İslam düşmənlərinin ən çox vurğulamaqdan xoşlandıqları ayə “Qadınlar sizin tarlanızdır. Onlara dilədiyiniz şəkildə yaxınlaşın” ayəsidir (Bəqərə 223).

Onların iddiasına görə bu ayətdə qadın alçaldılır və bununla kişilərin istədikləri şəkildə rəftar etmək haqqını ortalığa qoyur.

Əslində bu tip iddialar daha çox məlumatsız insanların şübhəyə düşürülməsi üçün Qurana qarşı atılmış böhtandır və cavab verilməyi heç haqq etmir, çünki o qədər tutarsız və mənasızdır ki. Tarla dedikdə, adətən ağla gələn ilk şey ruzi-bərəkət mənbəyi sayılan torpaqdır. Bilmirəm bərəkətli, məhsul verən torpaqdan üstün nə ola bilər? Ki qadınlar ona bənzədilib. Torpaq həm də müqəddəslik və vətən, ana rəmzlərini özündə daşıyır.

Tarlanın insan həyatında hələ hələ qədim dövr insanının həyatında əkinçiliyin nə qədər önəmli olduğunu hamı bilir. Toxum onu basdırılan tarla olmazsa heçbir faydası olmaz. Ölkənin iqtisadiyyatının elə əkin biçinlə, torpaqla əlaqəli olmasını düşünün bir. Quraqlıq dövrünün (indi su anbarları, kanallar və s.kimi antropogen müdaxilələr o vaxtları axı yox idi) qədim xalqların kabusunun olmasını bir düşünün.

Qadınların bərəkət verən tarlaya bənzədilməsinin hansı mənfi, alçaldıcı tərəfləri var ki ? Oxuduğum fərqli ateist məqalələrindən, insanların da bu mövzuya şərhlərindən buna məntiqi cavab hələ ki qarşı tərəfdən rastlamamışam. Günümüzün ən çox verilən və çox da normal olan sualı filan pozanın İslamda halal vəya haram olması, cinsi münasibətdəki qadağalar və s.dir. Hər bir evli insanı maraqlandıracaq mövzuya Allah cavab verib ki, istədiyiniz şəkildə yaxınlaşın. İstədiyiniz dedikdə niyə insanlar həmən vəhşi və kobud birləşmə təsvir edirlər bunu da anlamaq olmur demirəm, çünki insan nə cür düşünürsə ağlına da ilk o gəlir.

Əslində qadının tarlaya bənzədilməsinin incə bir məqamı da var, bu da İslamda yalnız təbii cinsəl münasibətin məqbul olduğunun vurğulanmasıdır. Ayətdə toxum kişinin cinsəl ifrazı ilə təsvir edilibsə (bu qədər incə və kibar təsviri xəyalındakı çirkin fantaziyalara uyğun dəyişən insan mütləq əxlaqdan sınıq insandır), qadın tarla kimi təsvir edilib. Qadında toxumu qoyub, bəhrəsini görmək yalnız ön tərəfdən edilən münasibətlə ola bilər. Allah da ayətdə buna vurğu edir. Dilədiyiniz şəkildə yaxınlaşın dedikdə isə, rəvayətlərə görə o dövrün insanlarında ələlxüsus yəhudilərdə belə bir düşüncə var idi ki öndən olmaqla, arxadan birləşim uşaqların çəpgöz doğulmasına gətirib çıxarır. Ayət isə belə bir qadağa olunmadığını şərtin yalnız ön tərəf olması, birləşmənin isə nə şəkildə arzu edərlərsə, o cür edilməsinə icazənin olduğunu vurğulayır. Bəzən insanlar şəhvətin pis bir şey olmasını düşünür, həmən bucür cinsi mövzularda beyinlərinə neqativ fikirlər gəlir. Halbuki İslamda bunlar təbii, normal şeylərdi sadəcə şərt halal çərçivədən edilməsidir.

Digər məqam isə ayətdən həmən sonra hər şeyin şəhvət deyil, sonrasını düşünməyin İslamda daha üstün və dəyərli olduğunun vurğulanmasıdır Allah tərəfindən. Özünüz üçün qabaqcadan (yaxşı işlər) hazırlayın. Qadın kişi münasibətlərində maksimum 20 dəqiqə civarında davam edən intim münasibətin prioritet olmadığını, bundan sonrasını düşünməyin və övlad kimi yaxşı bir hazırlıq görülməsinin İslamda daha dəyərli və üstün tutulmasının bundan o tərəfə hansı təsviri ola bilər ki ? Nə çoxdur plansız və düşünülməmiş hamilə qalıb, övladlarını öldürən insanlar. Ya da övlad dünyaya gətirib arxasını düşünməyən valideynlər. Bir məqama da toxunmaq istərdik ayətdə istədiyiniz şəkildə yaxınlaşın deyir, istədiyiniz vaxt demir. Məsələn, hörmətli Ziya müəllimgilin tərcüməsində vaxt yazılıb, amma bu qətiyyən yanlış tərcümədir. Zatən özünüz baxsanız digər tərcümələrə hamısı istədiyiniz şəkildə deyir.
Bax bucür ayətdə ilişib qalan insanların beynindən də, dürüstlüklərindən də şübhə edilər. Ayətin sonunda vurğulandığı kimi : Möminləri müjdələ.