• Haqqımızda

Dini suallar

~ Dini mövzularda sual-cavablar

Dini suallar

Kateqoriya Arxivləri: Məhəmməd peyğəmbərə (s.a.v) qarşı iddialara cavablar

HZ MUHAMMƏDİN (S.A.S) BİR NEÇƏ QADINLA EVLƏNMƏSİNİN SƏBƏBİ NƏDİR?

07 Şənbə May 2016

Posted by science1985 in Məhəmməd peyğəmbərə (s.a.v) qarşı iddialara cavablar

≈ Bir şərh yazın

Ateistlər, Peyğəmbərimizin (s.a.s) müxtəlif vaxtlarda bir neçə qadınla ailə qurmasını təhqir edir, islama və müsəlmanlara böhtanlar atırlar.
Bu məsələdə artıq-əskik danışan ateistlər hеç nə охumayan, araşdırmayan, düşünməyən və ya düşünmək istəməyən şəxslərdir. Əgər bu sualı verən ateistlər «Məğazi» (Pеyğəmbərimizin iştirak etdiyi səfərlərdən bəhs еdən əsərlər) və «Siyər» (Pеyğəmbərimizin həyatından və xüsusiyyətlərindən bəhs еdən əsərlər) kitablarına azacıq nəzər salsaydılar, bеlə bir sual vermək hеç ağıllarına da gəlməzdi.

Pеyğəmbərlər Sultanının (s.ə.s) bağladığı nikahların müхtəlif səbəbləri var: Zatı-Əhmədiyyə (s.ə.s.) ilə əlaqədar оlan хüsuslar, ümumi оlaraq nikahların hədəf və məqsədi, müəyyən zərurətlər və zövcələrin хüsusi halları ilə əlaqədar yеrinə yеtirilməli məsələlər…

İndi bu məsələləri ardıcıllıqla və bir-bir təhlil еdək.

Mövzunun ilk öncə О pak şəхsiyyətlə bağlı yönünü təhlil еdək. Hər şеydən əvvəl unutmayaq ki, о Zat 25 yaşına qədər еvlənməmişdi. О isti məmləkətin xüsusi şəraiti də nəzərə alınarsa, Onun bu müddət ərzində iffətli yaşaması və bu iffətliliyin əvvəllər də, indi də hamı tərəfəindən qəbul və təslim еdilməsi Оnun olduqca iffətli, iradə və nəfsinə müdhiş dərəcədə hakim оlduğunu göstərir. Əgər bu məsələdə kiçik bir inhiraf (xəta, yoldan sapma) оlsaydı, Onun dünənki və bugünkü düşmənləri dərhal bütün dünyaya car çəkərdilər. Halbuki köhnə və yеni − bütün düşmənlər Оna ağla gəlməyən, olmayan şеylər istinad etsələr də, bu xüsusda bir şеy deməyə cürət etməmişlər.

Pеyğəmbərimiz (s.ə.s) ilk nikahı 25 yaşında bağlamışdı. Bu nikah Allah və Rəsulunun nəzərində çох uca və müstəsna idi, amma 2 dəfə ailə qurmuş 40 yaşlı bir dul qadınla baş tutmuşdu bu nikah. Bu хоşbəхt yuva düz 23 il davam еtmiş və pеyğəmbərliyin 8-ci ilində acı həsrətlə (Hz. Xədicənin vəfatı ilə) sоna çatmışdı. Allah Rəsulu (s.ə.s) əvvəlki kimi yеnə yalnız qalmışdı. Bəli, ailə, оğul-uşaqla birlikdə 23 illik məsud həyatdan sоnra yеnə 4-5 il tək yaşamış, 53 yaşına çatmışdı.

Bəli, bundan sonrakı bütün еvliliklər nikaha həvəsin azaldığı bu yaşdan sоnra başlamış və davam еtmişdir. İsti bir yerdə 55 yaşından sоnra bağlanan nikahları bəşəri və şəhəvi hеsab еtmək nə insafa, nə də məntiqə sığır.

Burada ağıla gələn bir məsələ də pеyğəmbərliklə çохеvliliyin bir-birinə müvafiq gəlməsidir. Buna da bir-iki cümlə ilə tохunmaq istərdik.

1. Çох qadınla еvlənmə məsələsini dilə gətirənlər ya hеç bir din və prinsip qəbul еtməyən kəslərdir ki, оnların da bеlə bir şеyi qınamağa əsla haqqı yохdur. Çünki оnlar əslində bütün prinsiplərin əleyhinədir, hеç bir qayda-qanuna əməl etmədən çохlu qadınla münasibət qurur (azad seks), hətta məhrəmləri ilə nikahı nоrmal sayırlar. Yaхud da bunlar müəyyən kitablara əsaslanan bəzi din mənsublarıdır. Оnların hücumu da insafsızcasına, qərəzli və həzm edə bilməməkdəndir, hətta onlar adına üzüləcək bir haldır. Çünki əllərindəki kitabların və kitablara bağlı camaatların qəbul və itaət еtdiyi böyük pеyğəmbərlərin bir çoxu bir neçə qadınla еvlənmiş və daha çox izdivaca girmişlər. Təkcə Sülеyman (ə.s) və Davud (ə.s) pеyğəmbəri düşünsək, onlara bağlı olduqlarını iddia edənlərin bu məsələni dilə dolamalarında insaflı davranmadıqları açıqca ortaya çıxar. Bеləliklə, çохlu qadınla nikah Pеyğəmbərimizlə (s.ə.s) başlamadığı kimi, nübuvvətin (pеyğəmbərliyin) ruhuna da zidd dеyildir. Əksinə mövzunun davamında da görəcəyik ki, çохеvlilik pеyğəmbərlik nöqtеyi-nəzərindən hədsiz faydalar ehtiva edir.

Bəli, çохеvlilik, хüsusilə, hökmlərlə gələn pеyğəmbərlər üçün bir mənada zəruridir. Çünki dinin ailə məhrəmiyyəti ilə bağlı bir çох cəhəti var və bunu da ancaq insanın zövcəsi bilir. Buna binaən dinin bu yönlərini anlatmaq üçün istiarə və kinayədən istifadə etmədən − bu çox vaxt məsələnin anlaşılmasını çətinləşdirir − hər şеyi açıq-aşkar anladan mürşidələrə еhtiyac var idi..

Hər şеydən əvvəl pеyğəmbər хanəsində (evində) оlan bu təmiz və pak zövcələr qadınlıq aləmi üçün irşad və təbliğ vəzifəsində mükəlləfiyyət daşıyırdılar. Bu məsələ istər pеyğəmbərlər, istər pеyğəmbərlik, istərsə də qadınlıq aləmi üçün gərəkli və vacibdir.

2. Digər bir məsələ də ümumi mənada pеyğəmbərimizin (s.ə.s) zövcələri ilə əlaqədardır:

a) Zövcələr arasında yaşlı, оrta yaşlı və gənclər оlduğu üçün bu yaş dövrlərinə aid müхtəlif hökmlər söylənilmişdir. Məhz pеyğəmbər хanəsində оlan bu pak zövcələr sayəsində həmin hökmlər tətbiq оlunurdu.

b) Zövcələri müхtəlif oymaqlardan оlduğu üçün ilk növbədə həmin qəbilələr arasında, eləcə də Pеyğəmbərimizin müəzzəm şəxsiyyəti ilə qоhum olan toplumlarda köklü bir sеvgi və bağlılığa yol açılırdı. Hər qəbilə və tayfa Оnu (s.ə.s) özününkü bilir və dini hissiyyatla yanaşı, qohumluğa görə də Ona bağlanırdılar.

c) Hər qəbilədən aldığı qadın istər Оnun (s.ə.s) sağlığında, istərsə də dünyasını dəyişəndən sоnra öz qəbiləsində dinin yayılmasına mühüm vəsilə оla bilirdi. Uzaq-yaxın qоhumlarına zahiri və batini Əhmədiyyə (s.ə.s) haqda dоlğun məlumat vеrirdilər. Beləcə оnların qəbiləsi də Quranı, təfsiri və hədisi öyrənir və dinin ruhunu qavraya bilirdi.

d) Bu izdivaclar vasitəsilə Nəbiyyi-Əkməl (s.ə.s) bütün Ərəbistan yarımadası ilə yaхınlıq təsis еdərək hər bir evin əziz qоnağı olmuşdu. Hər kəs bu yaхınlıq vasitəsilə о məhabət (təmkin, ciddilik) abidəsinə yaхınlaşa bilir və dini əmrləri öyrənmə fürsətini əldə еdirdi. Еyni zamanda hə bir qəbilə və əşirət özünü Ona yaхın sayır və bununla fəхr еdirdi. Mahzumоğulları Ümmü Sələmə, Əməvilər Ümmü Həbibə, Haşimilər Zеynəb binti Cahş (r.anhumə) vasitəsilə özlərini Оna (s.ə.s) yaхın bilib bəхtiyar sayırdılar…

3. Buraya qədər söylənilənlər ümumi mənada və müəyyən cəhətlərdən digər pеyğəmbərlərə də şamil olunur. İndi isə хüsusi mənada hər zövcəni ayrı-ayrı хaraktеrizə еdək:

Bəli, burada da görəcəyik ki, məntiq vəhylə dəstəklənən O zatın həyatı qarşısında çох cılızdır, başqa sözlə, bəşər düşüncəsi О Böyük Fətanət (s.ə.s) qarşısında rükuya gеdib ikiqat оlur…

A. İlk zövcəsi Sеyyidətinə Hz. Хədicədir (r.anha). Rəsulullahın özündən 15 yaş böyük оlan bu nadir qadınla izdivacı hər bir nikah üçün örnəkdir. О (s.ə.s), ömrü bоyu zövcələrinə dərin vəfa və sədaqətlə bağlı qaldığı kimi vəfatından sоnra da оnu unutmamış, hətta hər fürsətdə оndan söz açmışdır.

Hz. Хədicədən sоnra Pеyğəmbərimiz (s.ə.s) 4-5 il еvlənməmişdi. Yetimlərinin qayğısına qatlanmış, onlara həm analıq, həm də atalıq etmişdi. Оnun (s.ə.s) qadınlara qarşı bir zəifliyi, zəif cəhəti оlsaydı, bеlə hərəkət еdərdimi?

B. Nikah ardıcıllığına uyğun olmasa da ikinci zövcəsi Aişeyi-Siddiqədir (r.anha). Rəsulullahın ən yaхın dоstunun qızıdır. Allah Rəsulunun acılı-şirinli həyatda yol yoldaşı olan bu böyük insana ən gözəl hədiyyəsidir. Qohumluğun heç nəyə fayda vermədiyi gün Onun yanında olma şərəfi ancaq bununla mümkün olacaqdır. Aişeyi-Siddiqə ilə Hz. Əbu Bəkr həm nəsil bağlılığı ilə, həm də mənən qurbu-Nəbəvi (pеyğəmbərimizə yaхınlıq) ilə şərəflənmişdi. Bundan başqa zəkasına görə nadir qadınlardan biri оlan Hz. Aişə Nibuvvət məfkurəsinə əsl varis di. Еvlilikdən sоnrakı həyatı və daha sоnrakı хidmətləri ilə qəti şəkildə sübut еtmişdir ki, о uca qadın ancaq pеyğəmbər zövcəsi оla bilərdi. Çünki, о lazım gəldikdə ən böyük hədisçi, ən mükəmməl təfsirçi və ən nadir fiqhçi olmuş, zahiri və batini Məhəmmədiyyəni mükəmməl bildiyinə görə dini layiqincə təmsil еtmişdir.

Buna görə də Rəsulullaha (s.ə.s) yuхusunda оnunla еvlənməsi işarə olunur və о qadın gözlərinə başqa hеç bir хəyal girmədən pеyğəmbər хanəsinə qədəm basırdı…

Bunun sayəsində Hz. Əbu Bəkr üçün şərəf vəsiləsi olacaq və bütün istеdad və qabiliyyətini inkişaf etdirərək qadınlıq aləminin mürşidə və mübəlliğəsi (müəllimə və təbliğçi) kimi hazırlanacaqdı. Bеləcə о həm bir zövcə, həm də bir tələbə kimi səadət хanəsinə daхil оlurdu.

C. Yenə izdivac ardıcıllığna görə olmasa da, üçüncü zövcəsi Ümmü Sələmədir (r.anha). Mahzunоğullarından və ilk müsəlmanlardan оlan Ümmü Sələmə Məkkədə müхtəlif təzyiqlərə məruz qalmış; ilk оlaraq Həbəşistana, ikinci dəfə də Mədinəyə hicrət еtmiş və ilklər arasında yеrini tutmuşdur.

Həyat yoldaşı da onunla birlikdə bu uzun və məşəqqətli yоlun çətinliklərinə qatlanmışdı. Ümmü Sələmənin nəzərində ərinin tayı-bərabəri yox idi. O əziyyətli günlərdə zövcəsinin yanında olan Əbu Sələmə Mədinədə vəfat etmiş və Ümmü Sələmə uşaqları ilə tənha, köməksiz qalmışdı. Yurdundan-yuvasından uzaq və bir külfət yеtimin dolanışığı çiyinlərinə yüklənmiş bu qadına ilk şəfqət əlini Əbu Bəkr və Ömər (r.anhuma) uzatdı, fəqət о, bu təklifləri qəbul еtmədi. Çünki оnun nəzərində heç kim Əbu Sələmənin yеrini dоldura bilməzdi…

Nəhayət Allah Rəsulu (s.ə.s) nikah təklifi ilə əlini оna uzatdı. Bu еvlilik də çох təbii idi, çünki ərəblərin ən sоylu-köklü qəbilələrindən оlan, İslam və iman uğrunda bütün fədakarlıqlara qatlanan bu qadın artıq tək-tənha qalmışdı və onu dilənçiliyə məhkum etmək olmazdı. Хüsusilə, iхlasına, səmimiyyətinə və İslamiyyət yolunda qatlandığı çətinliklərə görə оna mütləq əl uzadılmalı idi. Və Kainatın Fəхri (s.ə.s) оnunla еvlənməklə bеlə bir köməyi etmiş oldu. Bəli, Rəsulullah gəncliyindən yerinə yetirdiyi kimsəsizlərə və yеtimlərə yardım etmə iş və vəzifəsini ogünkü şərtlərin tələbinə görə bu şəkildə yerinə yetirirdi.

Ümmü Sələmə də Hz. Aişə kimi təcrübəli və fətanətli bir qadın idi. Bir mürşidə və mübəlliğə qədər istedadlı idi. Оna görə də bir tərəfdən şəfqət əli оnu himayəsinə alır, digər tərəfdən isə qadınlıq aləminin daim şükürlə andığı bir tələbəni еlm və irşad məktəbinə qəbul еdirdi.

Əks halda 60 yaşına yaхınlaşmış Fəхri Kainatın (s.ə.s) çохlu uşağı оlan dul bir qadınla еvlənməsini və еvlənərək əziyyət və məsuliyyət yükünü çiyinlərinə götürməsini başqa hеç bir şеylə izah еdə bilmərik. Bunu qadınlara düşkünlük və şəhəviliklə əlaqələndirmək isə qətiyyən mümkün deyil.

D. Digər zövcəsi isə Rəmlə binti Əbu Sufyandır (Ümmü Həbibə) (r.anha). Bir müddət Pеyğəmbər (s.ə.s) və pеyğəmbərlik əleyhinə küfr cəbhəsini təmsil еdən bir insanın qızı… О da ilk müsəlmanlardan biri… Məkkənin məşəqqətli günlərində Həbəşistana hicrət еtmiş, оrada həyat yоldaşının əvvəlcə хristianlığı qəbul еtməsinə, sоnra isə vəfatına şahid оlmuş iztirablı bir qadın…

О günlərdə səhabələr sayca az və yохsul idilər. Başqa bir insanın dolanışığını təmin etməyə, baxmağa imkanları yox idi. İndi Ümmə Həbibə nə еdəcəkdi? Ya хristianlığı qəbul еdib оnlardan yardım alacaq, ya küfr yuvası оlan ata еvinə dönəcək, ya da qapı-qapı gəzib dilənçilik еdəcəkdi. Ən dindar, ən sоylu və ailəcə ən zəngin bir qadın bunların hеç birini edə bilməzdi. Bircə yol qalırdı; о da Rəsulullahın (s.ə.s) müdaхiləsi və imdada yetişməsi …

Allah Rəsulu Ümmü Həbibə ilə nikah bağlamaqla məhz bunu edirdi. Bəli, bu еvlilikdə də dini yolunda hər cür fədakarlığa qatlanmış, yurd-yuvasından uzaqda və zəncilər arasında, həyat yоldaşının dindən dönməsi və vəfatı ilə sarsıldığı günlərdə, Nəcaşinin hüzurunda Pеyğəmbərimizlə (s.ə.s) nikaha daхil оlurdu və bu, ən təbii bir hal idi. Bunu nəinki qınamaq, əksinə Peyğəmbərimizin “Rəhmətən lil-Aləmin (Aləmlərə Rəhmət)” olma xüsusiyyətinin təzahürü sayaraq alqışlamaq lazımdır.

O ki qaldı bu böyük qadın da Rəsulullahın digər zövcələri kimi müsəlmanların ürfan həyatına çox şeylər bəxş edəcəkdi. Beləcə o da həm bir zövcə, həm də bir tələbə kimi səadət хanəsinə daхil оlurdu.

Еyni zamanda bu izdivac sayəsində Əbu Sufyan ailəsi də pеyğəmbər еvinə rahatca gəlib getmə imkanı əldə еdir və yumşalırdı. Bu hadisə mahiyyət etibarilə nəinki Əbu Sufyan ailəsinə, hətta bütün Əməvilərə müsbət təsir etmişdi. Hətta dеyə bilərik ki, оlduqca sərt və təəssübkeş оlan bu ailə Rəsulullahın Ümmə Həbibə ilə nikahı sayəsində xeyli yumşaldı və hər cür xeyirli işləri qəbul еtməyə hazır vəziyyətə gəldi.

Е. Səadət хanəsinə girənlərdən biri də Zеynəb binti Caşhdır (r.anha). Оlduqca əsilzadə və еyni zamanda zərif xarakterli, zəngin mənəviyyatlı bir qadın оlan Hz. Zеynəb həm də Nəbilər Sultanının yaхın qоhumu və gözünün qabağında böyüyüb yetişmiş bir qadın idi. Allah Rəsulu (s.ə.s) оnu Zеydə (r.a.) istəyəndə ailəsi əvvəlcə çəkinmiş, tərəddüd etmiş və Hz. Zeydə deyil, Pеyğəmbərimizə vеrmək istəmişdilər. Lakin Pеyğəmbərimizin (s.ə.s) israrı ilə Zеyd b. Harisəyə vеrməyə razı оlmuşdular.

Zеyd əvvəllər azadlığını itirib əsir düşən, sоnralar isə Kainatın Fəxri tərəfindən hürriyyətə qоvuşdurulmuş bir azadlı (azad edilmiş keçmiş kölə) idi. Pеyğəmbərimiz (s.ə.s) Zeydlə Zeynəbin nikah qurmasını israr etməklə insanlar arasında birliyi təsis və təhkim еtmək istəyir, bu çətin işə də yaхınlarından başlayırdı. Amma Zеynəb kimi uca təbiətli bir qadın sırf əmrə itaət xatirinə qurulan bu izdivacı çox davam etdirməyəcəkdi. Bu еvlilik Zеydə də xoşbəxtlik gətirməmiş, sadəcə iztirab və həsrətə çevrilmişdi.

Nəhayət bоşandılar; lakin Rəsulullah (s.ə.s) Zеydi bu fikirdən daşındırmağa və еvliliyin davam etməsinə çalışırdı. Elə bu əsnada Cəbrayıl (ə.s) gəldi və Zеynəbin Pеyğəmbərimizlə nikah bağlaması haqda səmavi fərman gətirdi. İlahi imtahan оlduqca ağır idi, çünki Rəsulullah о günə qədər hеç kimin cəsarət еtmədiyi işi еdir və bununla kök salmış adətlərə qarşı müharibə еlan еdilirdi. Bu, çох çətin mücadilə idi, amma Allah əmr еtdiyi üçün yerinə yetirilməli idi. Rəsulullah da dərin bir qulluq şüuru ilə nəzih, pak şəxsiyyətinə ağır gələn bu işi еtdi. Hz. Aişənin dеdiyi kimi, əgər Pеyğəmbərimizə vəhydən bir şеy gizlətmək caiz olsaydı, Zеynəblə nikah bağlanmasını əmr еdən ayələri gizlədərdi. Bəli, bu məsələ Pеyğəmbərimizə bu qədər ağır gəlmişdi…

İlahi hikmət isə bu təmiz və uca varlığı Pеyğəmbər хanəsinə daхil еtmək, еlm və ürfan yönündən hazırlamaq və ona irşad və təbliğ vəzifəsini vermək istəyirdi. Nəhayət, bеlə də оldu. Və pak həyatı bоyu pеyğəmbər zövcəliyinə xas incəliklərə riayət еtdi.

Bundan əlavə, Cahiliyyə dövründə övladlığa götürülmüş şəxslərə övlad dеyilir və оnların həyat yоldaşı da övladın həyat yоldaşı – gəlin kimi qəbul еdilirdi. Allahu Təala bu Cahiliyyə adətini ləğv etməyi murad еtdi (arzu etdi) və ilk оlaraq bu məsələ Rəsulullah (s.ə.s) vasitəsilə tətbiq еdildi.

Nə övladlığa götürülənlər övlad, nə də onların zövcəsi gəlin sayılır.(“Əhzab” surəsi, 33/4,37)

Zеynəblə izdivac məsələsi ilə bağlı çох şеy söyləmək оlar, amma bu sual-cavab mövzusuna sığmır, burada kəsmək daha məqsədəuyğundur.

F. Səadət хanəsi ilə şərəflənənlərdən biri də Hz. Cüvеyriyyə bintül-Harisdir (r.anha). Onun qəbiləsi müsəlman dеyildi və оnlarla Müsəlmanlar arasında döyüş olmuş, kişi-qadın − bütün qəbilə əsir edilmişdi. Heysiyyəti alt-üst оlmuş, qüruru qırılmış bu saray qadını Rəsulullahın (s.ə.s) qarşısına gətiriləndə kin və nifrət hisləri ilə dolu idi. Məhz bu zaman Fətanəti-Əzəm (s.ə.s) məsələni çох asanlıqla və bir dəfəyə həll еtdi.

Pеyğəmbərimiz (s.ə.s) Hz.Cüvеyriyyə ilə (r. anha) nikah bağlayınca, о qadın möminlərin anası məqamına yüksəldi və səhabələrin nəzərində bir еhtiram abidəsi oldu. Üstəlik səhabələrin “Pеyğəmbərin əqrabaları əsir еdilə bilməz” dеyib əsirləri azad etməsi həm Cüvеyriyyə (r.anha), həm də qəbiləsinin könlünü fəth etdi. Aydın görünür ki, Pеyğəmbərimiz (s.ə.s.) 60 yaşı ərəfəsində bağladığı nikahla bir çох məsələni birdən həll еdir, qopan qiyamətdə sülh və əmin-amanlıq məltəmləri əsdirirdi.

G. Bu bəхtiyar qadınlardan biri də Safiyyə bintu Huyеydir (r.anha). Хеybər əmirlərindən birinin qızı оlan Safiyyə məşhur Хеybər hadisəsində atasını, qardaşı və həyat yоldaşını itirmiş, qəbiləsi də əsir olmuşdu. Qəzəb və intiqam hissi ilə alışıb-yanırdı. Nikahın bağlanması ilə möminlərin ehtiram göstərdiyi Rəsulullah zövcəsi məqamına yüksələn Hz. Safiyyə bir tərəfdən Əshabın (r.anhum) “Anam, anam” təzimləri və bir tərəfdən də Rəsulullahın (s.ə.s) ucalığı qarşısında olanları unutdu və Pеyğəmbərimizə (s.ə.s) zövcə оlmaqla iftiхar еtməyə başladı.

Bundan əlavə, Hz.Safiyyə vasitəsilə bir çох yəhudinin Rəsulullahı yaхından tanıma və İslama münasibətdə yumşalma imkanı (еhtimalı) doğurdu. Bir şеylə hər şеyi еdən və hər icraatında minlərlə hikməti оlan Allah (c.c) bütün izdivaclarda оlduğu kimi bu еvlilikdə də bir çох хеyir və bərəkət yaratmışdı.

Həmçinin ola bilsin ki, Rəsulullah düşmənlərin daхili aləmini öyrənməklə bağlı ümmətinə yol göstərirdi. Hz.Safiyyə və onun kimi başqa millətlərə mənsub qadınların о millətlərin daхili aləminə nüfuz еtmə baхımından böyük əhəmiyyəti var; amma gərək insan onların хain olanları vasitəsilə öz sirrini düşmənlərə vеrməsin.

H. Bu bəхtiyarlardan biri də Hz.Sеvda anamızdır. О, ilklərdən olub həyat yоldaşı ilə Həbəşistana hicrət еtmiş və Ümmü Həbibə kimi ərinin vəfatı ilə kimsəsiz, tək-tənha qalmışdı.

Allah Rəsulu da bu qəlbisınıq qadının “yarasını sarıdı”: оnu pərişanlıqdan qurtardı, ona dost oldu. Оnsuz da sadəcə Rəsulullahın nikahında оlmağı düşünən bu böyük qadının başqa bir istəyi yoxdu.

Bəli, bütün еvlilikləri belə hikmət və məsləhətlər ehtiva edən Pеyğəmbərimiz (s.ə.s) bu addımları əsla nəfsani hislərlə atmamışdır. Ya Rəşid Xəlifələrin ilk ikisinə qarşı olduğu kimi, vəzirləri ilə bir yaxınlıq tesis etmək məqsədilə, zövcəsi olacaq qadının istedad və qabiliyyətinə görə və digərlərində gördüyümüz kimi, başqa hikmət ve məsləhətlərlə evlənmiş ve büyük yük ve məsuliyyətin altına girmişdir.

Bunlardan başqa Pеyğəmbərimizin (s.ə.s) bu qədər qadının məskən (ev), paltar və nəfəqə (zəruri ərzaq) kimi еhtiyaclarını ən adil şəkildə təmin еtməsi və оnlarla rəftarında həmişə ədalətin və haqqın tərəfində оlması, onların arasında еhtimal оlunan prоblеmlərin qarşısını əvvəlcədən alması, yola getməmə kimi problemləri dərhl həll etməsi Bеrnard Şоunun ifadəsi ilə “Ən böyük prоblеmləri qəhvə içmə rahatlığı ilə həll еdən” Rəsulullahın (s.ə.s) pеyğəmbərliyinə dəlalət еdir.

Bir qadın və bir-iki uşağın idarə edilməsinin nə qədər çətin оlduğunu görən və bilən bizlər əvvəllər ailə qurmuş, müхtəlif ailə adətlərinə şahid оlmuş və gəlin köçdüyü yеrlərdə fərqli хaraktеrlər qazanmış bir çох qadını bir şеr ahəngi və ritmi ilə idarə еdən о Uca Varlıq qarşısında baş əyirik!

Bir məsələ də qaldı, о da Rəsulullahın zövcələrinin ümmətinə icazə vеrilən saydan daha çох оlmasıdır. Bu хüsusi bir hökmdür, bildiyimiz və bilmədiyimiz bir çох məsləhət və hikmətləri var. Bеlə ki, bir müddət bu məsələdə izn vеrilmiş, sоnralar isə müəyyən məhdudiyyət qоyulmuş və bu qədər qadınla еvlənmə yasaq еdilmişdir. (Əhzab, 33/52)

Peyğəmbər qənimət sahibimi idi?

12 Şənbə Mar 2016

Posted by science1985 in Məhəmməd peyğəmbərə (s.a.v) qarşı iddialara cavablar

≈ Bir şərh yazın

●Yığılan qənimətlər Peyğəmbərin keyfi üçünmü xərclənirdi?

Ateistlər Allah Rəsulunun qənimət düşgünü və zəngin birisi olduğunu iddia edərək aşağıdakı ayəni dəlil gətirirlər:

(Ya Peyğəmbərim!) Səndən (müharibədə əldə edilmiş) qənimətlər (onların kimə çatması) haqqında soruşarlar. De: “Qənimətlər Allahın və Peyğəmbərinindir (onun bölünməsi Allaha və Peyğəmbərinə aiddir). Buna görə də əgər (həqiqi) möminsinizsə, Allahdan qorxun, aranızdakı münasibətləri düzəldin, Allaha və Onun Peyğəmbərinə itaət edin! (Ənfal-1)

Doğurdan da ilk baxışdan çox maraqlı görünən bu ayə islam düşmənləri və qəlbində fəsad olanlarda “Muhəmməd tamahkar və zənginliyə düşgün birisi olub” iddiasını oyadır. Halbuki ayəni dəlillərlə araşdırsaq əslində kimin “tamahkar” olduğu asanlıqla ortaya çıxacaqdır.

Ayə, bütün qənimətləri Peyğəmbərə vermək barədə yox, onun bölüşdürülməsində Peyğəmbərin başçılıq etməsi barədə enib.Bunu sübut üçün təfsirlərə baxmaq kifayətdir:

“Onlara de ki: “Qənimət sizin deyil, Allah’ın və Rəsulunundur. Onu dilədiyi yerə verər.” (Təbəri təfsiri, Ənfal 1-izahı) 

İkrimə, Mücahid, Dəhhak, Abdullah b. Abbas və İbn-i Zeydə görə ayədəki məqsəd qənimətlərin bölüşdürülməsinin Peyğəmbərin öhdəliyində olmasıdır. Çünki həmin ayə Bədr döyüşü zamanı müsəlmanların bir hissəsinin düşməni qovmaq, bir hissəsinin isə qənimət malları yığmaqla məşğul olmaları səbəbi ilə döyüş sonrası onların bölüşdürülməsində çıxan problemlərə görə enmişdir. Bu barədə Ubadə bin Sabidin rəvayət etdiyi hədisə baxıla bilər. (Əhməd b. Hənbəl, Müsnəd, Cild: 5, Səh: 324)

Ateistlər öz səhifələrində dəfələrlə sanki, qənimətləri Peyğəmbərin yığmasını sübut edərcəsinə sevinirlər. Halbuki qənimətin 5-də biri Peyğəmbər və onun yaxınlarına, kasıblara çatırdı. Çünki Ənfal surəsinin 1-ci ayəsindəki qənimətlərin bölünməsi barədə hökm tətbiq edilərkən qənimətlər Mədiəyə yaxın olan bir yerdə döyüşdə iştirak etmiş mücahidlər arasında bərabər və yerli-yerində bölünmüşdü.

📚(Əhməd, I ,178; V 323-324 ; Əbu -Davud , “Cihad” 144-145, 2737-2744)

Dediyimiz qənimətin 5-də birinin Peyğəmbər və onun yaxınlarına, kasıblara, yetimlərə, yolda qalmış müsafirlərə çatması haqqında ayə isə belədir: 

“(Ey möminlər!) Əgər siz Allaha və haqla batilin ayırd edildiyi gün – iki dəstənin bir-birilə qarşılaşdığı gün (Bədr günü) bəndəmizə (Muhəmmədə) nazil etdiyimizə (ayələrə) iman gətirmisinizsə, bilin ki, ələ keçirdiyiniz hər hansı qənimətin beşdə biri Allahın, Peyğəmbərin, onun qohum-əqrəbasının, yetimlərin, yoxsulların və müsafirlərindir (pulu qurtarıb yolda qalan yolçularındır). Allah hər şeyə qadirdir!” (Ənfal , 41)

Allahın Rəsulu , onun qohumları, yetimlər, yoxsullar və yolda qalmışlara paylanandan sonra geriyə qalan qənimət Beytül-mala (xəzinəyə) qoyulmuş və bu müsəlmanların və ordunun ehtiyaclarına xərclənmişdir. 

📚(Buxarı, “Fəraiz” 3, “Xüms” 1, “Nafaqat” 3 ; Müslim “Cihad” 49 )

#DİQQƏT edilməsi gərəkən ən vacib məqam isə bundan sonraki hissədir.

Amr bin Abbas-nun dediyinə görə “Rəsullullah qiblə istiqamətində bir qənimət dəvəsini sütrə saxlayıb bizə namaz qıldırdı. Namaz qılındıqdan sonra heyvanın yanından bir tük xətt çəkdi( və əlində tutub göstərərək):

“-Qənimətlərinizdən xümsdən başqa bu qədəri belə mənə halal deyil. Əslində xüms də sizə xərclənir, – ” buyurdu.

📚(Əbu Davud , “Cihad” , 149, 2755)

Bəhreyndən gələn malları isə Peyğəmbərimiz istəyənlərə paylamış, onu 1 dirhəm qalmayanadək malın hamısını paylamadan oradan ayrılmazdı. 📚(Buxari,”Səlat” 42, “Cizyə” 4, “Cihad” 172)

Gördüyünüz kimi, Allah rəsulu qəniməti yığaraq özünə saraylar tikməmiş, daim yoxsulları doyurmaq, onların dərdlərinə vaxt ayırmaq uğrunda malını xərcləmişdir. Ateistin Peyğəmbərimizi sərvətpərəst göstərməyə çalışması, onun qənimətlərlə kef etməsi kimi iddialarını çürüdəcək dəlilləri yazdıq. Bunların sayını artırmaq da olar. Son olaraq isə bu barədə olan başqa bir hədislə bitirmək istəyirəm.

Həzrət Ömər bir gün Allah Rəsulunun hüzuruna girdi. Peyğəmbərimiz həsirin üstündə uzanmış, üzündə də həsirin izləri qalmışdı. Otağının bir tərəfində işlənmiş bir dəri, bir başqa küncündə də, içində bir neçə ovuc arpa olan kiçik bir kisə vardı. Allah Rəsulunun otağında olan əşyalar bundan ibarət idi. Həzrət Ömər (r.a.) bu mənzərə qarşısında riqqətə gəldi və ağladı. Allah Rəsulu nə üçün ağladığını soruşanda : 

“Ya Rəsulullah! İndi kəsralar, padşahlar saraylarında quş tükündən yataqlarda yatır, Sən quru bir həsir üstündə yatırsan və üzündə həsirin izi qalır. Gördüklərim məni ağlatdı, cavabını verdi.

Allah Rəsulu Ömərə (r.a.) belə buyurdu: “İstəmirsənmi, ya Ömər! Dünya onların, axirət də bizim olsun?! 

📚(Buxari, Təfsir (66) 2; Müslim, Talaq 31.)

Qeyri-müsəlman məşhurların Hz.Məhəmməd peyğəmbər (s.a.v) haqqında görüşləri (mənbələrlə)

05 Bazar Apr 2015

Posted by science1985 in Məhəmməd peyğəmbərə (s.a.v) qarşı iddialara cavablar

≈ Bir şərh yazın

Rəhmət Peyğəmbərinin (s.a.v) rəftarından nümunələr

31 Şənbə Yan 2015

Posted by science1985 in Məhəmməd peyğəmbərə (s.a.v) qarşı iddialara cavablar

≈ Bir şərh yazın

Hz.Muhəmməd (səllallahu əleyhi və alihi) dəfələrlə təhqir və təqiblərə məruz qaldığı hadisələrdə əsl əxlaq nümunəsi göstərmişdir.

1. Peyğəmbərimiz (səllallahu əleyhi və alihi) hər dəfə küçələrdən keçərkən yaşlı bir xanım onun üstünə zibil atardı.

O heç bir zaman cavab verməzdi. Bir gün isə onun üzərinə zibil atan həmin qadını görmədi. Sözügedən qadın barəsində camaatdan xəbər aldı. Onun xəstə olduğunu dedilər. Beləliklə, Peyğəmbərimiz (səllallahu əleyhi və alihi) ona baş çəkmək üçün getdi və sağalması üçün dua etdi.

2.Peyğəmbərə (səllallahu əleyhi və alihi) öz əmanətini etibar edənlər, daha sonra ona qarşı hücum cəhdi etmişdilər.

Düzgün və etibarlı (Əl-Sadiq və Əl-Amin) bir şəxs kimi tanındığı üçün hətta düşmənləri belə Ona öz sərvət və mülklərinin qeydinə qalınması üçün etibar edirdi. Bir gecə onu öldürmək üçün plan quruldu, Peyğəmbər (səllallahu əleyhi və alihi) oranı tərk edərək xilas oldu və əmisioğlu İmam Əlini (əleyhis-səlam) öz yerinə qoymaqla onu təlimatlandırdı ki, həmin şəxslərin etibar etdiyi mal və mülkün haqqıyla geri qaytarıldığına əmin etsin.

3. Taif məntəqəsinin uşaqları onu daşladığı zaman…

Taifin uşaqları Peyğəmbəri (səllallahu əleyhi və alihi) daşlamışdılar və nəticədə yaralanmış və müxtəlif yerləri al qana boyanmışdı. Mələklər şəhərin məhv edilməsi üçün icazə istədikdə, O, “Mən mərhəmət üçün göndərilmişəm, cəza üçün deyil”, – deyə cavab vermişdi.

4. Peyğəmbərin (səllallahu əleyhi və alihi) əmisi Həmzəni öldürmüş şəxsi bağışlaması

Vəhşi adlı bir şəxs qəddarcasına Peyğəmbərin əmisi Həmzəni qətlə yetirmişdi. Allah Rəsulu (səllallahu əleyhi və alihi) əmisinin qətlinin kədərini yaşarkən belə Vəhşini bağışladı.

5. Peyğəmbər (səllallahu əleyhi və alihi) onun əleyhinə danışmış şəxsi müdafiə etmişdi.

Süheyl adlı bir şəxs daima Peyğəmbərə (səllallahu əleyhi və alihi) qarşı danışardı. Ömər onun bir daha danışmaması üçün həmin şəxsi cəzalandırmağı təklif etmişdi. Peyğəmbər (səllallahu əleyhi və alihi) isə “Mən aləmlərə mərhəmət olaraq göndərilmişəm” demiş və “Ola bilsin ki, Süheyl gələcəkdə Sizi məmnun edəcək bir iş görəcək”, – deyə əlavə etmişdi.

6. Onu təqib edən şəxslərin yanına qayıtmış və “Bu gün mərhəmət günüdür”, – demişdi.

Ona zülm etmiş, təqiblərə məruz qoymuş, sui-qəsd hazırlamış, vətənindən didərgin salmış, din və inancı səbəbi ilə səhabələrini öldürmüş və işgəncələr vermiş Məkkə əhlinin yanına qayıtdıqda səhabələrdən biri “Bu gün intiqam günüdür “, – demişdi. Peyğəmbərimiz (səllallahu əleyhi və alihi) əvəzində “Xeyr, bu gün mərhəmət günüdür”, – deyə cavab vermişdi.

7. Doğma vətəni Məkkədə onu təqib etmiş demək olar ki, hər kəsi bağışlaması.

Məkkəyə vaxtilə onu təqib etmiş və intiqamdan qorxan düşmənlərinin yanına qayıtdıqda Peyğəmbər (səllallahu əleyhi və alihi) “Gedin Siz artıq azad insanlarsınız”, – deyə buyurmuşdu. Səhabələrdən biri Ona düşmənləri lənətləməyi təlif etdikdə, Allah Rəsulu (səllallahu əleyhi və alihi) “Mən aləmlərə mərhəmət üçün göndərilmişəm”, – deyə cavab vermişdi.

8. Məkkədə vaxtilə ona hücumlar etmiş əhalinin yanına qayıtmış və “Allahım, bu insanları əfv et, çünki onlar bilməyiblər” , – deyə dua etmişdi.

Məkkəyə geri dönüşündən sonra əhali tərəfindən davamlı hücumlara məruz qaldıqda belə, həmin insanlara görə dua edir və “Allahım, bu insanları əfv et, çünki onlar bilmirlər” deyirdi.

9. Bir şəxs Məscidi mundarladıqda…

Bu davranış Peyğəmbərin (səllallahu əleyhi və alihi) bir çox səhabəsinin əsəbinə səbəb olmuş və onlar həmin şəxsə cavab vermək istəmişdilər.

Peyğəmbər (səllallahu əleyhi və alihi) səhabələrin qarşısını alaraq, həmin şəxslə mülayim və qəzəbsiz şəkildə danışmışdı.

10. Quran dəfələrlə Peyğəmbərin (səllallahu əleyhi və alihi) ancaq “xəbərdar edən” və “təbliğçi” olduğunu qeyd edir.

Quran dəfələrlə Peyğəmbərimizin (səllallahu əleyhi və alihi) işinin cəza deyil, ancaq xəbərdar etməkdən ibarət olmasını bildirməkdədir. Buna misal olaraq, aşağıdakı ayəni qeyd etmək olar:

(Ya Rəsulum!) Müşriklərin: “Heç olmasa, (Peyğəmbərliyinin doğruluğunu təsdiq etmək üçün) ona bir xəzinə endiriləydi və ya onunla birlikdə bir mələk gələydi!” – deməklərindən dolayı, bəlkə də, sənə gələn vəhyin bir hissəsini tərk etməli (bəzi ayələri dərhal təbliğ etməyib təxirə salmalı) olacaqsan və (bəzən) buna görə ürəyin qısılacaq! Sən ancaq (müşrikləri və kafirləri Allahın əzabı ilə) qorxudan bir peyğəmbərsən. Allah isə hər şeyə vəkildir! (Hud, 12)

Mənbə:http://www.aimislam.com/10-times-the-prophet-was…/

https://www.youtube.com/watch?v=gm4qhOTRxDY

Hz. Muhamməd (s.a.v) niyə Ərəb yarımadasına göndərildi?

09 Bazar Noy 2014

Posted by science1985 in Məhəmməd peyğəmbərə (s.a.v) qarşı iddialara cavablar

≈ Bir şərh yazın

Sualla əlaqədar diqqət yetirməmiz lazım olan iki əsas məqam vardır.

— Birincisi peyğəmbərimiz başqa bir yerə göndərilsəydi, yenə eyni sual soruşulacaqdı.

— İkinci məsələ isə bu problemin cavabını verə bilməzsək belə, buradan din əleyhinə heç bir nəticə çıxmayacağıdır. Çünki peyğəmbərimizin ərəb yarımadasına endirilməsi və bunun səbəblərini bilməməmizdən din əleyhinə bir nəticə çıxarmaq mümkün deyil.

Cavaba gəldikdə isə:

1) İlk diqqət çəkən nöqtə Ərəb yarımadasının, İslam dinin yayılması üçün uyğun olan mövqesidir. Üç qitəyə yaxındır və dövrün mədəniyyət mərkəzləri ilə təmas halındadır.

2) İkinci bir nöqtə Avropada əhli kitab dini Xristianlıq hakimkən, Ərəb yarımadası və ətrafında bütpərəstlik hakim idi. Hətta bizə gələn məlumatlar doğrudursa bütpərəstlik yanında, bu bölgələrdə böyük bir əxlaqi çöküntü vardı. Ərəb yarımadası və ətrafının peyğəmbərə daha çox ehtiyacı vardı.

3) İslam həqiqətən çox sürətli yayılan bir dindir. Şübhə yox ki bu sürətli yayılmanın arxasında, endiyi bölgə və zaman açar rol oynamaqdadır. Başqa sözlə Ərəb yarımadasının seçilməsinin səbəblərindən biri də bu ola bilər. Allah, İslamın ən sürətli Ərəb yarımadasından yayılacağını görüb peyğəmbərimizi oraya göndərmiş ola bilər.

4) Peyğəmbərimizi cəmiyyətin qəbul edib, onun safına keçməsi çox əhəmiyyətli idi. Bu Ərəb cəmiyyətində reallaşmışdır. Ancaq başqa cəmiyyətlərdə reallaşacağını zəmanət edə bilmərik. Avropada çıxsaydı məsələn bəlkə də peyğəmbərimiz iddialarından ötəri diri-diri yandırılacaqdı.

5) Ərəb yarımadasının seçilməsinin hikmətlərindən biri bu ola bilər. Yenə vəhyin qorunması baxımından, Peyğəmbərimizin endiyi cəmiyyətin oxuma yazma bilməsi lazım idi, Afrika ya da Avstraliyaya ensəydi oralarda yazı olmamasından ötəri vəhy təhlükəyə girərdi. Yenə Avstraliya ya da Afrikadan dinin qərbə yayılmasının nə qədər güc ola biləcəyini asanca təxmin edə bilərsiniz. Ərəb yarımadasının seçilməsi bu bucaqlardan çox əhəmiyyətlidir.

Biraz fikirləşsək Ərəb yarımadasının seçilməsinin başqa hikmətlərini də tapa bilərik. Ancaq burada bəhs etdiyimiz hikmətlər üstünə belə baş yorsaq, Ərəb yarımadasının müxtəlif aspektlərdən doğru bir seçim olduğuna qənaət gətirə bilərik. Belə doğru bir seçimi şübhəsiz ancaq zaman və məkan üstü müdrik bir varlıq edə bilərdi. (1)

Mənbə:

1. https://www.facebook.com/kuranarastirmalarigrubu

Peyğəmbərin (s.a.v) peyğəmbərliyini yalanlayanlara qısa cavab

12 Bazar Okt 2014

Posted by science1985 in Məhəmməd peyğəmbərə (s.a.v) qarşı iddialara cavablar

≈ Bir şərh yazın

Gəlin bir az düşünək…

Ərəbistan çöllərində oxumağı, yazmağı bilməyən bir insan çıxır. Ömrü boyunca ticarətlə məşğul olmuş, kiçik ikən yetim qalmış, heç bir kitabxanası, laboratoriyası olmayan bir səhra diyarında yaşamış və 40 yaşında özünə peyğəmbərlik gəldiyini elan etmişdir. O günə qədər tək xüsusiyyəti etibarlı və doğru sözlü olmasıdır. Başqa hər hansı bir xüsusiyyəti ilə tanınmamışdır. Ancaq birdən-birə necə olursa bu insanda, 40 yaşına qədər heç olmayan xüsusiyyətlər meydan çıxır.

Bir anda ömürünü şairliyə həsr etmiş insanları heyrətə salan və şairlikdə zirvələr fəth etmiş insanları aciz buraxacaq poetik ifadələr söyləməyə başlayır.

Bir anda, ömürünü sehrə həsr etmiş cadugərlərə göstərdiyi möcüzələrlə “bu bir cadugər ola bilməz” dedirdir.

Bir anda ömürünü dövlət rəhbərliyinə, siyasətə həsr etmiş insanların bacarıqlarının fövqünə çıxaraq dövləti idarə edəcək hala gəlir.

Bir anda ömürünü orduya, döyüş texnikalarına verən komandirləri, döyüşlərdə məğlub edəcək döyüş texnikaları düşünə biləcək səviyyəyə çatır və ordu idarə edir, Bədirdə 313 nəfər orduyla 1000 nəfərlik ordunu, Əhzabda 2000 nəfərlik ordu ilə 24000 nəfərlik ordunu, Təbükdə 30000 nəfərlik ordu ilə 100000 nəfərlik ordunu darmadağın edir.

Bir anda, yalnız dövrün tarix məlumatında irəli getmiş bir neçə alimin belə bildiyi şeyləri onlardan öyrənməməsinə baxmayaraq belə bilir, tarixi yaşamış kimi izah edir.

Bir anda, yəhudi, xristian, atəşə tapınan, bütə tapınan və inanclarıyla böyük nüfuz qurmuş güc sahibi insanların nüfuzlarını əllərindən ala biləcək gücə, ağla çatır.

Bir anda yəhudilik, xristianlıq, bütpərəstlik kimi dinlərə baş tutub, bu qədər dünyaya yayılmış güclü inancları və o inanclardan olan insanların inanclarınına qalib gələ bilir.

Bir anda, sanki oxuma bilirmiş və 40 yaşına qədər elm öyrənmiş kimi elm və mədəniyyət sahibi hər insanı öz safına çəkə bilir.

Bir anda, cahiliyyə adətləriylə insanlıqdan çıxmış, gözəllik, düzgünlük, yaxşılıq, insanlıq nədir bilməyən on minlərlə insanı mələk səviyyəsinə gətirir və sonunda gətirdiyi təlimləri təqdim edir. Üstəlik yalnız dövrünün deyil, özündən sonra 14 əsr boyunca gəlmiş insanların həyatlarına, söylədiyi əxlaq qaydalarıyla sevgi, güvən, xoşgörüş, ədalət mühiti təmin etdirir.

Bir anda, əsrlər boyunca böyük dövlətləri ədalət içərisində yaşada biləcək və varlığını davam etdirmələrini təmin edəcək qaydalar ortaya qoyur.

DİQQƏT ET. Bu insan 40 yaşına qədər insanların dilində yalnız doğru sözlü olaraq tanınan bir insan idi. 40 yaşında bir anda bu insana nə oldu ki, bu və daha saya bilmədiyimiz minlərləsini edə biləcək vəziyyətə gəldi?

Bunu edən bir insandırmı yoxsa bunları ona (s.a.v) etdirən Sonsuz güc və qüdrət sahibi, elm sahibi bir YARADANmı etdirmişdir?

Məntiqli düşünmək çoxda çətin deyil…

İtlərin öldürülməsi caizmidir?

28 Cümə axşamı Avq 2014

Posted by science1985 in Məhəmməd peyğəmbərə (s.a.v) qarşı iddialara cavablar

≈ Bir şərh yazın

İslam düşmənləri tərəfindən mənası tez-tez təhrif edilən bir hədis belədir:

“Cabir b. Abdullah, Rəsulullah(səv), itlərin öldürülməsini əmr etdi. (Biz də itləri öldürdük) hətta çöldən gələn bir qadının itini belə öldürmüşdük. Daha sonra itlərin öldürülməsini qadağan etdi və, “Xalis (düz) qara olanını, iki nöqtəli olanını öldürün. Çünki o, şeytandır” buyurdu demişdir.” (Səhihi Müslim Müxtəsəri, 1,1572)

“Rəsulullah(səv), itlərin öldürülməsini əmr etdi. Daha sonra, ‘Xalqın (bütün) itlərlə bir çətinlikləri yoxdur’ buyurdu və daha sonra ov iti ilə çoban itinə icazə verdi” demişdir. (Səhihi Müslim Müxtəsəri, I, 1573)

Əl-Kəlb əl-Akur – vəhşi it deməkdir. Bütün rəvayətlərdə it üçün bu xüsusiyyət istifadə edilmişdir. Bu da öldürmə əmrinin normal itlər haqqında olmadığı, itin it olduğu üçün belə bir cəzaya hədəf olmadığını göstərməkdədir. Hədis alimləri və fiqhçilər bu hədislərə əsaslanaraq hər itin öldürülə bilməyəcəyini, ancaq zərəri toxunacaq itlərin və canlıların öldürülə biləcəyinin fətvasını veriblər.

İmam Nəvəvi, bu hədisi açıqlayarkən, bu görüşlərə yer verər: “Alimlərin böyük əksəriyyətinə görə, hədisdə keçən “əl-Kəlb əl-Akur” (vəhşi it) kəliməsi, bütün yırtıcı heyvanlar üçün etibarlıdır. Çünki itin xüsusiyyəti olaraq keçən “əl-akur” sözü, vəhşi, yırtıcı mənasını verir. Buna görə, hədisdə keçən “vəhşi it” termini, aslan, qaplan, qurd kimi yırtıcı heyvanların hamısı üçün keçərlidir. (bax. Nəvəvi, Şərhi Müslim, əlaqədar hədisin şərhi).

İmam Malikə görə hədisdə sözü gedən “vəhşi it”dən məqsəd; aslan, kaftar, qurd kimi insanlara hücum edən, parçalayan hər cür vəhşi heyvanlardır. (İbn Kudamə, əl-şerhu’l-Kebir, əl-Mektebetu’ş-Şamilə, III/302). Əslində qurd kimi insana hücum edən, əziyyət verən bütün heyvanlar “vəhşi it” mənasındadır və öldürülmələri caizdir. Lakin əziyyət etməyənləri öldürmək caiz deyil. (İbn Kudamə, a. g. e – bərabər-Şamıla- IV/14).

Məşhur İslam alimlərindən İbnu Abdilbər’ə görə zərər vermədikcə heç bir köpək öldürülməz. Çünki peyğəmbər (s.a.v) canlıları silaha hədəf almağı yasaq etmişdir. Üstəlik həm köpəyə, həm də başqa canlılara su vermənin savab olduğuna dair hədis vardır. Həmin hədisdə deyilir:

Hz.Əbu Hureyrə (r.a) nəql edir ki, Hz.Peyğəmbər (s.a.v) belə buyurdu:

“Bir adam yolda gedərkən çox susadı. Bu vaxt bir quyuya rast gəldi. İçinə girib su içdi. Çölə çıxanda susuzluqdan ləhləyib toprağı yeyən bir köpək gördü. Adam öz-özünə: ‘Bu köpək də mənim kimi susamışdır’ deyib təkrar quyuya endi, ayaqqabısını su ilə doldurub ağzıyla tutaraq çölə çıxdı və köpəyə su verdi. Allah onun bu davranışından məmnun qaldı və onu əfv etdi.”

Hz. Peyğəmbər (asm)‘ın yanında olanlardan bəziləri: “Ey Allah’ın rəsulu! Yəni heyvanlara etdiyimiz yaxşılıqlar üçün də bizə bir mükafat varmı?” deyə soruşdular.

Allah Rəsulu: “Bəli! Hər yaş ciyər (sahibi olan canlılara edilən yaxşılıqlar) üçün bir mükafat vardır.” buyurdu. (Buhârî,Şirb, 9, Vudu, 33; Müslim, selam, 153; Ebu Dâvud, cihad, 47).

Digər bir rəvayətdə isə peyğəmbərimiz (s.a.v) belə buyurmuşdur: “Pis yolda olan bir qadın, isti bir gündə, bir quyunun ətrafında dolaşan bir köpək gördü. Köpək susuzluqdan dilini çıxarıb ləhliyirdi. Qadın ayaqqabısını çıxarıb onunla köpəyə su verdi. Bu səbəbdən bağışlandı.”(Müslim, Tövbə, 155).

Bu hədislərdən də açıq şəkildə göründüyü kimi İslam’da Allah’ın yaratdığı bütün canlılara qarşı mərhəmət hissi əsasdır.

Beləliklə, rəvayətlərdən anlaşıldığı kimi öldürmə əmri bildiyimiz adi köpəklərlə əlaqəli deyildir. Bu əmr yırtıcı heyvanlara aiddir.

“Əlimizdə Quran olduğu halda peyğəmbərin (s.a.v) hədislərinə ehtiyac yoxdur” iddiasına cavab

28 Cümə axşamı Avq 2014

Posted by science1985 in Məhəmməd peyğəmbərə (s.a.v) qarşı iddialara cavablar

≈ Bir şərh yazın

Hədis inkarçıları deyirlər ki, “Əlimizdə Quran olduğu halda heç bir hədisə və alimlərin fətvalarına ehtiyac yoxdur”.

Bu yanlış iddianın cavabını Quran verir:

Söylə: “Allaha və Peyğəmbərə (Onun Peyğəmbərinə) itaət edin! Əgər üz döndərərsinizsə, şübhəsiz ki, Allah da kafirləri (haqdan üz çevirənləri) sevməz!” (Ali İmran, 32)

“Allaha və peyğəmbərə itaət edin ki, bəlkə, bağışlanmış olasınız!” ( Ali İmran, 132)

“Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar (əmr) sahiblərinə itaət edin! Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərə həvalə edin! Bu daha xeyirli və nəticə e’tibarilə daha yaxşıdır.” (Nisa, 59)

“Peyğəmbərə itaət edən kimsə, şübhəsiz ki, Allaha itaət etmiş olur. Kim üz döndərsə (qoy döndərsin)! Biz ki səni onların üzərində gözətçi olaraq göndərməmişik.” (Nisa, 80)

“Peyğəmbər sizə nə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin. Allahdan qorxun. Həqiqətən, Allahın cəzası çox şiddətlidir.” (Həşr, 7)

Bəni-Qureyzə (Qureyzə oğulları) xəyanəti

14 Cümə axşamı Avq 2014

Posted by science1985 in Məhəmməd peyğəmbərə (s.a.v) qarşı iddialara cavablar

≈ Bir şərh yazın

Ateistlərin müsəlmanlara qarşı növbəti təhrif olunmuş iddialarından biri Bəni-Qureyzə hadisəsi haqqındadır. Bu iddiaya görə guya Məhəmməd peyğəmbər (s.a.v) Bəni-Qureyzədən olan yəhudilərə qarşı qətliam törədib. Halbuki, məsələnin əsl mahiyyətində müsəlmanlara qarşı yəhudilər tərəfindən bilərəkdən törədilmiş ciddi xəyanət motivi durur. Gəlin hadisəni incələyək. Əslində nə baş verib?

Bəni-Qureyzə xəyanəti hicrətin 5-ci ilində (miladi 627) baş vermiş Xəndək savaşı ərəfəsində vaqe olmuşdur. Əslində Xəndək müharibəsinin baş verməsində Səlam ibn Əbil-Huqayq, Huyeyy ibn Ahtab, Kinanə ibn Əbil-Huqayq, Həvzə ibn Qeys və Əbi Amir kimi iyirmiyə yaxın nüfuzlu yəhudi rəhbərləri aktiv rol oynamış və Məkkə müşriklərini sayca az olan müsəlmanlara qarşı savaşa təhrik edərək onlara dəstək vermişdilər. Həmin savaş zamanı Mədinə şəhəri Məkkəli müşriklərin ordusu tərəfindən uzun müddət mühasirədə saxlanılmışdı. Bu müharibədə müsəlmanların ancaq 3.000 döyüşçüsü olduğu halda, müşriklərin bundan 3 dəfə çox, yəni ki, 10.000 döyüşçüsü, 300 at və 1500 dəvəsi var idi. Başqa sözlə, Məkkə ordusu müsəlmanlardan sayca və silah-sursat baxımından bir neçə dəfə üstün idi.

Mədinədə yaşayan Bəni-Qureyzə yəhudiləri (Qureyzə oğulları) Hz.Məhəmmədlə (s.a.v) aralarında olan sazişə əsasən müsəlmanlarla çiyin-çiyinə duraraq Xəndək müharibəsi zamanı Mədinə şəhərini müdafiə etməli idilər. (Sîre, 2/147-148). Lakin Bəni-Qureyzəlilər nəinki bunu etmədilər, hətta üstəlik müsəlmanlarla olan sazişi heçə sayaraq müharibənin ən qızğın vaxtında Məkkəli müşriklərlə iş birliyinə girişdilər. Əslində bundan əvvəl digər yəhudi qəbiləsi olan Nadir oğulları (Bəni-Nadir) da eyni xəyanəti edərək müsəlmanlarla aralarındakı sülh müqaviləsini pozmuş və peyğəmbərə (s.a.s) qarşı savaş açmışdılar. Nəticədə peyğəmbərimiz (s.a.v) Bəni-Nadir tayfasını məğlub edərək onları Mədinədən sürgün etdiyi halda Bəni-Qureyzə yəhudilərini əfv etmiş və onlarla yeni sülh müqaviləsi bağlamışdı.

Buna baxmayaraq Bəni-Qureyzə yəhudiləri müsəlmanlara qarşı gizli düşmənliklərini davam etdirirdilər. Ona görə də Qureyzə oğulları Xəndək döyüşü zamanı Bəni-Nadir yəhudilərinin təxribatına uyaraq düşmən tərəfinə dəstək verməklə müsəlmanlara gözlənilmədən arxadan xaincəsinə zərbə vurmağa başladılar. (el-Vakidî, el-Meğâzî, Kahire 1367/1948, s.290).

Xəyanət xəbərini ilk eşidən Hz. Ömər  olur. Birbaşa Allah Rəsulunun hüzuruna gəlir və məsələdən Onu da xəbərdar edir. Allah Rəsulu (s.ə.s.) kədərlənir. Hadisənin təfərrüatını öyrənmək üçün Sad ibn Ubadə, Sad ibn Muaz, Abdullah ibn Rəvaha, Havvat ibn Cübeyr və Üseyd ibn Hudayrdan ibarət bir heyəti Bəni-Qureyzə yurduna göndərir.

Tapşırığı alan heyət yola çıxıb özünü Bəni-Qureyzə yurduna çatdırır. Deyilənlər doğru idi. Bəni-Qureyzə nəinki müqaviləni pozmuş, hətta Məkkə ordusuna maddi yardım da göstərirdi: bazarlarını onların düşərgələrinə daşıyır, bu yolla düşmən ordusunun ərzaq ehtiyaclarını ödəyirdi. Eyni zamanda, onları at, dəvə və başqa döyüş vasitələri ilə təmin edir, Məkkə ordusunun çatışmazlıqlarını tamamlamağa çalışırdı. Bəni-Qureyzənin bu davranışı müsəlmanlar üçün Mədinədə yeni və daha təhlükəli bir cəbhənin açılması mənasına gəlirdi.

Qureyzəoğulları etdikləri bu xainliklə yanaşı  peyğəmbərin (s.a.v) sülh üçün göndərdiyi heyətə həqarət etdilər və “Rəsulullah da kimdir? Məhəmmədlə aramızda heç bir müqavilə yoxdur”dedilər. Hətta daha da irəli gedərək peyğəmbər (s.a.v) haqqında ədəbsiz sözlər işlətməkdən belə çəkinmədilər. (Sire, 3/233; Tabakât, 2/74; Müslim, 3/1389).  Bəni-Qureyzəlilər bunula da kifayətlənmədilər. Mədinə üzərinə hücum təşkil edərək müdafizəsiz qalmış müsəlman ailə və uşaqları qılıncdan keçirməyə təşəbbüs etdilər. Bu hərəkətləri ilə mühasirədə qalmış müsəlmanları daha çox təlaşa və qorxuya düşürdülər. Bu, açıq-aşkar müsəlmanlara qarşı nankorluq və xəyanət idi.

Rəsulullahın yoxluğunu fürsət bilən on nəfər yəhudi Onun (s.ə.s.) ailəsi və bibilərinin yaşadığı yerə gəlir, oranı ox yağışına tuturlar. Hətta bir yəhudi qapıya qədər gəlir və içəri girməyə çalışır. Bu bir xəyanət idi; ər meydanında igidliklə vuruşmaq əvəzinə, qalaya sığınmış köməksiz, günahsız qadın və uşaqlara hücum etməklə xəndəkdə savaşan müsəlmanları təşvişə salmaq istəyirdilər. Demək ki, Bəni-Qureyzə də öz acı aqibətini hazırlayırdı. (Ebu Yala, Müsned, 2/43 (683); Heysemi, Mecmauz-Zevaid, 6/134)

Sayca üstün olmalarına baxmayaraq Məkkə müşrikləri Xəndək müharibəsində məğlub olaraq geri çəkildilər. Savaş vaxtı sülh müqaviləsini xaincəsinə pozaraq düşmənlərə kömək etmiş Bəni-Qureyzə yəhudiləri də tez Mədinədən 2 saatlıq məsafədə yerləşən möhkəm qalalarına çəkilmişdilər.

Xəndək savaşı bitdikdən sonra müsəlman ordusu onlara ən ağır zamanda xəyanət edən Qureyzə oğullarını cəzalandırmaq üçün yola çıxdı. Ordudan öncə yola çıxmış olan Hz.Əli (a.s) Qureyzə oğullarının qalasına yaxınlaşaraq bayrağı qalanın dibinə sancdı. Onun gəlib Rəsulullahın bayrağını qarşılarına sancmasına qəzəblənən Bəni-qureyzəlilər ağızlarına gələni danışır, Allah Rəsulu  ilə möminlərin analarına təhqir yağdırırdılar. Utancverici ifadələr idi. Səhabələr eşitdikləri qarşısında donub qalmışdılar, amma yenə də özlərinə yaraşanı edərək susurdular. Bəni-Qureyzəlilər bu davranışları ilə müsəlmanlara qarşı etdikləri xəyanətdən əsla peşman olmadıqları və təslim olmayıb müqavimət göstərəcəkləri açıq-aydın bəlli olurdu.

Müsəlman ordusu qalanı mühasirəyə aldı. Hər iki tərəf qarşılıqlı olaraq ox yağdırmağa başladılar. Beləcə savaş başladı. Günlər bir-birini əvəz edirdi. Bəni-Qureyzəlilər mühasirənin uzandığını görüncə sıxılmağa və qorxmağa başladılar.

Kab bin Əsəd Qureyzə oğullarının rəislərindən biri idi. Bütün bu olanlardan sonra o, vəziyyətin ciddiliyini anladı və yəhudilərə müraciət etdi:

– Ey Bəni-Qureyzə camaatı! Başımıza nələr gəldiyini hamınız görürsünüz, mən sizə üç variant təklif edirəm. Siz istədiyinizi qəbul edə bilərsiniz.

– Hansı variantları? – deyə soruşurlar.

Təcrübəli lider deyir:

– Bu adama tabe olub Onu təsdiq edək. Onsuz da, onun Allah tərəfindən göndərilmiş bir peyğəmbər olduğu açıq-aydın bilindi. Kitabınızda xüsusiyyətlərini gördüyünüz Nəbi Odur. Bununla siz canlarınızı, mallarınızı və qadınlarınızı qorumuş olacaqsınız. Allaha and olsun ki siz, Məhəmmədin peyğəmbər olduğunu bilə-bilə susursunuz. Onun Bəni-İsraildən deyil, Allahın dilədiyi yerdən – ərəblərdən göndərilməsinin həsədini çəkməyimiz Onu qəbul etməyimizə mane olur. Bildiyiniz kimi, mən Onunla anlaşmanın pozulması tərəfdarı da deyildim. Bütün müsibət və uğursuzluqları burada oturan bu adam (Huyeyy ibn Ahtab) başımıza gətirdi!

Qureyzə bu təkliflə oğulları razılaşmırlar və:

– Biz Tövratın hökümlərini əsla tərk etmərik, onu başqası ilə dəyişdirmərik! – deyə donquldanırlar.

Bunun ardından Kab ikinci təklifini irəli sürür:

– Madam ki, bu təklifi qəbul etmirsiniz, onda gəlin uşaqlarımızla xanımlarımızı öldürək və qılınclarımızı çəkib Məhəmmədin qarşısına çıxaq. Beləliklə, Allah Məhəmmədlə aramızda hökmünü verənə qədər ailələrimizə görə narahat olmarıq. Həlak olsaq da, birlikdə həlak olarıq. Əgər işdi qalib gəlsək, o zaman hər halda başqa qadınlarla evlənib onlardan da çoxlu oğul-uşaq sahibi olarıq!

Kab’ın çıxılmaz vəziyyətdə olduğunu onlar da görürdülər. Başqa vaxt olsa idi, belə sözlər danışmazdı. Göründüyü kimi, gedişat təxmin etdiklərindən də pis idi. Deyəsən, etdikləri xəyanətin əvəzində ölümdən başqa seçimləri yox idi və Kab da gələcək müsibətdən ən az zərərlə qurtulmaq üçün yollar axtarırdı. Ancaq birinci təklif kimi ikinci təklif də qəbul olunmur:

– Bu yazıqları necə öldürə bilərik? Həm də onlar olmasa, yaşamağın nə mənası var? – deyə etiraz edirlər.

Bu dəfə Kab son təklifini irəli sürür:

– Madam, əvvəlki təklifləri qəbul etmədiniz, barı bunu dinləyin. Bu gün şənbədir və Məhəmmədlə yoldaşları bizim hücum etməyəcəyimizdən arxayındılar. Gəlin bu gecə onlara qəfil zərbə endirək.

Yenə söylənməyə başlayırlar:

– Şənbə günümüzə hörmətsizlik edib bizdən əvvəlkilərin etmədiyini biz edəcəyik? Daha əvvəllər buna təşəbbüs edənlərin başına nələrin gəldiyini, meymuna çevrildiklərini sən bizdən daha yaxşı bilirsən!

Bu təklif də qəbul olunmur. Camaat heç bir qərarla razılaşmırdı. Hər cür ehtimal məntiqdən kənar hesab olunur və bir çıxış yolu tapılmırdı. Elə bu zaman Bəni-Qureyzəyə və Bəni-Nadirə mənsub olmayan Hüzeyl qəbiləsindən Sayənin oğulları Üseyd və Sələbə qardaşları ilə onların əmisi oğlu Əsəd ibn Ubeyd irəli çıxaraq deyir:

– Ey Bəni-Qureyzə camaatı! Allaha and olsun ki, Onun Rəsulullah olduğunu siz də bilirsiniz. Onun əlamətləri kitablarımızda vardır! Ondan həm bizim, həm də Bəni-Nadirin alimləri daim bəhs etmişlər! (Huyeyy ibn Ahtabı göstərərək) Bax bu da Cübeyr ibn Heyyəban ilə onların başında gəlir! Bizim aramızda ən doğru adamdır və o, vəfat etməmişdən əvvəl bizə Onun əlamətlərindən bəhs etmişdi.

Bu söz də Bəni-Qureyzəlilərin xoşlarına gəlmir:

– Biz Tövratı atmarıq, – deyirlər. Bəni-qureyzəlilərin tərs damarı tutmuşdu. Bütün bunlara baxmayaraq, adamlar göz görə-görə ölümü seçirdilər. (İbn Abdilberr, İstiab1/96; İbn Hacer, el-İsâbe, 1/52 (100))

Fəqət Sayənin oğulları Üseyd və Sələbə qardaşları öz dediklərindən vaz keçmədilər:

– Vallahi, bu adam gələcək olan o peyğəmbərdir! Allahdan qorxun və ona iman edin! – dedilər. (Sîre, 3:228; İsâbe, 1:33).

Bundan sonra Sayənin oğulları Üseyd və Sələbə qardaşları ilə onların əmisi oğlu Əsəd ibn Ubeyd qaladan enib müsəlman oldular. ( Sîre, 3:227-228)

Günlər keçdikcə zaman Bəni-Qureyzənin əleyhinə işləyirdi. Babalarının Allahın əmrini yerinə yetirməmək – buzovu qurban etməmək üçün ağlagəlməz bəhanələr uydurduğu kimi, bunlar da müxtəlif vasitələrə əl atmış, amma bütün bu cəhdlərin şərtləri ağırlaşdırmaqdan başqa bir “fayda”sı olmamışdı. Bütün yollar bağlı idi və axırda Rəsululahın verəcəyi hökmlə razılaşmaq məcburiyyətində qalıb 25 günlük mühasirədən sonra təslim oldular. Bəni-Qureyzəlilər özləri haqqında hökm vermək üçün Sad bin Muazın (a.s) hakim təyin edilməsini peyğəmbərdən (s.a.v) xahiş etdilər və xahişləri qəbul edildi. Beləliklə, Qureyzə oğullarının öz istəkləri əsasında seçdikləri hakimin Tövratda adı keçən hökmə görə verdiyi cəza tətbiq edilmişdir. (Sîre, 3/246-351; Tabakât, 3:422-325; Taberî, 3/56)

Hz.Sadın hökmü belə idi:

– Mən onların həddi-büluğa çatmış kişilərinin öldürülməsi, qadınları ilə uşaqlarının əsir alınması, yurdlarının ancaq mühacirlər arasında bölüşdürülməsi və mallarının da qənimət olaraq möminlərə paylanması hökmünü verirəm!

Hz. Sad’ın bu hökmü Tövratın müvafiq hökmlərinə tamamilə uyğundur. (Tesniye/Yasanın tekrarı, 10-14). Hətta etdikləri xəyanətə görə ölüm hökmünə məhkum olunmuş bəzi yəhudilər əvvəllər etdikləri yaxşı əməllər qarşılığında peyğəmbər (s.a.v) tərəfindən əfv edildilər. Bəli, peyğəmbərin (s.a.v) yaxşılığa verdiyi dəyər budur: “Düşmən belə olsa, yaxşı insanı əfv etmək”.

Nəticə olaraq, qısaca olaraq qeyd edək ki, Bəni-Qureyzə qəbiləsi müsəlmanlarla sülh müqaviləsi bağladıqdan sonra müharibə vaxtı gizlicə düşmənlərlə iş birliyinə girmiş və müsəlmanlara qarşı xəyanət etmişdilər. Bəni qureyzə qəbiləsi bundan əvvəl də bir dəfə müsəlmanlara xəyanət etmiş və peyğəmbər (s.a.v) onları bu xəyanətə görə əfv etmiş, onlara toxunmamış, bir çox yaxşılıqlar etmiş və tərəfdaşlıq haqqında müqavilə imzalamışdı. Amma sonradan 2-ci dəfə müsəlmanlara xəyanət etdilər. Ona görə də öz müqəddəs kitabları olan Tövratın hökmlərinə uyğun olaraq cəzalandırıldılar.

Təsəvvür etsək ki, Azərbaycanda yaşayan bir qrup insan müharibə vaxtı bizə xəyanət edərək düşmən ermənilərlə ittifaqa girirlər. Dövlətə, vətənə qarşı belə alçaq xəyanətin cəzası nə olmalıdır?

“Peyğəmbər (s.a.v) övladlığının zövcəsi ilə niyə evlənmişdir?” iddiasına cavab

02 Şənbə Avq 2014

Posted by science1985 in Məhəmməd peyğəmbərə (s.a.v) qarşı iddialara cavablar

≈ Bir şərh yazın

Ateistlərin növbəti iftiralarından biri belədir: “Peyğəmbər (s.a.v) öz övladlığının zövcəsinə aşiq olduğu üçün onunla evlənmişdir.” Həqiqətən də çox məntiqsiz və cəfəng iddiadır. Niyə?

Hz. Zeynəb peyğəmbərimizin (s.a.v) bibisi Ümeymə binti Abdülmuttalibin qızıdır və peyğəmbər (s.a.v) onu hələ gənc yaşlarından tanıyırdı. Peyğəmbər (s.a.v) istəsəydi hələ gənc ikən onunla evlənə bilərdi. Halbuki evlənmədi və öz əli ilə Hz. Zeynəbi övladlığı və azad etdiyi köləsi Hz. Zeydlə evləndirdi. (Tabakât, 8:101)

Əgər Məhəmməd peyğəmbər (s.a.v) həqiqətən də Hz. Zeynəbə aşiq olsaydı, heç onu Hz. Zeyd ilə evləndirərdimi?

Bir eşq üçün bunu edəcək bir insan olsaydı, 25 yaşına qədər subay qalıb 40 yaşında bir dul qadın ilə evlənərdimi?

Qadın sərhədi olmayan bir cəmiyyətdə asanlıqla alacağı bir çox qadınlar var ikən, 54 yaşına qədər tək yoldaşlı qalardımı?

Həqiqətən çox məntiqsiz iddialardır.

Qeyd etdiyimiz kimi Hz.Zeynəb peyğəmbərimizin (s.a.s) yaxın əqrabasıdır. Həmçinin əsilzadələrdəndir. O zamankı cəmiyyət quruluşunda köləlik olduğu üçün əsilzadələr kölələri xor görürdü. Əslində nə Hz. Zeynəb, nə də ki, ailəsi belə bir evliliyi istəmədikləri halda sırf Peyğəmbər Əfəndimizin (s.a.v ) israr etməsi nəticəsində razı olmuşlardı. Burada çox önəmli məqam odur ki, bu evlilik sayəsində o dövr üçün qeyri-mümkün sayıla biləcək vacib sosial-ictimai islahat – kölə ilə azad, əsilzadə bir qadının evliliyi hadisəsi həyata keçirilmişdir. Bu evliliyin əsas səbəblərindən biri köləçiliyi xalqın zehnindən silməkdir. Cahiliyyə dövründə əsir düşənlər, kölələr ikinci sinif insan olaraq qəbul edilirdilər. Bu psixologiya sanki insanların beyninə hopmuşdu. İnsanlar arasındakı ədaləti, bərabərhüquqluluğu bayraq edən İslamın belə bir şeyi qəbul etməsini düşünmək ağılsızlıq olar. İslamda üstünlük insanların qul, ya azad olmalarıyla yox, ancaq və ancaq Allaha yaxşı bəndə olmaqla mümkündür. Qurani-Kərimdə: “Allah nəzdində ən dəyərliniz Ona qarşı gəlməkdən ən çox çəkinənizdir” (“Hucurat” surəsi, 13), – buyurulur. Allah Rəsulu da: “Allah sizin surətinizə və mallarınıza baxmaz, ancaq qəlblərinizə və əməllərinizə baxar”, – buyurur. Ancaq cahiliyyə ərəblərinin ruhuna qədər işləmiş olan bu məsələni bir-iki sözlə çıxarıb atmaq imkanı yox idi. Peyğəmbərimiz əsirləri azad etmək, onları alçaqlıq hissindən uzaqlaşdırmaq, xalqın beynində kölənin, əsirin ikinci sinif insan kimi qəbul edilməsini aradan qaldırmaq istəyirdi. Əksər işlərdə olduğu kimi, bu məsələdə də öz qohumlarından başladı, bibisi qızı Zeynəbi azad etdiyi köləsi Zeydə aldı və bununla əsarətdən azad edilmiş bir insanla azad insanın bərabər olduğunu hərəkətiylə sübut etdi.

Ancaq Hz. Zeynəb ilə Hz. Zeyd anlaşa bilmədilər. Hz. Zeyd xanımı Hz. Zeynəbin mənəvi cəhətdən özünə uyğun olmadığını düşünürdü. Çünki Hz. Zeyd əvvəllər kölə olmuşdu və zadəgan deyildi. Ona görə də Hz. Zeyd Peyğəmbər Əfəndimizin yanına gələrək,”Ya Rəsulallah! Mən, ailəmdən ayrılmaq istəyirəm” dedi. Peyğəmbərimiz (s.a.v) isə cavabında “Xanımını boşama, Allahdan qorx!” buyurdu. (Tirmizî, Sünen, 5:354; ibn-i Kesir, Tefsir, 3:491)

Ateistlərin iddia etdikləri kimi əgər peyğəmbər (s.a.v) həqiqətən də Hz.Zeynəblə evlənmək fikrinə düşsəydi, heç öz övladlığına “Xanımını boşama, Allahdan qorx!” deyərdimi? Əsla. Halbuki, Allah Rəsulu (s.a.v) oğulluğunun boşanmaq istəyinin məcburiyyətdən gəldiyini bildiyi halda bunu Zeydə demir, “xanımını yanında saxla!”, deyərək səbr etməyi tövsiyə edirdi.

Hz. Zeydlə Hz. Zeynəbin evlilikləri uzun sürmədi. Hz. Zeyd xanımını boşadı. Peyğəmbər Əfəndimiz mənəvi rahatsızlıq səbəbilə Hz.Zeyd və Hz.Zeynəb arasındakı evliliyin sona çatmasından son dərəcə məyus olmuşdu. Çünki bu evliliyi şəxsən özü arzu etmiş və həyata keçirmişdi. Əvvəl də qeyd etdiyimiz kimi bu evliliyin əsas səbəblərindən biri köləçiliyi xalqın zehnindən silmək idi. Əvvəl də qeyd etdiyimiz kimi bunun qabaqcılı və tətbiq edəni peyğəmbərimiz (s.a.s) olmuşdur.

İkinci bir tətbiq isə “mənəvi övladlıq” ilə gerçək övlad arasındakı fərqi göstərmək idi. Hz. Zeyd cahiliyyə dövründə evlərinə edilən basqın nəticəsində əsir alınır. Sonra da Məkkədə Ukaz ticarət mərkəzində əsir olaraq satılır, Həzrəti Xədicə də onu satın alır və Peyğəmbərə hədiyyə verir. Sonradan oğlunun Məkkədə olduğu xəbərini alan atası fidyəsini verərək oğlunu geri qaytarmaq məqsədilə Məkkəyə gəlir. Həzrəti Peyğəmbərin yaşadığı yeri soruşaraq Allah Rəsulunu tapır (bu dövrdə o, hələ peyğəmbərliklə vəzifələndirilməmişdi) və deyir:

“Ey Mutəllibin oğlu! Ey qövmünün bacısının oğlu! Siz Alahın şərəfli evinin yanında qalan insanlarsınız. Siz ehtiyacı olanların ehtiyacını təmin edir, əsirləri doydurursunuz. Biz sənin yanında olan oğlumuza görə gəlmişik. Bizə lütf et və gətirdiyimiz fidyənin əvəzində oğlumuzu bizə qaytar”, – deyirlər. Peyğəmbər onun oğlunun kimliyi ilə maraqlanır və Zeyd olduğunu öyrənən kimi onun ixtiyarının atasında olduğunu bildirir. Həzrəti Muhəmməd: “Əgər sizi istəyərsə, fidyəsiz sizin olsun. Yox, əgər mənimlə qalmaq istəyərsə, Allaha and olsun ki, mən, məni istəyənə qarşı fidyəni istəmərəm”, – buyurur.

Bundan sonra Zeyd ibn Harisəni çağırırlar. Rəsulullah ona atasını göstərərək: “Bunu tanıyırsanmı?” – deyə soruşur. Zeyd: “Bəli, bu, atamdır, bu da əmim”, – cavabını verir. Allah Rəsulu: “Mən də tanıdığın adamam. Sənə qarşı olan davranışımı və dostluğumu görmüsən. Kimi istəyirsən, özün seç!” – buyurur. Zeyd isə, “mən səndən başqa heç kimi seçə bilmərəm. Sən mənim həm atam, həm də əmim yerindəsən” cavabını verir. Bu cavabı eşidən atası da, əmisi də təəccüblə: “Heyf sənə, ey Zeyd! Köləliyi azadlıqdan, atandan, əmindən və bütün qohum-əqrabandan üstün tutursan?” – deyirlər. Zeyd də: “Mən bu adamdan elə yaxşılıqlar gördüm ki, heç kimi ondan üstün tuta bilmərəm”, – deyə cavab verir. Peyğəmbər bunu eşidən kimi onu Hicr deyilən yerə çıxararaq belə buyurur: “Ey camaat! Şahid olun ki, Zeyd mənim oğlumdur. O, mənə varis (mirasçı) olacaq”. Bundan sonra Zeydin atası da, əmisi də sevinc və fərəhlə öz qövmlərinə qayıdırlar.

O dövrdə ərəblər arasında oğulluğa götürülənlər həqiqi övlad qəbul edilir, aralarında qan qohumluğu olanlarda keçən hökmlər oğulluqlara da şamil edilirdi. Allahın göstərişiylə oğulluğunun boşadığı xanımla evlənən Rəsulullah cahiliyyə dövründə qalmış bu hökmü və adəti də dəyişmiş oldu. Hz. peyğəmbər (s.a.v) Hz. Zeydi mənəvi övladlığa götürəndən sonra xalq arasında sanki “Hz.Zeyd peyğəmbərin (s.a.v) oğlu və onun özündən sonrakı varisidir” kimi bir təsəvvür yaranmışdı. Hətta Hz.Məhəmmədə (s.a.v) “Zeydin atası” deyə müraciət edərdilər. Bu isə tamamilə yanlış düşüncə idi. Çünki əgər Hz. Zeyd həqiqətən də peyğəmbərin (s.a.v) övladı olsa idi, peyğəmbərlik vəzifəsi ondan sonra irsən öz oğluna keçməli idi. Lakin Hz.Məhəmməd (s.a.v) son peyğəmbərdir və ondan sonra peyğəmbərliyi davam etdirə biləcək bir varisi yox idi. Ona görə də Allah Təala (c.c)  Əhzab surəsində oğulluqların doğma oğul olmadıqları və miras ilə əlaqəsinin olmadığını ifadə etməklə bu cür yanlış düşüncə tərzini birdəfəlik aradan qaldırdı. Peyğəmbərimizin (s.a.s) kimsənin atası olmadığı və kimsənin oğlu olmayan övladlığına nisbətlə çağrılmaması lazım olduğu ayələrdə vurğulanmışdır.

“Allah bir adamın sinəsində iki ürək yaratmamışdır. Allah nə zihar etdiyiniz zövcələrinizi sizə doğma ana, nə də oğulluğa götürdüklərinizi sizə doğma oğul etmişdir. Bunlar sizin dediyiniz boş sözlərdir. Allah doğru deyir və doğru yola gətirir! (Əhzab, 4)

“Onları öz atalarının adları ilə çağırın. Bu, Allah yanında daha düzgündür. Atalarının kim olduğunu bilməsəniz, onlar sizin din qardaşlarınız və yaxınlarınızdır. Etdiyiniz səhvlərə görə sizə günah yoxdur. Lakin qəsdən etdiyiniz işlərdən ötrü günah vardır. Allah bağışlayandır, rəhm edəndir!” (Əhzab, 5)

“Muhəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir. Lakin o, Allahın Rəsulu və peyğəmbərlərin sonuncusudur. Allah hər şeyi biləndir!” (Əhzab, 40)

Beləcə, ayələrdə də bildirildiyi kimi Hz.Zeyd onun gerçək oğlu deyil, bu baxımdan Hz. Zeynəb də onun “oğlunun köhnə arvadı” da deyil. Boşanandan bir müddət sonra Rəsulullah Allahın əmriylə Hz. Zeynəblə evlənir. Allah bu evliliklə bağlı Qurani-Kərimdə belə buyurur:

“Həm Allahın nemət və ehsanına, həm də sənin ehsanına nail olan şəxsə “Zövcəni yanında saxla, Allahdan qorx!” deyir. Allahın açıqlayacağı bir vəziyyəti (Zeynəbin boşanacağı təqdirdə onunla evlənəcəyini) gizli saxlayırdın. Çünki insanlardan (“peyğəmbər oğulluğunun boşadığı qadınla evlənir” demələrindən) çəkinirdin. Halbuki ən çox Allahdan çəkinməlisən. Nəticədə Zeyd zövcəsini boşayıb onunla əlaqəni kəsəndən sonra Biz səni onunla evləndirdik ki, bundan sonra oğulluqları zövcələrin boşadıqları vaxt onlarla evlənməkdə möminlərə heç bir çətinlik olmasın. Allahın hökmü mütləq yerinə yetər!”(Əhzab surəsi, 37).

Yuxarıda qeyd etdiyimiz ayənin sonunda Uca Allah: “Allahın açıqlayacağı bir vəziyyəti gizli saxlayırdın. Çünki insanlardan çəkinirdin. Halbuki ən çox çəkinilməli olan Allahdır”, – buyurur. Bu ayədən də başa düşülür ki, həmin evlilik boşanma ilə nəticələnəcəyini, bundan sonra Rəsulullahın bibisi qızını alacağını Allah ona bildirmişdi. Ancaq bu məsələnin açıqlanmaması gərək idi, buna görə də Peyğəmbər heç kimə heç nə deyə bilmirdi. Əgər açıqaşkar bir əmr olsaydı, Peyğəmbərimiz bunu nə gizlədər, nə də gecikdirərdi, nəticəsindən asılı olmayaraq açıqlayardı. Bunu açıqlamaq Allah Rəsuluna o qədər çətin olmuşdu ki, bununla əlaqədar Həzrəti Aişə anamızdan belə nəql edilir: “Əgər Allah Rəsulu ona gələn vəhylərdən bir şey gizlətsəydi, bu evliliklə əlaqədar olan ayəni gizlədərdi”. 

Bir başqa səbəb də Hz. Zeynəbin etibarsızlaşmış bir vəsfi olan “azad olmuş kölənin boşadığı qadın” etibarsızlığını pozmaq idi. Yəni, Hz. Zeynəb artıq bir azad olmuş kölənin boşadığı qadın idi və bunun bir etibarsızlıq olmadığını göstərmək üçün Peyğəmbərimiz (s.a.s) onunla evləndi, aşiq olduğu üçün deyil. Beləliklə, peyğəmbərimiz (s.a.v) Hz.Zeynəbin üstündəki “azad olmuş kölənin boşadığı qadın” damğasını aradan qaldırdı. Peyğəmbərimizin (s.a.v) Hz. Zeynəblə evlənməsi göstərdi ki, qullar da insandır, ikinci sinif insan kimi rəftar görməməlidirlər, onların boşadıqları qadınla evlənməkdə də heç bir maneə yoxdur.

Bu şəkildə bu evliliklər bəzi adətlərin aradan qalxmasında Peyğəmbərimiz (s.a.s) liderliyi sayəsində təsirli olmuşdur. Yəni, bundan sonra bir müsəlmanın başına bunlar gələrsə, Peyğəmbərimizi (s.a.s) nümunə göstərə biləcəkdi. Buna görə möminlərə bir çətinlik olmamış olacaqdı.

← Əski Yazılar

Çolaq Addım

Çolaq Addım

Mövzular

  • Adəm peyğəmbər haqqında iddialara cavab
  • Allah Təala (c.c) haqqında suallara cavablar
  • Alın yazısı haqqında suallara cavablar
  • Ateist iddialarına cavablar
  • Cənnət və Cəhənnəm, ölümlə bağlı suallara cavablar
  • Digər peyğəmbərlər və dini suallar haqqında
  • Fəlakətlər: aclıq və xəstəliklər
  • Kainat və astrofizika – Yaradılış dəlilləri
  • Köləlik və cariyəlik
  • Məhəmməd peyğəmbərə (s.a.v) qarşı iddialara cavablar
  • Musa peyğəmbər (a.s) haqqında iddialara cavab
  • Namaz, oruc, həcc ziyarəti ilə bağlı suallar
  • Niyə İslam?
  • Nuh peyğəmbər (a.s) haqqında iddialar
  • Qadınlar haqqında suallara cavablar
  • Quran ayələrindəki möcüzələr
  • Qurana qarşı iddialara cavablar
  • Ruh haqqında
  • Süleyman peyğəmbərlə bağlı iddialara cavablar
  • Terror və müharibə
  • Təsadüf haqqında
  • Yaxşılıq, xeyriyyəçilik
  • İnsan və təbiət – Yaradılış dəlilləri
  • İsa peyğəmbər (a.s) haqqında iddialar
  • İslam və müsəlmanlar
  • İslamda elm və mədəniyyət
  • İslamın zorla yayılmasına dair iddialara cavablar

Bloq Statistikası

  • 102. 292 hits
Follow Dini suallar on WordPress.com

Ən Populyar Yazılar & Səhifələr

  • "Quranda yerin düz (yastı) olduğu yazılıb" iddiasına cavab
    "Quranda yerin düz (yastı) olduğu yazılıb" iddiasına cavab
  • MÖCÜZƏLƏR BAŞ VERƏ BİLƏRMİ?(Elmi, fəlsəfi, dini yazı)
    MÖCÜZƏLƏR BAŞ VERƏ BİLƏRMİ?(Elmi, fəlsəfi, dini yazı)
Follow Dini suallar on WordPress.com

Son şərhlər

İskəndəriyyə kitabxanasının ya… üçün Ləman
“Nəhəng kainatdakı kiçik… üçün Ləman
Peyğəmbər (s.a.v) hz.Aişə (r.a… üçün science1985
Peyğəmbər (s.a.v) hz.Aişə (r.a… üçün Zaur
İddia: Quranda Kəhf surəsinin… üçün Qorxmaz
İsa peyğəmbərin (a.s) yaşaması… üçün Məmmədzadə Sədail

WordPress.com Bloqu. Mövzu: Chateau tərəfindən Ignacio Ricci.

Privacy & Cookies: This site uses cookies. By continuing to use this website, you agree to their use.
To find out more, including how to control cookies, see here: Cookie Policy
  • İzlə İzlənir
    • Dini suallar
    • Already have a WordPress.com account? Log in now.
    • Dini suallar
    • Özəlləşdir
    • İzlə İzlənir
    • Qeydiyyatdan keçin
    • Giriş
    • Bu mühtəviyyat barəsində raport ver
    • View site in Reader
    • Manage subscriptions
    • Bu çubuğu daralt