• Haqqımızda

Dini suallar

~ Dini mövzularda sual-cavablar

Dini suallar

Kateqoriya Arxivləri: Adəm peyğəmbər haqqında iddialara cavab

Hz. Adəm və qan qrupları

13 Çərşənbə axşamı Okt 2015

Posted by science1985 in Adəm peyğəmbər haqqında iddialara cavab

≈ Bir şərh yazın

Adətən, təkamülçü ateistlər sual verirlər ki, əgər insanlar Hz. Adəm və Hz. Həvvadan yaradıldısa, bəs indi niyə dörd qan qrupu var?
Əvvəla onu deyək ki, əslinə qalsa ateistlərin inandığı təkamül nəzəriyyəsi baxımından da ilk əvvəllər dörd qan qrupunun eyni anda var olması mümkün deyil. Çünki dörd qan qrupunun eyni anda mövcud olması fərqli qan qruplarına malik insanların qəfildən peyda olması kimi bir şeydir. Bu da təkamül nəzəriyyəsinə kökündən ziddir. Çünki təkamül nəzəriyyəsinə görə canlılarda gedən inkişaf və dəyişiklik birdən-birə yox, uzun illər ərzində tədricən baş verib. Təkamülə görə bu gün var olan dörd qan qrupu birdən-birə meydana çıxmayıb, tədricən ilkin qan qrupundan formalaşıb. Analoji yolla düşünsək, Hz.Adəm və Hz. Həvva ilk qan qruplarının daşıyıcıları olduqları üçün onların nəslindən yeni qan qruplarının formalaşması (ateistlərin diliylə desək “qan qruplarının təkamülü”) əlbəttə mümkündür. Əslində məsələnin bu cür izahı ateistlərin iddiasını susdurmaq üçün bəs edir. Lakin biz daha ətraflı cavab verməyə çalışaq.

Hz Adəmlə bağlı sualın cavabını anlamaq üçün əvvəlcə qan qruplarını müəyyən edən genetik faktorlar haqqında bir az məlumat sahibi olmamız lazımdır. Qan qrupları sistemlər şəklində incələnməkdədir. Məsələn, AB0 və Rh kimi bir çox başqa qan qrupu sistemləri də bilinməkdədir. Hər qan qrupu sistemi digər sistemlərdən müstəqil olaraq fəaliyyət göstərir. Tibb sahəsində, yəni xəstəlik və müalicə ilə əlaqəli qan qrupu uyğunsuzluqlarında hər kəsə məlum olan AB0 və Rh sistemləri çox vacibdir.

Tibbdə ən çox tətbiq edilən AB0 sistemində qan qruplarını müəyyən edən iki çeşid antigen vardır: A və B antigeni. Qırmızı qan hüceyrəsində (eritrosit) bu antigenlərdən heç biri olmadıqda isə 0 (sıfr) qan qrupu adlanır.


Hər insan bu antigenlərdən birini anasından, digərini isə atasından alır və iki antigenə sahib olur. Hər bir fərddə bu antigenlər aşağıdakı şəkillərdən biri halında mövcud ola bilər: 

– homoziqot (saf) qan qrupları: AA, BB, 00

– heteroziqot (mələz) qan qrupları: A0, B0, AB

Ümumiyyətlə, uşağın qan qrupu ana-atasına bənzəməyə də bilər. Uşağın qan qrupu ata yaxud anasına bənzər. Bəzən hər ikisinə bənzər və ya hər ikisinə bənzəməz. Əgər uşağın qan qrupu ana-atasının qan qrupundan fərqlənməsəydi, onda yer üzündə yalnız iki növ qan qrupu mövcud olardı. Çünki bütün insanlar bir kişi və bir qadından törəyiblər.

Qeyd edək ki, insanlarda qan qrupunu təyin edən A və B antigenləri dominant (üstün) xarakterlidir, yəni bu antigenlər hər zaman aktivdirlər. Digər tərəfdən isə 0 antigeni resessiv (qeyri-dominant) xassəlidir, başqa sözlə, dominant antigenlə birləşdikdə öz təsirini itirir. Bunu bir neçə sadə misalla izah edək. Deyək ki, bir uşaq anasından A antigenini, atasından 0 antigenini almış olsun, bu halda uşağın qan qrupu A olacaq, 0 antigeninin qan qrupuna təsiri olmayacaq. Digər tərəfdən bu uşaq həm ana, həm də atasından 0 antigenini alırsa, onun qan qrupu 0 olacaq. Son olaraq əgər uşaq anasından A, atasından B antigeni alırsa, bu zaman hər iki antigen dominant xassəli olduğundan uşağın qan qrupu AB olacaq. Ana və ata öz uşaqlarına sahib olduqları iki antigendən sadəcə birini keçirirlər. 

İndi isə yuxarıda öyrəndiyimiz bu bilgilər işığında iki nəfərdən 4 qan qrupunun çıxıb çıxamayacağı mövzusunu nəzərdən keçirək. Fərz edək ki, Hz. Adəmin qan qrupu A və iki antigeni “A və 0” olsun. Hz. Həvvanın antigenləri “B və 0” olsun, dolayısı ilə bu halda Hz. Həvvanın qan qrupu B olacaq. İndi Hz. Həvva və Hz. Adəmin dörd uşağı olduğunu düşünək. 

– Birinci uşaq həm atadan, həm də anadan 0 antigenini almış olsun, deməli bu uşağın qan qrupu 0 olacaq. 

– İkinci uşaq atadan A, anadan 0 antigenini almış olsun, onun qan qrupu A olacaq. 

– Üçüncü uşaq atadan 0, anadan B antigenini almış olsun, onun qan qrupu B olacaq. 

– Nəhayət, dördüncü uşaq atadan A, anadan B antigenini almış olsun, onun qan qrupu isə AB olacaq. 

Rezus faktor (Rh) yer kürəsi insanlarının 85%-nin qırmızı qan hüceyrələrinin (eritrosit) səthində olan spesifik qan zülalıdır. İnsanların 15 faizində isə mənfi rezusdur, yəni eritrositin səthində zülal yoxdur. Rezus faktor ana rəhmində inkişafın 7-8 həftəsində formalaşır. Sizdə bu aşkar olunarsa, onda qanınızı rezus müsbət (Rh+), aşkar olunmasa rezus mənfi (Rh-) adlandıracaqlar. 

Rh faktoruna görə isə (Rh+) və (Rh-) olmaq üzrə iki tip qan qrupu mövcuddur. (Rh+) özü də saf (RhRh) və ya mələz (Rhrh) şəklindədir. (Rh-) isə daima saf (rhrh) halda olur. 
Mələz (Rh+) ana-atanın övladlarının qan qrupu həm (Rh+), həm də (Rh-) şəklində ola bilər. O halda mələz (Rh+), mələz (A) və mələz (B) qan qruplu ana-atadan (Rh+), (Rh-), (A), (B), (AB), (0) qan qruplu uşaqlar doğula bilər. Başqa sözlə, Həzrəti Adəm və Həzrəti Həvvanın qan qrupları (Rh+), mələz (A) və mələz (B) olduğu təqdirdə indiki kimi müxtəlif qan çeşidləri ortaya çıxa bilər. Yəni birinin (Rh+), digərinin (Rh-) olmasına lüzum yoxdur.

Göründüyü kimi nəticə etibarilə iki nəfərdən dörd fərqli qan qrupunun çıxması elmi cəhətdən mümkündür. Hətta dörd qan qrupu uşaqlarda ortaya çıxmayıb, nəvələrdə belə ortaya çıxa bilər. Bütün insanların iki nəfərdən gəlmiş olduğu düşüncəsi dörd qan qrupu olması ilə elmi baxımdan heç bir ziddiyyət təşkil etmir.

  

İnsestlə bağlı ateist iddiasına cavab

29 Çərşənbə axşamı Sen 2015

Posted by science1985 in Adəm peyğəmbər haqqında iddialara cavab

≈ Bir şərh yazın

Ateistlərin əxlaq haqqında iddiasına elə məşhur ateist filosof Nitşenin sözləri ilə cavab verməyə başlayaq:

Göründüyü kimi hətta Nitşe belə əxlaqın varlığının əsas şərti kimi Allahın varlığını götürür.

Bir ateistin Hz Adəm və Hz Həvvanın övladlarının çoxalmasına əxlaqsızlıq (insest) deyib lağ etməsi əslində ateizmin özü baxımından çox gülünc və məntiqsizdir. Niyə?
Çünki bunu deyən ateist əvvəla bilməlidir ki, bir şeyə “əxlaqsızlıq” deyə bilməsi üçün gərək əvvəlcədən müəyyən edilmiş təməl əxlaq qaydalarına malik olmalıdır. Amma məsələ ondadır ki, ateizmdə əxlaq normalarını təyin edən konkret hökm və qaydalar yoxdur. Ateizmdə əxlaqın heç bir təməli yoxdur. Ateizm insanlara nəyin əxlaqlı-əxlaqsız olduğunu deməz. Hər bir ateistin öz istəklərinə görə doğru saydığı şəxsi “azad əxlaq” düşüncəsi var. Məsələn, ateist fizik Krauss kimi insestə normal baxan çoxlu ateistlərin olması mümkündür. Və yaxud daun sindromlu uşaqların ana bətnində ikən öldürülməsini (abort) normal sayan ateist bioloq Dokinz kimi bir çox ateistlərin də olması təbiidir. Və ya pornoqrafiyanın çox faydalı olduğunu və hətta məktəblərdə uşaqlara tədris olunmasının vacibliyini deyən ateist alim Cəlal Şengör kimi düşünən çoxlu ateistlərin olması da mümkündür. Göründüyü kimi ateizm özlüyündə hər hansı əxlaqi çərçivələr müəyyən etmir və insesti, körpə ölümünü, pornoqrafiyanı və s. bir əxlaqsızlıq kimi görmür və ya qadağan etmir.

Cəmiyyətdəki əxlaq qaydalarını din müəyyən edir, elm və ateizm yox. Ateizm və elm nəyin əxlaqlı-əxlaqsız olduğunu deməzlər. Məsələn, din zinanı əxlaqsızlıq adlandırdığı üçün bir ateist zinaya əxlaqsızlıq deyə bilməz. Çünki ateizm zinanın əxlaqsızlıq olduğunu deməz.

İnsestin əxlaqsızlıq olduğunu deyən dindir, ateizm yox. Ateizm insesti qadağan etməz. Elm isə insestin tibbi baxımdan zərərini deyə bilər, amma insestin əxlaqsızlıq olduğunu deməz. Məsələn, elm deyə bilər ki, ailə üzvləri arası evlilik gelecek nesiller arasında bezi genetik xestelikleri güclendire biler. Yeni ki, elm deyir ki, bunun tibbi cehetden zərəri var. Vessalam. Amma elm insestin niye exlaqsızlıq olduğunu açıqlaya bilmez. Zərərli olmaq hələ əxlaqsızlıq  olmaq demək deyil. Elm siqaret çekmeyin de zererli olduğunu deyir. İndi bu o demekdir ki, siqaret çekmek exlaqsızlıqdır? Xeyr. Elmin exlaq mövzusunda deyəcəyi bir söz yoxdur. Elm bununla məşğul olmur.

“1930-cu ildə BBC-nin yayımladığı elm-din müzakirələrinə bir neçə tanınmış elm və din xadimləri qatılmışdır. Müzakirələrin əsas hədəfi elm və dinin sərhədlərini müəyyən etməkdən ibarət olmuşdur. Hər iki tərəfdən çox maraqlı fikirlər səslənmişdir. Müzakirələrdə ən çox diqqətimi çəkən “Elm yetərsizdir. Çünki insan dəyərlərlə yaşayır. Elmin dəyər yaratmaq imkanı yoxdur.” sözüdür. Mən də (Rassel) bunun doğru olduğunu düşünürəm. Elmin dəyərlər mövzusunda söyləyə biləcəyi heç bir sözü yoxdur. Sevmək və nifrətdən hansı daha yaxşıdır. Pislik və ya yaxşılıqdan hansı daha üstündür. Elm bəlli hadisələri araşdırır, amma onlara universal qiymət vermək imkanında deyildir. Ayrı-ayrı hissələrdən ümumi anlayış və dəyərlər yaratmaq yalnız fəlsəfə və dinin işidir. Elm davranışlarımızı yaxşılıq və pislik başlığı altında kateqorizə edə bilməz”. (Bertrand Rassel, Elm və Din əsəri).

Rasseldən fərqli olaraq biz elmin nəinki dəyər yarada bilməyəcəyini, əksinə dəyərləri məhv edəcəyini düşünürük. Elmin davranışlara hormonlarla qiymət verməsini nəzərə alaraq insanda xoş təəssürat yaradan işlər yaxşı, əksinə onu üzən, ona əzab və gərginlik yaşadan işlər isə pisdir. Deməli zorlayan, xəyanət edən, öldürməkdən həzz alan seriyalı qatillər, oğurluq pullarla xoşbəxt yaşayan, əzablı ömür sürdüyü üçün övladlarını tərk edən və zəngin bir şəxslə hüzurlu günlər keçirən ananın etdiyi gözəl, tam əksinə zorlamasın və ya xəyanət etməsin deyə cinsi hisslərini boğan, bir ömür xəstə olan doğmasına baxaraq əzablara qatlaşan, oğurluq fürsətindən istifadə etmədiyi üçün bir ömür sıxıntılı yaşayan şəxsin etdikləri pisdir. Çünki birinci şəxslərdə xoşbəxtlik hormonları, ikincilərdə isə stress və əzab hormonları yüksəkdir. Birincilərdə beynin həzz mərkəzləri, ikincilərdə əzab mərkəzləri aktivdir. Deməli elm onların neyrobioloji hallarını nəzərə alıb birincilərə doğru, ikincilərə yanlış deyəcək.

Təbiətə gəldikdə ise tebietde heyvanlar arasında da insest münasibetlerinin olduğu her kese melumdur. Yeni ki, təbiət  üçün insest normal haldır. Təbiət  qanunları bize insesti qadağan etmez.

Başqa sözle, ateistlər insestin niyə əxlaqsızlıq olduğunu sırf təbiət qanunlarına, ateizmə yaxud elmi metodlara əsaslanıb izah edə bilməzlər. Bir ateist insestə yalnız ona görə əxlaqsızlıq deyə bilər ki, çünki dindar cəmiyyətdə və ya ailədə böyüyüb və dinin buyurduğu müəyyən hökmlər artıq uşaqlıqdan onun şüur altına oturub. Amma bunun ateizmlə heç bir əlaqəsi yoxdur.

Hz Adəm və Hz Həvvanın övladlarının çoxalmasına insest deyib lağ edən ateistlər unudarlar ki, özlərinin inandıqları təkamül nəzəriyyəsinə görə məməli heyvanların (primatlar) insestindən törəyiblər.

Ateistlerin özlerinin qebul etdikleri tekamül nezeriyyesine göre insanın ilk ecdadları olan qedim primatlar memeli heyvanlar idi. Bes artım zamanı hemin memeli heyvanlar arasında exlaq qaydalarına riayet olunurdumu? Elbette ki, yox.

Çünki heyvanlar aleminde exlaq standartlarını formalaşdıracaq her hansı mexanizm yoxdur. Ona göre de milyon iller evvel yaşamış primatların cütleşmesi zamanı bizim indi qebul etdiyimiz exlaq qaydalarına riayet olunmasına inanmaq abdurddur. Əxlaq qaydaları olmadığı üçün təkamül nəzəriyyəsinə görə həmin memeli heyvanların cütleşmesi prosesinde bacı-qardaş, ana-oğul yaxud ata-qız kimi münasibetlerin olması tebiidir ve mümkündür.

Demeli, ateistler Hz. Ademin (a.s) övladlarını guya exlaqsızlıqda ittiham etseler de, eslinde özlərinin iddia etdikləri primat ecdadlarının bacı-qardaş, ata-qız yaxud ana-oğul münasibetlerinden törediyinə inanırlar.

İslami cəhətdən məsələyə yanaşsaq, şəriət qaydaları ilahi hökmə bağlıdır. Yəni ki, Allahın nazil etdiyi bəzi hökmlər zamana və şəraitə görə dəyişə bilər. Məs, İslama görə donuz əti yemək haramdır, amma məcburiyyət olduqda zəruri halda acından ölməmək üçün donuz əti yeyilə bilər. Yəni ki, belə şəraitə görə donuz ətinin yeyilməsi müvəqqəti olaraq halal sayılır. Hz.Adəm və Hz Həvvanın da övladlarının evliliyi bunun kimidir.

Yəni ki, ilk insanların artımında Allah Təala buna müvəqqəti icazə vermiş, sonradan ilahi hökmlər göndərərək  qadağan etmişdir. Allahın dini bizə bacı-qardaş evliliyini qadağan etdiyi üçün biz bunu haram sayırıq.

Amma sadəcə elmi metod və qanunlara əsaslanıb insestin niyə əxlaqsızlıq olduğunu heç kəs sübut edə bilməz. Çünki elmin funksiyası təbiət qanunlarını öyrənməkdir. Elm əxlaq qaydalarını, nəyin əxlaqlı-əxlaqsız olduğunu təyin etmir.

Bu məsələ elmin araşdırma sferası xaricindədir.

Hətta qatı təkamülçü bioloq Richard Dawkins də özünün “Şeytanın keşişi” (Devil’s chaplain) kitabında elmin etika (əxlaq) mövzusunu izah etmək gücündə olmadığını belə etiraf edir: “Elmin nəyin etik (əxlaqi) olduğuna qərar verə biləcəyi metodları yoxdur. Bu həm fərdlər, həm də cəmiyyət üçün belədir” (Richard Dawkins, Devil’s chaplain, page 34).

İlk insanın torpaqdan yaradılması

07 Cümə axşamı Avq 2014

Posted by science1985 in Adəm peyğəmbər haqqında iddialara cavab

≈ Bir şərh yazın

Ateistlər iddia edirlər ki, guya ki, Qurani Kərimdə ilk insanın (Hz.Adəm) müxtəlif maddələrdən yaradılması haqqında ayələr bir-birilə ziddiyyət təşkil edirlər. Əslində isə heç bir ziddiyyət yoxdur. Çünki Qurani Kərimdə adları çəkilən müxtəlif maddələr ilk insanın yaradılması prosesinin ardıcıl mərhələlərini təsvir edir:

1-ci mərhələ. Torpaq (3/59, 22/5, 30/20, 35/11, 40/67)

2-ci mərhələ. Palçıq və yapışqan palçıq (6/2, 7/12, 17/61, 32/7, 38/71, 38/76, 37/11)

3-cü mərhələ. Tərtəmiz (süzülmüş) palçıq (23/12)

4-cü mərhələ. Qoxumuş qara palçıq (15/26, 15/28, 15/33)

5-ci mərhələ. Quru palçıq (55/14)

İlk insanın yaradılışında birinci mərhələ torpaq (türab); ikincisi, palçıq kimi yumşaq, yapışqan çamur (tîn) ve bundan alınıb süzülmüş bir palçıq (sülâletün min tîn);  üçüncüsü, insan skeleti halına gətirilən qara, qoxumağa hazır bir şəklə salınmış palçıq (hame-i mesnun); dördüncüsü, bişirilmiş, qurudulmuş palçıqdır (salsâl). Bunlar, ilk insanın təşəkkül mərhələlərini əhatə edir.

Bunu sadə bir misalla izah edək. Məsələn, çörəyin hazırlanma prosesi aşağıdakı mərhələləri təşkil edir:

1-ci mərhələ. Sünbül

2-ci mərhələ. Buğda

3-cü mərhələ. Un

4-cü mərhələ. Xəmir (un+su)

5-ci mərhələ. Çörək

Əslində biz çörəyin fərqli maddələrdən hazırlandığını müxtəlif cür ifadə edə bilərik:

– Çörək sünbüldən hazırlanır

– Çörək buğdadan hazırlanır

– Çörək undan və sudan hazırlanır

– Çörək xəmirdən hazırlanır.

Göründüyü kimi bu ifadələrin hamısı doğrudur. Amma çörəyin hazırlanma mərhələlərini bilməyən adam bunun ziddiyyət olduğunu düşünəcək. Çünki hər mərhələdə müxtəlif maddədən istifadə olunur.

Quranda deyilir: “Həqiqətən, Biz, insanı palçıq cövhərindən yaratdıq.” (Muminun surəsi, 12)

Müasir texnologiya ilə aparılan elmi təhqiqatların nəticələrinə görə, torpaqdakı elementlərlə insan bədənindəki elementlər bir-birləriylə tamamilə eynidir:

Oksigen – Karbon – Hidrogen – Azot – Kalsium – Fosfor – Kalium – Kükürd – Xlor – Natrium – Maqnezium – Silikon – Dəmir – Sink – Mis – Boro – Kobalt – Vanadium – Yod – Selenium – Manqan – Molibden – Xrom.

Çolaq Addım

Çolaq Addım

Mövzular

  • Adəm peyğəmbər haqqında iddialara cavab
  • Allah Təala (c.c) haqqında suallara cavablar
  • Alın yazısı haqqında suallara cavablar
  • Ateist iddialarına cavablar
  • Cənnət və Cəhənnəm, ölümlə bağlı suallara cavablar
  • Digər peyğəmbərlər və dini suallar haqqında
  • Fəlakətlər: aclıq və xəstəliklər
  • Kainat və astrofizika – Yaradılış dəlilləri
  • Köləlik və cariyəlik
  • Məhəmməd peyğəmbərə (s.a.v) qarşı iddialara cavablar
  • Musa peyğəmbər (a.s) haqqında iddialara cavab
  • Namaz, oruc, həcc ziyarəti ilə bağlı suallar
  • Niyə İslam?
  • Nuh peyğəmbər (a.s) haqqında iddialar
  • Qadınlar haqqında suallara cavablar
  • Quran ayələrindəki möcüzələr
  • Qurana qarşı iddialara cavablar
  • Ruh haqqında
  • Süleyman peyğəmbərlə bağlı iddialara cavablar
  • Terror və müharibə
  • Təsadüf haqqında
  • Yaxşılıq, xeyriyyəçilik
  • İnsan və təbiət – Yaradılış dəlilləri
  • İsa peyğəmbər (a.s) haqqında iddialar
  • İslam və müsəlmanlar
  • İslamda elm və mədəniyyət
  • İslamın zorla yayılmasına dair iddialara cavablar

Bloq Statistikası

  • 102. 293 hits
Follow Dini suallar on WordPress.com

Ən Populyar Yazılar & Səhifələr

  • "Quranda yerin düz (yastı) olduğu yazılıb" iddiasına cavab
    "Quranda yerin düz (yastı) olduğu yazılıb" iddiasına cavab
  • MÖCÜZƏLƏR BAŞ VERƏ BİLƏRMİ?(Elmi, fəlsəfi, dini yazı)
    MÖCÜZƏLƏR BAŞ VERƏ BİLƏRMİ?(Elmi, fəlsəfi, dini yazı)
  • Süleyman peyğəmbərin (a.s) heyvanların dilini bilməsi deyilir. Bu nə dərəcədə məntiqlidir?
    Süleyman peyğəmbərin (a.s) heyvanların dilini bilməsi deyilir. Bu nə dərəcədə məntiqlidir?
Follow Dini suallar on WordPress.com

Son şərhlər

İskəndəriyyə kitabxanasının ya… üçün Ləman
“Nəhəng kainatdakı kiçik… üçün Ləman
Peyğəmbər (s.a.v) hz.Aişə (r.a… üçün science1985
Peyğəmbər (s.a.v) hz.Aişə (r.a… üçün Zaur
İddia: Quranda Kəhf surəsinin… üçün Qorxmaz
İsa peyğəmbərin (a.s) yaşaması… üçün Məmmədzadə Sədail

WordPress.com Bloqu. Mövzu: Chateau tərəfindən Ignacio Ricci.

Privacy & Cookies: This site uses cookies. By continuing to use this website, you agree to their use.
To find out more, including how to control cookies, see here: Cookie Policy
  • İzlə İzlənir
    • Dini suallar
    • Already have a WordPress.com account? Log in now.
    • Dini suallar
    • Özəlləşdir
    • İzlə İzlənir
    • Qeydiyyatdan keçin
    • Giriş
    • Bu mühtəviyyat barəsində raport ver
    • View site in Reader
    • Manage subscriptions
    • Bu çubuğu daralt
 

Şərhlər Yüklənir...