Çox vaxt bəzi dinsiz və ateistlər həcc ibadəti zamanı müsəlmanların şeytanı daşlamasını xurafat kimi təqdim etməyə cəhd edirlər. Bu isə ondan qaynaqlanır ki, həmin şəxslər şeytana daş atma mərasiminin həqiqi məna və məzmunundan tamamilə bixəbərdirlər.

Əvvəla qeyd edək ki, şeytana daş atmağın İslamda olan fələsəfisini anlamaq üçün ilk öncə onun tarixinə baxmaq lazımdır. Şeytana daş atmaq İbrahim peyğəmbərin zamanından qalan dini ritualdır. İbrahim peyğəmbərə Allahdan öz oğlunu kəsmək əmri gəldiyində bir neçə illərdən sonra dünyaya gələn ən sevdiyi insanı Allah yolunda qurban verməklə imtahan olundu. İsmayıl İbrahimə dünyada hər şeydən daha çox sevimli idi. Ancaq Allaha olan sevgisi daha uca Allahın əmri daha öndə idi. İbrahim oğlunu Məkkədə Mina ərazisində qurban kəsməyə apararkən şeytan onun qarşısına çıxıb dedi: “Ey İbrahim, sən nə edirsən, ən sevdiyin oğlunu öz əlinləmi öldürəcəksən?”

İbrahim peyğəmbər olduğu üçün şeytanı görürdü . O , onu Allah yolundan , Allahın əmrindən mən etməyə çalışan şeytana yerdən daş götürüb atdı və onu yanından qovdu. Şeytan ona 3 dəfə görünüb hər dəfə onu Allahın əmrindən mən etməyə çalışsa da, İbrahim onu daşlayaraq yolundan qovdu. İbrahim imtahandan üzü ağ çıxdı və oğlunu qurban kəsmək istədiyində Allah ona bir qoç göndərdi ki, əvəzində onu kəssin. Bu isə insanlar arasında bir ibadət olaraq yayıldı.

Yəni qurbanlıq bayramının əsas hikməti İbrahim kimi Allah yolunda ən sevdiyini, İsmayıl kimi isə canını qurban verməyə hazır olmaq fəlsəfəsidir. O sadəcə bir ət bayramı deyildir. Öz malını verərək qurban kəsmək hər ən sevdiyimi və canımı belə Allah yolunda verərəm ibarəsini simvolizə edir. Hacıların minada şeytana daş atmasına gəlincə isə o Allahım sənin itaətinə,əmrinə aparan yolda olan bütün maniələri , şeytanları özümdən dəf edəcəyəm təbirini simvolizə edir. Yəni daş atmaqla İbrahim necə öz yolundan bax burada şeytanı daşladı məndə hər zaman Allahın əmrini yerinə yetirməyə mane olan hər bir şeyi dəf edəcəyəm anlamındadır. Yoxsa orada şeytan var onu vuracam demək deyildir. Yəni Qurban bayramının əsas fəlsəfəsi İbrahim kimi Allah yolunda hər şeyimi verərəm təbirni simvolizə etdiyi kimi daş atmaqda ibrahim kimi bu fədakarlığıma mane olan hər şeyi dəf edəcəm təbirini simvolizə edir. Allah yolunda İbrahim kimi ən sevdiyini, İsmayıl kimi isə canını verməyə hazır olmayan birisi üçün ələbtdəki Qurban bayramı sadəcə bir ət bayramıdır. Eləcə də Allah yolunda olan maniələri dəf etməyə çalışmayan birisi üçün isə şeytana daş atmaq dini ritualı sadəcə bir əyləncədir…..