• Haqqımızda

Dini suallar

~ Dini mövzularda sual-cavablar

Dini suallar

Kateqoriya Arxivləri: Fəlakətlər: aclıq və xəstəliklər

Allah ruzi verirsə, niyə ac insanlar var? (İsra/31)

21 Cümə axşamı Yan 2016

Posted by science1985 in Fəlakətlər: aclıq və xəstəliklər

≈ Bir şərh yazın

Allah Təala belə buyurur:
(17 – İSRÂ) الإسراء / 31- Yoxsulluq qorxusundan uşaqlarınızı öldürməyin. Axı onların da, sizin də ruzinizi Biz veririk. Onları öldürmək, həqiqətən də, böyük günahdır.

Adətən, ateistlər bu ayəni göstərib soruşurlar ki, əgər Allah hamıya ruzi verirsə, niyə dünyada ac insanlar var?

CAVAB:

Burda əsas problem ondadır ki, bu sualı verən ateistlər Allahın ruzi verməsini sanki “göydən sehrli süfrənin enməsi” kimi təsəvvür edirlər. Bu düşüncə tərzi çox səhvdir.

Bəs Allahın insanlara ruzi verməsi nədir?

Məsələn, Allah Təala Azərbaycan məmləkətinə neft, təbii qaz, qızıl və s. yeraltı və yerüstü təbii resurslar verib ki, insanlar öz ağılları ilə bunlardan səmərəli istifadə edib faydalansınlar, firavan yaşasınlar, ac qalmasınlar. Allahın insanlara verdiyi ruzi bax budur.

Amma ölkədə hazırkı rüşvətxor hökumət və məmurlar neft-qaz satışından gəlirləri israf edir, talayır və düzgün iqtisadi-siyasi idarəçilik sistemi yoxdur. Nəticədə xalq kasıb yaşayır. Lakin Norveç hökuməti ağlını işlədib neft-qazdan gələn pulları səmərəli istifadə edir və xalqı zəngin yaşayır. Fərqi görürsünüzmü?

Başqa bir misal.

Yaponiya ve C. Koreya tebii resurslardan demək olar ki, məhrum ölkelerdir. Üstəlik Yaponiyada tez-tez zəlzələlər olur. Bəs onlar niyə ac və yoxsul deyillər? Bəs niyə bu qədər yüksək tərəqqi ediblər?

Bəlkə Allah gəlib onlara necə avtomobil, telefon, komputer, və robotlar düzeltmeyin sirrini öyredib?

Bəlkə bu gün onların sahib olduqları mütərəqqi texnoloji vasitələri Allah göydən sehrli zənbildə hazır endirib?

Yaxud C.Koreya və Yaponiyadan fərqli olaraq Azərbaycanın bu qeder nefti-qazı, qızılı var, bes niye insanların çoxu kasıb veziyyetde yaşayır?

Demək ki, əsas səbəb Allahın verdiyi maddi (neft, qaz, qızıl, gümüş və s) və qeyri-maddi (ağıl, düşüncə, iradə) nemətlərdən necə istifadə etmək məsələsidir. Deməli, əsas səbəb iqtisadi-siyasi və sosial siyasetin nece qurulması və tətbiqi meselesidir.

Məsələn, Afrika qitəsi dörd bir tərəfdən okeanla əhatə olunub.

Əgər Afrikadakı rəhbərlər Allahın onlara verdiyi təbii resurslardan səmərəli istifadə etsəydilər, öz iqdisadiyyatlarını inkişaf etdirərdilər, kənd təsərrüfatı və sənaye komplekslərini qurardılar, Avropada olduğu kimi sutəmizləyici texnologiyaları inkşaf elətdirib okeandan su kanalları çəkərdilər və s.

Qısacası, müharibe, aclıq, xestelik ve s. kimi hadiselerin esas sebebkarı insanlardır. Qeyd etdiyimiz kimi Allah Teala (c.c) dünyada her kese artıqlaması ile bes edecek qeder çoxlu ruziler, tebii resurslar yaratmış ve bunları axtarıb tapmaq, doğru şekilde istifade ve teqsim etmek mesuliyyetini insanların düşünce, irade ve ixtiyarına buraxmışdır. Çünki Allah (c.c) insana ağıl ve azad irade nemeti bexş etmekle onu diger mexluqatdan çox-çox daha şerefli ve üstün etmişdir. Lakin insanların qurduğu edaletsiz idareetme sistemleri neticesinde bezileri çox varlı, bezileri çox kasıb yaşayır, cemiyyetde resurslar düzgün bölüşdürülmür. Eger istenilen cemiyyetde tebii resursların adil idareetme ve bölgü sistemi mövcud olsaydı, çetin ki, yer üzünde aclıqdan eziyyet çeken insanlar tapılardı. Afrikada ve başqa bölgelerde insanların aclıq çekmesinin sebebi Allah (c.c) yox, zalım ve tamahkar insanların qurduğu edaletsiz ve istismarçı prinsiplere dayanan idareetme-bölgü sistemidir. Buna göre de cemiyyetde hedden artıq varlı ve hedden artıq yoxsul ehali qrupları formalaşır.

Allah (c.c) öz kitabında zenginleri acları doyurmağa, sedeqe vermeye, Allah yolunda dünya malını xerclemeye teşviq edir. Eger zengin insanlar xesislik edib bunu etmirse, Allahı nece günahlandırmaq olar?

Quranda Allah Təala buyurur:

(90 – BELED) البلد / 12- Sən nə bilirsən ki, sərt yoxuş nədir?

(90 – BELED) البلد / 13- O, bir kölə azad etməkdir

(90 – BELED) البلد / 14- və ya aclıq günündə möhtaca yemək verməkdir

(90 – BELED) البلد / 15- qohumluq əlaqəsi çatan bir yetimə,

(90 – BELED) البلد / 16- yaxud aclıqdan yerə uzanmış kasıba!

Nəticə:

Beləliklə, Afrika ölkələri sahib olduqları neft-qaz, almaz, uran və s. zəngin nemətlərdən gələn gəlirlər əsasında öz sənaye və kənd təsərrüfatlarını, bütövlükdə iqtisadiyyatlarını inkşaf etdirib bölgəyə kifayət qədər su boruları çəkə bilərdilər. Suvarmaçılq sistemini genişləndirə bilərdilər. Bununla da aclıq və susuzluq problemi çoxdan həll olunardı.

Demək ki, insanları acından öldürən Allah deyil, Allahın yaratdığı nemətləri ədalətsiz şəkildə mənimsəyən zalım və tamahkar rəhbərlərdir. Əgər Allah insanları ac saxlamaq istəsəydi, ağaclarda çeşid-çeşid meyvələr, dənizlərdə çeşid-çeşid balıqlar və dəniz məhsulları, torpaqda növ-növ tərəvəzlər və başqa nemətlər yaratmazdı. Halbuki Allah Təala (c.c) ər-Rəzzaq isminin yer üzündə təcəllisi olaraq dünyada hər kəsi artıqlamasıyla doyuracaq qədər çeşid-çeşid nemətlər yaradıb. Lakin bir çox tamahkar idarəedicilərin acgözlüyü, rüşvətxorluğu, mövcud siyasi-iqtisadi sistemlərin istismarçı xüsusiyyətləri, qida istehlakındakı ifrat israfçılıqlar, qeyri-ekvivalent resurs bölgüsü  səbəbindən bu gün müxtəlif Afrika və Asiya ölkələrində hələ də aclıq və səfalət hökm sürür.
Cahil ateistlər isə bu kimi həqiqətlərə göz yumaraq günahkar kimi yalnız Allahı görürlər.

Quran təbii fəlakətlər haqqında nə deyir?

01 Cümə Avq 2014

Posted by science1985 in Fəlakətlər: aclıq və xəstəliklər

≈ Bir şərh yazın

Yerüzündə niyə təbii fəlakətlər baş verir

Allah insanı mükəmməl yaradıbsa, niyə bu qədər xəstəliklər var?

28 Bazar ertəsi İyl 2014

Posted by science1985 in Fəlakətlər: aclıq və xəstəliklər

≈ Bir şərh yazın

SUAL: Çox vaxt ateistlər sual verirlər ki, əgər Allah insanı mükəməl yaradıbsa, bəs onda niyə bu qədər xəstəliklər və ya xəstə insanlar var?

CAVAB:

Əvvəlcə qeyd edək ki, bu sualı verən şəxs özü mükəmməlliklə ölümsüzlük, əbədilik anlayışlarının fərqini doğru başa düşə bilməyib. Ümumiyyətlə, insan orqanizminin mükəmməl yaradılış dizaynı deyərkən insanın heç bir xəstəliyə məruz qalmayan ölümsüz bir vücuda sahib əbədi canlı olduğu nəzərdə tutulmur. Yəni hər bir insan fitrətən ölümlü canlıdır. Bu səbəbdən də əbədi ola bilməz. Demək ki, mükəmməl dizayn olunmuş orqanizm deyərkən insanın mütləq xəstəliksiz və ölümsüz, mütləq mükəmməl və hər şeyə qadir bir canlı olduğu fikri qəsd edilməz. Çünki bu sifətlər yalnız və yalnız Allah Təalaya xasdır. Burdan anlaşılır ki, Allah Təala xaricində mükəmməllik məfhumu nisbilik xarakteri daşıyır. Çünki ölümlü, sonlu bir varlıq olan insan mütləq mənada mükəmməl ola bilməz.

Heç bir insanoğlu bu dünyada əbədi, sonsuz və başdan-sona firavan bir həyat yaşamaq üçün yaradılmayıb. İnsanın bu dünyadakı yaradılış və yaşam qayəsi zatən bu deyil. Qurani-Kərimdə də bildirildiyi üzrə bütün insanlar sonlu və ölümlü bir varlıq olaraq yaradılıblar. Quranda bu haqda belə buyrulur:
(29 – ANKEBÛT) العنكبوت / 57- Hər bir kəs (hər bir canlı) ölümü dadacaqdır. Sonra da (qiyamət günü) hüzurumuza qaytarılacaqsınız!

Demək, məhz bu səbəbdən də Allah Təala (c.c) kainatda insanın sonunu (əcəlini) gətirəcək bir çox gizli və açıq səbəblər xəlq etmişdir ki, fərqli canlı və cansız ünsürlərin hər biri bu səbəblərin icraatında müxtəlif rol oynamaqdadırlar. Yer üzündə müxtəlif xəstəliklərin, zərərverici və virusların varlığı misalı da buna ən sadə bir örnəkdir.

Digər tərəfdən xəstəliklərin mövcudluğu səbəbini izah etməyə çalışsaq, yəqin ki, məsələyə başqa aspektdən də yanaşmaq olar. Bilindiyi kimi yaradılış etibarilə insan fitrətinə xas olan bir sıra fiziki məhdudiyyətlər vardır. Yəni insanın fiziki və zehni bacarıqları heç də sərhədsiz və sonsuz imkanlara malik deyildir. Ən bəsit formada izah etsək, məsələn, insan quş kimi uça bilmək qabiliyyətinə sahib deyil, at kimi sürətli qaça və ya balıq kimi sürətli üzə bilmir, fil kimi fiziki güclü deyil, səhra canlıları kimi çox isti və qütblərdə yaşayan canlılar kimi kəskin soyuğa qarşı dözümlü deyil və s.

İndi belə bir sual qoyaq:

İnsan orqanizminə xas müxtəlif fiziki məhdudiyyətlərin mövcud olması yaxşıdır yoxsa pis?

Əlbəttə, ilk baxışda bu cür məhdudiyyətlərin olması bəlkə də mənfi təəssürat yarada bilər. Əslində isə belə deyil. Gəlin məsələni bəzi suallarla izah edək:

– Əgər insan quşlar kimi yüksəklərdə uça bilsəydi, onda heç ağlını işlədib təyyarə, helikopter kimi uçan aparatları kəşf etməyə ehtiyac duyardımı? Xeyr.

– Əgər insan at kimi sürətli qaça və uzun məsafələr qət edə bilsəydi, onda öz zehni potensialını ortaya qoyub avtomobil, motosiklet və digər motorlu nəqliyyat vasitələri icad etməyi düşünərdimi? Xeyr.

– Əgər insan su canlıları kimi dənizdə və su altında uzaq məsafələrə üzmək imkanlarına sahib olsa idi, onda  qayıqlar, katerlər, gəmilər, sualtı gəmilər ixtira etməyə gərək duyardımı? Xeyr.

– Əgər insan fil kimi fiziki gücə malik olsaydı, onda traktor, kran, kombayn, ağır tonajlı yük maşınları, avtomatlaşdırılmış istehsal sistemləri və s. düzəltməyə həvəsli olardımı? Xeyr.

– Əgər insan səhra heyvanları kimi istiyə yaxud qütb heyvanları kimi soyuğa dözümlü olsa idi, onda kondisioner və başqa isitmə-soyutma sistemləri kimi modern texnologiyalar kəşf edərdimi? Xeyr.

Göründüyü kimi fiziki məhdudiyyətlərin olması əslində bir çox cəhətdən yaxşıdır. Çünki insanın zehni inkişafına təkan verən ən əsas səbəblərdən biri məhz həmin fiziki məhdudiyyətlərin mövcudluğudur. Bu məhdudiyyətlərin öhdəsindən gəlməyə çalışan insanoğlu yeni-yeni kəşflər edərək elmi tərəqqini daha da sürətləndirir.

Eyni fikirləri xəstəliklər haqqında da söyləmək olar. Təsəvvür edin ki, müəyyən bir xəstəliyin səbəbləri və müalicə yollarını öyrənmək üçün alimlər aylarla, bəzən illərlə araşdırmalar aparmalı olurlar. Bu araşdırmaların gedişatında təbiətin və canlı orqanizmlərə aid müxtəlif sahələr tədqiq olunur, yeni-yeni faydalı biliklər qazanılır, yeni elm və araşdırma sahələri ortaya çıxır və s. Yuxarıdakı sualımızı bir qədər fərqli formada burda da təkrarlayaq:

– Əgər yer üzündə xəstəliklər olmasa idi, onda tibb elmi və onunla bağlı olan digər müxtəlif elmi-praktiki sahələrin (anatomiya, fiziologiya, genetika, nevrologiya, biologiya, kimya və s.) inkişafı üçün stimul olardımı?  Əlbəttə ki, xeyr.

Deməli, müxtəlif xəstəliklərin mövcud olması insanı fərqli müalicə üsulları tapmağa məcbur edir. Nəticədə, insan öz ağlını işlədərək təbiəti araşdırır, canlıların fiziki-bioloji quruluşunu və maddələrin kimyəvi tərkibini öyrənir, təcrübələr aparır, laboratoriyalar düzəldir, tədqiqat cihazları və metodları icad edir və sairə. Beləliklə, xəstəliklərin olması dolayı yolla insanın zehni inkişafına və yeni elmi kəşflərə imza atmasına zəmin yaradaraq sanki gizli motivator rolunu oynamış olur.

Məsələyə digər aspektdən yanaşsaq, əlbəttə ki, xəstəliklərin mövcud olmasının insanı Allah Təalanın (c.c) bəxş etdiyi sağlamlıq neməti haqqında düşünməyə və şükr etməyə vadar edən ibrətamiz cəhəti də vardır.

Xəstəliklər həm də insanoğluna öz acizliyini, ölümü və əbədi olmadığı gerçəyini xatırladan ilahi bir mesajdır. Bəlkə də başqa vaxtlarda axirəti unudaraq başı yalnız dünya həyatına qarışmış insanoğlu xəstələnib yatağa düşüncə dünya zövqlərinin fani və keçici olduğunu bir daha anlayır, düşünür və günahlardan tövbə edərək daha çox dua, istiğfar edir. Başqa sözlə, xəstəlik bir növ insanın həyata baxış fəlsəfəsini dəyişir, onu öz yaradılış qayəsi üzərində təfəkkür etməyə sövq edir. Demək ki, xəstəliklərin var olma hikmətlərindən biri də insanı Rəbbinə yaxınlaşdırmağa vəsilə olmasıdır.

Bəli, göründüyü kimi əslində xəstəliklərin mövcud olmasının da insanoğlu üçün bir çox zehni faydaları və hikmətləri vardır. Allah Təala (c.c) heç nəyi səbəbsiz və boş yerə yaratmamışdır. Bu səbəbdən də xəstəliklərin varlığı məhz ilahi nizamın bir parçasıdır.

Afrikada insanlar niyə acdır?

16 Çərşənbə İyl 2014

Posted by science1985 in Fəlakətlər: aclıq və xəstəliklər

≈ Bir şərh yazın

  
Dünyada ac və yoxsul insanların olmasının, müharibələrin və xəstəliklərin olmasının səbəbkarı Allah Təala (c.c) yaxud da səmavi dinlər deyildir. Səbəbkar zalım insanlar və idarəedicilərdir. Eger Allah Teala (c.c)  yaratdığı qullarını heqiqeten de ac saxlamaq isteseydi, o zaman ağaclarda müxtelif meyveler, torpaqda çeşid-çeşid bitki ve terevezler, denizlerde balıq ve su mehsulları, quruda yaşayan ve qidalandığımız canlılar ve daha sayını bilmediyimiz minlerle ferqli nemetler xelq etmezdi.

Bəli, Allah Təala (c.c) yer üzündə bütün insanlara artıqlaması ilə çatacaq qədər müxtəlif nemətlər yaratmış və insanlara ağıl və iradə vermişdir ki, bu nemətlərdən rasional formada faydalansınlar. Lakin bir sıra zalım insanların qurduğu ədalətsiz idarəetmə və bölgü sisteminin nəticəsi olaraq insanların bir qismi həddən artıq varlı, digər qismi isə həddən artıq kasıbdır. Məs, Allah Təala (c.c) Afrika qitəsinə qızıl, platin, almaz, neft, qaz, dəmir, manqan, titan, xrom, fosfor, qrafit və s. zəngin nemətlər bəxş etmişdir. Amma Avropadakı müstəmləkəçi dövlətlər Afrika xalqlarının sərvətlərini əsrlər boyu istismar etmiş və Afrika xalqlarını kölə halına gətirmişlər. Digər tərəfdən hazırda əksəriyyət Afrika ölkələrindəki korrupsiayaya bulaşmış hakimiyyətlər bu ölkələrdəki xalqların səfalət içində yaşamasının əsas səbəblərindən biridir. Göründüyü kimi insanların öz əlləri ilə törətdikləri pis əməllərə görə Allahı yaxud dinləri günahlandırmaq ən böyük iftira və haqsızlıqdır.

10389014_247070578827297_2501279298190806561_n

Çolaq Addım

Çolaq Addım

Mövzular

  • Adəm peyğəmbər haqqında iddialara cavab
  • Allah Təala (c.c) haqqında suallara cavablar
  • Alın yazısı haqqında suallara cavablar
  • Ateist iddialarına cavablar
  • Cənnət və Cəhənnəm, ölümlə bağlı suallara cavablar
  • Digər peyğəmbərlər və dini suallar haqqında
  • Fəlakətlər: aclıq və xəstəliklər
  • Kainat və astrofizika – Yaradılış dəlilləri
  • Köləlik və cariyəlik
  • Məhəmməd peyğəmbərə (s.a.v) qarşı iddialara cavablar
  • Musa peyğəmbər (a.s) haqqında iddialara cavab
  • Namaz, oruc, həcc ziyarəti ilə bağlı suallar
  • Niyə İslam?
  • Nuh peyğəmbər (a.s) haqqında iddialar
  • Qadınlar haqqında suallara cavablar
  • Quran ayələrindəki möcüzələr
  • Qurana qarşı iddialara cavablar
  • Ruh haqqında
  • Süleyman peyğəmbərlə bağlı iddialara cavablar
  • Terror və müharibə
  • Təsadüf haqqında
  • Yaxşılıq, xeyriyyəçilik
  • İnsan və təbiət – Yaradılış dəlilləri
  • İsa peyğəmbər (a.s) haqqında iddialar
  • İslam və müsəlmanlar
  • İslamda elm və mədəniyyət
  • İslamın zorla yayılmasına dair iddialara cavablar

Bloq Statistikası

  • 102. 293 hits
Follow Dini suallar on WordPress.com

Ən Populyar Yazılar & Səhifələr

  • "Quranda yerin düz (yastı) olduğu yazılıb" iddiasına cavab
    "Quranda yerin düz (yastı) olduğu yazılıb" iddiasına cavab
  • MÖCÜZƏLƏR BAŞ VERƏ BİLƏRMİ?(Elmi, fəlsəfi, dini yazı)
    MÖCÜZƏLƏR BAŞ VERƏ BİLƏRMİ?(Elmi, fəlsəfi, dini yazı)
  • Süleyman peyğəmbərin (a.s) heyvanların dilini bilməsi deyilir. Bu nə dərəcədə məntiqlidir?
    Süleyman peyğəmbərin (a.s) heyvanların dilini bilməsi deyilir. Bu nə dərəcədə məntiqlidir?
Follow Dini suallar on WordPress.com

Son şərhlər

İskəndəriyyə kitabxanasının ya… üçün Ləman
“Nəhəng kainatdakı kiçik… üçün Ləman
Peyğəmbər (s.a.v) hz.Aişə (r.a… üçün science1985
Peyğəmbər (s.a.v) hz.Aişə (r.a… üçün Zaur
İddia: Quranda Kəhf surəsinin… üçün Qorxmaz
İsa peyğəmbərin (a.s) yaşaması… üçün Məmmədzadə Sədail

WordPress.com-da pulsuz sayt və ya bloq yarat. Mövzu: Chateau tərəfindən Ignacio Ricci.

Privacy & Cookies: This site uses cookies. By continuing to use this website, you agree to their use.
To find out more, including how to control cookies, see here: Cookie Policy
  • İzlə İzlənir
    • Dini suallar
    • Already have a WordPress.com account? Log in now.
    • Dini suallar
    • Özəlləşdir
    • İzlə İzlənir
    • Qeydiyyatdan keçin
    • Giriş
    • Bu mühtəviyyat barəsində raport ver
    • View site in Reader
    • Manage subscriptions
    • Bu çubuğu daralt
 

Şərhlər Yüklənir...