• Haqqımızda

Dini suallar

~ Dini mövzularda sual-cavablar

Dini suallar

Kateqoriya Arxivləri: Ateist iddialarına cavablar

ATEİZM yoxsa DİN ???

08 Çərşənbə Yan 2020

Posted by science1985 in Ateist iddialarına cavablar

≈ Bir şərh yazın

Burada üzərində düşünülməsi vacib olan bəzi vacib məqamları qeyd edəcəm və həmin məqamlarda ateizm ilə dinin ictimai-sosial həyatla əlaqədar olan bəzi təlimlərini müqayisə edəcəm, daha dəqiq desək öz prinsiplərinə sadiq qalan ateizmdən doğan təsəvvürlər ilə dindən qaynaqlanan təsəvvürlər arasında bir tutuşdurma edəcəm.

HƏYATIN MƏNASI

Günümüzün ən uca səsli ateistlərinin açdıqları müharibənin qurbanlarından biri də “niyə?” sualıdır. Kainatın, ümumiyyətlə həyatın nə məqsədlə mövcud olduğunu soruşmağı doğru görməyən ateistlər ümumiyyətlə “məqsədlə” bağlı sualları sevmirlər. Krauss ilə Lennox arasındakı radio-şoudakı müzakirənin ilk toqquşma nöqtələrindən biri bu idi. Ateistlərə görə mövcudiyyətin bir məqsədi yoxdur, bizim varlığımızın hər hansı bir mənası yoxdur. Həyat mənasızdır, sadəcə quru fiziki proseslərin əks olunduğu bir səhnədir, heç səhnə də deyildir, sadəcə olaraq təsadüfən ortaya çıxmış müşahidəçilər tərəfindən izlənilən bir mənzərədir.

Din isə “məqsəd” sualına çox böyük əhəmiyyət verir. Dinə görə kainatın, beləliklə də həyatın xüsusi bir mənası vardır. Həyat mənasız deyildir. Mövcudiyyət yaradılışla başlayır və yaradılışın məqsədi vardır. Həmin məqsəd Yaradıcı Allahın muradıdır.
Nəticə budur ki, ateizm həyatı mənadan məhrum etdiyi halda din həyata məna qatır, ona görə də azca dindarlığı olan insan həyatında məna axtarır. Həqiqi ateistlər isə həyatlarında məna axtarmırlar və ümumiyyətlə məna axtarmağı boş vaxt itkisi hesab edirlər.

BƏŞƏRİN DƏYƏRİ

Ateist dünya görüşünə görə insan övladı, eləcə də digər canlılar məqsədsiz, şüursuz fiziki proseslər nəticəsində ortaya çıxmış yan məhsullardır. Sanki laboratoriyada baş vermiş bir partlayış nəticəsində əmələ gəlmiş köpüklü süngər kimidir. Bu təsəvvürə əsasən heç bir insanın fiziki varlıq olaraq xüsusi bir dəyəri yoxdur, hamam böcəyi ilə insan arasındakı dəyər fərqi onların ölçülərindən qaynaqlanan kimyəvi elementlərin miqdarındakı fərqdir. Həyat baxımından bir insanı xilas etmək üçün hamam böcəyini öldürmək doğru deyildir, eləcə də bir hamam böcəyini xilas etmək üçün insanı öldürməkdə ciddi bir problem olmamalıdır. Hər ikisi də canlıdır, hər ikisi də eyni prosesin nəticəsində ortaya çıxmış yan məhsuldur. Üstəlik kainat o qədər böyükdür ki, bizim o böyüklüyün içində əhəmiyyətimiz heç zərrəyə belə dəymir. Carl Sagan’ın dili ilə desək

”biz, insanların sayından çox qalaktikası olan kainatın hansısa unudulmuş bir küncünə dürtülmüş bir qalaktikada mənasız ulduzların arasında itmiş bir planetdə yaşayırıq.”

Ateistin dünyaya baxışı budur. Bəşər övladının mövcudiyyətinin xüsusi bir dəyəri yoxdur.

Din isə bəşər övladına xüsusi bir rol tanıyır. İnsan Tanrının muradı ilə Yer üzündə xəlifə edilib, bütün canlılardan üstün yaradılıb. Onun bir missiyası vardır və çox dəyərli varlıqdır. Din bir şeyin dəyərinin onun ölçülərinə görə ölçülməyəcəyini deyir. Bir şey böyük olduğu üçün daha dəyərli olmaz, ona görə də insanların nəhəng kainatın içində zərrədən də kiçik olmaqları onların dəyərsizliyini göstərməz. Kainatın böyüklüyü insanın Yaradıcısının böyüklüyünə işarədir. İnsan şüuru ilə, yaddaşı ilə, emosiyaları ilə, qəhrəmanlıqları ilə, sevgisi, mərdliyi, comərdliyi ilə nəhəng cansız planetlərdən və ulduzlardan dəyərlidir.

Bir ateist dünya görüşünə görə Yer üzünü dağıdacaq bir silahın düyməsi əlimdə olarsa onu basmaqla kainatda ciddi bir itkiyə səbəb olmayacam. Özüm də daxil olmaqla kainatdan xüsusi bir dəyəri olmayan və yoxluqları heç hiss olunmayan varlıqları mövcudiyyətdən silmiş olacam. Dini dünya görüşünə görə isə belə bir addım kainatı onun ən dəyərli parçasından məhrum etməkdir, kainatı praktiki olaraq mənasız hala gətirməkdir.

İNTİHAR VƏ ÖLÜM PROBLEMİ

Ateist dünya görüşündə həyatda qoyduğun məqsədlərə nail ola bilməmisənsə, nə iş karyerası, nə də gözəl bir ailə qura bilməmisənsə, tamamilə uğursuzluqla üzləşmisənsə o zaman intihar etməyində heç bir problem yoxdur, bəlkə də şərtlərindən asılı olaraq insanın verəcəyi ən doğru qərar hesab olunmalıdır. Cəmiyyətə fayda verə bilmirsənsə nə üçün yük olmalısan, ondansa yaxşısı özünü öldürməyindir. Eyni şəkildə heç kimsəsi olmayan, insanların vergisi hesabı ilə xəstə yatağında yatan xəstələrə nə üçün pul xərcləməliyik ki?! Ateist dünya görüşünə görə ən doğru addım həmin qocanı iztirabından qurtarmaq, beləliklə də cəmiyyəti yükündən azad etməkdir. Ona görə də qarnında daşıdığı uşağı dawn sindromlu olduğunu bildiyi halda abort etməyən anası Richard Dawkins “mənəviyyatsızlıqda” ittiham edir. Ümumiyyətlə onun kimi ateistin nəyin moral, nəyin qeyri-moral olduğunu söyləməsi özü ironiyadır. Amma onun verdiyi cavab tamamilə quru hesab üzərində qurulmuş bir cavabdır, ateist dünya görüşünün məhsuludur.
Dinin baxışı isə tamamilə fərqlidir. İntihara münasibət çox neqativdir. İnsanların uğursuzluq üzündən özlərini öldürməsi bağışlanılmaz hal kimi dəyərləndirilir. Cəmiyyətə yük olan şikəstləri, xəstələri öldürməyi də qınayır, çünki onların insan kimi ölçülməz, biçilməz dəyərə sahib olduqlarını deyir.

Ona görə də Aleksandr Soljeniçin gözəl vurğulayır:

“Əgər bizim xalqın 60 milyon insanını udmuş dağıdıcı İnqilabın ən əsas səbəbini qısa şəkildə ifadə etməyimi məndən istəsələr bundan daha dəqiq ifadə edə bilmərəm: “İnsanlar Allahı unudublar, buna görə də bunların hamısı baş verdi…”

MƏNƏVİ MÜHAKİMƏ

Ateist dünya görüşünə görə mənəviyyat tamamilə subyektivdir, hər bir fərddən kənarda onun üçün mənəvi olaraq nəyin doğru, nəyin xəta olduğunu diktə edəcək bir həqiqət yoxdur, bir mənəvi avtoritet yoxdur. Ona görə də bu gün çirkin qarşıladığımız bir çox əməllər ateist dünya görüşündə tamamilə normal qarşılanması gərəkən əməllərdir. Misal üçün bacı ilə qardaşın, ana ilə oğulun, ata ilə qızın cinsəl əlaqələrini ateist dünya görüşünə görə qadağan etməyin bir əsası yoxdur. İki nəfər bir-birini sevirsə ateistlərə görə bunu qadağan edəcək bir səbəb olmamalıdır. İnsanla heyvan bir-birini sevirsə bir-biriləri ilə cinsi əlaqəyə girə bilərlər, svinqer həyatı sürmək, fahişəlik etmək tamamilə normal hallar ola bilər və bunları mənəvi olaraq mühakimə etmək haqqı heç kimdə yoxdur.

“Əxlaqlı” və “Əxlaqsız”

Dinin buna baxışı isə məlumdur və din insanlar arasındakı münasibəti “əxlaqsız” və “əxlaqlı” olaraq iki hissəyə ayırır. Ona görə də dindar cəmiyyətlərdə bu münasibətlərə məhdudiyyətlər qoyulur. Ateizmin güclü olduğu cəmiyyətlərdə isə bu münasibətlərdə sərbəstliklər vardır. Misal üçün İsveçin Norrköping şəhərində ölkənin ən böyük svinqer klubu fəaliyyət göstərir və bu klubu işlədənlərin məqsədi bu cür cinsəl münasibətləri cəmiyyətdə normallaşdırmaqdır. İronik hal isə budur ki, klubun adını “Adəm və Həvva” qoyublar.

Ateizmin bu baxımdan gətirdiyi nəticələr cəmiyyətlər üçün çox təhlükəlidir. Mənəvi böhran insanlardan insanlığı alaraq onları heyvan dərəcəsinə qədər gətirib çıxarır. İnsanı heyvandan ayıran bəzi xüsusiyyətlər yox edilir; həya, qeyrət anlayışları tamamilə mənasız, əksinə zərərli anlayışlara çevrilirlər. İngilis mütəfəkkir, filosof və siyasi aktivist John Locke (1632-1704) liberalizmin atası kimi tanınır, o, cəmiyyətdə plüralizmin, ictimai tolerantlığın tərəfdarı kimi çıxış edirdi. Bütün fikirlərə qarşı dözümlülük göstərməyə çağırırdı, yalnız bir fikri bundan istisna edirdi: ateizmi. Çünki ona görə ateizm cəmiyyəti bir-biri ilə bağlayıb sıx saxlayan parçanı məhv edir və mənəvi dəyərləri yox edir. Belə bir cəmiyyət fəlakətlərlə üzləşməyə məhkumdur.

Mənbə: yazı https://beyyine.net/ saytından götürülmüşdür.

“Nəhəng kainatdakı kiçik insanlara din göndərmək Yaradanın nəyinə gərəkdir?” iddiasına cavab

13 Çərşənbə Sen 2017

Posted by science1985 in Ateist iddialarına cavablar

≈ 1 Şərh

Dinə qarşı ateist və dinsizlərin ən çox səsləndirdikləri iddialardan biri də budur ki, kainatımız həddən artıq böyükdür və bu nəhəng kainatda bizim Günəş sistemi, hətta içində yaşadığımız Yer planeti və insanoğlu fiziki ölçülərinə görə çox-çox kiçikdir. Hətta insanoğlu kainatın fiziki ölçüləri ilə müqayisədə bəlkə zərrədən də kiçik və önəmsizdir. Yəni bu iddianın təməlində duran əsas fikir ondan ibarətdir ki, ucsuz-bucaqsız kainatda milyardlarla irili-xırdalı ulduz və planetlər mövcud olduğu halda kiçicik bir Yer planetində yaşayan zərrə boyda insanlara din, kitab və peyğəmbər göndərərək onlara ilahi hökmlər qoymaq, yaşam qaydaları öyrətmək uca Yaradanın nəyinə gərəkdir?

CAVAB: Fəlsəfədə bir şeyin böyüklüyü ilə onun önəmi arasında heç bir məntiqi əlaqə qurulmur. Əslində hamımız bunun fərqindəyik ki, bir şeyi önəmli və ya önəmsiz edən onun böyüklüyü və ya kiçikliyi yox, ətraf mühütə verdiyi töhfədir. Necə ki, bir magnit parçası özündən 10 qat böyük olan metal parçasına təsir edə bildiyi üçün həmin metal parçasından daha dəyərlidir . Kiçikliyin önəmsizlik olmadığının hamı fərqindədir, eynən balaca bir almaz daşının nəhəng bir qaya parçasından önəmli olmağı kimi.
Başqa misal daha verək :
Səhradakı bir toz dənəsini önəmsiz edən onun kiçikliyi yox, səhraya ciddi anlamda təsir edə bilməməsidir. Əgər həmin toz dənəsinin kütlə çəkim qüvvəsi güclü olsaydı və magnit kimi səhradaki bütün tozları özünə çəkib parçalanmamaq üzrə bir arada tuta bilsəydi, həmin toz dənəsi səhranın özündən belə daha önəmli olardı.

Və ya qara dəlikləri ələ alaq. Qara dəliklərin kökündə bir qənd parçası böyüklüyündə, yəni çox kiçik bir maddə durur, amma həmin maddə sonsuz cazibə gücünə sahibdir və ətrafındakı hər şeyi özünə çəkərək molekullara parçalayır, fiziki ölçüsünə görə dəfələrlə kiçik bu qənd parçasını Yer planetinin üzərinə atsaydılar, Yer planetini udub keçəcəyini bilirdinizmi ?

Bəli, fiziki ölçü baxımından müqayisədə insan kainatda həqiqətən də zərrədən də kiçikdir. Lakin qeyd etdiyimiz kimi fiziki kiçiklik heç də insanı əhəmiyyətsiz etməz. İnsan kainatda mövcud olan digər bir çox məxluqatdan, canlı və cansızlardan daha üstün və dəyərlidir. Çünki öz fiziki ölçüsünün kiçikliyindən asılı olmayaraq insanoğlu böyük bir potensiala sahibdir və bunun əsasında insanın əqli qabiliyyəti və iradəsi durur. Əgər söhbət ateistlərin dediyi kimi sırf fiziki ölçüdən gedirsə, onda xırda bir brilliyant daşı özündən qat-qat nəhəng bir qaya parçasından daha artıq dəyərlidir. Kiçik insanın nəhəng kainatdakı dəyəri də bax belədir. Önəmli olan fiziki ölçü deyil.

Nəhəng kainatda kiçik insana dəyər qazandıran meyar onun fiziki ölçüsü yox, fiziki ölçüdən qat-qat daha vacib olan ağıl, dərrakə və iradə sahibi olmasıdır. İnsanoğlu öz iradə və zehni qabiliyyətlərindən istifadə edərək ulduzları, qalaktikaları, bütövlükdə kainatı, kosmik prosesləri araşdırır, insanı əhatə edən təbiəti, digər canlı və cansız bütün təbii ünsürləri öyrənir. İnsan sahib olduğu zehni potensial sayəsində okeanın dərinliklərinə enir, fəzaya kosmik gəmilər göndərir, milyonlarla fərqli elmi ixtiralara imza atır və s.

İndi özümüzə sual verək:
– Məgər isanoğlunun etdikləri bu fəaliyyətləri, elmi ixtiraları nəhəng bir ulduz edə bilərmi? Xeyr.
– Ən nəhəng bir planet və ya hər hansı başqa səma cismi insanın malik olduğu bu cür qeyri-adi düşünmə potensialına sahibdirmi? Xeyr.

Çünki ulduzlar yaxud planetlər insandan qat-qat nəhəng olsalar da, şüur, düşüncə, iradə sahibi deyillər. Düşünmək, təfəkkür edə bilmək, qərar vermək, plan cızmaq, araşdırmaq və öyrənmək məxluqat içində yalnız insanoğluna verilmiş böyük bir üstünlükdür.
Məsələn, “Sizin üçün Enşteyn və ya Nyuton kimi dahi alimlər daha önəmlidir yoxsa 7000 metr hündürlüyə malik nəhəng qaya parçası?” desək, ağlı başında olan hər kəs Enşteyn və Nyuton cavabını verər, çünkü bu iki alim şüurlu və elmli varlıqlardır. Həmin nəhəng qaya parçaları özlərinin nə olduğunu belə bilmədiyi halda Nyuton və Enştetn kimi alimlər öz balaca beynləriylə kainatı və miyonlarla işıq ili uzaqlıqdakı qalaktikaları araşdıran, aya və digər planetlərə peyklər göndərən və milyonlarla qalaktikalardan ibarət olan kainatın ortaya çıxması haqqında elmi nəzəriyyələr ortaya atan varlıqlardır, ancaq yenə də onlar nəhəng bir qaya parçasından ölçücə çox kiçikdirlər.
Və ya bir anaya gedib uşağının kosmik ölçüdə bir toz zərrəsi qədər kiçik olduğu üçün dəyərsiz olduğunu deməyə çalışın, həmin Ana sizin dəli olduğunuzu fikirləşəcək, çünkü o ana üçün uşağının kiçik bir təbəssümü dünyadan daha dəyərli və əzizdir.

Deməli, şüur sahibi olan insan fiziki cəhətdən özündən qat-qat nəhəng olan şüursuz ulduzlardan, planetlərdən, qalaktikalardan çox-çox daha dəyərli və üstün varlıqdır. Nəhəng ulduzlardan fərqli olaraq insan həm də azad iradə sahibidir, nəyi necə edəcəyinə özü qərar verir.
Məhz, buna görə də Allah Təala (c.c) öz yaratdıqları içində ən çox insana dəyər verir və Qurani-Kərimdə buyurur:
(17 – İSRÂ) الإسراء / 70- Biz Adəm oğullarını hörmətli etdik, onları quruda və dənizdə minik üstündə daşıdıq, onlara pak ruzilər verdik və onları yaratdıqlarımızın çoxundan xeyli üstün elədik.

Nəticə olaraq deyə bilərik ki, ateist və dinsizlərin ortaya atdıqları iddia çox səhvdir. Ateistlərə görə insan kainatda fiziki olaraq çox kiçik olduğu üçün bəlkə də əhəmiyyətsiz varlıq kimi görünə bilər. Lakin əgər söhbət fiziki ölçüdən gedirsə, fiziki ölçüsünə görə bir balinanın beyni insan beynindən dəfələrlə böyükdür. Məgər bu o deməkdir ki, balina beyni insan beynindən daha dəyərlidir? Yoxsa balinalar insandan daha ağıllıdır?
Demək ki, fiziki ölçünün böyüklüyü əsas deyil və insanın kainatdakı fiziki ölçüsünün kiçikliyi onun dəyərini əsla azaltmaz. Məhz, buna görə də “Allah niyə bu boyda nəhəng kainatda milyardlarla nəhəng qalaktikaların içindən zərrə qədər kiçik bir planeti seçib orda yaşayan insana kitab, din göndərdi?” demək son dərəcə absurd səslənir. Ona görə ki, fiziki ölçü bir dəyər vahidi və ya kefiyyət meyarı deyil. Nəhəng kainatda kiçik canlı olmaq insanın kainatdakı dəyərini və əhəmiyyətini azaltmır. Bu baxımdan Allah Təalanın insanlara din, kitab, peyğəmbər, ilahi hökmlər göndərməsi heç də təəccüblü deyil.

Uşaqlara dini öyrətməklə bağlı ateist iddiaya cavab

29 Cümə axşamı İyn 2017

Posted by science1985 in Ateist iddialarına cavablar

≈ Bir şərh yazın

IMG_6099

Yaxınlarda internetdə belə bir sorğu ilə qarşılaşdım: “Sizcə uşaqlara din öyrədilməlidirmi, yoxsa onlar yetkinlik yaşına çatdığında özləri seçim etməlidirlər?” Şübhəsiz ki, kommentlərdə bəzi ağıllılar: “Əlbəttə özləri seçim etməlidirlər, o nə əskilərdir bağlayırsız uşaqlara”, “Uşağa dini inancı sırımaq olmaz, qoy böyüsün o zaman istəyərsə Papua nyu-qvineyanın dinini seçsin” və ya buna oxşar kommentlər yazırlar.

Belə insanlara çox sadə bir cavab vermək olar: “Sən ümumiyyətlə uşağına tərbiyə verirsən? Nəyin doğru nəyin pis olduğunu başa salırsan? Misal üçün aldatmağın, xəyanətin, insanların haqlarının tapdalamağın, insan öldürməyin, biraz böyüyəndə isə homoseksuallığın və evlilikdən öncəki cinsi münasibətlərin pis bir şey olduğunu (təəssüflər olsun ki, son iki misal axır zamanlar vətənimizdə belə normallaşmağa başlayıb) deyirsən? Doğruluğun, insanlara yardımın və mərhəmətin yaxşı bir şey olduğunu öyrədirsən? və ya uşağını boş buraxırsan, bəlkə böyüyəndə əslində insanları qətl etməyin yaxşı bir şey olduğu qənaətinə gəlsin və öz seçiminə görə əməl etsin?”
Şübhəsiz ki, ağıl sahibi bu məsələyə müsbət cavab verməz, əksinə uşağına nəyin doğru, nəyin isə yanlış olduğunu öyrətdiyini deyər. Əgər “nəyə görə öyrədirsən” sualını versək iki cavab ehtimalı var: ya bu əməllərin özü özlüyündə doğru və ya yanlış olduğuna görə belə edir, və ya gələcəkdə bu əməlləri icra etdikdə cəza görə biləcəyindən dolayı uşağını qorumaq üçün belə edir (məsələn adam öldürərsə həyatının qalan hissəsini həbsxanada keçirə bilər).

Bu cavabı aldıqdan sonra biz deyəcəyik ki, biz də uşaqlarımıza İslam dinini sırf bu səbəblərdən dolayı öyrədirik. İlk növbədə biz inanırıq ki, Allah ibadətə layiq olan yeganə həqiqi ilahdır, bütün təzimlər və ibadət növləri sadəcə Ona aid olmalıdır. Necə ki, siz adam öldürməyi doğru bir şey saymırsız, biz də Allahdan başqasına ibadət etməyi doğru saymırıq, hətta deyirik ki, adam öldürmək bir insanın haqqına girməkdir, Allahdan qeyrisinə ibadət etmək isə o insanın Yaradanın haqqına girməsidir və Yaradanın haqqı insan haqqından daha böyükdür. Sırf buna görə də biz uşaqlarımıza doğru olanı (Allaha ibadət) öyrədir, doğru olmayandan isə (digər ilahlara ibadət) çəkindiririk. Burda qəribə nə var ki?
Dİgər baxış nöqtəsindən baxdığımızda isə, biz inanırıq ki, İslam dinində olmayan kafirlərin cəzası əbədi cəhənnəmdir. Siz uşağınız türmələrdə çürüməsin deyə ona insan qətlinin pis olduğunu öyrətdiyiniz kimi, biz də uşaqlarımız əbədi cəhənnəm sakinləri olmamaları üçün onlara dinlərini öyrədirik.
Əslində cavab bu qədər bəsitdir. Lakin bir çox insan bunu anlamır. Səbəbi isə bizə sırıdılan inanclardır. Homoseksualların hüquqları bizə danılmaz insan haqları kimi sunulur, lakin Yaradıcının haqqının o qədər hörməti yoxdur. Din seçmək, dindən dinə keçmək sadəcə maşın dəyişdirmək kimi bir zövq məsələsinə çevrilib. Demək istəyirlər ki, siz uşağınıza almanı deyil də armudu sevməyi öyrətmədiyiniz kimi, bu dini deyil digər dini seçməlisən deməməlisiniz. Əslində isə bu, sadəcə qərbin bizi inandırmaq istədiyi bir yalandır: din önəmli deyil, ikinci dərəcəli bir şeydir.

Küfrə gedən yol: TƏKƏBBÜR

23 Bazar Okt 2016

Posted by science1985 in Ateist iddialarına cavablar

≈ Bir şərh yazın

Bir çox dindarların düşündüyünün əksinə olaraq insanı küfrə, Allahı inkara sövq edən əsas səbəb təkcə savadsızlıq, bilgisizlik və ya cəhalət deyildir, başlıca amil həm də yüksək təkəbbürdür. Təkəbbür insanı küfr bataqlığına sürükləyən ən əsas səbəblərdən biridir. Bunu hardan öyrənirik?

Çünki Quran bizə bunu deyir. Diqqət edin. Şeytan Allaha qarşı üsyan etdi və əbədi kafirlərdən oldu. Halbuki Şeytan savadsız, bilgisiz birisi deyildi, heç cahil də deyildi. Şeytan Allahın varlığını dəqiq bilirdi, hətta uzun illər Allaha ibadətlə məşğul olmuşdu. Lakin sonda küfrə düşdü.
Bəs əsas səbəb nəydi?
Quranda bu barədə buyrulur:

(7 – A’RÂF) الأعراف / 11- Sizi (babanız Adəmi) yaratdıq, sonra sizə surət verdik və mələklərə: “Adəmə səcdə edin!” – dedik. İblisdən başqa hamısı səcdə etdi. O, səcdə olanlardan olmadı.

(7 – A’RÂF) الأعراف / 12- (Allah iblisə): “Mən sənə əmr edəndə sənə səcdə etməyə nə mane oldu?” – deyə buyurdu. (İblis:) “Mən ondan daha yaxşıyam (üstünəm), çünki Sən məni oddan, onu isə palçıqdan yaratdın!” – dedi.

Göründüyü kimi səbəb yüksək təkəbbür və özünübəyənmədir, yəni məl’un şeytanın özünü başqasından (Hz. Adəmdən) üstün görməsi.
Bu gün biz əksər ateist alimlərin timsalında məhz bunun şahidi oluruq. Sırf Allahın varlığını inkar etmək və bilərəkdən haqqı gizləmək üçün onların ağzından hər cür bəhanələr və yalanlar, gülünc iddialar eşidə bilərsiz. Məgər bu insanlar savadsız və bilgisizdirlərmi? Xeyr.
Lakin onları kafir edən səbəb bilgisizlik və cəhalət yox, öz təkəbbürləridir. Eynən şeytanın etdiyi kimi.

Şeytanın əqidədaşı olan bu ateist alimlər və onların neo-ateist tərəfdarları özlərini o qədər ağıllı, intellektual hesab edirlər ki, Allaha inanan insanları geridə qalmış, primitiv, xurafatçı görürlər. İlahi varlığa və ya hansısa dinə inanan kəsləri doqmatik, dəlil və sübutun dəstəkləmədiyi bir şeyə inanan xurafatçılar hesab edirlər. Və öz mövqelərini daha da ağırlaşdırmaq üçün iddialarına bir qədər istehza da əlavə etməyi unutmurlar.

Lakin işin ən qəribə tərəfi budur ki, bu ateistlər, hətta aqnostiklər özləri də elə batil şeylərə inanırlar ki, bu inanc da onların standartlarına görə doqma hesab edilə bilər, çünki bu inancların da hələ ki, elmi yollar ilə hər hansı bir sübutu yoxdur.
Burada bəzi misalları qeyd etmək istəyirəm:

Lawrence Krauss və onun kimi bir çox təbii elmlər üzrə alimlər inanırlar ki, kainat öz-özünə heçlikdən yaranıb. Türkiyəli ateist alim Cəlal Şengör də kainatın təsadüfən yarana biləcəyinə inanır.

Craig Venter və onun bənzərləri inanırlar ki, laborotoriyada cansız maddələrdən canlı həyat yaratmaq mümkündür. Baxmayaraq ki, bu günə qədər belə bir canlı varlıq yaratmaq mümkün olmayıb, bu, onlara bunun mümkünlüyünə inanmağa mane olmur.

Tanınmış ateist bioloq Lewis Wolpert isə xristian teoloq Dr.Craiglə debatlarından birində Yaradanı inkar edərək kainatı super komputerin yarada biləcəyi kimi gülünc ifadələr səsləndirir.

Amerikalı araşdırmaçı jurnalist Ben Steinlə müsahibəsi zamanı ateist bioloq Richard Dawkins açıq-aşkar etiraf edir ki, biokimya və molekulyar biologiyanın detallarını incələdiyinizdə, orda bir Dizaynerin imzasını görə bilərsiz. Yəni bunu deyərkən əslində Dawkins dolayı yolla Ali Şüura sahib bir Yaradan qüvvənin, Dizaynerin  mövcud olduğunu etiraf edir. Amma sonra o boyda dünya şöhrətli alim nə desə yaxşıdı? Deyir ki, yer üzündəki canlı həyatı Allah yox, bəlkə də yadplanetlilər yaradıb. Yəni Dawkins qətiyyətlə ilahi varlığın mövcudluğunu inkar etmək üçün Yer üzündəki həyatın ayrı planetlərdəki daha intelektual varlıqlar tərəfindən əkilməsi ehtimalını mümkün hesab edir, bu ehtimalın zəif olduğunu desə də bunun mümkün olduğuna inanır. Halbuki yadplanetlilərin varlığına dair heç bir real elmi fakt tapılmayıb. Nə vaxtsa, tapılsa belə bu yenə də Allahın yox olduğu mənasına gəlməz. Çünki o zaman ortaya belə sual çıxacaq ki, “bəs yadplanetliləri kim yaradıb?”. Qısaca desək, Dawkins burda “kim olursa-olsun, bircə Allah olmasın” düşüncəsi ilə elmi əsası olmayan və sadəcə fərziyyələr üzərində qurulmuş inkarçı bir mövqe tutur.

Bu gün dünyanın ən zəki alimlərindən biri ateist Stephen Hawking sayılır. Stephen Hawking və ona uyanlar inanırlar ki, kainatda heç bir şey olmasa da cazibə qüvvəsi özü-özünü heç bir şeydən yarada bilər, belə bir şey mümkündür. Deməli, Stephen Hawking daha əvvəlki kitablarında Allahın var olub olmaması sualını cavabsız buraxırdı. Lakin “The Grand Design” kitabında bu suala konkret bir cavab vermək qərarına gəlir və görün nə cavab verir:

“Because there is a law like gravity, the universe can and will create itself from nothing.”

Tərcüməsi: “Cazibə kimi qanun mövcud olduğu üçün kainat özünü heçnədən yarada bilər və yaradacaq.”

İndi siz təsəvvür edin ki, belə böyük bir alimdən bu qədər absurd, bu qədər gülünc, bu qədər safsata olan bir cümlə çıxa bilər. Özünüz cümlənin üzərində düşünün. Bu alim deyir ki, “kainat özünü heçnədən yarada bilər”. Nə üçün? “Çünki cazibə kimi bir qanun vardır.” Əgər cazibə kimi bir qanun varsa deməli burada “heçnə” sözü mənasız olur. Əgər bir şey mövcud deyilsə, o zaman cazibə qanunu da yoxdur, kainat da yoxdur. Belə çıxır ki, kainat həm yaradıcı olur, həm də yaradılan. Bu söz əslində birinin belə deməyinə bənzəyir: “Mənim anam özü özünü doğub.” Bu qədər absurd bir fikir dünyanın ən zəki və ən daha bir beyindən çıxır. Nə üçün? Çünki bunun adı küfrdür. Bu əlil, fiziki qüsurlu fizika alimi yaradılışın əzəmətini, möhtəşəmliyini görsə də təkəbbür səbəbindən öz dəhasını, zəkasını daha üstün bilir və böyüklənir, boyun uzadır, bu möhtəşəmlik qarşısında həqiqi mənada boyun əymək istəmir.

Bu bilim adamlarının bir çoxu inanır ki, təbii elmlər kainatda baş verən və bizə fövqəl-təbii olaraq görünən hər bir şeyi izah etməyə qadirdir. Bu inanc da heç bir elmi sübuta dayanmır, lakin təbii elmlərin qüdrətinə inanmaqdan başqa bir şey deyildir.

Bu misalları artırmaq olar. Lakin burada görülməsi lazım olan tərəf budur ki, elmi yollar ilə sübut olunmamış, empirik sınaqlardan keçməmiş bir şeyə inanmaq əgər insanın xurafatçı, primitiv olmasını tələb edirsə o zaman müasir dövrümüzün ateist bilim adamlarına da bu primitivliyin, xurafatçılığın çox yaxşı bir payı düşür.

Mən niyə inanıram?

30 Şənbə Apr 2016

Posted by science1985 in Ateist iddialarına cavablar

≈ Bir şərh yazın

Mən inanıram, sorğulayaraq inanıram, elmi faktları dəlil gətirərək inanıram, düşünərək inanıram.Həyatın bir təsadüf əsəri olmadığına, ateizmin və deizmin boş bir şey olduğuna, ağıl və iradə sahibi olan insanın məqsədsiz, başıboş buraxılmayacağına inanıram.

İnanıram ki, Kainat, makro, meqo və mikroaləm təsadüflər nəticəsində yaranmayıb. Canlı aləmin ağılsız və şüursuz atomlardan, molekullardan məqsədsiz, plansız və kortəbii şəkildə öz-özünə yaranmadığına, atomların yaradıcı qüvvə olmadığına inanıram. Çünki, heç bir atom və molekul seçim etmək gücünə malik deyil, yaradıcı gücünə malik deyil, plansız yaratma gücünə malik deyil, özbaşına düşünmək, fikirləşmək, plan qurmaq, başqa molekullarla birləşib insanın və digər canlıların işinə yarayacaq ağıllı dizayn, yaradılış gerçəkləşdirmək gücünə malik deyil. Hüceyrənin mürəkkəb quruluşu bizə bir dizaynerin sənətini, bu sənətə xas sənətkarın varlığından xəbər verir. Bu cür mükəmməl hüceyrəni, onun orqonoidlərini: robosomları, lozisomları, mitoxondriləri, holci kompleksini, nüvəsini, sitoplazmasını, plazmatik membranını və onların hissələrinin hissələrini heç bir molekul özbaşına yarada bilməz.

Adicə bir misal: məsələn, tutaq ki hüceyrənin mürəkkəb üzvi tərkib hissəsindən biri olan zülalları (proteinləri) sintez etmək lazımdır. Və biz bu zülalı almaq üçün şüurlu şəkildə, məqsəd və plana uyğun olaraq sintez planını qururuq, yəni fikirləşirik!

Məsələn ən sadə üsulu seçirik və bu sintezi reallaşdırmaq üçün biz məlumatlanmalıyıq. Məlumat almalıyıq ki, zülallar beta, qamma aminturşularından deyil məhz alfa-aminturşularından əmələ gəlmişdir. (Gördüyümüz kimi bizə məlumat, analiz etmək lazım oldusa, o zaman ağılsız atomlar və molekullar bu məlumatı, yəni zülalların beta deyil, qamma deyil, məhz alfa-aminturşularından əmələ gələ biləcəyini hardan bilir və analiz edirlər?)

Bu və digər məlumatı aldıqdan sonra biz zülalın sintez planını tərtib edirik. Məsələn, zülal sintez etmək üçün əvvəlcə aminturşunu, özüdə alfa-aminturşunu almalıyıq. Bunun üçün ən sadə aminturşu olan qlisini (aminsirkə turşusu) götürək. Həmin aminturşunu laboratoriya şəraitində hamının bildiyi aşağıdakı sadə sxemlərlə ala bilərik:

1. Əvvəlcə metanoldan sintez edə bilərik (oksisintez üsulu):

CH3OH+CO—–> CH3COOH

2. Alınan sirkə turşusuna xlorla təsir edərik:

CH3COOH +Cl2—–> CH2ClCOOH+HCl

3. Sonra alınan xlorsirkə turşusuna ammonyakla təsir edərik:

CH2ClCOOH+NH3——> CH2NH2COOH+HCl

4. Nəhayət ən sadə aminturşu olan qlisini laboratoriya şəraitində üç mərhələdə sintez edə bilərik. Lakin bununla iş bitmir. Biz həmin aminturşudan zülal almalıyıq.

Bəs zülalı necə, sintez edə bilərikmi?

Xeyr, əsla sintez edə bilməyəcəyik. Çünki zülalı almaq üçün bizə 20 müxtəlif alfa-aminturşuları lazımdır. Biz isə sadəcə birini və ən sadəsini sintez edə bilərik, özüdə onun sintezinə xeyli vaxtımız gedəcək. Deməli yerdə qalan 19 aminturşusu da sintez olunmalıdır. Onlarda alınandan sonra həmin aminturşular məsələn, lizin, triptofan, qlütamin turşusu, alfa-alanin və digər aminturşular kortəbii deyil, dəqiq ardıcıllıqla birləşməlidirlər ki, hüceyrənin ən sadə zülal makromolekulunu əmələ gətirə bilsinlər. Bunun üçün həmin aminturşular:

nA———>zülal+(n-1)H2O tənliyi üzrə polikodensləşməlidir. (Burada n-aminturşuların mol sayı, “A” aminturşu sözünün baş hərfidir.

Laboratoriya şəraitində isə yalnız və yalnız həmin aminturşulardan polipeptidlər ala bilərik. Zülal almaq üçün isə bizə illər lazım olacaq (laboratoriya şəraitində alınan insulin zülalı alimlərə uzun zaman müddətinə başa gəldi, halbuki insulin mədə altı vəzi hüceyrələrində çox qısa müddətdə sintez edilir)

GÖRDÜYÜMÜZ KİMİ MƏQSƏDLİ VƏ PLANLI ŞƏKİLDƏ ƏN SADƏ AMİNTURŞUNU SİNTEZ ETMƏK BELƏ XEYLİ VAXTA BAŞA GƏLDİ VƏ BİZ LABORATORİYA ŞƏRAİTİNDƏ QISA MÜDDƏTDƏ ZÜLALI SİNTEZ EDƏ BİLMİRİKSƏ, AĞILSIZ VƏ ŞÜURSUZ ATOMLAR, MOLEKULLAR BU SİNTEZİ NECƏ BACARDI. HANSIKİ, ATOM VƏ MOLEKULLARIN AĞLI, ŞÜURU, FİKİRLƏŞMƏK, NƏTİCƏ ÇIXARMAQ VƏ ANALİZ ETMƏK QABİLYƏTİ YOXDUR. BU QABİLYƏTLƏRƏ SAHİB OLMAYAN MOLEKULLAR KORTƏBİİ ŞƏKİLDƏ BU CÜR MÜKƏMMƏL YARADILIŞI NECƏ GERÇƏKLƏŞDİRDİ???

Biri bizə: “ağılsız atomlar birləşərək öz-özünə toxuma və orqanlar yaradıb”-desə, biz həmin adama axmaq və ya şizofren kimi baxarıq.

Gəlin düşünək, bütün bunlara nəzərən ağılsız atomlara yaradıcı qüvvə kimi baxmaq axmaqlıq və savadsızlıq deyilmi???

MƏN İNANIRAM, islamın haqq din olduğuna, Hz Muhammədin (s.a.v) onun qulu və elçisi olduğuna inanıram. 40 yaşına qədər yalan danışmayan, heç bir yazma-oxuma bilməyən Allah Rəsulunun, dar düşüncəli ateistlərin iddia etdiyi kimi 40 yaşından sonra özündən Qurani-Kərim kimi kainat kitabını yazmadığına inanıram. Quranın Allah kəlamı olduğuna inanıram. Çünki, Quranın Allah kəlamı olduğunu sübut edən neçə-neçə dəlillər vardır.

Mən inanıram, axirətin varlığına inanıram. Yaradılışın yalnız dünya həyatından ibarət olmadığına inanıram. Doqquz aylıq dünyadan (ana bətni) bu dünyaya gəldikdən sonra bu dünyanın varlığını hiss etdiyimiz kimi, öldükdən sonra da axirəti hiss edəcəyimizə inanıram.

Miyonlarla insanların qanını içən “Lenin,” “Stalin,” “Hitler,” “Mao,” “Pol-Pot,” və s kimi ateist-dinsizlərin cəzasız qalmayacağına, Allahın “ƏDALƏT” isminin axirətdədə təcəlli edəcəyinə, axirətdə ədalətsizliyin bərpa olacağına, zərrə qədər də olsun günah və savab işləyənlərin qarşılığının veriləcəyinə inanıram.

İNANIRAM…..

4500 illik antik Ebla tabletləri 

17 Çərşənbə Fev 2016

Posted by science1985 in Ateist iddialarına cavablar

≈ Bir şərh yazın

Suriyada tapılmış 4500 illik antik Ebla tabletlərində Quranda adı keçən bir sıra peyğəmbərlərin də adı var:

49.267262 2.453349

ABSURD ATEİZM VƏ TƏKAMÜL NƏZƏRİYYƏSİ:(Elmi, fəlsəfi, dini yazı)

22 Cümə Yan 2016

Posted by science1985 in Ateist iddialarına cavablar

≈ Bir şərh yazın

(Əziz və hörmətli oxucu! Növbəti yazımızda, öz-özünə əmələgəlmənin və təkamülün yaradıcı olmayan gücündən bəhs edəcəyik. Odur ki, sözü “FƏLSƏFƏYƏ” verərək sizi intizarda saxlamayaq. Yazı uzun olsada, sona qədər oxuyan hər kəsə əvvəlcədən minnətdarlığımızı bildiririk. Ümidvarıq ki, yazını oxuduqca, ateizmin və onun kökündə dayanan və ateizmin əsas dayağını, ayaqda saxlayan sütununu təşkil edən “TƏKAMÜL NƏZƏRİYYƏSİNİN” qeyri-elmi və absurd olduğuna şahid olacaqsınız!)

VARLIQ ÖZ-ÖZÜNƏ ƏMƏLƏ GƏLƏ BİLƏRMİ?
Varlıq haqqında mövcud mülahizələrdən biri də onun öz-özünə əmələ gəlməsi (inkişafı) nəticəsində indiki hala düşməsidir. “ÖZ-ÖZÜNƏ VARDIR” demək, materiyanın özünün özünü yaratması deməkdir. Bu iddianı irəli sürənlərin məqsədi əslində Allahı inkar etmək, əvəzində materiyanı əzəli və əbədi olduğunu qəbul etməkdir.
Bir şeyin əzəli olmasını iddia etmək onun həmişə var olduğunu təsdiq etmək deməkdir, bu isə nə məntiqə, nə də elmi nailiyyətlərə qətiyyən uyğun gəlmir. Əvvəla bunu nəzərdən qaçırmamaq lazımdır ki, əgər BİR ŞEY ÖZ-ÖZÜNƏ ƏMƏLƏ GƏLMİŞDİRSƏ, DEMƏK O, ƏVVƏLCƏ OLMAMIŞDIR. ƏVVƏLCƏ OLMAMIŞDIRSA, O ZAMAN SONRADAN OLMUŞDUR. ƏGƏR MATERİYA SONRADAN OLMUŞDURSA, DEMƏK ƏVVƏLCƏ YOX İMİŞ. ELƏ İSƏ, YERLİ-DİBLİ YOX OLAN BİR ŞEY SONRADAN ÖZ-ÖZÜNƏ ƏMƏLƏ GƏLƏ BİLƏRMİ? AXI BƏRİ BAŞDAN DEYİRİK Kİ, MADDƏ YOXDUR!
Fikrimizi daha sadə misalla təkrar edək: təsəvvür edək ki, masa adlı bir şey yoxdur. Masa adlı bir şey yoxdursa, deməli bu haqda anlayış da yoxdur. Başqa sözlə, masa olmadığına görə, nə onun haqqında təsəvvür, nə də belə bir söz də yerli-dibli yoxdur. Yox, əgər vardırsa, demək nə zamansa var olmuşdur, daha doğrusu, sonradan olmuşdur. Sonradan olmuşdursa, deməli nə əzəlidir, nə də əbədidir.

MATERİYA BİR-BİRİNƏ HAKİM, HƏM DƏ MƏHKUM OLA BİLƏRMİ?
Hər varlıq atomlardan təşkil olunmuşdur. Adi gözlə görünməyən bu kiçik varlıqlar kainatdakı cazibədən faydalanaraq bir-birləri ətrafında dayanmadan fırlanır, bir-birlərinə birləşir, bu birləşmə ilə də böyük varlıqlar əmələ gətirməyə çalışırlar.
Bütün vücudlar baş-başa verərək bir qübbə meydana gətirən daşlar kimi bir-birinə söykənən atomların təşkil etdiyi üzvlərdən meydana gəlmişdir. Əgər Allahın varlığını qəbul etməsək, o zaman üzvləri təşkil edən atomların həm əmr edən, həm də əmrə itaət edən, başqa sözlə, həm hakim, həm də məhkum vəziyyətində olduqlarını qəbul etməmiz lazım gələcəkdir. Bu ona bənzəyər ki, bir atom digərinə gəl, yanında durum, baş-başa verək, sən belə dayan, mən də keçib o tərəfdə dayanım, filan varlığı meydana çıxaraq deyir. Belə bir şeyi nəinki təsəvvür etmək, hətta düşünmək belə ağılsızlıq olar. Yaxud, eyni sözləri başqa bir atom deməlidir. Onlardan hansı dil açıb bu sözləri desə, o birilər ona tabe olmalıdır. Bir-birinə bənzər və bir-birinin eyni olan şeylər yenə də bir-birinin ya hakimi, ya da məhkumu olar. Eyni zamanda da hər bir atom kainatdakı bütün tarazlıqlara, qanunlara və şərtlərə uyğun olaraq istədikləri üzvü, istədikləri canlını meydana gətirə biləcək qədər sonsuz elmə, iradəyə və əhatəyə sahib olmalıdır.
Bu vəziyyətdə, əgər, Allahın(c.c) elmi, iradəsi və qüdrəti inkar edilib, bir-birinin eyni və bənzər şeylərin həm hakim, həm də məhkum ola biləcəyi qəbul edilsə belə, hər zərrəyə ağıl düha vermək lazım gələcəkdir. Bu isə Cənab-i Haqqa(c.c) layiq görülməyib, Ona verilməyən qüdrət, iradə, elm və hikmətin bu şüursuz, ruhsuz və cansız atomlara layiq görülməsi deməkdir. Belə bir cəfəngiyyat, əlbəttə, iradə, elm və şüurdan məhrum ağılsızlara layiq bir iddiadır.
Barmağınızın ucuna baxın. Oradakı başbaşa vermiş milyardlarla atom, bir növ qübbəni meydana gətirən daşlar kimidir. Barmağı təşkil edən sümük, dırnaq, qan damarları, sinirlər və s. hamısı atomların birləşməsilə meydana gəlmişdir. Eyni zamanda, qəlbinizdəki və beyninizdəki bir qisim atomlar müstəsna olmaqla (onlar da molekul halında dəyişir) BƏDƏNİMİZ DƏYİŞİLİR. Bütün insanlar hər an dəyişməkdədirlər. Beləliklə, bu dəyişmə prosesi ilə insan hər üç-dörd ildən bir tamamilə başqa bir bədənə sahib olur. Lakin, bu prosesində, bədən üzvlərimizi təşkil edən atomlar, müxtəlif yollarla ayrılıb yerlərini yeni gələnlərə təhvil verərkən, çox həssas bir hesab və plana uyğun olaraq hərəkət edirlər. Belə ki, qulağımız və ya bir başqa üzvümüz heç bir zaman nə kiçilir, nə də böyüyür. Gözlərinizin rəngi, çənənizin şəkli, qaşlarınızın qövsü də DƏYİŞMƏZ QALIR. Bəzi xəstəliklərin, qəzaların nəticəsində əmələ gələn dəyişikliklər müstəsna olmaqla vücudumuzda heç bir köklü DƏYİŞMƏ ƏMƏLƏ GƏLMİR.
Beləliklə, vücudumuz müntəzəm olaraq DƏYİŞMƏKDƏ OLSA DA, BU DƏYİŞİKLİK HEÇ VAXT ŞƏKİL, FORMA DƏYİŞİKLİYİ İLƏ NƏTİCƏLƏNMİR. İndi ki, bu inkar edilməz faktır, o zaman insanın bir zamanlar meymun olduğunu (meymunla ortaq atadan gəldiyini), sonra təkamül edərək indiki şəkli aldığını iddia edənlər nəyə əsaslanırlar?

TƏKAMÜL NƏDİR?
Təkamül sadədən mürəkkəbə, bəsitdən mükəmmələ doğru inkişaf edərək dəyişmək deməkdir. Bu nəzəriyyə təqribən iki əsr əvvəl Avropada meydana çıxmışdır. Bu nəzəriyyənin ən tanınmış nümayəndələri ingilis təbiətşünası Çarlz Darvin və alman filosofu Fridrix Engelsdir. Darvinizm adlanan bu nəzəriyyəyə görə ən başlanğıcda təkhüceyrəli olaraq bilinən canlı orqanizm sonradan çoxhüceyrəliyə çevrilmiş, sonra daha da inkişaf edərək suda yaşayana, sonra suda-quruda yaşayana, ondan sonra quruda yaşayana çevrilmişdir. Tədricən sürünən növdən məməliyə çevrilmiş, ağacdan-ağaca, daha sonra meymunabənzər növə çevrilmiş, ondan sonra da əmək prosesi onu insana çevirmişdir.
Əslində Darvinizm nəzəriyyəsi çoxdan, təqribən əlli il əvvəl NÖVÜN DƏYİŞMƏZLİYİ QANUNUNUN kəşf edilməsi ilə tam iflasa uğradı. Buna qədər də növün dəyişməzliyi məlum idi. Ən qədim zamanlardan hamı bilirdi ki, hər hansı bir ağaca vurulan calaq ağacın növünü müvəqqəti olaraq dəyişir, lakin onun nəslini davam etdirə bilmir. Məsələn, alma ağacına armud calaq etməklə yeni keyfiyyətdə armud almaq olur, lakin bu yeni keyfiyyətli armud növü nəslini davam etdirərkən yenə də əvvəlki şəklinə, almaya qayıdır. Atla ulağın cütləşməsindən qatır doğulur, lakin qatır öz növünü davam etdirə bilmir və s.
Yuxarıdakı fikirlərin heç birinin elmi izahı mümkün olmadığı kimi, onlar heç bir məntiqlə də izah edilə bilməzlər. Ən nəhayət, növün dəyişməzliyi qanununun kəşfi də bir növün başqa növə çevrilməsinin mümkünlüyünü rədd edir. İndiyədək heç bir ağac calaq nəticəsində növünü dəyişə bilməmişdir. Heç vaxt meymun insana çevrilməmişdir. Bunu genetika elmi də təsdiq edir.
Növü yaradıcı olaraq qəbul edən nəzəriyyənin tərəfdarlarına inansaq, o zaman qəbul etməliyik ki, kainatda olan hər bir növ özünü yaradır. Yəni belə deyək ki, almanı ona məxsus olan qanunlar, armudu da armuda məxsus olan qanunlar yaradır. Qarpızın yaranmasında bir qrup qanunlar, qovunun yaranmasında başqa qrup qanunlar iştirak edirlər. Belə olduqda hər bir meyvə, tərəvəz özü öz rəngini, dadını, böyüklüyünü, inkişaf yolunu və s üçün lazım olan yüzlərlə kimyəvi, bioloji, fiziki, riyazi qanunları özündə yaratmalıdır ki, bu qanunları işə salıb məqsədinə çatsın. Gəlin, bunlar üzərində düşünək.
1) BELƏ BİR TƏKAMÜLÜN (İNKİŞAFIN) BAŞ VERMƏSİNDƏ AĞIL VƏ ŞÜUR ROL OYNAMALIDIR;
2) YAXUD BELƏ BİR TƏKAMÜLÜN (İNKİŞAFIN) BAŞ VERMƏSİNƏ EHTİYAC OLMALIDIR;
3) NƏHAYƏT, BELƏ BİR TƏKAMÜLÜN (İNKİŞAFIN) BAŞ VERMƏSİNƏ ZƏRURƏT OLMALIDIR.

MADDƏDƏ AĞIL VƏ ŞÜURUN VARLIĞI MÜMKÜNDÜRMÜ?
Bir növün təkamül edərək (inkişaf edərək) başqa növə çevrilməsində ağıl və şüurun rolunu bəri başdan bir kənara qoymaq deməkdir, çünki heç bir mikroorqanizmdə ona məxsus şüur və ağıldan söz gedə bilməz. Maddəni təşkil edən zərrəciklərdə, yaxud təkhüceyrəlilərdə şüur, ağıl olsaydı, onlar təkhüceyrəli bəsit olmağın “qüsur” və “nöqsanını” dərk edib çoxdan cüthüceyrəli olmaq qərarına gələrdilər və bu gün YER ÜZƏRİNDƏ BİR DƏNƏ DƏ OLSUN TƏKHÜCEYRƏLİ KİMİ BƏSİT VARLIĞA RAST GƏLİNMƏZDİ.

TƏKAMÜL EHTİYACA GÖRƏ BAŞ VERƏ BİLƏRMİ?
Hansı ehtiyac balıqkimiləri suda-quruda yaşayana, yaxud hansı ehtiyac meymunu insana çevirmişdir? Əgər ehtiyac bir növdən başqasına çevirirsə, o zaman nə üçün ilan sürünməkdən bezib uçmaq ehtiyacı hiss etməyib? Nə üçün daim yırtıcı heyvanların təqibindən təngə gəlmiş dovşan öz ayaqlarını heç olmazsa bir metrədək uzada bilməmişdir? Nə üçün eşşək daha ləyaqətli olan at növünə keçmək barədə düşünmür? Nə üçün digər meymunlar daha mükəmməl varlıq olan insana çevrilmək istəmirlər? Məgər onların buna heç ehtiyacı yoxdur?
Bu mövzuda daha başqa bir sual: əgər varlıqların təkamül edərək dəyişməsi ehtiyacdan irəli gəlmişdirsə, o zaman bu ehtiyac nə üçün sonra dayanmışdır? Məsələn, deyək ki, balıq suda-quruda yaşayana, sonra sürünənə, sonra dördayaqlıya, sonra ikiayaqlıya çevrilmişdir. Bəs nə üçün indi dördayaqlılar cütayaqlıya çevrilmək ehtiyacı hiss etmir? Yaxud, insan həmişə quşa həsəd aparmış, uçmaq istəmişdir. O zaman onun bu ehtiyacına görə nə üçün onun qanadları çıxmamışdır?
Digər tərəfdən, əgər təkamülün ehtiyaca görə baş verdiyini qəbul etməli olsaq, o zaman qanunların da ehtiyaca görə dəyişməsini qəbul etməliyik. Axı heç bir hadisə ona aid qanunlar olmadan meydana çıxa bilməz! Halbuki, qanunlar dəyişməzdir və onları heç bir ehtiyac dəyişə bilməz. DEMƏLİ, TƏKAMÜLÜN EHTİYACA GÖRƏ DƏYİŞMƏSİ MÜLAHİZƏSİNİ DƏ QƏBUL ETMƏK MÜMKÜN DEYİLDİR.

TƏKAMÜL ZƏRURƏTƏ GÖRƏ BAŞ VERƏ BİLƏRMİ?
Əgər insan zərurətə görə, əmək prosesində meymundan insana çevrilmişdirsə, nə üçün digər meymunlar bu zərurəti hiss etmirlər? (Darvinə görə insan meymundan yaranmışdır. Lakin sonradan təkamülçülər və təkamüldən öz xeyrinə istifadə edən ateistlər, vəziyyətdən çıxış yolunu tapmaq üçün bu iddiaya düzəlişlər edərək “ortaq ata” iddiasını ortaya atdılar) Yaxud, insanın ən çox istifadə etdiyi bədən orqanları onun əlləri, ayaqları, barmaqları, dodaqları, qulaqlarıdır. Əgər zərurət onların inkişafına səbəb olursa, nə üçün barmaqlarımız uzanıb bir-iki metr olmur? Dodaqlarımız uzanmır, ayaqlarımız yoğunlamır və böyümür? Halbuki, bu zərurətdir, dırnaqlarımız, saçlarımız bizim iradəmizdən asılı olmayaraq uzanır. Dırnaqlarımıza “uzanma!” əmrini verib onları tutmaq əziyyətindən niyə qurtara bilmirik?

İNSAN VƏ HEYVANLARIN QURULUŞ FƏRQLİLİKLƏRİ. GENETİKA ELMİ TƏKAMÜLÜ RƏDD EDİR.
Allah, insanı və digər məxluqları bir-birindən fərlqənəcək, seçiləcək xüsusiyyətlərlə yaratmışdır. Bu fərqli xüsusiyyətlər özü Yaradanı inkar edənlərə bir cavabdır. Xüsusən də insanlarda və heyvanlarda olan irsən keçən xassələr. Məsələn, doğulan hər insanda onun valideynlərindən keçən oxşarlıqlar vardır. Hər bir insanın qaşı, gözü, burnu, yerişi, səsi onun valideynlərindən birininkinə, baba-nənəsinin, əmi-dayısının, xala-bibisininkinə bənzəyir. Bu zahiri oxşarlıqlarla yanaşı, bir də mənəvi oxşarlıqlar da olur ki, biz buna xasiyyət deyirik.
Xarakteristik quruluş və xüsusiyyətlərin nəsildən nəslə miras olaraq keçməsi vücudu təşkil edən hüceyrələrdəki xromosomlar və genlər vasitəsilə olur. İnsanla heyvanların genetik quruluşu fərqlidir və hər birinin öz sabit sayı vardır. Məsələyə sadəcə bu baxımdan, yəni varislik (genetik) baxımdan yanaşılsa, heç bir heyvan heç bir zaman çevrilib insan olmaz.
Genetika elmində saysız-hesabsız kəşflər, xüsusilə də XX əsrin son nailiyyəti olan gen xəritələrinin kəşfi bir daha göstərdi ki, hər bir yaradılışın həyat proqramı, hətta onun xasiyyət və davranışları, xəstəlik və müsibətləri belə bu genlərdə olduqca heyrətamiz dəqiqliklə dəqiqliklə toplanmış və düzülmüşdür. Canlılar bu plan və proqrama görə var olur, yaşayır və ölürlər. Onlara heç kəs nə müdaxilə edə bilir, nə də dəyişə bilir. Əgər cüzi dəyişiklik edilsə, hər addımda yüzlərlə əlavə müəmmalarla qarşılaşacaqdır.
Meymunun və insanın hüceyrəsindəki xromosom iplikciklərinin sayı eyni deyildir. Bundan başqa, xromosomlarda olan və yalnız çox həssas mikroskopla görünən genlərə öz əcdadına oxşarlıq proqramı yerləşdirilmişdir. Yeni doğulan körpənin də valideynlərindən, yaxud qohumlarından birinə bənzəməsi bu genlər sayəsində olur. Bu da onu sübut edir ki, meymundan insan, insandan da meymun törəyə bilməz.
Təkamülçüləri aldadan canlıların müəyyən zaman keçdikdən sonra cüzi dəyişikliyə məruz qalmasıdır. Məsələn, yumurtadan çıxan qurbağa əvvəlcə balığa oxşadığı və sudan kənara çıxmadığı halda, müəyyən müddətdən sonra, bədən quruluşu təkmilləşdikdən sonra o, balıqlardan kəskin şəkildə fərqlənən bir canlıya çevrilir. Üstəlik, qurbağa həm suda, həm də quruda yaşaya bilir. Ağcaqanad da belədir, sürfələrini su üzərində salır, yumurtadan çıxan balaları qanadları çıxaranacan suda yaşayırlar, qanad çıxardıqdan sonra isə sudayaşayandan uçanlara çevrilərək uçub gedirlər. Təkamülçülər bir şeyi unudurlar: axı insan da ana bətnində maye içərisində yaşayır, yalnız əsl vəzifəsini yerinə yetirəcək keyfiyyətlər qazandıqdan sonra yer üzünə gəlirlər. Bu və bunun kimi faktlar insanın təkhüceyrəlidən çoxhüceyrəliyə çevrilməsini yox, eyni quruluşa malik varlığın bir aləmdən başqa, tamamilə fərqli aləmə keçə biləcəyini sübut edir.
BURADAN DA AŞAĞIDAKI NƏTİCƏYƏ GƏLİRİK: İNDİ Kİ, VARLIQ:
TƏSADÜFƏN VƏ YA ÖZ-ÖZÜNƏ ƏMƏLƏ GƏLƏ BİLMƏZ;
ONU TƏBİƏT VƏ YA SƏBƏBLƏR YARATMIR;
ONLAR ƏBƏDİ DEYİLDİRLƏR VƏ NÖVÜN DƏYİŞMƏSİ MÜMKÜN DEYİLDİR.

MÖCÜZƏLƏR BAŞ VERƏ BİLƏRMİ?(Elmi, fəlsəfi, dini yazı)

15 Çərşənbə axşamı Dek 2015

Posted by science1985 in Ateist iddialarına cavablar

≈ Bir şərh yazın

MÖCÜZƏ-PEYĞƏMBƏRLİYİNİ İSBAT ETMƏK, KAFİRLƏRİN İNADINI QIRMAQ VƏ MÖMİNLƏRİN İMANINI MÖHKƏMLƏNDİRMƏK ÜÇÜN PEYĞƏMBƏRİN ƏLİNDƏ ALLAHIN YARADIB MEYDANA ÇIXARDIĞI XARİQƏ HALLARDIR.
Möcüzə insanların bildiyi, gördüyü və həmişə içərisində yaşadığı həyatda rast gəldiyi, “adi işlər” adlandırdığı səbəb və qanunların bir anda aradan qaldırılması, ağlın dərk etmədiyi hadisələrin baş verməsidir. Hər şeyi yaradan Allahdır, qanunları da yaradan Odur. O, hər şeyin sahibi olduğu üçün bir qanunu qaldırıb yerinə başqa bir qanunu qoymaq Onun üçün olduqca asan, asandan da asan bir işdir. Biz bu qanunlara vərdiş etdiyimizdən onlar bizə qəribə görünmür-hər gün yemək yeyir, su içir, işləyir, oxuyur, yatır, qalxırıq, torpağa düşən toxum su, günəş və havadan lazımi qidasını alıb cücərir, ağaca çevrilir, meyvə verir. Bunların mahiyyətinə baxanda isə, nə qədər nəhəng, insan ağlını heyrətə salan qanunların işləməsi olduğunu anlasaq da, onlara möcüzə deyə bilmirik, çünki, onlarda hansı qanunlara uyğun proseslərin getdiyindən az-çox xəbərdarıq.

Heç kəs cazibə qanununa müdaxilə edib onu dəyişdirə bilməz, heç kəs yanan ocağı bir anda buz parçasına çevirə bilməz, çünki bu işlərdə hansı qanunların var olduğunu və işlədiyini bilirik.

Möcüzə bizə məlum olan qanunların bir anda yox olub başqa bir qanunla əvəz edilməsi demək olduğundan onları nə laboratoriyada təcrübədən keçirmək, nə riyazi hesablamalarla anlamaq mümkün deyildir. Onlar adi hadisə olmaqdan çıxmış, fövqəladə, qanunlarla izah edilə bilməyən hadisələrdir. Məsələn, biri desə ki, ağac yeriyər, heç kəs inanmaz. Amma gözlərimizlə görsək ki, böyük bir çinar ağacı kökündən qopub bizə tərəf gəlir, o zaman inanmaqdan başqa çarəmiz qalmaz, ancaq onu bildiyimiz qanunlarla, səbəblərlə izah edə bilmərik.

MÖCÜZƏ VƏ KƏRAMƏT ANLAYIŞI:

Allah tərəfindən göndərilən hər peyğəmbər həmişə ətrafındakı insanlar tərəfindən müxtəlif etirazlara məruz qalmışdır. Bəzi insanlar onlardan öz peyğəmbərliyini sübut etmək üçün qeyri-adi, heç kəsin görə bilməyəcəyi bir qisim əlamətlər tələb etmişlər.

“Möcüzə” sözünün lüğəti mənası “aciz, qüdrətin ziddi olan gücsüz vəziyyətə düşmək” deməkdir. Möcüzə elə bir şeyin meydana çıxması deməkdir ki, onu başqa heç kəs edə bilməsin və onun birbaşa Allah tərəfindən meydana gətirildiyi aşkar olunsun.

Möcüzə kainatdakı qanunlarla bir araya sığmaz, əksinə, mövcud qanunlara zidd olan bir hal kimi meydana çıxar. Əgər mövcud olan qanunlara uyğun olsaydı, ona möcüzə demək olmazdı. Məsələn, ağac parçasının çevrilib canlı ilan olması. Bunu heç bir elmlə izah etmək mümkün deyildir. Hər günkü yemək, içmək, adət etdiyimiz məişət hadisələri, ağacların, dağların, daşların adət etdiyimiz sabit halları bizdə qəribəlik oyandırmır. Lakin elə ki, bir qab xörəyi on adam yeyib doydu, bir stəkan suyu yüz adam doyunca içdi, ağac əkildiyi yerdən başqa yerə hərəkət etdi, dağlar durduğu yerdən bir başqa istiqamətə çəkildi, o zaman mövcud qanunların nə isə başqa bir qanunlarla əvəz olunduğunu qəbul etməkdən başqa çarə qalmır. Bu baxımdan möcüzələr adi hal olmayıb fövqəlbəşər, fövqəltəbiət hadisələrdir.

MÖCÜZƏ HƏR PEYĞƏMBƏRƏ ZAMANINA GÖRƏ VERİLİRDİ.

Aləmlərin Rəbbi hər peyğəmbərə onun yaşadığı zamana uyğun möcüzələr vermişdir. Məsələn, həz. Musanın (əs) dövründə sehr çox geniş yayılmışdı. İnsanları sehrlə, cadu ilə təəccübləndirmək, inandırmaq mümkün deyildi. Lakin Allah həz. Musaya (əs) elə bir möcüzə verdi ki, o zamanın ən məşhur sehrbazları belə bu hadisənin sehr yox, möcüzə olduğunu etiraf etməli oldular. Allah ona əlindəki əsanı yerə atmasını əmr etmiş, əsa yerə düşən kimi ilana çevrilmiş, həz. Musa onu əlinə götürən kimi yenə də əsaya çevrilmişdir.

Həz. İsanın (əs) zamanında tibb çox geniş inkişaf etmiş və yayılmışdı. Buna görə də o zamanın möcüzəsi ölünü diriltmək oldu.

Peyğəmbərimizin zamanında şer, bəlağət, yəni gözəl söz söyləmək çox geniş yayılmışdı. Hətta o qədər geniş yayılmışdı ki,insanlara sözünə, şerinə görə dəyər verirdilər. Belə bir zamanda Quranın nazil olması bir möcüzə oldu. Onu dinləyən şairlər, söz ustaları onun cazibəsi qarşısında dayana bilmədilər. Şer desən, şer deyildi, nəsr desən, o da deyildi. Amma elə cazibədar, elə əsrarəngiz idi ki, insan onu dinləyəndə anlamadığı halda belə qəlbi rahatlanır, yumşalır, insandakı bütün müsbət əxlaqi keyfiyyətlər oyanırdı. Və ən təəccüblüsü odur ki, onun bənzərini, ona oxşayanı heç kəs deyə bilmədi və bilmir.

MÖCÜZƏLƏR İNKAR EDİLMƏZ.

İnsanların bir qismi möcüzəyə inanır, başqa bir qismi isə inkar edir, “ağlım belə şeyləri kəsmir” deyir.

Əvvəla, möcüzəni, möcüzəni Yaradanı inkar etməyin insana qazandıracağı heç bir şey yoxdur. Qaldı ki, ağıllı bir insana yaraşan o dəqiqə “AĞLIM KƏSMİR” deyib inkar etmək yox, düşünmək, anlamağa çalışmaqdır.

“AĞLIM KƏSMİR” deyə düşünmək, yaxud bunu düşüncə halına gətirmək AĞIL VƏ ELM ADINA TƏHQİRDİR. Çünki indiyənədək minlərlə, bəlkə milyonlarla elmi kəşflər, texniki icadlar düşüncə və düşünməyə cəhdlər bahasına əldə edilmişdir. İnsan başa düşməlidir: indi ki, ona düşünmək kimi bir nemət verilmişdir, o zaman düşünmədən hökm verməyə onun ixtiyarı yoxdur. Çünki düşünmək qabiliyyəti verilməmiş nə qədər varlıqlar var ki, onlara bu qabiliyyət verilmədiyi halda öz vəzifələrini çox mükəmməl yerinə yetirirlər. İnsan düşünməyəcəksə, o zaman ağıldan, şüurdan, düşüncədən məhrum varlıqlar da ondan üstün olacaqdır.

Allahın varlığından xəbərdar olan, Onun qüdrətinə bələd olan heç kəs bunu inkar etməz. Gözümüz qarşısında nəhəng-nəhəng planetləri, qalaktikaları səmada saxlamaq, onları möhtəşəm bir nizam və intizamla milyard illər boyunca hərəkət etdirməkmi çətindir, yoxsa bu möhtəşəm kainatdakı bir yer kürəsinin bir yerində bir ağaca hərəkət verib yeritmək?

Əgər qanunları yaradan Allahdırsa (ki, buna qətiyyən şübhə etmirik), qazların qanunu mayelərin qanununa, mayelərin qanunu bərk cisimlərin qanununa çevirən Allah üçün daha bir qanunu başqa qanuna çevirmək nə qədər çətindir?

Biz Albert Eynşteynin möhtəşəm kəşflərinə inanır, onun nəzəriyyələrini qəbul edirik. Elə isə peyğəmbərimizin meracı hadisəsinə (zamanın nisbiliyi, merac hadisəsini sübut edir) nə üçün şübhə ilə baxmalıyıq? Məgər biz ruhun maddənin əsarətindən azacıq xilas olması ilə-yuxu, fikir, düşüncə ilə bir anda Bakıdan Londona, Təbrizə, istədiyimiz qitə və ölkələrə getmirikmi? Heç ağlımıza gəlməyən hadisələri yaşamırıqmı? On dəqiqəlik yuxuda günləri, hətta ayları, illəri yaşamırıqmı?

Hər şeyi ağılla, düşüncə ilə anlamaq mümkün deyildir. Çünki ağılın da müəyyən səddi vardır. Biz bir litr su tutan qaba on litr su tökməyə çalışsaq, onun doqquzu yerə axıb gedəcəkdir. Eləcə də ağlımızla hər şeyi qavramamız mümkün deyildir. Hər şeyin zamanı, vaxtı vardır. Siz 100 il geriyə gedə bilsəniz, əcdadlarımıza telefonu, televizoru, komputeri başa sala bilərsinizmi? Yox. Ona görə ki, 100 il əvvəlki ağıl hələ bunları dərk etməyə hazır deyildi. Mənəvi şeyləri isə heç zamanla da anlamaq mümkün deyildir, çünki onlarda maddi heç nə yoxdur. Bu, ancaq Allahın insanlara hidayət bəxş etməsilə olur.

Beləliklə, əgər qanunları yaradan, onun nizamlayan biri varsa, həmin qanunları yaradan, yaratdığı qanunları heç şübhəsiz dəyişmək, başqa qanunlarla əvəz etmək gücünə də malikdir.Əgər bir qanun aradan qalxaraq, başqa qanunla əvəzlənə bilirsə demək möcüzə qaçınılmazdır.

49.267235 2.453285

İskəndəriyyə kitabxanasının yandırılması haqqında ateist iddialara cavab

23 Bazar ertəsi Noy 2015

Posted by science1985 in Ateist iddialarına cavablar

≈ 1 Şərh

İslamofob ateistlərin İslam dinini gözdən salmaq üçün ortaya atdıqları növbəti əsassız iddialardan biri də budur ki, guya qədim Misirdəki İsgəndəriyyə kitabxanası müsəlmanlar tərəfindən məhv edilib.

Əvvəla qeyd edək ki, İskəndəriyyə kitabxanası eramızdan əvvəl 3-cü əsrin əvvəllərində Misirin İsgəndəriyyə şəhərində Ptolemaios sülaləsi tərəfindən qurulmuş olan antik kitabxanadır. Misirdə eradan öncə yaradılmış İsgəndəriyyə kitabxanası dövrünün ən böyük kitabxanası sayılırdı. Bir çox tarixçilər hesab edir ki, İsgəndəriyyə kitabxanasının yanması bir çox tarixi faktların izini itirib. Kitabxananın necə yandırılması haqqında müxtəlif görüşlər irəli sürülmüşdür.

Bunlardan birincisi odur ki, İsgəndəriyyə kitabxanası eradan əvvəl 48-ci ildə vətəndaş müharibəsi vaxtı Roma imperatoru Yuli Sezarın əmri ilə yandırılmışdır. Qədim tarixçilər Plutarch, Aulus Gellius, Ammianus Marcellinus və Orosius tərəfindən verilən məlumatlara görə eradan əvvəl 48-ci ildə İsgəndəriyyə şəhərinin mühasirəsi zamanı kitabxana Sezarın qoşunları tərəfindən yandırılmışdır.1

Eramızın 1-ci əsrinin sonunda tarixçi Plutarch tərəfindən yazılmış və Sezarın həyatından bəhs edən bioqrafiyada İsgəndəriyyə kitabxanasının Sezar tərəfindən məhv edilməsi barədə belə deyilir: “Düşmən onun dənizlə əlaqəsini kəsmək istədikdə, o bu təhlükəni sovuşdurmaq üçün öz gəmilərinə od vurdu. Alov limanı yandırdıqdan sonra yayılmağa davam etdi və böyük kitabxananı məhv etdi.”2

Eramızın 2-ci əsrində Romalı tarixçi Aulus Gellius “Attik gecələri” adlı kitabında yazmışdı ki, mühasirədən sonra Sezarın bəzi əsgərləri tərəfindən od vurulması nəticəsində kitabxana səhvən yandırılmışdı.3

Digər bir görüşə görə İsgəndəriyyə kitabxanası antik paqan məbədlərinin dağıdılması zamanı xristianlar tərəfindən yandırılmışdır. İmperator I. Theodosius göstərişi ilə eramızın 391-ci ilində paqanizm Roma imperiyasında qeyri-leqal elan olundu və İsgəndəriyyə patriarxı  Theophilus tərəfindən İsgəndəriyyə şəhərindəki paqan məbədlər bağlandı.4  Roma imperiyasının Misir valisi Theophilos İsgəndəriyyədə Misirin köhnə din mənsublarına aid Osiris məbədinin yeri olan sahəni kilsə inşa edilməsi üçün 391-ci ildə xristianlara verdi. Burda tikiləcək kilsənin təməli qazılarkən üzərində köhnə dinə aid yazılar olan bir daş tapıldı. Xristianlar buna istehza etməyə başlayınca bu hadisə şəhərdə yaşayan xeyli sayda bütpərəstin qəzəbinə səbəb oldu və tərəflər arasında böyük iğtişaşa yol açdı. Nəticədə, şəhərdə xristian və bütpərəstlər arasında qanlı toqquşma baş verdi, insanlar qılncdan keçirildi və İsgəndəriyyə kitabxanasının olduğu bölgə yerlə bir edildi. Roma imperatoru I. Theodosius valiyə başqa böyük şəhərlərə nisbətən köhnə dinin İsgəndəriyyədə hələ də niyə bu qədər canlı olaraq davam etdiyini soruşduğunda vali cavab olaraq İsgəndəriyyə kitabxanasının qədim bütpərəstlik mədəniyyətini davam etdirən kitablara sahib olduğunu dedi. Bundan sonra imperator bütün kitabların yox edilməsini əmrini verdi və kitabxanadakı bütün əsərlər yığılaraq yandırıldı.

Başqa görüşə görə isə bu kitabxana İsgəndəriyyə şəhərinin müsəlmanlar tərəfindən alınmasından sonra ikinci xəlifə Ömər bin Xəttabın (r.a) əmriylə Misir fatehi  Amr İbnül-As tərəfindən yandırılmışdır. Lakin İsgəndəriyyə kitabxanasının müsəlmanlar tərəfindən məhv edilməsi hekayəsi Alfred J. Butler, Victor Chauvin, Paul Casanova, Gustave Le Bon5 və Eugenio Griffin6 kimi qərbli elm adamları tərəfindən rədd edilmişdir.  Bundan başqa şərq məsələləri üzrə ixtisaslaşmış ingilis-amerikan tarixçi Bernard Lewisə görə kitabxananın guya müsəlmanlar tərəfindən yandırılması versiyası yanlışdır və bu versiya orta əsrlərdə Səlahəddin Əyyubi tərəfindən gücləndirilmişdi. Buna səbəb olaraq B.Lewis göstərir ki, Səlahəddin Əyyubi Qahirədə Fatimi xəlifələrinə aid olan İsmaili mətnlərinin aradan qaldırılmasına qərar vermişdi və düşünürdü ki, bu işi həyata keçirməkdə xəlifə Ömərin dövründə kitabxananın məhv edilməsi haqqında hekayə ona kömək edə bilərdi.7   Qeyd edək ki, Kelly Trumble8 and Roy MacLeod9 kimi digər xarici araşdırmaçı-tarixçilər də İsgəndəriyyə kitabxanasının müsəlmanlar tərəfindən məhv edildiyi hekayəsini rədd edirlər.

Mənbələr:

  1. Pollard, Justin, and Reid, Howard. 2006. The Rise and Fall of Alexandria, Birthplace of the Modern World.
  2. Plutarch, Life of Caesar, Written 75 A.C.E., Translated by John Dryden
  3. Aulus Gellius. Attic Nights book 7 chapter 17
  4. Gibbon 1776–1789, ch. 28
  5. The civilisation of Arabs, Book no III, 1884, reedition of 1980, page 468
  6. Staff Report: “What happened to the great Library of Alexandria?The Straight Dope, 6 December 2005
  7. “The Vanished Library by Bernard Lewis”.nybooks.com.
  8. Trumble & MacIntyre Marshall 2003, p. 51. “Today most scholars have discredited the story of the story of the destruction of the Library by the Muslims.”
  9. MacLeod 2004, p. 71. “The story first appears 500 years after the Arab conquest of Alexandria. John the Grammarian appears to be John Philoponus, who must have been dead by the time of the conquest. It see ms, as shown above, that both of the Alexandrian libraries were destroyed by the end of the fourth century, and there is no mention of any library surviving at Alexandria in the Christian literature of the centuries following that date. It is also suspicious that Omar is recorded to have made the same remark about books found by the Arab during their conquest of Iran.”

“Müsəlmanların ilk qibləsi Petra şəhəri olub” iddiasına cavab

31 Cümə İyl 2015

Posted by science1985 in Ateist iddialarına cavablar

≈ Bir şərh yazın

Bu Qaraqan isbat etmək istəyir ki, müsəlmanlarda Kəbəyə tərəf üz tutmaq sonradan ortaya çıxmış bir fikir olub. Yəni peyğəmbərin zamanındakı ilk müsəlmanlar guya başqa yerə, bunu iddiasına görə Petraya tərəf namaz qılırmışlar.

Misal üçün Mədinə məscidinin təmiri yalnız məscidi genişləndirmək olub, onun materiallarını dəyişmək olub. Lakin əgər qiblə dəyişsəydi, bunun qeydə düşməməsi imkansızdır. Misal üçün biz bilirik ki, qiblə ilk əvvəldən peyğəmbərin evinə tərəf idi, ona görə də peyğəmbərin evi məscidə daxil edildikdə orada evin qarşısında küncü qibləyə tərəf duranlara qarşı divar tikiblər ki, qibləyə tərəf duranlarda peyğəmbərin qəbrinə tərəf durmaq təəssüratı yaranmasın. Yəni ilk tarixdən bəllidir ki, peyğəmbərin evi qiblə tərəfdə olub və bu gün də peyğəmbərin evi məscidin qiblə tərəfindədir.

Təkcə Mədinə məscidi haqqında burada yazdıqlarım isbat edir ki, iş, heç də belə olmayıb.

Həm də Quranda qiblənin Qüdsdən Məkkəyə tərəf dəyişməsi haqqında ayə vardır. Əgər Petraya tərəf qılsaydılar qiblənin dəyişməyə nə ehtiyacı var idi ki? Petra elə Qüds ilə Mədinə arasındadır da. Yəni bu saxtakarlığı bir neçə yöndən ifşa etmək olar.

Məlumdur ki, müsəlmanlar daha əvvəl ibadətlərində qiblə olaraq Müqəddəs Qüds şəhərinə üz tuturdular. Bildiyim qədər ilə bunu hələ ki, heç kim inkar etməyib, heç Qaraqan özü də bunu inkar etmir. Lakin daha sonra Mədinədə olarkən Allah qibləni dəyişir və bu barədə Quranda deyilir:
“Biz sənin üzünün göyə tərəf çevrildiyini gördük və Biz səni razı qalacağın qibləyə tərəf döndərəcəyik. Sən üzünü Məscidulharama tərəf çevir! Harada olursunuzsa olun, üzünüzü ona tərəf çevirin! Şübhəsiz ki, Kitab verilənlər bunun öz Rəbbi tərəfindən gerçək olduğunu bilirlər. Allah onların etdiklərindən xəbərsiz deyildir.” (Bəqərə, 144)

Aşağıdakı şəklə diqqətlə baxın.  

Şəkildə gördüyünüz kimi Mədinədə həm Petra şəhərinə dönmək istəyən, həm də Qüds şəhərinə üz tutmaq istəyən şəxslər eyni istiqamətə yönəlirlər. Əgər ilk qiblə Qüdsdən Petraya dəyişmişdisə, o zaman dəyişməyə nə ehtiyac var idi ki? 

Əgər ayədə keçən “Məscidulharam” Məkkədəki Kəbə deyilsə və Petradırsa o zaman üzü çevirməyə ehtiyac yox idi axı, çünki onsuz da Qüds ilə eyni istiqamətdə yerləşirdilər. Lakin Məkkə əks istiqamətdə idi. Bu, onu göstərir ki, Qaraqan hardansa topladığı uyduyma məlumatları yazıb oxucularına sırımaqdan ötrü.

Professor David King Yale, Oxford, Cambridge kimi universitetlərdə təhsil almışdır. Əsas ixtisas sahəsi ilkin İslam mədəniyyətindəki astronomik biliklər və bu biliklərin islami arxitekturadakı roludur. Professor David King bu barədə ayrıca elmi bir araşdırma etmişdir. Həmin elmi araşdırmanın girişində bizim mövzumuzla bağlı bir xülasə verir və deyir:

“Şübhəsiz ki, bəzi müəyyən istiqamətlənmələri yalnış anlama iki müasir alimi absurd nəticələrə gətirib çıxarıb. Onlar İraq və Misirdəki ilkin məscidlərin Şimali Ərəbistandakı bir nöqtəyə istiqamətlənmələri faktını bu məscidlərin yönləndikləri bir “Həcəri məbədinin” mövcudluğunu təsdiqləyən bir dəlil hesb ediblər. Həqiqətdə isə sözü gedən məscidlər sadəcə olaraq yayda günəşin batdığı və çıxdığı istiqamətlərə yönəlmişdilər; bunlar, bizim indi bildiyimiz kimi, o bölgələrdə qiblə üçün istifadə olunan istiqamətlər idi. Başqa sözlə desək hər iki bölgədəki məscidlər Kəbəyə tərəf üz tuturlar.”

David King’in qəsd etdiyi iki alim Patricia Crone və Michael Cook adlı qərb alimləridir. Sensasiya ovunda olanlar kimi belə bir absurd nəticəyə gəliblər. Lakin heç bir araşdırmada Mədinə, Quba kimi məscidlərin isə həqiqətən Kəbəyə tərəf üz tutduğunu qeyd etmirlər. Çünki bu fakt onların bütün iddialarını alt-üst edir.


ət-Tabərani “əl-Mucəm əl-Əvsət” kitabında deyir:
“حَدَّثَنَا أَحْمَدُ بْنُ يَحْيَى الْحُلْوَانِيُّ قَالَ: نا إِبْرَاهِيمُ بْنُ مُحَمَّدِ بْنِ عَرْعَرَةَ قَالَ: نا عَبْدُ الْمَلِكِ بْنُ عَبْدِ الرَّحْمَنِ الذِّمَارِيُّ، عَنِ النُّعْمَانِ بْنِ بُزْرَجَ قَالَ: حَدَّثَنِي ابْنُ رُمَّانَةَ قَالَ: قَالَ وَبَرُ بْنُ يُحنس الْخُزَاعِيُّ: قَالَ لِي رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: «إِذَا بَنَيْتَ مَسْجِدَ صَنْعَاءَ، فَاجْعَلْهُ عَنْ يَمِينِ جَبَلٍ، يُقَالُ لَهُ: ضِينَ»

“Əhməd bin Yəhyə əl-Hulvani bizə rəvayət etdi; dedi: İbrahim bin Muhəmməd bin Ar’ara bizə rəvayət etdi; dedi: Abdulməlik bin Abdirrahmən əz-Ziməri bizə ən-Numən bin Buzrac’dən rəvayət etdi; dedi: İbn Rummənə mənə rəvayət etdi; dedi: “Vabər bin Yuhənnəs əl-Xuzəi dedi: “Allahın elçisi – salləllahu aleyhi va səlləm – mənə dedi: “San’a məscidini tikdikdə onu “Din” adlanan məscidin sağından elə.”

Yəni Sana məscidini Din dağının sağına tərəf istiqamətləndirməyi əmr edir.

Abdurrazzəq “əl-Musannəf” kitabında rəvayət edir:

“أن رسول الله صلى الله عليه وسلم أمر وبر بن يحنس الأنصاري حين أرسله إلى صنعاء والياً عليها فقال: ادعهم إلى الإيمان، فإن أطاعوا لك به، فاشرع الصلاة، فإذا أطاعوا لك بها فمر ببناء المسجد لهم في بستان باذان، من الصخرة التي في أصل غمدان، واستقبل بها الجبل الذي يقال له: ضِيْن”

“Allahın elçisi – salləllahu aleyhi va səlləm – Vabər bin Yuhənnəs əl-Ənsari’ni Sana şəhəri üzərinə vali olaraq göndərərkən dedi: “Onları imana dəvət et və əgər onda sənə itaət etsələr onlarla namaza başla. Əgər bunda da sənə tabe olsalar o zaman onlara Bəzən bostanında, Ğamdanda yerləşən qayadan bir məscid tikilməsini əmr et! Məscid ilə Din adlanan dağa tərəf üz tut.”

Yəni məscidin qibləsini Din adlanan dağa tərəf tut.

Bu iki rəvayət bizə Sana’dakı ən qədim məscidin tikilişi haqqında xəbər verir. Abdullah Səlim Nəcib “Tərixul-Məsəcid əş-Şəhira” (Məşhur məscidlərin tarixi) kitabında deyir:

“مسجد صنعاء الجامع هو من أقدم المساجد في الإسلام فقد بني في حياة النبي صلى الله عليه وسلم وبأمره”
“Cami olan Sana məscidi İslamda tikilmiş ən qədim məscidlərdəndir və peyğəmbərin – salləllahu aleyhi va səlləm – həyatında və onun əmri ilə tikilmişdir.”

Beləliklə də biz buradan öyrənirik ki, peyğəmbərimiz – salləllahu aleyhi va səlləm – Sana məscidinin tikilməsini əmr edərkən onlara qiblənin təyini üçün asan bir işarə vermişdir. Yəni Məkkəni tapmaq üçün Din dağına tərəf durmaq yetərlidir.

İşin maraqlı tərəfi budur ki, müasir zamanımızda peyklərin vasitəsilə Yer üzünün səthi kompyuterlərə köçürüldükdə bunu yoxlamaq bizim üçün asandır. Sizə təqdim edəcəyimiz videoda peyğəmbərin – salləllahu aleyhi va səlləm – möcüzələrindən birini göstərən kiçik bir araşdırmanı təqdim edirəm. Video’da Google Earth proqramından istifadə edərək Sanadakı məsciddən Din dağına düz xətt çəkilir və sonra həmin düz xətti davam etdirirlər. Sizcə düz xətt Kəbəyə qədər çatırmı?

Videoya özünüz baxın və bu barədə fikirlərinizi şərhdə yazın. Bir də Qaraqanın zavallı iddiası haqqında düşünün.

← Əski Yazılar

Çolaq Addım

Çolaq Addım

Mövzular

  • Adəm peyğəmbər haqqında iddialara cavab
  • Allah Təala (c.c) haqqında suallara cavablar
  • Alın yazısı haqqında suallara cavablar
  • Ateist iddialarına cavablar
  • Cənnət və Cəhənnəm, ölümlə bağlı suallara cavablar
  • Digər peyğəmbərlər və dini suallar haqqında
  • Fəlakətlər: aclıq və xəstəliklər
  • Kainat və astrofizika – Yaradılış dəlilləri
  • Köləlik və cariyəlik
  • Məhəmməd peyğəmbərə (s.a.v) qarşı iddialara cavablar
  • Musa peyğəmbər (a.s) haqqında iddialara cavab
  • Namaz, oruc, həcc ziyarəti ilə bağlı suallar
  • Niyə İslam?
  • Nuh peyğəmbər (a.s) haqqında iddialar
  • Qadınlar haqqında suallara cavablar
  • Quran ayələrindəki möcüzələr
  • Qurana qarşı iddialara cavablar
  • Ruh haqqında
  • Süleyman peyğəmbərlə bağlı iddialara cavablar
  • Terror və müharibə
  • Təsadüf haqqında
  • Yaxşılıq, xeyriyyəçilik
  • İnsan və təbiət – Yaradılış dəlilləri
  • İsa peyğəmbər (a.s) haqqında iddialar
  • İslam və müsəlmanlar
  • İslamda elm və mədəniyyət
  • İslamın zorla yayılmasına dair iddialara cavablar

Bloq Statistikası

  • 102. 292 hits
Follow Dini suallar on WordPress.com

Ən Populyar Yazılar & Səhifələr

  • "Quranda yerin düz (yastı) olduğu yazılıb" iddiasına cavab
    "Quranda yerin düz (yastı) olduğu yazılıb" iddiasına cavab
  • MÖCÜZƏLƏR BAŞ VERƏ BİLƏRMİ?(Elmi, fəlsəfi, dini yazı)
    MÖCÜZƏLƏR BAŞ VERƏ BİLƏRMİ?(Elmi, fəlsəfi, dini yazı)
Follow Dini suallar on WordPress.com

Son şərhlər

İskəndəriyyə kitabxanasının ya… üçün Ləman
“Nəhəng kainatdakı kiçik… üçün Ləman
Peyğəmbər (s.a.v) hz.Aişə (r.a… üçün science1985
Peyğəmbər (s.a.v) hz.Aişə (r.a… üçün Zaur
İddia: Quranda Kəhf surəsinin… üçün Qorxmaz
İsa peyğəmbərin (a.s) yaşaması… üçün Məmmədzadə Sədail

WordPress.com Bloqu. Mövzu: Chateau tərəfindən Ignacio Ricci.

Privacy & Cookies: This site uses cookies. By continuing to use this website, you agree to their use.
To find out more, including how to control cookies, see here: Cookie Policy
  • İzlə İzlənir
    • Dini suallar
    • Already have a WordPress.com account? Log in now.
    • Dini suallar
    • Özəlləşdir
    • İzlə İzlənir
    • Qeydiyyatdan keçin
    • Giriş
    • Bu mühtəviyyat barəsində raport ver
    • View site in Reader
    • Manage subscriptions
    • Bu çubuğu daralt
 

Şərhlər Yüklənir...