin toqquşması və ya Yer kürəsinin kosmosda məhvidir. 1998-ci ilin noyabr ayında məşhur astronomiya jurnalı “The Astronomical Journal”da dərc edilən son astronomik tədqiqatların biri haqqındakı yazıda Günəş sistemindəki bu qeyri-adi müvazinət “əsas kəşflərimiz Günəş sistemindəki uzunmüddətli sabitlik və müvazinətin təmin edilməsi üçün bir növ ilk dizayna ehtiyac olduğunu göstərir” ifadəsilə vurğulanır. (Innanen, Kimmo, S. Mikkola, and P.Wiegert. 1998. The Earth-Moon System and the Dynamical Stability of the Inner Solar System. The Astronomical Journal 116: səh. 2055-2057)

Günəş sisteminin quruluşu insan həyatı üçün qeyri-adi dərəcədə xüsusi yaradılışla nizamlanmışdır. Məhz bu nizama görə Yer kürəsində yaşayış davam edir və Planetimiz qoruyucu təbəqələrlə əhatə olunduğu üçün göy cisimlərinin təsirini zəiflədir. Ayəyə istinadən :

“Göyü mühafizə olunan bir tavan etdik. Onlar isə oradakı dəlillərimizdən üz çevirirlər. “(Ənbiya , 32)

Nəzərə alaq ki, ərəb dilində “göy” dedikdə, eləcə də bizim dilimizdə zarafatyana işlədilən “ayağın göydədir” ifadəsi Göyün sadəcə səma yox, nisbətən yüksəklik mənasını verməsinə sübutdur ki, məhz “Qoruyucu tavan” planetimizi yad cisimlərin təsirindən qoruyan “ozon” təbəqəsinə işarə sayıla bilər. Eləcə də təfsirlərdə ifadə olunduğu kimi tavan edilən Göy hər hansı sarsıntı və ya nizamsızlıqdan uzaqdır. Bu isə Allahın yaradıqları üzərində olan həssaslığını ifadə edir. Elmi izah etsək :

İngilis astrofizik prof. Corc F. Ellis bu həssas ölçüdən belə bəhs edir: “(Kainatdakı) bu kompleksliyi mümkün edən qanunlarda heyrətamiz həssas ölçü görünür. Kainatda mövcud olan bu kompleksliyi möcüzə sözü ilə belə tərif etmək çox çətindir.” (F. Bertola, U. Curi, The Anthropic Principle: Laws and Environments, Cambridge University Press, 1993, səh. 30).

“Göyün və yerin Onun əmri ilə öz yerlərində (sabit) qalması da Onun dəlillərindəndir… (Rum, 25)

Bu nizam Allahın iradə və istəyi ilə mövcuddur. Çünki elmi faktlar onu göstərir ki, kainatın genişlənməsi onun məhvə doğru aparır :

“Kainat da sonsuz varlığına davam edə bilməz, əvvəl-axır bir gün öz enerjisinin əlverişlilik qabiliyyəti nərdivanının alt pilləsinə çatmış olacaq. Həmin anda kainatdaki həyat duracaq… Enerji əlverişliliyini itirmiş bir kainat isə artıq ölmüşdür. Bundan şübhə etməyə, buna qarşı mübarizəyə imkan yoxdur. Yer kürəsindəki bütün təcrübələrimiz buna o dərəcədə haqq verir ki, bir etiraz payı velə qalmamışdır “(Senih, s. 6-7 , Sir James Jeans “Ətrafımızdakı planet” əsəri,)

Kainat sonlu bir sürətlə geri dönülməz bir şəkildə tükəndiyi üçün əzəldən mövcud ola bilməz. Sonlu bir sürətlə tükənən əzəli olmaz və indiyə qədər ölmüş olmalı idi.Beləcə, kainatın ən sonunda yox olacağını göstərən bütün dəlillər eyni dəqiqlikdə, onun zaman içində müəyyən bir başlanğıcının da olduğunu göstərir (Barnett, s. 119; Davies, s. 25)

Başqa dəlillər üçün baxıla bilər : (Y Wang, J M Kratochvil, A Linde, and M Shmakova, Current Observational Constraints on Cosmic Doomsday. JCAP 0412 (2004) 006,)

Bunlar hamısı Allahın yaratdığı məxluqatın onun itaəti altında olması və insanların yaşayışının Qiyamətədək onun qoruması ilə mümkünlüyünü bildirir:

“Bəli, göylərdə və yerdə nə varsa, hamısı Ona məxsusdur, hamısı Onun itaətindədir!(Bəqərə 116) Halbuki göylərdə və yerdə olanlar istər-istəməz Ona (Allaha) təslim olmuşlar və Onun hüzuruna qayıdacaqlar.(Əli İmran 82)”

Başqa yerdə Allah buyurur : “Göy parçalanacağı zaman, Ulduzlar dağılıb səpələnəcəyi zaman..” (İnfitar, 82/1-2). Və bunlar hamısı kainatın Qiyamət günü Allah tərəfindən məhv etdiriləcəyini göstərir. Həmin zaman isə nizam pozulacaq və Qiyamət gərçəkləşəcək. Elmi faktlarda bunu təsdiq edir.

Əgər bu həssas sistem olmasaydı , ulduzlar bir-biri ilə toqquşar, Yerüzü içindəkilərlə birgə həlak olardı.

Allahın yaratdıqları barədə qüsur tapmayan bu kimi bekar insanlar , bütün həyatları boyu Allahın ayələrini lağa qoymaq və insanları onun yolundan azdırmaq üçün boş-boş sözlər satın alaraq özlərinə bəxş edilən gözəllikləri danmaqla özlərini aldadırlar. 

“Məgər sən bilmirsən ki, göylərin və yerin səltənəti (hökmranlığı) ancaq Allaha məxsusdur və sizin Allahdan başqa bir dostunuz və yardımçınız yoxdur?!” (Bəqərə 107)