Quru taxta parçalarına oxşar toxumlar onlara şərait təmin ediləndə heyrətamiz şəkildə yaşıllaşır və növbənöv bitki əmələ gətirirlər. Yaxşı, görəsən bu kiçik, quru cisimləri bir taxta parçasından ayıran nədir? Toxumları digər cisimlərdən ayıran çox əhəmiyyətli bir xüsusiyyətləri vardır. Toxumların daxilində aid olduqları bitkinin hər budağına, hər yarpağına, bu yarpaqların sayına, formasına, qabığının hansı rəngdə olacağına, qida və su daşıyan borularının genişliyinə, sayına, bitkinin uzunluğuna, meyvə verib-verməyəcəyinə, verəcəksə bu meyvələrin dadına, qoxularına, formasına və rənginə və s. aid bütün məlumatlar vardır. Toxumlar əsasən toxum örtüyü, qida anbarı və məlumatların saxlandığı embriondan ibarət olurlar. Ancaq əsasən eyni quruluşda olmalarına baxmayaraq, hər toxumun qida anbarının miqdarı, toxumu örtən qoruyucu pərdənin cinsi, qalınlığı, onu örtən meyvənin forması, dadı bir-birindən çox fərqlidir. Toxum qabıqlarının forması, rəngi, tərkib hissələrindəki müxtəliflik, yəni hər şey bitkilərin yaşadığı mühitə və bitkinin növünə görə dəyişir.

Bu baxımdan, bütün toxumlar bir dizayn möcüzəsi kimi qarşımıza çıxırlar. İndi bu dizayn müxtəlifliklərinə nümunələr üzərində baxaq. Ərikdə bir nüvə, yəni bir toxum var və bu nüvə bərk qabığın içində çox yaxşı qorunur. Ətli qism isə şəkərlidir və yemək üçün əlverişlidir. Bu hissə quşlar, gəmiricilər, həşəratlar və digər heyvanlar üçün də yaxşı qidadır. Ancaq meyvənin iki qisimdən meydana gəlməsi bitki üçün də münasibdir. Çünki meyvənin yeyilməsi ilə birlikdə əriyin ortasındakı toxum ortaya çıxır. Toxum uyğun bir yerdə cücərərək yeni ağac kimi yetişir. Başqa nümunə kimi kivini göstərək. Kivinin içindəki nüvələri (toxumları) da yeyilir. Bunun üçün kivinin bir toxumu deyil, çox toxumu vardır. Ətli meyvə olan kividə toxumlar kiçikdir, amma bir yerdə və çox sayda olmaları onun bitki kimi cücərməsini təmin edir.

Toxumların ümumi dizaynlarındakı müxtəlifliklə bərabər, embrionu qoruyan toxumların örtükləri də ehtiyaca uyğun xüsusiyyətdə yaradılmışdır.

Toxumun içindəki məlumatların saxlandığı embrion son dərəcə qiymətlidir. Buna görə də, yeni bitki inkişaf edənə qədər bu embrionun diqqətlə qorunması vacibdir. Toxum örtüyünü əmələ gətirən maddə dözümlü olduğuna görə, toxum xarici mühitin mənfi təsirlərindən qorunur. Bundan başqa, örtüyü əmələ gətirən maddələr toxumların su üzərində dayana bilməsi və ya küləklə uça bilməsi üçün vacib faktordur.

Toxumların xarici örtükləri son dərəcə müxtəlif və diqqətçəkici xüsusiyyətlərə malikdir. Bəzi xarici pərdələr düşmənləri uzaqlaşdırmaq üçün acı maddə ilə örtülmüşdür. Bəziləri isə “tanen” adlanan maddə ilə zəngindir ki, bu maddə toxumlarda çürüməni məhdudlaşdırır. Toxumların qoruyucu xarici layları (toxum örtükləri) çox sərtdir. Bu xüsusiyyət toxumu qarşılaşacağı xarici faktorlardan qoruyur. Məsələn, bəzi toxumların inkişaflarının son mərhələsində xarici səthlərində möhkəm mumlu bir təbəqə yaranır, bunun sayəsində toxumlar su və qazın təsirinə qarşı müqavimət göstərirlər. Toxum örtükləri bitkinin növünə görə müxtəlif vasitələrlə örtülə bilər; paxla dənəsində olduğu kimi incə pərdə ilə, ya da albalı nüvəsində olduğu kimi odunvari və sərt qabıqla örtülə bilər. Suya dözümlü olan toxumların qabıqları digərlərinə görə daha sərt və qalındır.

Toxumlardakı dizayna gündəlik həyatımızda daha çox qarşılaşdığımız bir bitkidən – paxla dənəsindən misal gətirək: Paxla dənəsi növünə görə bir və ya iki örtüklə örtülmüşdür. Bu örtüklər eynilə bir palto kimi toxumu xarici mühitin soyuq hava, quraqlıq və çətin şəraitlərindən qoruyur. Bura, eyni zamanda, xarici mühit ilə olan bütün əlaqələrin qurulduğu bölgədir. Qısaca desək, toxumun böyüməsi mövzusunda bu örtük əhəmiyyətli rol oynayır. Paxla dənəsinin olduğu yerdən qoparıldığı nöqtədə oval bir iz görünür Bu, dənənin, yəni toxumun ana bitki ilə olan əlaqə nöqtəsidir. Diqqətli şəkildə araşdırıldı zaman burada “micropyle” deyilən kiçik bir dəliyin olduğu görünəcək. Bu dəliyi körpələrdəki göbək bağına bənzətmək mümkündür.

Bu xüsusi keçid yerindən yumurtacığın içindəki dişi hüceyrəni mayalandırmağa yarayan balon girir. Bundan başqa, su bu dəlikdən içəri girərək toxumun cücərməsini təmin edir. Toxum qabıqlarının qalınlığı da bitkinin növünə görə xüsusi şəkildə nizamlanmışdır. Hər bitkinin toxum qabığı onun inkişafını təmin edən qalınlıqdadır; nə çox qalındır, nə də çox nazik. Çünki qabığı qalın olan toxum çətin şəraitdə yaşaya bilir; ancaq bir dezavantaj olaraq həddindən artıq qalın qabıq embrionun çölə çıxmasına problem yarada bilər. Nazik qabıqlı toxum isə bir çox xarici faktor səbəbindən tez korlana bilər. Buna görə bütün toxumlar olduqları mühitə uyğun yaradılmışlar. Bura qədər izah edilənlərdən də açıqca görüldüyü kimi sadə xarici görünüşə sahib olan toxumların, əslində, hərtərəfli dizaynı vardır. İçindəki maddələrin nisbətlərindən qoruyucu üst təbəqələrinə qədər bütün toxumların xüsusiyyətləri olduğu iqlim şəraitinə, ətraf mühitə görə dəyişir. Yaxşı, bu müxtəliflik və detallar necə ortaya çıxmışdır?

Bu sualın cavabını belə bir misalla verək: Bir şəkil qalereyasına getdiyinizi və burada coxlu toxum rəsmi ilə qarşılaşdığınızı fərz edək. Hər şəkildə fərqli bitkinin toxumu ilə əlaqədar detallar çəkilmiş olsun. Qalereyanın sahibinə bu qədər müxtəlif rəsmi kimin çəkdiyini soruşduğunuzu düşünək. Əgər bu adam sizə “bu şəkillərin rəssamı yoxdur, bunlar təsadüf nəticəsində təkamüllə ortaya çıxmışlar” desə, nə düşünərsiniz? Əlbəttə, belə bir cavabın son dərəcə məntiqsiz və ağılsiz olduğunu dərhal anlayar və rəssamın olduğunu təkid edərsiniz.

Cansız toxum şəkillərinin “təkamül dizaynına” inana bilməyəcəyinizə görə, tamamilə canlı quruluşlarda, içində bir bitkiyə aid bütün məlumatları saxlayan, uyğun şərait və mühitlərdə cücərərək nəhəng ağacları, yüz minlərlə meyvəni, çiçəyi meydana gətirən toxumları anlamayan və şüursuz təsadüflərin var etdiyinə də inana bilməzsiniz. Göründüyü kimi, burada bu dizaynı, əslində, kimin etdiyi, necə etdiyi, bitkinin bu dizayna uyğun quruluşa necə gətirildiyi və bunun necə yerləşdirildiyi kimi sualların cavabının verilməsi lazımdır.

Nəticədə, toxumların quruluşunda təkamülçülərin təsadüf iddiaları ilə əsla açıqlana bilməyən çox açıq bir dizayn və plan vardır. Əlbəttə ki, bu plan şüursuz təsadüflərin nəticəsində, ya da hər hansı bir səbəblə ortaya çıxmamışdır. Toxumlardakı qüsursuz dizayn isə sonsuz ağıl və üstün güc sahibi olan Allaha aiddir. Bitkilərin həyatının hər mərhələsində görünən bu ağıl onları yaradan üstün güc sahibi olan Allahın varlığının aşkar sübutlarından biridir.

Göydən sizin üçün yağmur endirən Odur. Ondan (o sudan) siz də, içində (heyvanlarınızı) otardığınız ağaclar (və otlar) da içər (ağaclar və otlar da onun vasitəsilə bitər). (Allah) onunla (o su ilə) sizin üçün əkin, zeytun, xurma, üzüm və bütün meyvələrdən yetişdirir. Düşünüb-daşınanlar üçün bunda dəlillər vardır! (Nəhl surəsi, 10-11)