Ateistlərin əxlaq haqqında iddiasına elə məşhur ateist filosof Nitşenin sözləri ilə cavab verməyə başlayaq: 

Göründüyü kimi hətta Nitşe belə əxlaqın varlığının əsas şərti kimi Allahın varlığını götürür.

Bir ateistin Hz Adəm və Hz Həvvanın övladlarının çoxalmasına əxlaqsızlıq (insest) deyib lağ etməsi əslində ateizmin özü baxımından çox gülünc və məntiqsizdir. Niyə?
Çünki bunu deyən ateist əvvəla bilməlidir ki, bir şeyə “əxlaqsızlıq” deyə bilməsi üçün gərək əvvəlcədən müəyyən edilmiş təməl əxlaq qaydalarına malik olmalıdır. Amma məsələ ondadır ki, ateizmdə əxlaq normalarını təyin edən konkret hökm və qaydalar yoxdur. Ateizmdə əxlaqın heç bir təməli yoxdur. Ateizm insanlara nəyin əxlaqlı-əxlaqsız olduğunu deməz. Hər bir ateistin öz istəklərinə görə doğru saydığı şəxsi “azad əxlaq” düşüncəsi var. Məsələn, ateist fizik Krauss kimi insestə normal baxan çoxlu ateistlərin olması mümkündür. Və yaxud daun sindromlu uşaqların ana bətnində ikən öldürülməsini (abort) normal sayan ateist bioloq Dokinz kimi bir çox ateistlərin də olması təbiidir. Və ya pornoqrafiyanın çox faydalı olduğunu və hətta məktəblərdə uşaqlara tədris olunmasının vacibliyini deyən ateist alim Cəlal Şengör kimi düşünən çoxlu ateistlərin olması da mümkündür. Göründüyü kimi ateizm özlüyündə hər hansı əxlaqi çərçivələr müəyyən etmir və insesti, körpə ölümünü, pornoqrafiyanı və s. bir əxlaqsızlıq kimi görmür və ya qadağan etmir. 

Cəmiyyətdəki əxlaq qaydalarını din müəyyən edir, elm və ateizm yox. Ateizm və elm nəyin əxlaqlı-əxlaqsız olduğunu deməzlər. Məsələn, din zinanı əxlaqsızlıq adlandırdığı üçün bir ateist zinaya əxlaqsızlıq deyə bilməz. Çünki ateizm zinanın əxlaqsızlıq olduğunu deməz.

İnsestin əxlaqsızlıq olduğunu deyən dindir, ateizm yox. Ateizm insesti qadağan etməz. Elm isə insestin tibbi baxımdan zərərini deyə bilər, amma insestin əxlaqsızlıq olduğunu deməz. Məsələn, elm deyə bilər ki, ailə üzvləri arası evlilik gelecek nesiller arasında bezi genetik xestelikleri güclendire biler. Yeni ki, elm deyir ki, bunun tibbi cehetden zereri var. Vessalam. Amma elm insestin niye exlaqsızlıq olduğunu açıqlaya bilmez. Zererli olmaq hele exlaqsızlıq olmaq demek deyil. Elm siqaret çekmeyin de zererli olduğunu deyir. İndi bu o demekdir ki, siqaret çekmek exlaqsızlıqdır? Xeyr. Elmin exlaq mövzusunda deyeceyi söz yoxdur. Elm bununla meşğul olmur.

Tebiete geldikde ise tebietde heyvanlar arasında da insest münasibetlerinin olduğu her kese melumdur. Yeni ki, tebiet üçün insest normal haldır. Tebiet qanunları bize insesti qadağan etmez. 

Başqa sözle, ateistlər insestin niyə əxlaqsızlıq olduğunu sırf təbiət qanunlarına, ateizmə yaxud elmi metodlara əsaslanıb izah edə bilməzlər. Bir ateist insestə yalnız ona görə əxlaqsızlıq deyə bilər ki, çünki dindar cəmiyyətdə və ya ailədə böyüyüb və dinin buyurduğu müəyyən hökmlər artıq uşaqlıqdan onun şüur altına oturub. Amma bunun ateizmlə heç bir əlaqəsi yoxdur.

Hz Adəm və Hz Həvvanın övladlarının çoxalmasına insest deyib lağ edən ateistlər unudarlar ki, özlərinin inandıqları təkamül nəzəriyyəsinə görə məməli heyvanların (primatlar) insestindən törəyiblər. 

Ateistlerin özlerinin qebul etdikleri tekamül nezeriyyesine göre insanın ilk ecdadları olan qedim primatlar memeli heyvanlar idi. Bes artım zamanı hemin memeli heyvanlar arasında exlaq qaydalarına riayet olunurdumu? Elbette ki, yox.

Çünki heyvanlar aleminde exlaq standartlarını formalaşdıracaq her hansı mexanizm yoxdur. Ona göre de milyon iller evvel yaşamış primatların cütleşmesi zamanı bizim indi qebul etdiyimiz exlaq qaydalarına riayet olunmasına inanmaq abdurddur. Əxlaq qaydaları olmadığı üçün təkamül nəzəriyyəsinə görə həmin memeli heyvanların cütleşmesi prosesinde bacı-qardaş, ana-oğul yaxud ata-qız kimi münasibetlerin olması tebiidir ve mümkündür. 

Demeli, ateistler Hz. Ademin (a.s) övladlarını guya exlaqsızlıqda ittiham etseler de, eslinde özlərinin iddia etdikləri primat ecdadlarının bacı-qardaş, ata-qız yaxud ana-oğul münasibetlerinden törediyinə inanırlar.

İslami cəhətdən məsələyə yanaşsaq, şəriət qaydaları ilahi hökmə bağlıdır. Yəni ki, Allahın nazil etdiyi bəzi hökmlər zamana və şəraitə görə dəyişə bilər. Məs, İslama görə donuz əti yemək haramdır, amma məcburiyyət olduqda zəruri halda acından ölməmək üçün donuz əti yeyilə bilər. Yəni ki, belə şəraitə görə donuz ətinin yeyilməsi müvəqqəti olaraq halal sayılır. Hz.Adəm və Hz Həvvanın da övladlarının evliliyi bunun kimidir.

Yəni ki, ilk insanların artımında Allah Təala buna icazə vermiş, sonra qadağan etmişdir. Din bizə bacı-qardaş evliliyini qadağan etdiyi üçün biz bunu haram sayırıq.

Amma sadəcə elmi metod və qanunlara əsaslanıb insestin niyə əxlaqsızlıq olduğunu heç kəs sübut edə bilməz. Çünki elmin funksiyası təbiət qanunlarını öyrənməkdir. Elm əxlaq qaydalarını, nəyin əxlaqlı-əxlaqsız olduğunu təyin etmir.

Bu məsələ elmin araşdırma sferası xaricindədir.

Hətta qatı təkamülçü bioloq Richard Dawkins də özünün “Şeytanın keşişi” (Devil’s chaplain) kitabında elmin etika (əxlaq) mövzusunu izah etmək gücündə olmadığını belə etiraf edir: “Elmin nəyin etik (əxlaqi) olduğuna qərar verə biləcəyi metodları yoxdur. Bu həm fərdlər, həm də cəmiyyət üçün belədir” (Richard Dawkins, Devil’s chaplain, page 34).