Məlumdur ki, qərbdə, o cümlədən Avropada məqsədli təbliğatla nail olunmuş bir “dini terror” qorxusu əsməkdədir. İnkarçılar, o cümlədən ateistlər, deistlər, aqnostiklər və s. “dinlər aradan qalxmalıdır” bağıraraq dünyadakı fəlakətlərin, o cümlədən terror aktlarının səbəbkarı kimi dinləri görürlər. İslamofoblar bu kampaniyadan sui-istifadə edərək tək hədəf kimi islama qarşı haqsız və qərəzli böhtanlarla hücumlar edirlər.Amma 5 il ərzində Avropada törədilmiş terror aktlarının statistikasına nəzər yetirdikdə tam fərqli mənzərə ilə rastlaşırıq. Son 5 ildə Avropada bir çox terror aktı törədilmişdir.

Bunların 2%-dən də azı dini motivlidir (bura islam adından çıxış edən, lakin Qurana uyğun olmayan davranış sərgiləyən avropalıların “islamist” adladırdıqları terroristlər də daxildir) payına düşür.

2013-cü ildə Avropa Birliyində 152 terrakt törədilmişdir. Bunlardan 2-si dini motivlidir.

2012-ci ildə Avropa Birliyində 219 terrakt törədilmişdir. Bunlardan 6-sı dini motivlidir.

2011-ci ildə Avropa Birliyində 174 terrakt törədilmişdir. Bunlardan heç biri dini motivli deyil.

2010-cu ildə Avropa Birliyində 249 terrakt törədilmişdir. Bunlardan 3-ü dini motivlidir.

2009-cu ildə Avropa Birliyində 294 terrakt törədilmişdir. Bunlardan 1-i dini motivlidir.

Avropa Birliyində törədilmiş terror hücumlarının böyük əksəriyyəti separatist təşkilatlar tərəfindən törədilib. Belə ki, 2013-cü ildəki 152 terror aktından 84-ü separatistlərə aiddir. Bu isə 55%-dən də artıq bir göstəricidir.

2012-ci ildə isə bu göstərici nə az, nə çox bütün terror aktlarının 76%-dir.

Məsələn, Fransada hal-hazırda milliyətçi Korsika Milli Azadlıq Cəbhəsi fəaliyyət göstərir. 2013-cü ilin dekabrında sözügedən təşkilatın üzvləri Fransanın iki şəhərində polisi raket atəşinə məruz qoymuşlar.

Xristian terroristlər daha aktivdirlər. Ortalama olaraq hər beş Avropa klinikasından biri sözügedən dini fanatiklərin hücumuna məruz qalır. 1977-2010-cu illər ərzində 8 ölüm, 17 ölümə cəhd, 42 partlayış, 181 yandırma faktı və minlərlə müxtəlif cür hücumlar qeydə alınmışdır.

Daha geniş məlumat əldə etmək istəyən aşağıdakı mənbəyə müraciət edə bilər: http://thinkprogress.org/world/2015/01/08/3609796/isl..