IMG_4766.JPG

Sual: İslama görə qadınlara mirasdan 1 pay, kişilərə isə 2 pay düşür. Bu ədalətsizlik deyilmi?

CAVAB: Bu iddia sahibləri ya bu hökmün səbəbini İslami kitablarda görmədən bunu söyləyirlər ya da qərəzli olaraq həqiqəti demək istəmirlər.

Əvvəla qeyd etmək lazımdır ki, bərabərlik hər zaman ədalət demək deyildir. Ədalət anlayışı mövcud vəziyyət və şərtlərə görə müxtəlif formada izah oluna bilər. Məsələn, fərqli vəzifə və mükəlləfiyyətlər daşıyan iki insanın yüzə-yüz bərabər imkan və vasitələrə malik olması əslində ədalət sayıla bilməz. Bu hal həm cəmiyyətə, həm də ailə fərdlərinə də aiddir.

İslam şəriətinə görə evin dolanışıq vəzifəsi və qadının, uşaqların ehtiyaclarının qarşılanması vəzifəsi sırf kişiyə aiddir. Daha dəqiq desək, İslam şəriətinə görə hər kişi öz ailəsini maddi cəhətdən təmin etməlidir, ailəsini qorumalı və himayə etməlidir, qazandıqları mallarından ailəsi yolunda xərcləməlidir və s. Bundan başqa kişi evlənərkən qadına mehir vermək öhdəliyi varkən, qadının isə belə bir məcburiyyəti yoxdur və sahib olduğu mal tamamilə özünə aiddir.

Deməli, 2 pay miras alan kişi sahib olduğu maddi vəsaitdən evləndiyi qadına mehir vermək, habelə uşaqlarının və yoldaşının ehtiyacları üçün də xərcləmək məcburiyyətindəykən, mirasdan 1 pay alan qadının aldığı bu pay tamamilə özünə aiddir. Dolayısı yolla ədalət təmin edilmiş olur. Ailənin bütün maddi yükü xərcləri kişinin üzərinə düşdüyündən bu addim kişini düşəcək çətin vəziyyətdə buraxmamaq üçündür. Bu hökmlər, evində iqtisadi müstəqilliyini itirəcəyi zaman anlayışsız bir ər tərəfindən əziləcək qadını əzdirməmək hikmətindədir. Belə dərdi olmayan qadın yoldaşıyla malını paylaşa bilər.

Kimsə belə sual verə bilər ki, “Bəlkə kişi öz malından ailəsi üçün xərcləməyəcək?”

Bu əslində sadəcə sual xətrinə verilmiş sualdır. Bəli, elə kişi ola bilər ki, İslamın qaydalarını pozaraq öz malını ailəsi yolunda xərcləməz, xəsislik edər, amma bu o kişinin haqlı olduğu yaxud Qurandakı hökmün səhv olduğu anlamına əsla gəlməz.

Çünki İslamdan xəbəri olan her kes bilir ki, İslama göre aileye baxmaq, onun maddi (yemek, içmək, paltar ve s.) ve diger telebatlarını ödemek mükellefiyyeti her bir müsəlman kişinin üzərinə düşən bir borcdur. Qurani Kərimdə buyrulur:

“Anaların yeməyi və geyimi şəriətə müvafiq qaydada uşağın atasının üzərinə düşür.” (Bəqərə/233)

Göründüyü kimi Allah Təala (c.c) bunu bir mükellefiyyet olaraq kişinin üzərinə qoymuşdur, qadının yox. Kişinin bu hökmə emel edib-etmemesi ise başqa məsələdir. Əməl edərsə, əlbəttə savab qazanar, Allah (c.c) qatında mükafatlandırılar, emel etmezse, günaha girər və cəzalandırılar.

Qadına geldikde ise eger qadın işleyib aile büdcesine xeyir verirse, kişiden ferqli olaraq bu onun üçün bir mükellefiyyet yox, sadece seçimdir. Yeni ki, İslam kişiden ferqli olaraq qadının üzerine aileye baxmaq, aileni maddi cehetden temin etmek kimi ağır bir yük qoymamışdır.