Əhzab surəsi 51-ci ayədə deyilir:
(33 – AHZÂB) الأحزاب / 51- (Ya Rəsulum!) Onlardan (zövcələrindən) istədiyinin səninlə gecələmək növbəsini təxirə sala bilərsən, istədiyini də öz yanına ala bilərsən. Özündən ayırdıqlarından hansı birini yenidən öz yanına almaq istəsən sənə heç bir günah olmaz. Bu, onların sevinmələri, kədərlənməmələri və sənin onlara verdiklərindən razı qalmaları üçün daha münasibdir. Allah qəlbinizdə olanları bilir. Allah Biləndir, Həlimdir.

Göründüyü kimi bu ayə Hz. peyğəmbərin öz xanımları ilə şəxsi, ailədaxili münasibətlərindən bəhs edir. Ateistlər çox vaxt bu ayəni göstərib deyirlər ki, “Quranda peyğəmbərin şexsi heyatı haqda ayeler niye var?”

CAVAB: 

Qurandakı peyğemberle bağlı bu cür hökmlərə gəldikdə bir dəfəlik anlamağa çalışmaq lazımdır ki, Quran insanlar üçün nazil edilmiş ve insan cemiyyetine aid müxtelif aspektleri (sosial-ictimai, iqtisadi-siyasi, ailedaxili münasibetleri ve s) özünde əks etdiren ilahi hökmler, nesihetler toplusu haqqında semavi kitabdır. Ona görə də Quranın fərqli ayələrində insan həyatının və bütövlükdə cəmiyyətin müxtəlif sahələrinə dair hökmlər yer alır. Quran fizika, biologiya, kimya, astronomiya kitabı yaxud ancaq universitetlerde tedris olunmaq üçün endirilmiş mürekkeb terminoloji derslik falan vesaiti deyil. 

Quran – əvvəla öyüd-nesihet kitabıdır.

Quran – Allaha iman etmiş insanların nece yaşaması ve ibadeti, er-arvad, övlad-valideyn ve s. meseleler haqqında ilahi hökmler kitabıdır. 

Quranda peyğember ve iman edenler haqqında xüsusi hökmler de var ki, bununla da Allah Teala birbaşa Hz peyğemberi nümunə göstərməklə onun timsalında bütün müselmanlara müxtelif mövzularda (iman, ibadet, tefekkür, evlilik, ər-arvad, övlad-valideyn, münasibətləri, miras, talaq, müharibe, sülh ve s.) öz hökmlerini çatdırır. 

Bu baxımdan Quranda peyğemberin şexsi heyatı və ailədaxili münasibətləri haqqında müəyyən hökm və ayelerin olması əlbəttə normaldır.