http://youtu.be/CSMS0Z5Cetc

Sual: Balıqların çoxlu sayda kürü tökməsinə baxmayaraq bunlardan çoxu məhv olur. Sadəcə müəyyən qismi sağ qalır. Bu fakt təsadüfə misal ola bilərmi?

CAVAB:

Milyonlarla kürüdən eyni anda hamısının deyil, sadəcə bəzilərinin bala verməsi zahirən baxdıqda təsadüfi hadisə  kimi görünə bilər. Lakin bu bir təsadüf yox, intizamlı sistemə nümunədir. Sadəcə olaraq,  ateistlər məsələyə yanlış baxış bucağından baxdıqları üçün məsələnin kökünü dərhal təsadüflərə bağlayırlar. Problem də bundadır.

Gəlin bir anlıq fərz edək ki, xüsusi bir balıq növünə aid milyonlarla kürünün hamısı eyni anda bala verir. Əgər belə hal olsaydı, onda həmin balıq növünün yaşadığı su hövzəsində nələr baş verərdi?

Bu zaman həmin növə aid balıqların sayı inanılmaz sürətlə artar, dominantlıq əldə edər və su hövzəsində mövcud olan diger su canlılarının yaşaması üçün müxtəlif həyati tehlükələr yaranardı. Beləliklə, bir növə aid qeyri-adi sürətli artım yaşadığı ekosistemdə qeyri-balansın  meydana çıxmasına səbəb olardı.

Təsəvvür etsək ki, eyni proses diger canlı növlerinde de baş verseydi, qısa müddet erzinde ekosistemde hansı böyük pozuntu və qeyri-tarazlıqlara yol aça bilerdi.

Lakin göründüyü kimi adətən süni müdaxilələr olmadıqca təbiətdə belə bir hal baş vermir və canlı növlərinin sayı arasındakı balans təbii şəkildə tarazlanır. Çünki bir balıq növü terefinden buraxılan çox saylı kürülerin bir qismi bala verir, diger qismi ise başqa canlılar terefinden ovlanaraq onların qida menbeyini teşkil edir. 

Göründüyü kimi burada düşünülmüş nizamlı bir sistem fealiyyet gösterir.

Bu yolla hem bir canlı növünün müeyyen nisbetde artımı temin edilir, diger canlı növleri ise qida ile temin olunaraq ac qalmasının qarşısı alınır. Bununla da sanki tebietde göze görünmez el ile ekosistemdeki balans qorunur.

Qeyd etdiyimiz kimi milyonlarla balıq kürüsü əslində boş yerə israf olmur, başqa canlıların qidasına çevrilir ve bir növ onların ruzisi rolunu oynayır və onların həyatda sağ qalmalarına yardım edir.

Ümumiyyetle, tebietde israf yoxdur, tebii özünü tenzimleme mexanizmi var. Eslinde tekce suda yox, bütün tebietde bu proses gedir. Müxtelif canlı növleri sağ qalmaq üçün başqa canlılarla qidalanırlar. Bununla da hem bir canlı növünün süretle artımının qarşısı alınır, hem de diger canlıların ruzisi temin olunur. Allah Tealanın (c.c) tebietde qoyduğu nizam budur.

Yuxarıdakı misalı köpək balıqlarının da timsalında izah etmək olar. Zahirən, köpək balıqları yırtıcı və təhlükəli heyvan növü kimi qəbul edilə bilər. Lakin onların yerinə yetirdiyi funksiyaya baxdıqda isə hər şey aydın olur. Belə ki, köpək balıqları okeanların ekosistemindəki tarazlığı qorumaq üçün çox vacib amildir. Köpək balıqları ölü və xəstə heyvanlarla qidalanmaqla “təmizləyici” funkiyasını yerinə yetirir. Digər tərəfdən isə yırtıcı rolunu oynamaqla başqa heyvan növlərinin sayına “nəzarət edir.” Onlar həm də ən çox mövcud olan növləri ovlamaqla növlərin müxtəlifliyini qoruyub saxlayırlar. Bir çox alimlər qeyd edirlər ki, köpək balıqları olmadan okeanların ekosistemindəki balans pozula və dağıdıcı effekt yarada bilər.