• Haqqımızda

Dini suallar

~ Dini mövzularda sual-cavablar

Dini suallar

Kateqoriya Arxivləri: Digər peyğəmbərlər və dini suallar haqqında

Coğrafi regionlar üzrə dinlərin yayılması iddiası

19 Çərşənbə axşamı Yan 2016

Posted by science1985 in Digər peyğəmbərlər və dini suallar haqqında

≈ Bir şərh yazın

Qaraqan yazır:”Niyə dinlərin çoxluğuna baxmayaraq coğrafi əraziyə görə insanlar demək olar ki, eyni dinə qulluq edirlər. Yəni əgər din universal bütün dünya üçün nəzərdə tutulmuş bir inanc olsaydı o zaman necə ki, dünyada 1 milyarddan çox xristiyan və 1 milyarddan çox müsəlman varsa, onların ümumi faizi bütün ölkələrdə eyni olmalı idi. Amma xəritəyə baxanda nə baş verir. İslamın 90 faizi ərəb ölkələrində xristianlığın 90 faizi Avropa və qərb ölkələrində, Buddizm və hinduizm necə son 4000 il Hind və Çində indi də eləcə. Bu heç Allahın göndərdiyi həqiqətə bənzəyir? Bu necə həqiqətdir ki, sərhəddən o yana keçə bilmir? Yoxsa din də milli mətbəx, milli bayramlar kimi yalnız bir coğrafiyaya aiddir? Məsələn pizza və suşinin dünyaya yayılması bütün dinlərdən daha yaxşı alınıb. Burada bir İroniya varmı? Əgər din coğrafi sərhədləri belə çətin qət edirsə nə üçün Allah daha universal, daha yaxşı işləyən bir sistem yaratmayıb?

Mənə müsəlman dostlarım deyirdi ki, Quran bu dəqiqə ən ucqar kəndlərdə də var. Hər kəs onu oxuyub İslamı qəbul edə bilər, günah insanlardadır. Yaxşı onlar doğrudan mı inanırlar ki, məsələn Kanadanın əhalisinin 90 faizi İslamı kafir olduqları üçün qəbul etməyib? Eləcə də Avstraliyada o boyda adamın cəmi bir neçə faizi kafir deyil. Amma tutaq ki, Küveytdə birdən-birə bütün mömin adamlar dünyaya gəlib və Quranı oxuyan kimi qəbul ediblər. Azca, lap xırdaca məntiq bəs edir ki, anlayasan – din 99 faiz ehtimalla valideyndən övlada keçir. Və yalnız az qism insan həyatı boyu dinini dəyişir. Deməli Allahın dini yaymaq sistemi nəsə düz işləmir? Çünki necə 10-cu əsrdə Yaponiyada müsəlman yox idi, eləcə də üstündən 1000 il keçib və Yaponiyada müsəlmanlar yox dərəcəsindədir. Beləcə düşünərək qərara gəlirdim ki, hər şey gözəl gözəldir, din gözəldir, həqiqət gözəldir, amma ortada bəzi anlaşılmaz məsələlər var.”

Biz Qaraqanı narahat etmiş bu şübhəyə ilk öncə bəzi düzəlişlər edək. Birinci xristianlardan başlayaq. Xristiyanlığın 90 faizi Avropada deyildir. ” Center for the Study of Global Christianity” (Global Xristianlığı Araşdırma üzrə Mərkəz) tərəfindən edilmiş araşdırmanın nəticəsi bu olub ki, dünya xristiyanlarının yalnız 26 faizi bu gün Avropada yaşayır. 37 faiz Şimali və Cənubi Amerikada, 24 faiz Afrikada və 13 faiz Asiyada yaşayır. Araşdırma 2010-cu il üçündür. Müsəlmanlara gəldikdə isə müsəlmanlar haqqında yazdığı məlumatlar da tamamilə yalnışdır, bir insan məqsədli şəkildə müsəlmanlar haqqında yalnış məlumat yazmaq istəsəydi ancaq bu qədər yalnış yaza bilərdi. Həqiqətdə isə dünyanın müsəlman əhalisinin yalnız və yalnız 20 faizi ərəb ölkələrində yerləşir. Dünyanın müsəlmanlarının əksəriyyəti İndoneziya, Pakistan, Hindistan və Banqladeş kimi ölkələrə düşür. Təkcə Çindəki müsəlmanların sayı Suriyadakı müsəlmanlardan çoxdur və Rusiyadakı müsəlmanların sayı İordaniya və Liviyadakı müsəlmanların sayından çoxdur.

Qaraqan yazır ki, 10-cu əsrdə Yaponiyada müsəlman yox idi. Görəsən bunu hardan bilir? Əksinə müsəlmanlar İslamın ilk əvvəlindən Yaponiyaya qədər gedib çıxıblar. Əbul-Qasim Ubeydullah İbn Xurdəzbih miladi 820 və 912-ci illər arasında yaşamış məşhur müsəlman tarixçi və səyyahdır. Məhz İbn Xurdəzbih “Kitəb əl-Məsəlik val-Məməlik” adlı kitabında Yaponyanı və Koreyanı təsvir etmişdir. Bu, onu göstərir ki, Allahın dini elə ilk əvvəllərdən dünyanın hər tərəfinə yayılmışdı, yəni Allahın sözünü dünyanın şərqinə və qərbinə yayan elçilərimiz olub. Miladı 13 və 14-cü əsrlərdə Çinin müsəlman əhalisinin Yaponlar ilə ticari əlaqələri olub. Misal üçün Çinin Minq dinastiyasının hakimiyyətə gəlməsində əsaslı rolu olan general Lan Yu əslən müsəlman olub və məlumdur ki, on dördüncü əsrdə bu general yaponlardan qılınc alarmış. Donald F. Lach “Asia in The Making of Europe” adlı kitabında [1-ci cild, səh: 517-518] qeyd edir ki, 1555-ci ildə Portuqaliyanın Malacca portuna bir müsəlman dənizçi, səyyah gəlir və onun Yaponiyadan gəldiyi qeyd edilir. Həmin müsəlman səyyahın danışdıqlarından anlaşılır ki, yerli xalqı İslama dəvət etmək üçün Yaponiyada olub. Bunlar qeydə düşənlərdir, qeydə düşməyənlər əlbəttə ki, daha çoxdur. Bütün bunlar onu göstərir ki, müsəlmanlar Allahın risaləsini İslamın ilk əvvəllərindən Yer üzünün qərbinə və şərqinə çatdırmaq üçün çalışıblar.

Qaraqanın xətalarına düzəliş etdikdən sonra və bəzi maraqlı məlumatlar paylaşdıqdan sonra Qaraqanın zikr etdiyi şübhəyə cavabımızı verək. Qaraqan deyir ki, İslam dini əgər universal dindirsə nə üçün yalnız dünyanın müəyyən bir hissəsinə məhduddur? Nə üçün İslamın yayılmasına sərhədlər mane olur? Buna bir neçə yöndən cavab vermək olar:

Birinci: İslam dünya xəritəsinə geniş bir şəkildə yayılıb və bir yerdə məhdud deyildir. İslam ilk əvvəllərdən şərqdə İndoneziyadan başlayaraq Qərbdə Mavritaniya və İspaniyaya qədər yayılmışdı. Nəzərə almalıyıq ki, o dövrdə dünyanın əhalisinin əksər hissəsi bu bölgələrdə yaşayırdı. İngilislər Avstraliyaya gəlmədən öncə oradakı əhalinin sadəcə təxminən 300 000 olduğu təxmin edilir. Bütün Amerikadakı əhalinin isə Kolumbdan öncə 30 milyon ilə 70 milyon arasında olduğu deyilir və başqa rəqəmlər də verilir. Lakin ümumən qəbul edilən görüş budur. Yəni bunlar dünyanın ümumi əhalisinin yalnız az bir hissəsini təşkil edirdi. Demək istədiyimiz budur ki, İslam işin ilk əvvəlindən dünyanın böyük hissəsinə yayılmağa və daha da böyük hissəsinə çatmağa nail olub. Qaraqanın söylədiyi kimi yalnız ərəb ölkələri ilə məhdud olmayıb. Əksinə işin ən maraqlı tərəfi budur ki, İndoneziyaya, Tayland, Myanmar kimi ölkələrə tək bir müsəlman əsgərinin ayağı dəymədiyi halda bu gün İndoneziya ən çox müsəlman əhalisi olan ölkə sayılır.

İkinci: Tutaq ki, Qaraqan dediyində xəta etmir, tutaq ki, İslam lap ərəb ölkələri ilə məhduddur. Məgər bu, İslamın universal din olmaması anlamına gələrmi? Cavabımız budur ki, xeyr! İndi nəyi qəsd etdiyimi oxuculara bacardığım qədər sadə dildə izah etməyə çalışacam. Bir dinin mükəmməl olması üçün onun universal olması ilə yanaşı insan cəmiyyətləri üçün ən təbii, ən münasib olması, Allahın məqsədinə ən uyğun olması və nəticə etibarı ilə ən uğurlu olması lazımdır. Burada Qaraqanın sözünə bir düzəliş etməyimiz lazımdır. Dinin universallığı onun yayılma coğrafiyasının miqyasına görə ölçülmür. Dinin universallığı onun insanlığa gətirdiyi dəyərlərinin universallığı ilə ölçülür. İslam bu kriteriyalara cavab verirmi? Şübhəsiz ki, cavab verir. Bu gün həccə gedən hər bir müsəlman bunun şahidi ola bilər. Ağ dərilisi ilə qara dərilisi çiyin-çiyinə tavaf edir, Muzdəlifədə bir yerdə yatır, eyni paltarı geyinir, eyni qabdan yemək yeyib su içirlər. İslam insanların Allah qatında rənglərinə, var-dövlətlərinə, nəsəblərinə, əsli nəcibətlərinə görə deyil, lakin əməllərinə və təqvalarına görə dəyərləndirildiklərini öyrədir. İslam “ey mömin kişilər və ey mömin qadınlar” deyə xitab edən yeganə dindir. İslam dünyada sosial həyatda qadınla kişi arasında real fərqlərin olduğunu nəzərə almaqla yanaşı Allahın gözündə qadınla kişinin bərabər olduğunu öyrədən yeganə dindir. Yəni həm praktiki dindir, həm də universaldır, dəyərləri universaldır. Bu, İslamın universallığı haqqında idi.

Məgər Allahın İslam dini ilə istədiyi Yer üzündəki hər bir fərdə İslam dininin çatmasıdırmı? Əgər desək ki, Allahın İslam dinini göndərməklə istədiyi dinin Yer üzündəki fərdlərə çatması olubsa o zaman İslam bunun öhdəsindən gəlməyib. Bəs o zaman Allahın sözünün hər bir fərdə çatması üçün başqa hansı alternativlər var idi? Gəlin fikirləşək. Ya Allah Quranı eyni anda bütün dünyaya göndərməli idi, lakin bunun üçün bütün dünyanın eyni dildə danışması lazımdır. Bilirik ki, dünya əhalisinin hamısı eyni dildə danışmır. O zaman bu versiyanın imkansız olduğunu dərhal anlayırıq. Ya da Allah eyni zamanda müxtəlif dillərdə danışan peyğəmbərlər göndərməli idi. Lakin bunun da ən aşkar problemi budur ki, bu, tərəfkeşliyə, parçalanmaya gətirəcəkdi və vahid bir risalə əvəzinə hər qövm öz risaləsini daha doğru sayacaqdı. Çünki insanlar arasında həmişə təhrifə meyl vardır. Tarix bunun şahididir.

Gəlin bunu kiçik bir modelin üzərinə tətbiq edək. Bir milyon nəfərdən ibarət bir insan koloniyası təsəvvür edin. Onlara haqq sözü çatdırmaq üçün ya onların içindən birinə Allah vəhy endirir və onları haqqa dəvət edir. Ya da onların hər birinə haqqı ilham edir və haqqı qəbul etdirir. İkinci variantda ümumiyyətlə insanların sınağa çəkilməsi reallığından əsər-əlamət yoxdur, əgər insanların hər birinə haqq bu şəkildə asan yolla çatdırılacaqsa o zaman onlar necə sınağa çəkiləcəklər?! Deməli insanların haqq söz ilə sınağa çəkilməkləri üçün onların içindən bir nəfərin peyğəmbər olaraq seçilməsi və insanlara ümumən haqq sözün onu dəstəkləyən dəlillər və sübutlar ilə təqdim edilməsi ən uyğun və təbii variantdır. Bu zaman həmin peyğəmbərin bu bir milyon fərddən hər bir kəslə şəxsən görüşüb ona haqqı izah etməsini gözləmək ağılsızlıq olardı, çünki insanların sınağı təbii şərtlərdə baş verməlidir. Sınaq elə buna deyilir. Haqq sözü öyrənən insanlar onu digər insanlara çatdırmaqla mükəlləfdirlər, bu, onların vəzifəsinə çevrilir və beləcə də bu şəkildə haqq sözü dərk etmiş və onu mənimsəmiş hər bir fərd onu axtaran və ya axtarmayan digər fərdlərə çatdırmaqla sınağa çəkilir. “Qoy sizin içərinizdən xeyrə çağıran, yaxşı işlər görməyi buyuran və pis əməlləri qadağan edən bir camaat çıxsın. Məhz onlar nicata qovuşanlardır.” [Ali-İmran, 104] Digər insanlara gəldikdə isə onların haqqı axtarmaqları üçün ətraflarında kifayət qədər işarələr qoyulmuşdur, onlar da bu şəkildə sınağa çəkilirlər. Yəni məqsəd bütün bəşəriyyətin eyni anda iman gətirib doğru yola gəlməsi deyildir, məqsəd bundan daha böyükdür, məqsəd insanların fərqli hallarda haqq söz ilə sınağa çəkilməkləridir. Dünya da məhz bu kiçik modelə uyğundur. Allah Yer üzündəki xalqlardan birini seçmiş, o xalqın içindən də bir nəfəri seçmişdir. Həmin nəfər öz missiyasını yerinə yetirərək həmin xalqa Allahın sözünü çatdırmış, həmin xalq da öz missiyasını yerinə yetirərək onlarla xalqa bu missiyanı çatdırmışdır, beləliklə vəzifə digər xalqların boynundadır, onlar da Allahın sözünü digər xalqlara çatdırmalıdırlar. Bu onların sınağıdır. “Siz insanlar arasında üzə çıxarılmış ən xeyirli ümmətsiniz. Siz yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha iman gətirirsiniz.” [Ali-İmran, 110]

Bu izah etdiyimizdən anlaşılması lazım olan budur ki, ilkin məqsəd heç də hər kəsin eyni anda müsəlman olması deyildir, bu heç bir zaman belə olmayıb.

Heç kim düşünməməlidir ki, müsəlman torpaqlarında doğulan insan daha şanslı və daha bəxtəvərdir, lakin qeyri-müsəlmanlar arasında doğulan şanssız zavallıdır. Çünki müsəlman torpaqlarında doğulan dərhal valideynlərindən İslamı öyrənir, amma qeyri-müsəlman torpaqlarında doğulan isə İslamdan cahil qalır və beləliklə də haqq sözdən cahil qalır. Bu cür düşünmək Allahın hikmətindən uzaq düşməkdir. Bilmək lazımdır ki, İslamın təliminə əsasən haqqı bilmək insanın məsuliyyətini artırır, yəni sənin sınağın artıq başqa şərtlərdə keçir. Artıq sən yaxşılığı əmr edib, pisliklərdən çəkindirməklə, hər bir günahdan uzaq durmaqla əmr olunursan. Vəzifələrin artır və bu işlərin öhdəsindən gəlməlisən. Lakin dünyanın o biri başında yaşayan bir qeyri-müsəlman sizcə zinanın nə olduğunu bilmədiyi halda etdiyi zinaya görə günah qazanırmı? Əlbəttə ki, qazanmır. Müsəlmanlar arasında yaşayan müsəlman isə zina və bunun kimi dünya şəhvətlərinin qadağan edildiyini bildiyi halda bunları etdikdə cəzalanacağını bilir. Görəsən bu halda kimin şanslı, kimin şanssız olduğunu biz deyə bilərikmi? Düşünürəm ki, bunu heç kim deyə bilməz. Hə, burada biz önəmli bir nöqtəyə gəlib çıxırıq. O zaman dünyanın qeyri-müsəlman hissəsinin sınağı nədən ibarətdir?

İslam dininin gözəlliyi budur ki, bu kimi mövzular haqqında bizlərə bolca məlumatlar verib. Qeyri-müsəlman əhalinin ilk vəzifəsi bu dünyada yaradılışı və yaradılışın əlamətlərini gördükləri üçün Yaradanı axtarmaqdır. Onlar hər şeydən öncə bununla sınağa çəkilirlər. Ona görə də İslam alimlərinin əksəriyyətinə görə bu dünyada mövcud olan bu qədər aşkar dəlillərə baxmayaraq, sənətkarın bizə göstərdiyi sənət əsərlərinə baxmayaraq Allahın varlığını inkar edən ateistlərə peyğəmbərlərin sözləri çatmasa belə onlar məzəmmətə tabedirlər. Bu alimlərə görə onlar Allahın varlığını qəbul etməkdən sonra geridə qalan məsələlərdə cahil qalmaqlarına görə qınanıla bilməzlər.. Beləliklə də bu kimi insanlar üçün ilk sınaq Allahı axtarmaq, Onun insanlardan nə istədiyini öyrənmək üçün axtarış etmək vəzifəsidir. Bunu onların ilk sınağı saya bilərik. Bunun üçün İslam dininin onlara çatması şərt deyildir.

Bütün bu izah etdiklərimizdən başa düşülməlidir ki, Qaraqanın gətirdiyi şübhə əslində ağıl sahibləri yanında bir şeyə dəyməz. Başa düşülməlidir ki, din buna ilk əvvəldən cavabını verib.

49.267261 2.453296

Peyğəmbər və din gəlməmiş insanların halı necə olacaq?

19 Çərşənbə axşamı Yan 2016

Posted by science1985 in Digər peyğəmbərlər və dini suallar haqqında

≈ Bir şərh yazın

İslam terminologiyasında peyğəmbərlərin sözlərinin çatmadığı insanlara, qövmlərə fətrə əhli deyirlər. İslam dini bizə öyrədir ki, insanların dünyadakı adları heç də onların Axirətdəki adları ilə eyni olmasını gərəkdirməz. Yəni bu dünyada müsəlman adlandırdıqlarımızın hamısının Cənnətə girəcəyini demirik və bu dünyada kafirlər adlandırdıqlarımızın hamısı Cəhənnəmə daxil olmayacaq. Ona görə də alimlərimiz deyirlər ki, heç bir müsəlmana müəyyən olaraq – “o, cənnətlikdir” – deməyimiz doğru deyildir. İslam dini bu cəhətdən bütün şübhələrin cavabını verib. Bunun təfsilatını növbəti sətrlərdə izah etməyə çalışacam və fətrə əhli haqqında önəmli olan məlumatları paylaşacam.Allahu Təalə buyurur: “Kim doğru yolla getsə, xeyri onun özünə olar, kim azğınlığa düşsə, ziyanı da onun öz əleyhinə olar. Heç bir günahkar başqasının günahını daşımaz. Biz elçi göndərməmiş (heç kəsə) əzab vermirik.” [əl-İsra, 15] Allahın bu sözlərindən iki möhtəşəm ədalət prinsipini öyrənə bilirik. Allah heç kəsə başqasının günahına görə cəza verməz və Allah heç kəsi haqq barədə xəbərdar etmədən əzaba tabe tutmaz. Allahın elçilərinin sözündən xəbərsiz olan insanlara biz yuxarıda dediyimiz kimi fətrə əhli deyirik.
Allahın elçisi – salləllahu aleyhi va səlləm – buyurur: “Qiyamət günü dörd qrup insan olacaq: heç bir şey eşitməyən kar insan, dəli insan, çox yaşlı insan və fətrə halında ölən insan; Kara gəldikdə deyəcək: “Rəbbim, İslam gəldi və mən bir şey eşitmirdim.” Dəli isə deyəcək: “Rəbbim, İslam gəldi və uşaqlar mənə təzək atırdılar.” Çox yaşlıya gəldikdə isə deyəcək: “Rəbbim, İslam gəldi və mənim ağlıma heç bir şey batmırdı.” Fətrə halında ölən isə deyəcək: “Rəbbim, sənin elçin mənə gəlmədi.” Allah onlardan daha sonra itaət etməklərinə dair söz alacaq, daha sonra onlara atəşə daxil olmaqlarını tələb etmək üçün adam göndərəcək. Muhəmmədin canı əlində olan Allaha and olsun ki, əgər daxil olsalar onlar üçün sərin olacaq və salamat olacaqlar.” Beləliklə də biz peyğəmbərin bu sözlərindən başa düşürük ki, qeyri-müsəlmanların arasında üzrlü olanlar vardır ki, onlar Qiyamət günü Ərasatda sınağa çəkiləcəklər. Biz həmin sınağın necəliyini tam dərk edə bilməsək də bu sınağın adil və müvazinətli bir sınaq olduğundan əminik, çünki dinimiz bizə Allahın adil olduğunu öyrədir.

Bütün bunlar kasıb ilə zənginin misalına bənzəyir. Kasıbın malı olmasa da ən kiçik şeylər belə kasıbı xoşbəxt edir, zəngin isə malı çox olduqca ən kiçik şeylərə sevinmək şansını itirir və gündəlik həyatında sevinməsi üçün kasıbdan çox mal xərcləməli olur və bu, ilahi müvazinətdir. Bu dünyada haqqı bilən müsəlman üçün sınaq o haqqın haqqını ödəməkdir, bu dünyada qeyri müsəlmanlar üçün sınaq isə haqqı axtarmaqdır və haqqı tapdıqdan sonra onu inkar edənə üzr yoxdur, axtarmağına rağmən haqqı tapa bilməyənlər üçün isə Qiyamət günü Ərasatda xüsusi sınaq olacaq və bu sınaq da dünyada müsəlmanların sınağı bərabərində bir sınaq olacaq.

Əlavə olaraq baxın:

http://www.sorularlaislamiyet.com/qna/160312/her-ummetin-bir-peygamberi-vardir-yunus-47-ayeti-gore-her-millete-bir-peygamber-gonderildigine-gore-fetret-devrinde-ummetlere-peygamberlerin-gelmemesi-bir-celiski-olmaz-mi.html

Quranda adı çəkilən peyğəmbərlərin çoxu niyə orta-şərqə göndərilib?

09 Bazar Noy 2014

Posted by science1985 in Digər peyğəmbərlər və dini suallar haqqında

≈ Bir şərh yazın

Çünki bu bölgə, yəni orta-şərq sivilizasiyanın beşiyi olmuşdur. İnsanlığın böyük hissəsi bu bölgələrdə yaşamışdır. Onsuzda o dövrdə dünya üzərində insanların sayı 170-200 milyondan çox deyildi və bu 170-200 milyonun çox hissəsi orta şərq bölgələrində yaşıyırdılar.

Eramızdan əvvəlki illərdə yaşayan insanların sayı barədə aşağıdakı statistikaya baxaq:
e.ə 10000 1 milyon insan
e.ə 8000 5 milyon insan
e.ə 6500 5 milyon insan
e.ə 5000 5 milyon insan
e.ə 4000 7 milyon insan
e.ə 3000 14 milyon insan
e.ə 2000 27 milyon insan
e.ə 1000 50 milyon insan
e.ə 500 100 milyon insan
e.ə 400 162 milyon insan
e.ə 200 150 milyon insan
eramızın 1-ci əsri 170-200 milyon insan

1.png

Mənbə (1) :https://www.census.gov/population/international/data/worldpop/table_history.php

Yəni ki, eramızdan öncə dünya üzərindəki əhali sayısı elə də çox olmayıb. Eyni zamanda dünya üzərində əhalinin böyük qisminin bu bölgələrdə yaşaması, bu bölgələrə daha çox peyğəmbər göndərilməsinin əsas səbəblərindən biridir.Sonradan İnsanlığın sayı artınca digər bölgədəki insanların sayıda artıb.Buna görədə tarixin ən qədim və böyük mədəniyyətə sahib şəhərləri bu bölgələrdə mövcud olmuşdur. Bu baxımdanda bu bölgələrə daha çox peyğəmbər göndərilmişdir.

Qədim dövrlərdə insanların böyük əksəriyyətinin orta-şərqdə yaşaması barədə tarixi-arxeoloji dəlillər mövcuddur:
1) Ən qədim böyük və əzəmətli şəhərlərin bu bölgədə yerləşməsi
2) Əkinçiliyə keçidin ilk dəfə bu bölgədə olması

Tarixçilər Tertius Chandler, Gerald Fox, və George Modelski insanlıq tarixinin gördüyü ən böyük 16 şəhəri seçmişdir.Bu 16 şəhərdən 7-si miladdan öncəyə aiddir.Və biz burada eramızdan öncəki şəhərlərə baxacağıq.Çünki müxaliflərin “peyğəmbərlərin çoxu niyə orta şərqdəndi?” deyə ünvanlandıqları sualdakı peyğəmbərlərin böyük əksəriyyəti eramızdan öncə yaşamışdır. İstisna olaraq Hz İsa 1-ci əsrdə, Hz Muhammed isə 7-ci əsrdə yaşamışdır.

Tertius Chandler, Gerald Fox, ve George Modelskinin miladdan öncə mövcud olmuş 7 ən böyük şəhərdən 6-sı orta şərqdə yalnız 1-i Çində yerləşmişdir. (2)

Bu 7 şəhər aşağıdakılardır:
1) Fələstinin qərbində yerləşən miladdan öncə 7000-2000 –ci illər arasında mövcud olmuş “Eriha” şəhəri
2) Miladdan öncə 3500 -2000 ci illərində mövcud olmuş Şumerlərin “Uruk” şəhəri
3) Miladdan öncə 2500-cü illərdə mövcud olmuş Mesopotimayın mərkəzində yerləşən “Mari” şəhəri
4) Miladdan öncə 2100-cü illərdə mövcud olmuş Bəsrə körfəzi yaxınlığındakı “Ur” şəhəri
5) Miladdan öncə 1300-cü illərdə mövcud olmuş Çində “Yinxu” şəhəri
6) Milladdan öncə 700-cü illərdə mövcud olmuş “Babil” şəhəri
7) Milladdan öncə 300-cü illərdə mövcud olmuş Tunisin yaxınlığında yerləşən “Karfagen”

Miladdan öncəyə aid dünyada mövcud olmuş 7 ən böyük şəhərdən 6-sının orta-şərqdə olması bu bölgədə yaşayan əhalinin digər bölgələrdə yaşayan əhalidən qat –qat çox olduğunu göstərir.

Eyni zamanda bildiyimiz kimi Miladdan əvvəl on minli illərdə insanlıq tarixindəki ən əhəmiyyətli anlardan  biri olan əkinçiliyə keçişlə birlikdə əhali sahəsində bir inqilab yaşanmışdır. İnsanlıq tarixində böyük bir inqilab olan à Taxıl istehsalı və heyvanların əhilləşdirilməsi və əhalinin oturaq həyata keçməsi əkinçiliklə baş vermişdir.Əkinçiliyə ilk olaraq orta şərqdə “Bərəkətli Hilalda” keçilmişdir (3). Bu isə qədim dövrlədə bu bölgənin əhalisinin sayının çox olmasını göstəricisidir.

Eyni zamanda əhalinin artımında çox mühüm rol oynayan əkinçiliyə keçid inqilibadı məhz bu orta-şərq bölgəsində “Bərəkətli Hilal” adlanan yerdə baş vermişdir.

Lakin bununla belə bəzi ayələrdə digər bölgələrə göndərilmiş peyğəmbərlərədə işarə vardır.
1. And olsun əncirə və zeytuna!
2. And olsun Sinay dağına!
3. And olsun bu təhlükəsiz şəhərə (Məkkəyə)!

Burada Əncir və Zeytundan qəsd peyğəmbərlərin vəhy aldıqları yerlər nəzərdə tutulur.
Bəzi bu iki kəlmə “əncir” və “zeytun” meyvələri şəklində anlaşılmışdır. Lakin ayələrin bir-biri ilə bağının olduğunu nəzərə alaraq sözü gedən kəlmələri meyvə olaraq deyil, bölgə şəklində anlamaq daha doğru olar. Çünki ardınca gələn digər 2 ayədə məhz iki bölgənin adı zikr olunur. Meyvə və bölgə arasında bir bağ qurmaq mümkün olmadığına görə bunların da bir bölgə olduğu qənaəti daha güclüdü.

.
Quranda keçən ayələrdən məlum olduğu kimi, Sina dağı Hz Musanın, təhlükəsiz yer olan Məkkə isə Hz Muhammedin vəhy aldıqları yerlərdir. Zeytun dağı, zeytun və ya zeytun ağacı: Hz. İsanın vəhy aldığı mübarək və müqəddəs qılınmış bölgəni simvollaşdırır.

Lakin ayədə keçən “Əncir” dən qəsdin hansı peyğəmbərin vəhy aldığı yer barədə ixtilaflar vardır (4). Lakin bunnan qəsdin budda-nın vəhy aldığı əncir ağacının olması fikirli daha qənaətbəxşdir.Buddist inancına görə; Siddhartha Gautamanın bir əncir ağacının altında oyanmış, yaşamış və beləcə Buda (oyanmış) olmuşdur. Bu səbəblə əncir (Bodhi) ağacı, o gündən bəri Budist sənətində bir simvol olaraq istifadə edilməkdədir. Əncir ağaclarına Budist məbədlərində və cədvəllərində tez-tez yer verilmişdir. (5)

Bu baxımnan Budda-da peyğəmbər ola bilər.Lakin buddanın gətirdiyi mesajı sonradan təhrif olub şirk dininə çevrilə bilər.Necəki xristianlar Hz İsanın gətirdiyi ilahi mesajı təhrif etdilər.Buddanın gətirdiyi mesaj təhrif olmasına baxmayaraq onun adına əsrlər sonra Tripitika kimi uydurma kitablar yazılsada buddist inancında bəzi şeylər az bir şəkildə təhrifə uğramadan bizim dövrümüzə çata bilər. Məsələn buddizmdə öldürmək, oğurluq etmək, zina etmək, yalan danışmaq, içki içmək qadağan edilmişdir.

Qısaca demək olarsa Buddanın Çinə göndərilmiş bir peyğəmbər ola bilər.Hal hazır ki, buddist inancın şirklə dolu olması buddanın gətirdiyi mesajın təhrif olduğunu göstərir. Tin surəsi 1-ci ayəsində peyğəmbərlərin vəhy aldıqları yer olaraq bildirilən “Əncir” ağacının buddanın vəhy aldığı yer olması fikiri daha güclüdü.

NƏTİCƏ:
1 Qurana əsasən bütün millətlərə elçilər göndərilmişdir.Mövcud arxeoloji dəlillər bunu sübut edir.
2 Quranda adı keçən peyğəmbərlərin çoxunun orta-şərqdən çıxmasının əsas səbəbi bu bölgələrdə dünya üzərindəki əhalisinin böyük hissəsinin yaşaması, iri şəhərlərin və sivilizasiyaların burda yerləşməsi
3 Qurani Kərimdə Çinə göndərilən peyğəmbərlərə dair işarənin olması

Mənbələr:

1.https://www.census.gov/population/international/data/worldpop/table_history.php

2. –http://www.thejournal.ie/greatest-cities-ever-774141-Feb2013/#slide-slideshow7

–http://books.google.az/books?id=cXuCjDbxC1YC&pg=PA26&dq&hl=en&redir_esc=y#v=onepage&q&f=true

–http://en.wikipedia.org/wiki/List_of_largest_cities_throughout_history

–http://onedio.com/haber/insanlik-tarihinin-gordugu-en-buyuk-16-sehir-69505

–http://www.sabah.com.tr/fotohaber/turizm/dunyanin-en-eski-sehirleri?albumId=55342&tc=54&page=4

3. http://en.wikipedia.org/wiki/Fertile_Crescent
http://www.acikders.org.tr/pluginfile.php/4145/mod_resource/content/1/TUBA2.pdf

4. http://www.islamquest.net/az/archive/question/fa20021

5. http://tr.wikipedia.org/wiki/Bodhi_ağacı

Niyə bütün peyğəmbərlər orta-şərqə gəlib?

09 Bazar Noy 2014

Posted by science1985 in Digər peyğəmbərlər və dini suallar haqqında

≈ Bir şərh yazın

Bütün peyğəmbərlərin Orta şərqə göndərildiyi iddiası səhvdir və Quranın iddiaları ilə açıqca ziddiyyət təşkil edir. Bu ayələr bunu açıqca ortaya qoyur:

“Həqiqətən, Biz səni haqla müjdə verən və qorxudub xəbərdar edən olaraq göndərdik. Elə bir ümmət yoxdur ki, ona xəbərdar edən bir peyğəmbər gəlmiş olmasın.” (35-Fatır 24)

Biz hər ümmətə: “Allaha ibadət edin, tağutdan uzaq olun”– deyə, elçi göndərdik. (16-Nahl 36)

“Səndən əvvəl elçiləri xalqlarına açıq-aşkar dəlillərlə göndərdik. Cinayət törədənləri də cəzalandırdıq. Möminlərə yardım etmək Bizim borcumuz idi.” (30-Rum 47)

Bu səbəbdən bu sual mənasızdır, çünki peyğəmbərlər yalnız Ərəb yarımadası və ətrafına deyil, hər cəmiyyət və millətə göndərilmişdir. Necəki müasir antropolji tapıntılar bunu təsdiq edir. İstər Mesapotamiyada, istərdə Misir’ də edilən araşdırmalar nəticəsində, qədim mədəniyyətlərdə saysız tanrı və müqəddəs varlıq inancına rast gəlinir. Ancaq araşdırmalar dərinləşdikcə belə bir həqiqət ortaya çıxır:
Bütün bu tanrı, yarı-tanrı varlıqlar arasında bir uyğunluq mövcuddur. Və hamısının üzərində tək bir tanrı var. Bu həqiqət, istisnasız bütün çox tanrılı inanclardada belədir. Yəni çox tanrılı dinlərin içində, hər zaman tək tanrılı bir din gizlidir. Bu həqiqəti ilk olaraq ortaya çıxaran antropoloq, Oxford Universitetindən Stephan Langdon idi. Langdon 1931-ci ildə əldə etdiyi tapıntıları elm dünyasına çatdırarkən, çatdığı bu nəticələndirərin heç gözləmədiyi bir şey olduğunu da etiraf etməkdə idi. Çünki onun tapıntıları dinlərin təkamülü inanışının tamamilə tərsinəydi. Xüsusilə bütün dünya mədəniyyətlərini təsir etmiş olan Şumerler üzərinə edilən qazıntı və araşdırmalar, başlanğıcda qətiliklə tək tanrılı bir dinin var olduğunu, ancaq zamanla pozularaq çox tanrılı bir inanc halına gəldiyini qəti olaraq sübut etdi.

Ancaq bu gün hələ qədim Şumer yazılarında “Nuh Tufanı” kimi Tövrat, İncil və Quranda bəhs edilən hadisələrə bənzər hadisələrin izlərini görən bir sıra araşdırmaçılar, bu işarələri tərsindən oxuyaraq müqəddəs kitabların mənşəyini bu Şumer yazılarına bağlamağa çalışmaqdadırlar. Söz mövzusu idddiaya görə, Tövrat və İncil bu qədim Şumer kitabələrindən yığılmışdır. Hətta Quran belə-haşa- qədim Şumerden qalma söz-söhbətlərin təsiriylə ortaya çıxmış bir kitabdır. Halbuki bu ortaq mövzuların izi, ilk insan ilk peyğəmbər Hz. Adəm ilə başlayan həqiqi insanlıq tarixinin ip uclarını göz önünə sərməkdədir.Tövratda, İncildə və Quranda keçən tufan hadisəsinin, Şumer kitabələrindədə də keçməsi, bizlərə tək bir şey söyləyər: Dinlərin tək bir ilahi qaynaqdan gəldiyini…

İllər sonra Tell-Esmar adındakı qədim bir şumer şəhərində edilən qazıntıların nəticəsi də eyni həqiqətə işarə edirdi. Qazıntı işlərini idarə edən Henry Frankfortun rəsmi hesabatında bildirdiyinə görə, dinlər insanların təbiət hadisələrinə, pis ruhlara tapınmalarıyla ortaya çıxmış deyillər idi. Başlanğıcda tək bir ilahı olan din, zamanla təhrif edilmiş və iman edilən ilahın sifətləri başqa başqa tanrılar şəklində ortaya çıxmışdı.Aydın olan o ki, söz mövzusu qövm, özlərinə bir olan Allaha dəvət edən peyğəmbərlərindən sonra, Rəblərinin sifətlərində səhvə yol vermişlər və tövhid əqidəsindən sapmışlar idi. Elm bizə bunu söyləyirdi. Məsələn, möhürlərin üzərindəki şəkillərdə ümumiyyətlə ilahlara edilən tapınmalar təsvir edilir. Ancaq bu şəkillərin bütünündə bu məbəddə yalnız tək bir Tanrı inancının olduğu görülməkdədir. “”Bu səbəblə, ən qədim zamandakı Şumer-Akkad inanc sistemi içində, bu tək İlahın dəyişik sifətlərinin ayrı ilahlar olaraq görülmədiyi aydın olur.” (1)
(Allah son kitabı Quran da belə azmış qövmlərdən, onların başlarına gələn fəlakətlərdən, özlərinə yol göstərici olaraq göndərilən peyğəmbərlərin və o peyğəmbərin qövmləriylə olan mübarizələrindən, çox bəhs edilməkdədir.)

MİSİR, HİNDİSTAN VƏ DİGƏRLƏRİ
Şumerlərdə görülən degenerasiya, tanrılarıyla və fironlarıyla məşhur Misir mədəniyyətində də görülmüşdü. Misirlilər də ilk başlarda tək tanrılı bir inanca sahib idilər, ancaq Misir dini pozuldu və saysız ilahlar ortaya çıxdı. İş bununla da qalmayıb, krallarına belə üluhiyyət verərək, onları da, bir yarı-tanrıya çevirdilər. Və beləcə Misir, bir fironlar mədəniyyəti halına gəldi.

Tək tanrılı bir dindən çox tanrılı dinə keçişə ən təəccüblü və canlı nümunə, Hind mədəniyyətidir. Tarixi keçmişi, Şumer və Misir qədər olmasa belə, qədim bir mədəniyyət olan Hindlilərdə bu gün belə adları alt alta yazılsa, yüzlələrlə,minlərlə çox tanrı ortaya çıxar. Ancaq Hindlilərin müqəddəs Veda kitabını araşdıran araşdırmaçı Max Müllerin ifadəsiylə,  Vedada tək tanrılı inanc çox tanrılı inancdan daha qədimdir.

–“Tək və sonsuz bir tanrının xatirəsi, göyü bir sis kimi örtən bütpərəst anlayışın içində mavi göyün meydana çıxması kimi meydana çıxar” (2)

Gələk Yunan tanrılarına. Eynilə digər nümunələrdə olduğu kimi, Qədim Yunanlarda da, bir din degenerasiyası və haqq dindən uzaqlaşma görülməkdədir.
Qədim Yunan dini inancları üzərinə araşdırmalar etmiş olan Axel W. Persson, Tarix Əvvəli Yunan adlı əsərində söylə deyər:
“İlk başdan bəri mövcud olan Tək Tanrı, daha sonra Yunan əfsanələrinde gördüyümüz saysız tanrıya çevrilmişdir. Mənə görə, bu vəziyyət, tək və bir olan tanrının sifətlərinin zamanla fərdiləşdirilməsindən qaynaqlanmışdır.” (3)

“Eyni təhrifatın izlərini İtaliyada da görmək mümkündür. Arkeolog Rosenzweig, “erkən Etrusk dövrünə təsadüf etmiş Iguvine mənbələri üzərində etdiyi araşdırmalarda “ilahlar ilk olaraq sifətlərin dəyişik xüsusiyyətlər olaraq şərh olunmasından ortaya çıxmaqdadır” deməkdədir (4)

Daha geniş burdan oxuya bilərsiz:
(5) İngiliscə http://custance.org/Library/Volume4/Part_II/chapter1.html
Türkcə http://blog.radikal.com.tr/Sayfa/kuran-semavi-kitaplar-ve-eskilerin-masallari-27559

XRİSTİANLIQ VƏ YƏHUDİLİK

Hər nə qədər bu gün yer üzündə olan üç Tək Tanrılı dindən ikisi sayılsalar belə Yəhudilərin Tövratı, Xristianların isə İncili təhrif etmələri, insanlıq tarixinin gördüyü ən son iki din degenerasiyasıdır. Bilindiyi kimi, Tövrat, Hz. Musaya vəhy edildiyi kimi qalmamış, əsrlər boyu Yəhudi alimlərin tərəfindən dəyişdirilmiş və yenidən yazılmışdır.
İncilin vəziyyəti də Tövratdan fərqli deyil. Bu gün dörd dəyişik İncil mövcuddur və aralarında ciddi ayrılıqlardır. Əsrlərcə Xristian alimləri də eynilə Yəhudilər kimi İncili təhrif edib dəyişdirmişlər. Ancaq Xristian aləmindəki əsl böyük təhrif , ‘teslis’ inancıdır. Xristianlar, ata-oğul və müqəddəs ruh üçləməsiyle (teslis nəzəriyyəsi) tövhiddən uzaqlaşmışlar və Hz. İsaya Allahın qulu və elçisi olaraq deyil də uluhiyyətin bir parçası və ortağı nəzəriylə baxmağa başlamışlar.

Mənbələr:

1) (H. Frankfort, Third Preliminary Report on Excavations at Tell Asmayar (Eshnunna): Quoted by P. J. Wiseman en New Discoveries en Babylonia about Genesis, Marshall, Morgan and Scott, s. 24. )
2) .”(Max Muller, History of Sanskrit Literature: Quoted by Samuel Zwemer, s. 87 )

3) ( Axel Persson, The Religion of Greece en Prehistoric Times, University of Kaliforniya Press, 1942,s. 124 )

4.” (Book review, American Journal of Archaeology, 43 (1939): ss. 170-171 )

5. http://custance.org/Library/Volume4/Part_II/chapter1.html

http://blog.radikal.com.tr/Sayfa/kuran-semavi-kitaplar-ve-eskilerin-masallari-27559

Çolaq Addım

Çolaq Addım

Mövzular

  • Adəm peyğəmbər haqqında iddialara cavab
  • Allah Təala (c.c) haqqında suallara cavablar
  • Alın yazısı haqqında suallara cavablar
  • Ateist iddialarına cavablar
  • Cənnət və Cəhənnəm, ölümlə bağlı suallara cavablar
  • Digər peyğəmbərlər və dini suallar haqqında
  • Fəlakətlər: aclıq və xəstəliklər
  • Kainat və astrofizika – Yaradılış dəlilləri
  • Köləlik və cariyəlik
  • Məhəmməd peyğəmbərə (s.a.v) qarşı iddialara cavablar
  • Musa peyğəmbər (a.s) haqqında iddialara cavab
  • Namaz, oruc, həcc ziyarəti ilə bağlı suallar
  • Niyə İslam?
  • Nuh peyğəmbər (a.s) haqqında iddialar
  • Qadınlar haqqında suallara cavablar
  • Quran ayələrindəki möcüzələr
  • Qurana qarşı iddialara cavablar
  • Ruh haqqında
  • Süleyman peyğəmbərlə bağlı iddialara cavablar
  • Terror və müharibə
  • Təsadüf haqqında
  • Yaxşılıq, xeyriyyəçilik
  • İnsan və təbiət – Yaradılış dəlilləri
  • İsa peyğəmbər (a.s) haqqında iddialar
  • İslam və müsəlmanlar
  • İslamda elm və mədəniyyət
  • İslamın zorla yayılmasına dair iddialara cavablar

Bloq Statistikası

  • 102. 292 hits
Follow Dini suallar on WordPress.com

Ən Populyar Yazılar & Səhifələr

  • "Quranda yerin düz (yastı) olduğu yazılıb" iddiasına cavab
    "Quranda yerin düz (yastı) olduğu yazılıb" iddiasına cavab
  • MÖCÜZƏLƏR BAŞ VERƏ BİLƏRMİ?(Elmi, fəlsəfi, dini yazı)
    MÖCÜZƏLƏR BAŞ VERƏ BİLƏRMİ?(Elmi, fəlsəfi, dini yazı)
Follow Dini suallar on WordPress.com

Son şərhlər

İskəndəriyyə kitabxanasının ya… üçün Ləman
“Nəhəng kainatdakı kiçik… üçün Ləman
Peyğəmbər (s.a.v) hz.Aişə (r.a… üçün science1985
Peyğəmbər (s.a.v) hz.Aişə (r.a… üçün Zaur
İddia: Quranda Kəhf surəsinin… üçün Qorxmaz
İsa peyğəmbərin (a.s) yaşaması… üçün Məmmədzadə Sədail

WordPress.com-da pulsuz sayt və ya bloq yarat. Mövzu: Chateau tərəfindən Ignacio Ricci.

Privacy & Cookies: This site uses cookies. By continuing to use this website, you agree to their use.
To find out more, including how to control cookies, see here: Cookie Policy
  • İzlə İzlənir
    • Dini suallar
    • Already have a WordPress.com account? Log in now.
    • Dini suallar
    • Özəlləşdir
    • İzlə İzlənir
    • Qeydiyyatdan keçin
    • Giriş
    • Bu mühtəviyyat barəsində raport ver
    • View site in Reader
    • Manage subscriptions
    • Bu çubuğu daralt
 

Şərhlər Yüklənir...